• Kompüter insanın boyunu proqnozlaşdırır

    ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNK-ya görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail olacağı təhsil səviyyəsi kimi insan keyfiyyətlərini proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın "UK Biobank" DNK bazasının - səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNK-sını analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Testlər zamanı kompüter hər insanın boyunu 1 santimetr dəqiqliklə proqnozlaşdırıb.

    Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya yubatmağa imkan verəcək.

    Milli.Az
    Kompüter insanın boyunu proqnozlaşdırır ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNK-ya görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir. Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail olacağı təhsil səviyyəsi kimi insan keyfiyyətlərini proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın "UK Biobank" DNK bazasının - səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNK-sını analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Testlər zamanı kompüter hər insanın boyunu 1 santimetr dəqiqliklə proqnozlaşdırıb. Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya yubatmağa imkan verəcək. Milli.Az
    Kompüter insanın boyunu proqnozlaşdırır
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Orqanizmdə turşuluq yüksəkdirsə...

    Müasir formada olmasa da, antik dövrdə də vegetarianlıq elementləri olub. Həmin dövrün məlumatlarında müəyyən xəstəliklər zamanı vegetarianlığa bənzər pəhriz növlərinin tövsiyə olunması məlumdur. Lakin bəzi xəstəliklərdə heyvan mənşəli məhsullardan istifadə edilməsi vacibdir.

    Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov məlumat verib.

    O, deyib: "Vegetarianlıq növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, orqanizmdə turşuluq yüksəkdirsə, vegetarianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil. Uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün həmin rejimə əməl etmək məqbul sayılmır".

    İbrahim Əhmədovun dediyinə görə, bəzi ciddi xəstəliklər zamanı isə vegetarianlığın müəyyən növləri nəinki məsləhət görülür, hətta vacib hesab edilir: "Bitki mənşəli və süd məhsulları ilə qidalanma demək olar ki, bütün xəstəliklərdə məqsədəuyğundur".

    Milli.Az
    Orqanizmdə turşuluq yüksəkdirsə... Müasir formada olmasa da, antik dövrdə də vegetarianlıq elementləri olub. Həmin dövrün məlumatlarında müəyyən xəstəliklər zamanı vegetarianlığa bənzər pəhriz növlərinin tövsiyə olunması məlumdur. Lakin bəzi xəstəliklərdə heyvan mənşəli məhsullardan istifadə edilməsi vacibdir. Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov məlumat verib. O, deyib: "Vegetarianlıq növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, orqanizmdə turşuluq yüksəkdirsə, vegetarianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil. Uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün həmin rejimə əməl etmək məqbul sayılmır". İbrahim Əhmədovun dediyinə görə, bəzi ciddi xəstəliklər zamanı isə vegetarianlığın müəyyən növləri nəinki məsləhət görülür, hətta vacib hesab edilir: "Bitki mənşəli və süd məhsulları ilə qidalanma demək olar ki, bütün xəstəliklərdə məqsədəuyğundur". Milli.Az
    0 0 Şərh 0 Shares
  • Meydana girən it futbolçularla oynadı
    Meydana girən it futbolçularla oynadı
    1 0 Şərh 0 Shares
  • Şəkər xəstəliyinin ilkin əlamətləri

    Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?
    * yorğunlaq
    * halsızlıq
    * ürək yanğısı
    * tez-tez sidiyə getmə
    * arıqlama və ya hədsiz kökəlmə.
    Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır:
    * çoxlu maye qəbul etmək istəyi
    * gecələr sidiyə çıxma
    * aşağı ətraflarda yaraların əmələ gəlməsi
    * yaraların gec sağalması
    * aralıq nahiyyədə qaşınma.
    Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:
    * orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir
    * şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır
    * yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.
    Milli.Az
    Şəkər xəstəliyinin ilkin əlamətləri Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır? * yorğunlaq * halsızlıq * ürək yanğısı * tez-tez sidiyə getmə * arıqlama və ya hədsiz kökəlmə. Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır: * çoxlu maye qəbul etmək istəyi * gecələr sidiyə çıxma * aşağı ətraflarda yaraların əmələ gəlməsi * yaraların gec sağalması * aralıq nahiyyədə qaşınma. Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir: * orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir * şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır * yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir. Milli.Az
    Şəkər xəstəliyinin ilkin əlamətləri
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI

    Hamı bilir ki, çay çox faydalı içkidir. Çay orqanizmə stimullaşdırıcı təsir göstərir, yorğunluğu azaldır, əhval-ruhiyəni yaxşılaşdırır, əlavə enerji verir, əqli fəaliyyəti stimullaşdırır, yüngül sidikqovucu təsirə malikdir, xərçəngəleyhinə təsir edir.

    Qara çayla müqayisədə yaşıl çay daha faydalı sayılır. Çayı (həm qara, həm də yaşıl) daha da faydalı etmək üçün ona müxtəlif müalicəvi otlar, ədviyyatlar (hil, mixək və s.) əlavə olunur.

    Kəklikotulu çay çox dadlı və faydalı müalicəvi içkidir.

    - Kəklikotulu çay qan dövranını, əqli fəaliyyəti yaxşılaşdırır.

    - Soyuqdəymə zamanı belə çay çox yaxşı iltihabəleyhinə təsir göstərir, xəstənin vəziyyətini yaxşılaşdırır.

    - Kəklikotulu çayı baş ağrılarını azaldır.

