• Ezgi Mola da sevgili tapdı

    Bu dəfə aktrisa Ezgi Mola eşq xəbəri ilə gündəmə gəlib. Aktrisa uzun fasilədən sonra özünə sevgili tapıb.


    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ezgi idarəçi Mustafa Aksakallıya aşiq olub.

    TV 8-də yayımlanan "Gel konuşalım" proqramında Eylem İpek Şafak Mola ilə bağlı gözlənilməz açıqlamalar verib. Şafak bu xəbəri etibarlı mənbədən aldığını bildirib.

    Mola son günlər hər yerdə şən davranışları ilə diqqət çəkir. Onun hələ münasibətini gizli yaşamaq istədiyi deyilib.
    Ezgi Mola da sevgili tapdı Bu dəfə aktrisa Ezgi Mola eşq xəbəri ilə gündəmə gəlib. Aktrisa uzun fasilədən sonra özünə sevgili tapıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ezgi idarəçi Mustafa Aksakallıya aşiq olub. TV 8-də yayımlanan "Gel konuşalım" proqramında Eylem İpek Şafak Mola ilə bağlı gözlənilməz açıqlamalar verib. Şafak bu xəbəri etibarlı mənbədən aldığını bildirib. Mola son günlər hər yerdə şən davranışları ilə diqqət çəkir. Onun hələ münasibətini gizli yaşamaq istədiyi deyilib.
    0 0 Comments 0 Shares
  • wap master forum
    wap master forum
    0 0 Comments 0 Shares
  • İtini 21 min manatlıq geyimlə gəzintiyə çıxardı - Hacıyeva yenə gündəmdə

    Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva yenidən ingilis mediasının diqqət mərkəzinə çevrilib.


    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, iti ilə gəzintiyə çıxan Zamirə bahalı geyimləri ilə fotokameralara tuş gəlib. Zamirə itini Knightsbridge-də dəyəri 11,5 milyon olan evinin yaxınlığında gəzdirib.

    Qadının "Gucci Ace" idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1361 manat), "Gucci"dən olan şalvarı isə 530 funt sterlinqdir (1154 manat).

    Z.Hacıyevanın taxdığı "Miu Miu" eynəyinin dəyəri isə 290 funt sterlinqdir (təxminən 631 manat).

    Zamirənin 6500 funt sterlinq (təxminən 14 152 manat) dəyəri olan çantası isə "Hermes" brendindəndir. İngilis mediası onun qara gödəkçəsinin dəyərinin isə 800 funt sterlinq (təxminən 1742 manat) olduğunu yazıb.

    Sayt Hacıyevanın itinin isə çox bahalı olduğunu vurğulayıb. Əgər itin də qiymətini hesablasaq Zamirə Hacıyeva gəzinti üçün təxminən 10 min funt sterlinq (21 771 manat) pul xərcləyib. Çünki onun itinin dəyəri 1000 funt sterlinqdir (2177 manat). Onun yeməyinə isə hər 6 aydan bir 1500 funt sterlinq (3266 manat) xərclənir" deyə, yazıda qeyd olunub.

    Qeyd edək ki, Zamirə bir müddət əvvəl dünya mediasında son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləməsi ilə gündəmə gəlmişdi.
    İtini 21 min manatlıq geyimlə gəzintiyə çıxardı - Hacıyeva yenə gündəmdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva yenidən ingilis mediasının diqqət mərkəzinə çevrilib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, iti ilə gəzintiyə çıxan Zamirə bahalı geyimləri ilə fotokameralara tuş gəlib. Zamirə itini Knightsbridge-də dəyəri 11,5 milyon olan evinin yaxınlığında gəzdirib. Qadının "Gucci Ace" idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1361 manat), "Gucci"dən olan şalvarı isə 530 funt sterlinqdir (1154 manat). Z.Hacıyevanın taxdığı "Miu Miu" eynəyinin dəyəri isə 290 funt sterlinqdir (təxminən 631 manat). Zamirənin 6500 funt sterlinq (təxminən 14 152 manat) dəyəri olan çantası isə "Hermes" brendindəndir. İngilis mediası onun qara gödəkçəsinin dəyərinin isə 800 funt sterlinq (təxminən 1742 manat) olduğunu yazıb. Sayt Hacıyevanın itinin isə çox bahalı olduğunu vurğulayıb. Əgər itin də qiymətini hesablasaq Zamirə Hacıyeva gəzinti üçün təxminən 10 min funt sterlinq (21 771 manat) pul xərcləyib. Çünki onun itinin dəyəri 1000 funt sterlinqdir (2177 manat). Onun yeməyinə isə hər 6 aydan bir 1500 funt sterlinq (3266 manat) xərclənir" deyə, yazıda qeyd olunub. Qeyd edək ki, Zamirə bir müddət əvvəl dünya mediasında son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləməsi ilə gündəmə gəlmişdi.
    0 0 Comments 0 Shares
  • Sabah hava belə olacaq

