• Əhməd Mustafayev - Canan mp3
    Əhməd Mustafayev - Canan mp3
    Əhməd Mustafayev - Canan.mp3
    Əhməd Mustafayev - Canan mp3 yukle pulsuz
    MP3.BIG.AZ
    0 0 Şərh 0 Shares
  • Üz dərisinin gündəlik təmizlənməsi

    Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir.

    Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır.

    Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda - qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.

    Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən ("penka") istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq - səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla - bu dərini gundə 2 dəfə su ilə yumaq olar).

    Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün "buzla yuyulması" 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla surtmək lazımdır. Üzün "buzla yuyulmasından" yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz!

    Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik "süddən" istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər ("sponj"), birdəfəlik pambıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar.

    Milli.Az
    Üz dərisinin gündəlik təmizlənməsi Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir. Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır. Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda - qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar. Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən ("penka") istifadə etmək daha məqsədəuyğun hesab edilir. Mütəxəssislər tərəfindən hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlanmışdır. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq - səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla - bu dərini gundə 2 dəfə su ilə yumaq olar). Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Bu zaman adi buz parçasından savayı, müxtəlif ot dəmləmələrinin dondurulması ilə hazırlanan buz parçalarından da (kosmetik buz) istifadə etmək olar. Çobanyastığı, nanə (yarpız), üçbarmaq (pişikdili), boymadərən (qanotu), adaçayı, cökə ağacının çiçəyi, qızıl gül ləçəklərindən və ya bu bitkilərin müxtəlif cür qarışıqlarından hazırlanmış dəmləmələr daha yaxşı effekt verir. Bir və ya bir neçə bitki qarışığından ibarət olmaqla, bir xörək qaşığı ot götürərək onu termosda 1 stəkan qaynar su əlavə edib dəmləyin. Bu dəmləməni 30 dəqiqə saxladıqdan sonra soyudun, süzün və soyuducunun buz hazırlanan qabına tökün. Dəmləmə üçün ya qaynadılmış sudan, ya butulkalarda satılan içməli sudan, ya da qazsız mineral sudan istifadə etmək lazımdır. Dərinin həddindən artıq soyumaması üçün üzün "buzla yuyulması" 2-3 dəqiqədən artıq olmamalıdır. Buz parçasını üzün dərisinə yalnız masaj xətləri üzrə (bax. şəklə) və ehtiyatla surtmək lazımdır. Üzün "buzla yuyulmasından" yağlı və problemli, çox quru və həssas dərilərdə istifadə etmək olmaz! Dərinin axşam təmizlənməsi və kosmetikadan azad edilməsi üçün adi sudan yox, kosmetik "süddən" istifadə edilməsi daha məqsədəuyğun hesab edilir.Təmizləyici maddəni 2 dəqiqə ərzində üz, boyun və sinə nahiyələrinə barmaqların ucu ilə yüngülcə masaj hərəkətləri etməklə sürtmək lazımdır. Sonra təmizləyici maddəni dəridən xaric etmək üçün ilıq suda isladılmış xüsusi süngər ("sponj"), birdəfəlik pambıq disklərindən və ya ilıq kompreslərdən istifadə edirlər. Lazım olan hallarda təmizləyici maddəni dəriyə təkrarən 2-ci dəfə də sürtmək olar. Milli.Az
    Üz dərisinin gündəlik təmizlənməsi
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul

    Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır.

    Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

    Milli.Az saglamolun.az-a istinadən sizə 3 belə məhsulu təqdim edir:

    1. Toyuq bulyonu

    Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir.

    Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.

    2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt)

    Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir.

    3. Yağlı balıq

    Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir.