    - Mədə pozulmaları zamanı qarın "yığır", büzücü və mikrobəleyhinə təsir edir.

    - İmmun sistemini möhkəmləndirir.

    - Orqanizmi təmizləyir.

    - Arıqlamağa kömək edir.

    - Nəfəs yollarını selikdən, mikroblardan təmizləyir.

    - Sistit zamanı yaxşı müalicəvi təsir göstərir.

    Ev şəraitində kəklikotulu çayı hazırlamaq üçün qara və ya yaşıl çay dəmlədikdə çaydana 1 çimdik quru kəklikotu əlavə edin, 7 dəqiqə ərzində dəmləyin və sonra için.

    Nəzərə almaq lazımdır ki, belə çayı daim qəbul etmək olmaz.

    Milli.Az
    Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI Hamı bilir ki, çay çox faydalı içkidir. Çay orqanizmə stimullaşdırıcı təsir göstərir, yorğunluğu azaldır, əhval-ruhiyəni yaxşılaşdırır, əlavə enerji verir, əqli fəaliyyəti stimullaşdırır, yüngül sidikqovucu təsirə malikdir, xərçəngəleyhinə təsir edir. Qara çayla müqayisədə yaşıl çay daha faydalı sayılır. Çayı (həm qara, həm də yaşıl) daha da faydalı etmək üçün ona müxtəlif müalicəvi otlar, ədviyyatlar (hil, mixək və s.) əlavə olunur. Kəklikotulu çay çox dadlı və faydalı müalicəvi içkidir. - Kəklikotulu çay qan dövranını, əqli fəaliyyəti yaxşılaşdırır. - Soyuqdəymə zamanı belə çay çox yaxşı iltihabəleyhinə təsir göstərir, xəstənin vəziyyətini yaxşılaşdırır. - Kəklikotulu çayı baş ağrılarını azaldır. - Mədə pozulmaları zamanı qarın "yığır", büzücü və mikrobəleyhinə təsir edir. - İmmun sistemini möhkəmləndirir. - Orqanizmi təmizləyir. - Arıqlamağa kömək edir. - Nəfəs yollarını selikdən, mikroblardan təmizləyir. - Sistit zamanı yaxşı müalicəvi təsir göstərir. Ev şəraitində kəklikotulu çayı hazırlamaq üçün qara və ya yaşıl çay dəmlədikdə çaydana 1 çimdik quru kəklikotu əlavə edin, 7 dəqiqə ərzində dəmləyin və sonra için. Nəzərə almaq lazımdır ki, belə çayı daim qəbul etmək olmaz. Milli.Az
    Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Rusiya alimləri Ayda radioteleskopun quraşdırılması konsepsiyası üzərində işləyirlər

    Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun əməkdaşları Ayda radioteleskopun yaradılması konsepsiyasını işləyib hazırlayırlar.

    AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı institutun direktoru Dmitri İvanov açıqlayıb. “Günəş sistemində insanın mənimsəmək istədiyi növbəti obyekt Aydır. Hazırda bütün kosmos ölkələri bu istiqamətdə fəal işləyir. Yerdə olduğu kimi, orada da naviqasiya lazım olacaq. Buna görə də bizim Ayda radioteleskop yerləşdirmək ideyamız var. Bu teleskop Yerdə yerləşdirilmiş radioastronomik rəsədxana ilə birlikdə kvazarları müşahidə edəcək. Biz konsepsiyanı hazırlayırıq. Bu, texniki baxımdan mümkündür”, - deyə Dmitri İvanov bildirib.

    Onun sözlərinə görə, qalaktikadan kənar obyektlərdən siqnal almaq Yerin və onun yeganə təbii peykinin qarşılıqlı hərəkəti zamanı Ayın hərəkətinin trayektoriyası haqqında məlumatları dəqiqləşdirməyə imkan verəcək. Bu məlumat Ayın mənimsənilmsi ilə əlaqədar istənilən layihənin reallaşdırılmasında önəmli olacaq.

    Dmitri İvanov institutun alimlərinin bu layihəni Rusiyanın növbəti kosmik proqramına daxil edilməsi təklifini irəli sürəcəklərini bildirib. O deyib: “Layihə təxminən 2030-cu ildə reallaşdırılacaq. Hazırda kosmik proqram 2025-ci ilədək formalaşdırılıb. Biz layihənin növbəti kosmik proqrama salınmasına çalışacağıq”.
    Rusiya alimləri Ayda radioteleskopun quraşdırılması konsepsiyası üzərində işləyirlər Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun əməkdaşları Ayda radioteleskopun yaradılması konsepsiyasını işləyib hazırlayırlar. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı institutun direktoru Dmitri İvanov açıqlayıb. “Günəş sistemində insanın mənimsəmək istədiyi növbəti obyekt Aydır. Hazırda bütün kosmos ölkələri bu istiqamətdə fəal işləyir. Yerdə olduğu kimi, orada da naviqasiya lazım olacaq. Buna görə də bizim Ayda radioteleskop yerləşdirmək ideyamız var. Bu teleskop Yerdə yerləşdirilmiş radioastronomik rəsədxana ilə birlikdə kvazarları müşahidə edəcək. Biz konsepsiyanı hazırlayırıq. Bu, texniki baxımdan mümkündür”, - deyə Dmitri İvanov bildirib. Onun sözlərinə görə, qalaktikadan kənar obyektlərdən siqnal almaq Yerin və onun yeganə təbii peykinin qarşılıqlı hərəkəti zamanı Ayın hərəkətinin trayektoriyası haqqında məlumatları dəqiqləşdirməyə imkan verəcək. Bu məlumat Ayın mənimsənilmsi ilə əlaqədar istənilən layihənin reallaşdırılmasında önəmli olacaq. Dmitri İvanov institutun alimlərinin bu layihəni Rusiyanın növbəti kosmik proqramına daxil edilməsi təklifini irəli sürəcəklərini bildirib. O deyib: “Layihə təxminən 2030-cu ildə reallaşdırılacaq. Hazırda kosmik proqram 2025-ci ilədək formalaşdırılıb. Biz layihənin növbəti kosmik proqrama salınmasına çalışacağıq”.
    Rusiya alimləri Ayda radioteleskopun quraşdırılması konsepsiyası üzərində işləyirlər
    Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun əməkdaşları Ayda radioteleskopun yaradılması konsepsiyasını işləyib hazırlayırlar. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı institutun direktoru Dmitri İvanov açıqlayıb
    AZERTAG.AZ
    0 0 Şərh 0 Shares
  • "Keyfiyyətsiz bal ixracı nəticəsində bazarları itirdik"