    Sabahın hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
    Sabah hava belə olacaq Sabahın hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
    0 0 Comments 0 Shares
  • Ən varlı məşhur o seçildi

    İngiltərənin ən varlı məşhurlarının siyahısı hazırlanıb.

    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda birinci yeri 30 yaşlı müğənni Adele tutub. İddialara görə, sənətçinin sərvəti 132 milyondan 147 milyon funt-sterlinqə çatıb.

    Keçən yay dünya turnesinə çıxan ifaçı indi oğlu ilə daha çox vaxt keçirə bilmək üçün konsertlərə ara verib.
    Qeyd edək ki, Adele 2017-ci ildə albom satışından 9, turnedən isə 42 milyon funt-sterlinq qazanmışdı.
    Ən varlı məşhur o seçildi İngiltərənin ən varlı məşhurlarının siyahısı hazırlanıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda birinci yeri 30 yaşlı müğənni Adele tutub. İddialara görə, sənətçinin sərvəti 132 milyondan 147 milyon funt-sterlinqə çatıb. Keçən yay dünya turnesinə çıxan ifaçı indi oğlu ilə daha çox vaxt keçirə bilmək üçün konsertlərə ara verib. Qeyd edək ki, Adele 2017-ci ildə albom satışından 9, turnedən isə 42 milyon funt-sterlinq qazanmışdı.
    0 0 Comments 0 Shares
  • Safurə əri ilə fotolarını yaydı

    "Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotolarını İnstaqramda yayımlayıb.

    Axşam.az-ın məlumatına görə, keçmiş müğənninin yerləşdirdiyi şəkildə həyat yoldaşı, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev və övladı İsgəndər yer alıb.

    Safurə şərh bölməsini bağladığı fotoya "Bizim fəxrimiz" şərhini yazıb.

    Qeyd edək ki, Fərhad və Safurə cütlüyünün Aişə adlı bir qız övladı da var.
    Safurə əri ilə fotolarını yaydı "Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotolarını İnstaqramda yayımlayıb. Axşam.az-ın məlumatına görə, keçmiş müğənninin yerləşdirdiyi şəkildə həyat yoldaşı, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev və övladı İsgəndər yer alıb. Safurə şərh bölməsini bağladığı fotoya "Bizim fəxrimiz" şərhini yazıb. Qeyd edək ki, Fərhad və Safurə cütlüyünün Aişə adlı bir qız övladı da var.
    0 0 Comments 0 Shares
  • İrem Derici yeni sevgilisi ilə - Foto

    Müğənni İrem Derici yeni sevgilisi Genco Ecerlə görüntülənib.

    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili məkanlardan birindən çıxarkən kameraların hədəfinə tuş gəlib. Ortaq dostları vasitəsilə tanış olan cütlüyün xoşbəxt və səmimi halları diqqətdən qaçmayıb.