    Milli.Az
    İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır. Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər. Milli.Az saglamolun.az-a istinadən sizə 3 belə məhsulu təqdim edir: 1. Toyuq bulyonu Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir. Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir. 2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt) Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir. 3. Yağlı balıq Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir. Milli.Az
    İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra olunub
    “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra olunub
    0 0 Şərh 0 Shares
  • 0 0 Şərh 0 Shares
  • 0 0 Şərh 0 Shares
  • 0 0 Şərh 0 Shares
  • Windows - un son yeniləməsi kompüterlərin işini dayandırıb

    "Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərin istifadəçiləri yeniləməni quraşdırmaq cəhdindən sonra yaranmış kritik nasazlıqdan şikayət ediblər. Bu haqda "Inquirer" nəşri məlumat verib.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, "KB4464330" nömrəli versiya "Mənim sənədlərim" qovluğundakı faylların silinməsinə səbəb olan problemi aradan qaldırmalı idi, ancaq daha çox ciddi nasazlıqlara gətirib çıxarıb.

    Məsələn, yeniləməni quraşdırdıqdan sonra kompüter yenidən yüklənir və "aradan qaldırıla bilməyən səhv" haqda mesajdan ibarət "Mavi ekran" (BSOD) göstərilir. Nəşrin məlumatına görə, şikayətlərin əksəriyyəti "Hewlett-Packard" noutbuku işlədən istifadəçilərdən daxil olub, həmçinin digər qurğu sahiblərindən də müraciətlər olub.

    Texniki dəstək forumunda müzakirə zamanı belə qərara alınıb ki, "HP" şirkətinin öncədən quraşdırılmış proqram təminatının tərkibinə daxil olan "HpqKbFiltr.sys" faylı bu problemi yaradır. Bəzi istifadəçilər bu faylın yerini dəyişdirmək və ya adını dəyişdirməklə "göy ekran" problemini aradan qaldırmağa müvəffəq olublar.

    Milli.Az
    Windows - un son yeniləməsi kompüterlərin işini dayandırıb "Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərin istifadəçiləri yeniləməni quraşdırmaq cəhdindən sonra yaranmış kritik nasazlıqdan şikayət ediblər. Bu haqda "Inquirer" nəşri məlumat verib. Milli.Az ICTnews-a istinadən bildirir ki, "KB4464330" nömrəli versiya "Mənim sənədlərim" qovluğundakı faylların silinməsinə səbəb olan problemi aradan qaldırmalı idi, ancaq daha çox ciddi nasazlıqlara gətirib çıxarıb. Məsələn, yeniləməni quraşdırdıqdan sonra kompüter yenidən yüklənir və "aradan qaldırıla bilməyən səhv" haqda mesajdan ibarət "Mavi ekran" (BSOD) göstərilir. Nəşrin məlumatına görə, şikayətlərin əksəriyyəti "Hewlett-Packard" noutbuku işlədən istifadəçilərdən daxil olub, həmçinin digər qurğu sahiblərindən də müraciətlər olub. Texniki dəstək forumunda müzakirə zamanı belə qərara alınıb ki, "HP" şirkətinin öncədən quraşdırılmış proqram təminatının tərkibinə daxil olan "HpqKbFiltr.sys" faylı bu problemi yaradır. Bəzi istifadəçilər bu faylın yerini dəyişdirmək və ya adını dəyişdirməklə "göy ekran" problemini aradan qaldırmağa müvəffəq olublar. Milli.Az
    Windows - un son yeniləməsi kompüterlərin işini dayandırıb
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Ən sürətli kamera yaradılıb

    ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını icad ediblər.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, "T-CUP" qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yubadılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. "T-CUP" 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.

    Mütəxəssislər ümid edir ki, texnologiya biotibb sahəsində tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər.

    Milli.Az
    Ən sürətli kamera yaradılıb ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını icad ediblər. Milli.Az ICTnews-a istinadən bildirir ki, "T-CUP" qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yubadılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. "T-CUP" 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib. Mütəxəssislər ümid edir ki, texnologiya biotibb sahəsində tədqiqatlarda və materialların öyrənilməsində faydalı olacaq. Həmçinin alimlər çəkiliş sürətinin saniyədə 1 kvadrilyon kadradək artırılması imkanının mövcud olduğunu bildirirlər. Milli.Az
    Ən sürətli kamera yaradılıb
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri
    Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri
    0 0 Şərh 0 Shares