    Standartlaşdırma icbari şəkildə olmadığına görə, bəzi şəxslər keyfiyyətsiz bal ixrac etdilər və nəticədə bazarları itirdik.

    Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Milli Arıçılar Birliyinin üzvü Musəvi deyib.

    Musəvinin sözlərinə görə, ötən üç ildə İranın bal ixracı azalıb:

    "Səbəblərdən biri Fars körfəzi ətrafındakı ölkələrin İranla bu sahədə əlaqələrini kəsməsidir. Başqa bir səbəb isə standartlaşdırma icbari olmadığına görə, aşağı keyfiyyətli balın istehsalıdır. Bəziləri keyfiyyətsiz balı ixrac etdilər və nəticədə bazarlar itirildi".

    Milli.Az
    "Keyfiyyətsiz bal ixracı nəticəsində bazarları itirdik" Standartlaşdırma icbari şəkildə olmadığına görə, bəzi şəxslər keyfiyyətsiz bal ixrac etdilər və nəticədə bazarları itirdik. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Milli Arıçılar Birliyinin üzvü Musəvi deyib. Musəvinin sözlərinə görə, ötən üç ildə İranın bal ixracı azalıb: "Səbəblərdən biri Fars körfəzi ətrafındakı ölkələrin İranla bu sahədə əlaqələrini kəsməsidir. Başqa bir səbəb isə standartlaşdırma icbari olmadığına görə, aşağı keyfiyyətli balın istehsalıdır. Bəziləri keyfiyyətsiz balı ixrac etdilər və nəticədə bazarlar itirildi". Milli.Az
    "Keyfiyyətsiz bal ixracı nəticəsində bazarları itirdik"
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Hadisə 3 aydan sonra bacısı ilə barışdı

    Hadisə anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra bacıları Hülya və Derya ile küsmüş, birlikdə işləməmək qərarı almışdı.

    Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ailə arasında yaşanan qalmaqalın üzərindən 3 ay keçib. İlk barışıq addımı müğənninin stilisti olan bacısı Deryadan gəlib.

    Derya İnstaqramda bacısı Hadisenin fotosunu paylaşaraq "Bacım mənim" şərhini yazıb. Hadise də onun bir şəklinin altından "Sevirəm səni" sözlərini yazıb.

    Milli.Az
    Hadisə 3 aydan sonra bacısı ilə barışdı Hadisə anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra bacıları Hülya və Derya ile küsmüş, birlikdə işləməmək qərarı almışdı. Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ailə arasında yaşanan qalmaqalın üzərindən 3 ay keçib. İlk barışıq addımı müğənninin stilisti olan bacısı Deryadan gəlib. Derya İnstaqramda bacısı Hadisenin fotosunu paylaşaraq "Bacım mənim" şərhini yazıb. Hadise də onun bir şəklinin altından "Sevirəm səni" sözlərini yazıb. Milli.Az
    Hadisə 3 aydan sonra bacısı ilə barışdı
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı?

    Deformasiyaedici osteoartroz (DOA) onurğa sütununun və ətraf orqanlarının distrofik dəyişikliyi ilə müşahidə olunan xəstəliyidir. Bu xəstəliyin əsasında oynaq qığırdağının degenerasiyası, yəni tam məhv olması durur.

    Oynaq qığırdağının degenerasiyası 60 yaşdan sonra normal fizioloji hal hesab olunur.

    Ümümiyyətlə, osteoartroz zamanı pataloji proses tək oynaq qığırdağın əhatə etmir. O, bütün oynağı, həmçinin subxondral, sümük, bağlar, kapsul, sinovial qişa və ətraf əzələləri bürüyür. Son nəticədə oynağın degenerasiyası baş verir.

    Bu gün ki gündə qığırdağın dağılmasına gətirib çıxaran pataloji mexanizm oynağın əsas hissəsini təşkil edən zülalın -proteoqlikanların mübadiləsinin pozulması hesab olunur.

    Medicina.az artroz.az-a istinadən bildirir ki, qığırdağın normal funksiyasını davamı üçün qığırdaq toxumasında kollagenlər, proteoqlikanlar, qeyri kollaqen qlukoproteinlər və su nisbətinin stabil olması əsas şərtdir.
    Bu xəstəliyin əmələ gəlməsinə birbaşa və bilavasitə təsir edən faktorlar vardır:

    1. Birbaşa təsir edən faktorlar

    a. Genetik faktor

    b. Endokrin faktor (məs. klimaksdan sonrakı dövrdə bu xəstəliyə daha tez-tez rast gəlinir)

    c. Oynağın daima qeyri-adekvat fiziki yüklənməsi nəticəsində mikrotravmalar zamanı.