    Genco Derici haqda bu sözləri deyib:

    “İremə mahnı yazmağı çox istəyirəm. mənim mahnımı oxusa sevinərəm. Əvvəllər onu izləyirdim, amma çoxdan bəyənirdim deyə bilmərəm. Danışdıqca bəyənməyə başladım”.
    İrem Derici yeni sevgilisi ilə - Foto Müğənni İrem Derici yeni sevgilisi Genco Ecerlə görüntülənib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ikili məkanlardan birindən çıxarkən kameraların hədəfinə tuş gəlib. Ortaq dostları vasitəsilə tanış olan cütlüyün xoşbəxt və səmimi halları diqqətdən qaçmayıb. Genco Derici haqda bu sözləri deyib: “İremə mahnı yazmağı çox istəyirəm. mənim mahnımı oxusa sevinərəm. Əvvəllər onu izləyirdim, amma çoxdan bəyənirdim deyə bilmərəm. Danışdıqca bəyənməyə başladım”.
    0 0 Comments 0 Shares
  • Aktyorun 19 yaşlı qızı porno ulduzla açıq-saçıq fotosessiyada

    Hollivud ulduzu Conni Deppin qızı Lili Rouz Depp model biznesinə qoşulub.


    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Conni aktyorun Vanessa Paradidən dünyaya gələn 19 yaşlı övladı "Chanel" brendinin siması olub.

    Rouz fotokamera qarşısına porno ulduz Pamela Andersonla birlikdə keçib. Onların açıq-saçıq şəkilləri müzakirələrə səbəb olub.

    Qeyd edək ki, Lili 22 yaşlı Timoti Şalamla görüşür. Timoti "Oskar" mükafatı sahiblərindəndir.
    Aktyorun 19 yaşlı qızı porno ulduzla açıq-saçıq fotosessiyada Hollivud ulduzu Conni Deppin qızı Lili Rouz Depp model biznesinə qoşulub. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Conni aktyorun Vanessa Paradidən dünyaya gələn 19 yaşlı övladı "Chanel" brendinin siması olub. Rouz fotokamera qarşısına porno ulduz Pamela Andersonla birlikdə keçib. Onların açıq-saçıq şəkilləri müzakirələrə səbəb olub. Qeyd edək ki, Lili 22 yaşlı Timoti Şalamla görüşür. Timoti "Oskar" mükafatı sahiblərindəndir.
    0 0 Comments 0 Shares
  • 25 il keçdi...

    Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür.

    Axşam.az xəbər verir ki, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar.

    Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

    İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bu günədək xəbər yoxdur.

    Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.

    Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.
    25 il keçdi... Azərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür. Axşam.az xəbər verir ki, 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bu günədək xəbər yoxdur. Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər. Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.
    25 il keçdi...
    AXSAM.AZ
    0 0 Comments 0 Shares
  • WhatsApp-da daha bir yenilik

    "Facebook" şirkətinə məxsus olan "WhatsApp" messenceri, nəhayət ki, uzun müddət rəqib messencerlərdə mövcud olan stikerləri reallaşdırıb. Messencer komandası və kənar dizaynerlərin stikerlər dəsti yaxın həftələrdə sözügedən messencerin "Android" və "iOS" tətbiqindən istifadə edənlərə tədricən əlçatan olacaq.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, "WhatsApp"ın nümayəndələri hesab edirlər ki, stikerlər messencerdə öz emosiyalarını "Giphy" xidmətindən ".gif" formatlı şəkillər və ya emojilərlə ifadə edə bilməyən şəxslər üçün əlavə bir vasitə olacaq. Mesaj yazılan sətirdə stikerlərin göndərilməsi üçün yeni düymə olacaq. Həmin düyməyə sıxmaqla stikeri seçmək olar.

    Milli.Az
    WhatsApp-da daha bir yenilik "Facebook" şirkətinə məxsus olan "WhatsApp" messenceri, nəhayət ki, uzun müddət rəqib messencerlərdə mövcud olan stikerləri reallaşdırıb. Messencer komandası və kənar dizaynerlərin stikerlər dəsti yaxın həftələrdə sözügedən messencerin "Android" və "iOS" tətbiqindən istifadə edənlərə tədricən əlçatan olacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, "WhatsApp"ın nümayəndələri hesab edirlər ki, stikerlər messencerdə öz emosiyalarını "Giphy" xidmətindən ".gif" formatlı şəkillər və ya emojilərlə ifadə edə bilməyən şəxslər üçün əlavə bir vasitə olacaq. Mesaj yazılan sətirdə stikerlərin göndərilməsi üçün yeni düymə olacaq. Həmin düyməyə sıxmaqla stikeri seçmək olar. Milli.Az
    WhatsApp-da daha bir yenilik
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
ILK-10