    2. Bilavasitə təsir edən faktorlar zamanı qığırdağın adi fizioloji yüklənməsi zamanı rezistentliyin aşağı düşməsi nəticəsində əmələ gəlir.

    a. Məs. qığırdağın zədəsi

    b. Anadangəlmə statikanın pozulması

    c. Əzələ bə bağların zəifliyi

    d. Əvvələr keçirilmiş artritlər

    Kliniki gedişi: xəstəliyin 4 inkişaf mərhələsi var: l, ll, lll və lV ağırlıq dərəcəsinə görə təyin edilir. Osteoartrozlu xəstələr ilkin dövrdə zədələnmiş oynaqlarda olan ağrılardan şikayətlənir. Belə ağrılar əsasən çox hərəkət zamanı artır, dincələrkən keçir.

    Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar əsasən çox yavaş-yavaş artdığı üçün xəstə sanki öz xəstəliyinə adət edir. Ağırlaşmalar əsasən 2 formada müşahidə olunur.

    1-ci halda ümümi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturun təsirindən ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik əmələ gəlir.

    2-ci halda isə qəflətən oynağın blokadası baş verə bilər, bu zaman qəfləti kəskin ağrılar başlanır və oynaq hərəkəti mümkünsüz olur. Belə halda bir neçə dəqiqə sakit, hərəkətsiz dayandıqda ağrılar tamamilə keçir. Bu vəziyyət zaman-zaman periodik hal alır. Bir müddət sonra həmin oynaqda deformasiya müşahidə olunur.

    Klinik forması: DOA əsasən 40-60 yaşlar arasında rast gəlinir.

    Klinik formasında görə fərqli olurlar.

    1. Bud-çanaq oynaqlarında - koksartroz. Bu forma demək olar ki ən ağır gedişli formadır.

    2. Diz oynağında - qonartroz

    3. Onurğa sütunu zədələnmələri: fəqərə arası disklərdə (spandilyoz və yaxud osteoxondroz) və sinovial fəqərəarası oynaqlarda (spondilartroz)

    4. Distal falanqaarası oynaqlarda

    Son illər bel ağrıları ilə diz ağrıları arasında əlaqənin olması barədə çox məlumatlar gəzir. Bu məsələ barədə hətta bir çox məqalələrə də rast gəlmək mümkündür. Hətta aşağı ətraflarda olan artrozların müalicəsi zamanı qədim çin təbabətinə müraciət etdikdə beldə olan bir neçə meredian nöqtələrində qıcıqlandırılması lazım gəlir. Bunlara baxmayaraq bu faktın əksini söyləyənlər daha çoxdur. Ancaq son vaxtlar elmi sürətfə sübut olunmuşdur ki, diz oynağında baş verən degenerativ-distrofik dəyişiklik əsasən vertebrogen mənşəli olur. Alimlər müəyyən ediblər ki, diz oynağındakı artralgiyalar, onurğa beyninin bel nahiyəsinin arxa şaxəsində baş verən irritartiv prosesin nəticəsidir.

    Diaqnostika: R-qrafik; Ultrasəs müayinəsi və ya MRT müayinə vasitəsi ilə aparılır.

    Müalicəsi:
    Bu xəstələrin müalicəsi zamanı indiyədək ağrıkəsici preparatlardan və yaxud hormonal preparatlardan istifadə edilirdi. Bəzən oynaq boşluğunda hormonal preparatların yeridilməsi xəstədə tez bir zamanda ağrıların kəsməsinə, hərəkətin tamamilə bərpa olmasına gətirib çıxarır. Ağrıların bu üsullarla dayandırılması xəstəni aldatmaqdan başqa bir şey deyil. Çünki ağrıların müvvəqəti dayandırılması zamanı xəstə çoxlu hərəkətlər edir və zədəli oynaq qeyri-adekvat yüklənir, nəticədə onsuzda gedən degenerasiya prosesi daha da sürətlənir və sonda tam deformasiya yəni, oynaq kopsulunun tam dağılmasına gətirib çıxarır.

    Xəstəliyin ilk mərhələsində oynağın funksiyası pozulmağa başlayarkən, kompensator olaraq sinovial maye artır və oynaq kapsulu şişkinləşir, oynaq ağrıları başlayır. Bəzən ağrıların tez kəsilməsi xatirinə punksiya olunaraq "artıq" sinovial maye çıxarılır və yerinə hormonal preparat yeridilir. Lakin, nəzərə alsaq ki, orqanizmdə artıq heç nə olmur, onda bu əməliyyatın nə qədər "uğurlu" olması guman olunandır. Punksiya əməliyyatı zamanı oynağın müdafiəsinə yönəlmiş sinovial maye çekilir və əvəzinə sadəcə ağrını aradan qaldıran maye yeridilir.

    Milli.Az
    Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı? Deformasiyaedici osteoartroz (DOA) onurğa sütununun və ətraf orqanlarının distrofik dəyişikliyi ilə müşahidə olunan xəstəliyidir. Bu xəstəliyin əsasında oynaq qığırdağının degenerasiyası, yəni tam məhv olması durur. Oynaq qığırdağının degenerasiyası 60 yaşdan sonra normal fizioloji hal hesab olunur. Ümümiyyətlə, osteoartroz zamanı pataloji proses tək oynaq qığırdağın əhatə etmir. O, bütün oynağı, həmçinin subxondral, sümük, bağlar, kapsul, sinovial qişa və ətraf əzələləri bürüyür. Son nəticədə oynağın degenerasiyası baş verir. Bu gün ki gündə qığırdağın dağılmasına gətirib çıxaran pataloji mexanizm oynağın əsas hissəsini təşkil edən zülalın -proteoqlikanların mübadiləsinin pozulması hesab olunur. Medicina.az artroz.az-a istinadən bildirir ki, qığırdağın normal funksiyasını davamı üçün qığırdaq toxumasında kollagenlər, proteoqlikanlar, qeyri kollaqen qlukoproteinlər və su nisbətinin stabil olması əsas şərtdir. Bu xəstəliyin əmələ gəlməsinə birbaşa və bilavasitə təsir edən faktorlar vardır: 1. Birbaşa təsir edən faktorlar a. Genetik faktor b. Endokrin faktor (məs. klimaksdan sonrakı dövrdə bu xəstəliyə daha tez-tez rast gəlinir) c. Oynağın daima qeyri-adekvat fiziki yüklənməsi nəticəsində mikrotravmalar zamanı. 2. Bilavasitə təsir edən faktorlar zamanı qığırdağın adi fizioloji yüklənməsi zamanı rezistentliyin aşağı düşməsi nəticəsində əmələ gəlir. a. Məs. qığırdağın zədəsi b. Anadangəlmə statikanın pozulması c. Əzələ bə bağların zəifliyi d. Əvvələr keçirilmiş artritlər Kliniki gedişi: xəstəliyin 4 inkişaf mərhələsi var: l, ll, lll və lV ağırlıq dərəcəsinə görə təyin edilir. Osteoartrozlu xəstələr ilkin dövrdə zədələnmiş oynaqlarda olan ağrılardan şikayətlənir. Belə ağrılar əsasən çox hərəkət zamanı artır, dincələrkən keçir. Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar əsasən çox yavaş-yavaş artdığı üçün xəstə sanki öz xəstəliyinə adət edir. Ağırlaşmalar əsasən 2 formada müşahidə olunur. 1-ci halda ümümi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturun təsirindən ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik əmələ gəlir. 2-ci halda isə qəflətən oynağın blokadası baş verə bilər, bu zaman qəfləti kəskin ağrılar başlanır və oynaq hərəkəti mümkünsüz olur. Belə halda bir neçə dəqiqə sakit, hərəkətsiz dayandıqda ağrılar tamamilə keçir. Bu vəziyyət zaman-zaman periodik hal alır. Bir müddət sonra həmin oynaqda deformasiya müşahidə olunur. Klinik forması: DOA əsasən 40-60 yaşlar arasında rast gəlinir. Klinik formasında görə fərqli olurlar. 1. Bud-çanaq oynaqlarında - koksartroz. Bu forma demək olar ki ən ağır gedişli formadır. 2. Diz oynağında - qonartroz 3. Onurğa sütunu zədələnmələri: fəqərə arası disklərdə (spandilyoz və yaxud osteoxondroz) və sinovial fəqərəarası oynaqlarda (spondilartroz) 4. Distal falanqaarası oynaqlarda Son illər bel ağrıları ilə diz ağrıları arasında əlaqənin olması barədə çox məlumatlar gəzir. Bu məsələ barədə hətta bir çox məqalələrə də rast gəlmək mümkündür. Hətta aşağı ətraflarda olan artrozların müalicəsi zamanı qədim çin təbabətinə müraciət etdikdə beldə olan bir neçə meredian nöqtələrində qıcıqlandırılması lazım gəlir. Bunlara baxmayaraq bu faktın əksini söyləyənlər daha çoxdur. Ancaq son vaxtlar elmi sürətfə sübut olunmuşdur ki, diz oynağında baş verən degenerativ-distrofik dəyişiklik əsasən vertebrogen mənşəli olur. Alimlər müəyyən ediblər ki, diz oynağındakı artralgiyalar, onurğa beyninin bel nahiyəsinin arxa şaxəsində baş verən irritartiv prosesin nəticəsidir. Diaqnostika: R-qrafik; Ultrasəs müayinəsi və ya MRT müayinə vasitəsi ilə aparılır. Müalicəsi: Bu xəstələrin müalicəsi zamanı indiyədək ağrıkəsici preparatlardan və yaxud hormonal preparatlardan istifadə edilirdi. Bəzən oynaq boşluğunda hormonal preparatların yeridilməsi xəstədə tez bir zamanda ağrıların kəsməsinə, hərəkətin tamamilə bərpa olmasına gətirib çıxarır. Ağrıların bu üsullarla dayandırılması xəstəni aldatmaqdan başqa bir şey deyil. Çünki ağrıların müvvəqəti dayandırılması zamanı xəstə çoxlu hərəkətlər edir və zədəli oynaq qeyri-adekvat yüklənir, nəticədə onsuzda gedən degenerasiya prosesi daha da sürətlənir və sonda tam deformasiya yəni, oynaq kopsulunun tam dağılmasına gətirib çıxarır. Xəstəliyin ilk mərhələsində oynağın funksiyası pozulmağa başlayarkən, kompensator olaraq sinovial maye artır və oynaq kapsulu şişkinləşir, oynaq ağrıları başlayır. Bəzən ağrıların tez kəsilməsi xatirinə punksiya olunaraq "artıq" sinovial maye çıxarılır və yerinə hormonal preparat yeridilir. Lakin, nəzərə alsaq ki, orqanizmdə artıq heç nə olmur, onda bu əməliyyatın nə qədər "uğurlu" olması guman olunandır. Punksiya əməliyyatı zamanı oynağın müdafiəsinə yönəlmiş sinovial maye çekilir və əvəzinə sadəcə ağrını aradan qaldıran maye yeridilir. Milli.Az
    Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı?
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR

    Əksər ata-analar elə düşünürlər ki, uşaqlarda hər şeydən qıcıqlanma və əsəbləşmə valideynlərdən irsən keçən xüsusiyyətdir. Onların mövqeyi bir qədər doğru olsa da, əksər hallarda belə yanaşma yanlışdır. Çox vaxt nevroz əlamətləri ilə seçilən valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər, lakin sonralar bu sağlam, sakit və təmkinli uşaqlar ailədəki münaqişə və disharmoniyanın, valideynlərin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi və hər şeyə görə özündən çıxan olurlar.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər həkim-nevroloq Xəyalə Məmmədovaya məxsusdur. Onun sözlərinə görə, əsəbi uşaqlar tez qıcıqlanırlar və onları özlərindən çox asan çıxarmaq olur: "Belə uşaqlar gecə bir neçə dəfə yuxudan oyanır, qışqırır və ağlamağa başlayırlar, sanki nədənsə qorxurlar. Belə hallarda onları sakitləşdirmək çox çətin olur. Dostları ilə oyun zamanı hər kiçik şeydən ötrü tez-tez əsəbiləşir, savaşır və elə təsəvvür yaranır ki, onların əlləri, ayaqları, hətta dilləri da dayanmadan hərəkətdədir. Bir işi qurtarmamış başqasından yapışır, yorğunluq üstün gələndə hövsələdən çıxırlar. Əsəbi uşaqların istedadlı, ağıllı və qabiliyyətli olması az rast gəlinən hal deyil, lakin problem ondan ibarətdir ki, həddindən artıq hərəkətlilik, emosional özündən çıxmalar onlara öz enerjilərini lazımi məcraya yönəltməyə imkan vermir".

    Həkim-nevroloq belə davranışın səbəbləri haqqında danışarkən deyib: "Nevrotik reaksiyalar əksər hallarda anadangəlmə deyil, onlar sosial amillərin təsiri altında yaranır və ilk növbədə, tərbiyə şəraitindən asılı olur. Əgər ailədə uzun müddət əlverişsiz şərait hökm sürürsə, valideynlər yola getmir və uşağın yanında höcətləşirlərsə, həmin münaqişəli vəziyyət onun psixikasını zədələyir, nevrozun yaranmasına gətirib çıxarır.

    Obrazlı şəkildə əsəbi uşağı partlayıcı qaytağına, valideynlərin kobud davranışını isə ona od vuran kibritə bənzətmək olar. Süngər suyu özünə çəkdiyi kimi, uşaqlar da gördükləri və eşitdikləri hər şeyi tez götürürlər. Ona görə də soyuqluq və kobud davranış onların əsəb sistemini sarsıdır. Başları mübahisəyə qarışmış ata-ana bir an kənarda dayanıb öz uşağına nəzər sala bilsəydi, onun solğun və pərişan olduğunu görər, daxili gərginliyinin dərəcəsini qiymətləndirərdi. Ailə qalmaqalları uşaqların sinir sisteminə güclü təsir göstərir və müəyyən iz qoyur".

    Həkim-nevroloq uşaqlarda əsəb pozulmalarının qarşısını almaq üçün bəzi tövsiyələr verib: "İlk növbədə, çalışmaq lazımdır ki, valideynlər, dostlar və qohumlar arasında baş verən hər hansı münaqişədə uşaqların iştirakına yol verilməsin. Valideynlərin uşaqlarla bir otaqda yatması məsləhət görülmür, çünki bu, onların sağlamlığı üçün zərərlidir. İmkan daxilində uşaqların yataq otağı ayrı olmalıdır. Uşaq ətrafında gördüyü və eşitdiyi hər şeyi özünə çəkir, lakin bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığı hər şeyi təkrarlamağa həddən artıq səy göstərir. Uşaqların daim ünsiyyətdə olduğu adamlar tez-tez dalaşır və ya mübahisə edirlərsə, onda sağlam doğulmuş uşaq da həmin mühitdə əsəb pozğunluğu ilə üzləşə bilər. Bu cür qeyri-normal hallar tədricən möhkəmlənərək şəxsiyyətin inkişafına mənfi təsir göstərir. Öz övladlarında həmin zərərli vərdişin formalaşmasının qarşısını almaq istəyən valideynlər hərəkətlərinə nəzarət etməli və uşaqların normal inkişafı üçün xoşagəlməz nümunə yaratmamalıdırlar.

    Hədsiz ciddiyyət və təzyiqlə öz valideynlik nüfuzunu təsdiq etmək cəhdi, çoxlu göstəriş və qaydalar, hər xırda məsələdən ötrü cəzalandırma və avtoritar tərbiyənin buna bənzər digər təzahürləri uşağın psixikasını zədələyir. Fiziki cəzalar onun fiziki və zehni inkişafına mənfi təsir göstərir. Psixoloqlar hesab edirlər ki, uşaqlarla qəddar davranış onlarda psixiki və sinir sistemi pozulmalarının səbəbi olmaqla yanaşı, onların mənəviyyatına da mənfi təsir edir. Bəzi valideynlər özlərini uşaqlarla hövsələsiz aparır, məntiqsiz hərəkətlərə yol verirlər. Onlar asanlıqla bir ifratçılıqdan digərinə, hədsiz ciddilikdən yersiz əzizləməyə və ya əksinə keçirlər. Əvvəlcə cəzalandırılan uşağın qışqırığı və fəryadı ətrafa yayılır, bir neçə dəqiqə sonra qəzəb məhəbbətlə əvəz olunur və uşağı o qədər əzizləyib oxşayır ki, valideynin cəzası ona qeyri-real görünür. Tərbiyəyə bu cür yanaşma uşaqları qərarsız edir və valideynlərinin onların davranışına məhəbbət və mehribanlıqla və yaxud əksinə, qəzəb və əsəbiliklə cavab verəcəyini bilmirlər. Ona görə də valideynlər istifadə etdikləri metodları diqqətlə yoxlamalıdırlar ki, onların aydın və sağlam prinsiplər üzərində qurulduğuna əmin olsunlar.

    Təcrübə göstərir ki, əsəbi uşaqların yaxşı düşünülmüş və ehtiyatlı münasibətə xüsusi ehtiyacı var və onların həyatı əlverişli ailə şəraitində keçməlidir. Uşaqda narahatlıq baş verəndə onun vəziyyəti ilə əlaqədar ixtisaslı həkimlə məsləhətləşərək lazım olan rahat və sakit şərait təmin edilməlidir".

    Həkim-nevroloq Xəyalə Məmmədova söhbətinin sonunda deyib: "Uşaqlar üçün yuxunun əhəmiyyətini qiymətləndirmək çətindir. Əsəbi uşaqlar gündəlik fəaliyyətlərində öz yaşıdları ilə müqayisədə daha çox enerji sərf edirlər. Bu enerjini doldurmağın ən yaxşı yolu rahatlanma və sakit yuxudur. Kiçik yaşlı uşaqların daha uzun yuxuya ehtiyacı var. Lakin beş və ya altı yaşına qədər olan uşaqlara gecə yuxusu ilə yanaşı, gündüz saatlarında yatmaq üçün bir saat yarımdan iki saata qədər vaxt ayrılmalıdır. Yuxarı yaşlarda olan əsəbi uşaqlara gündüz saatlarında bir saatdan az olmamaq şərti ilə yuxulamaq vacibdir. Uşaqlar bu saatlarda hətta yuxuya gedə bilməsələr də, rahatlanma onlara əsəb gərginliyin dərəcəsini aşağı salmağa imkan verir. Bütün uşaqları axşam müəyyən edilmiş vaxtda yatızdırmağa çalışmaq lazımdır, əsəbi uşaqlara gündəlik qaydaları pozmaq və gecə yarısına kimi oturmağa icazə verilməməlidir".

    Milli.Az
    Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR Əksər ata-analar elə düşünürlər ki, uşaqlarda hər şeydən qıcıqlanma və əsəbləşmə valideynlərdən irsən keçən xüsusiyyətdir. Onların mövqeyi bir qədər doğru olsa da, əksər hallarda belə yanaşma yanlışdır. Çox vaxt nevroz əlamətləri ilə seçilən valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər, lakin sonralar bu sağlam, sakit və təmkinli uşaqlar ailədəki münaqişə və disharmoniyanın, valideynlərin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi və hər şeyə görə özündən çıxan olurlar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər həkim-nevroloq Xəyalə Məmmədovaya məxsusdur. Onun sözlərinə görə, əsəbi uşaqlar tez qıcıqlanırlar və onları özlərindən çox asan çıxarmaq olur: "Belə uşaqlar gecə bir neçə dəfə yuxudan oyanır, qışqırır və ağlamağa başlayırlar, sanki nədənsə qorxurlar. Belə hallarda onları sakitləşdirmək çox çətin olur. Dostları ilə oyun zamanı hər kiçik şeydən ötrü tez-tez əsəbiləşir, savaşır və elə təsəvvür yaranır ki, onların əlləri, ayaqları, hətta dilləri da dayanmadan hərəkətdədir. Bir işi qurtarmamış başqasından yapışır, yorğunluq üstün gələndə hövsələdən çıxırlar. Əsəbi uşaqların istedadlı, ağıllı və qabiliyyətli olması az rast gəlinən hal deyil, lakin problem ondan ibarətdir ki, həddindən artıq hərəkətlilik, emosional özündən çıxmalar onlara öz enerjilərini lazımi məcraya yönəltməyə imkan vermir". Həkim-nevroloq belə davranışın səbəbləri haqqında danışarkən deyib: "Nevrotik reaksiyalar əksər hallarda anadangəlmə deyil, onlar sosial amillərin təsiri altında yaranır və ilk növbədə, tərbiyə şəraitindən asılı olur. Əgər ailədə uzun müddət əlverişsiz şərait hökm sürürsə, valideynlər yola getmir və uşağın yanında höcətləşirlərsə, həmin münaqişəli vəziyyət onun psixikasını zədələyir, nevrozun yaranmasına gətirib çıxarır. Obrazlı şəkildə əsəbi uşağı partlayıcı qaytağına, valideynlərin kobud davranışını isə ona od vuran kibritə bənzətmək olar. Süngər suyu özünə çəkdiyi kimi, uşaqlar da gördükləri və eşitdikləri hər şeyi tez götürürlər. Ona görə də soyuqluq və kobud davranış onların əsəb sistemini sarsıdır. Başları mübahisəyə qarışmış ata-ana bir an kənarda dayanıb öz uşağına nəzər sala bilsəydi, onun solğun və pərişan olduğunu görər, daxili gərginliyinin dərəcəsini qiymətləndirərdi. Ailə qalmaqalları uşaqların sinir sisteminə güclü təsir göstərir və müəyyən iz qoyur". Həkim-nevroloq uşaqlarda əsəb pozulmalarının qarşısını almaq üçün bəzi tövsiyələr verib: "İlk növbədə, çalışmaq lazımdır ki, valideynlər, dostlar və qohumlar arasında baş verən hər hansı münaqişədə uşaqların iştirakına yol verilməsin. Valideynlərin uşaqlarla bir otaqda yatması məsləhət görülmür, çünki bu, onların sağlamlığı üçün zərərlidir. İmkan daxilində uşaqların yataq otağı ayrı olmalıdır. Uşaq ətrafında gördüyü və eşitdiyi hər şeyi özünə çəkir, lakin bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığı hər şeyi təkrarlamağa həddən artıq səy göstərir. Uşaqların daim ünsiyyətdə olduğu adamlar tez-tez dalaşır və ya mübahisə edirlərsə, onda sağlam doğulmuş uşaq da həmin mühitdə əsəb pozğunluğu ilə üzləşə bilər. Bu cür qeyri-normal hallar tədricən möhkəmlənərək şəxsiyyətin inkişafına mənfi təsir göstərir. Öz övladlarında həmin zərərli vərdişin formalaşmasının qarşısını almaq istəyən valideynlər hərəkətlərinə nəzarət etməli və uşaqların normal inkişafı üçün xoşagəlməz nümunə yaratmamalıdırlar. Hədsiz ciddiyyət və təzyiqlə öz valideynlik nüfuzunu təsdiq etmək cəhdi, çoxlu göstəriş və qaydalar, hər xırda məsələdən ötrü cəzalandırma və avtoritar tərbiyənin buna bənzər digər təzahürləri uşağın psixikasını zədələyir. Fiziki cəzalar onun fiziki və zehni inkişafına mənfi təsir göstərir. Psixoloqlar hesab edirlər ki, uşaqlarla qəddar davranış onlarda psixiki və sinir sistemi pozulmalarının səbəbi olmaqla yanaşı, onların mənəviyyatına da mənfi təsir edir. Bəzi valideynlər özlərini uşaqlarla hövsələsiz aparır, məntiqsiz hərəkətlərə yol verirlər. Onlar asanlıqla bir ifratçılıqdan digərinə, hədsiz ciddilikdən yersiz əzizləməyə və ya əksinə keçirlər. Əvvəlcə cəzalandırılan uşağın qışqırığı və fəryadı ətrafa yayılır, bir neçə dəqiqə sonra qəzəb məhəbbətlə əvəz olunur və uşağı o qədər əzizləyib oxşayır ki, valideynin cəzası ona qeyri-real görünür. Tərbiyəyə bu cür yanaşma uşaqları qərarsız edir və valideynlərinin onların davranışına məhəbbət və mehribanlıqla və yaxud əksinə, qəzəb və əsəbiliklə cavab verəcəyini bilmirlər. Ona görə də valideynlər istifadə etdikləri metodları diqqətlə yoxlamalıdırlar ki, onların aydın və sağlam prinsiplər üzərində qurulduğuna əmin olsunlar. Təcrübə göstərir ki, əsəbi uşaqların yaxşı düşünülmüş və ehtiyatlı münasibətə xüsusi ehtiyacı var və onların həyatı əlverişli ailə şəraitində keçməlidir. Uşaqda narahatlıq baş verəndə onun vəziyyəti ilə əlaqədar ixtisaslı həkimlə məsləhətləşərək lazım olan rahat və sakit şərait təmin edilməlidir". Həkim-nevroloq Xəyalə Məmmədova söhbətinin sonunda deyib: "Uşaqlar üçün yuxunun əhəmiyyətini qiymətləndirmək çətindir. Əsəbi uşaqlar gündəlik fəaliyyətlərində öz yaşıdları ilə müqayisədə daha çox enerji sərf edirlər. Bu enerjini doldurmağın ən yaxşı yolu rahatlanma və sakit yuxudur. Kiçik yaşlı uşaqların daha uzun yuxuya ehtiyacı var. Lakin beş və ya altı yaşına qədər olan uşaqlara gecə yuxusu ilə yanaşı, gündüz saatlarında yatmaq üçün bir saat yarımdan iki saata qədər vaxt ayrılmalıdır. Yuxarı yaşlarda olan əsəbi uşaqlara gündüz saatlarında bir saatdan az olmamaq şərti ilə yuxulamaq vacibdir. Uşaqlar bu saatlarda hətta yuxuya gedə bilməsələr də, rahatlanma onlara əsəb gərginliyin dərəcəsini aşağı salmağa imkan verir. Bütün uşaqları axşam müəyyən edilmiş vaxtda yatızdırmağa çalışmaq lazımdır, əsəbi uşaqlara gündəlik qaydaları pozmaq və gecə yarısına kimi oturmağa icazə verilməməlidir". Milli.Az
    Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? – Nevroloqdan valideynlərə MƏSLƏHƏTLƏR
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares