• Sinxron tərcümə edə bilən qulaqlıqlar - YENİLİK

    Çinin "Timekettle" startapı sinxron tərcümə funksiyasına malik "WT2" adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qulaqlıqlar görünüşcə "AirPods"a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.

    Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:

    avtomatik - real vaxt rejimində söhbəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);
    əl rejimi - hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);
    sual rejimi - yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir).

    Milli.Az

    https://news.milli.az/hitech/706632.html
    Sinxron tərcümə edə bilən qulaqlıqlar - YENİLİK Çinin "Timekettle" startapı sinxron tərcümə funksiyasına malik "WT2" adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qulaqlıqlar görünüşcə "AirPods"a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır. Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir: avtomatik - real vaxt rejimində söhbəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur); əl rejimi - hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir); sual rejimi - yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir). Milli.Az https://news.milli.az/hitech/706632.html
    0 0 Comments 0 Shares
  • Profil üçün status
    Profil üçün status
    0 0 Comments 0 Shares
  • Millimiz yerində sayır - REYTİNQ

    FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

    Oxu.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.

    Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

    İlk “onluq”da cəmi bir dəyişiklik olub. Portuqaliya VII pillədən VI sıraya qalxaraq, Uruqvayı aşağı endirib. Yenə dünya üçüncüsü Belçika turnir cədvəlinə başçılıq edir.

    Dünya çempionu Fransa II sıradadırsa, Braziliya III yerdədir. Dünya çempionatının gümüş mükafatçısı Xorvatiya isə IV sıradadır.

    Səbuhi MUSAYEV
    www.oxu.az
    Millimiz yerində sayır - REYTİNQ FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Oxu.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb. İlk “onluq”da cəmi bir dəyişiklik olub. Portuqaliya VII pillədən VI sıraya qalxaraq, Uruqvayı aşağı endirib. Yenə dünya üçüncüsü Belçika turnir cədvəlinə başçılıq edir. Dünya çempionu Fransa II sıradadırsa, Braziliya III yerdədir. Dünya çempionatının gümüş mükafatçısı Xorvatiya isə IV sıradadır. Səbuhi MUSAYEV www.oxu.az
    0 0 Comments 0 Shares
  • Avtomobildə 5G sınandı

    Yaponiyanın ən böyük rabitə operatoru "NTT DoCoMo" və "Mitsubishi Electric" şirkəti birgə hərəkət edən avtomobildə "5G" protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək.

    "Binaların divarlarına qurulmuş baza stansiyalarının antenaları şüanı nəqliyyat vasitələrinin yuxarı hissəsinə qurulmuş mobil terminallara göndərir" - şirkətlərin nümayəndələri deyiblər.

    Milli.Az
    https://news.milli.az/interest/707525.html
    Avtomobildə 5G sınandı Yaponiyanın ən böyük rabitə operatoru "NTT DoCoMo" və "Mitsubishi Electric" şirkəti birgə hərəkət edən avtomobildə "5G" protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər. Milli.Az ICTnews-a istinadən bildirir ki, sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək. "Binaların divarlarına qurulmuş baza stansiyalarının antenaları şüanı nəqliyyat vasitələrinin yuxarı hissəsinə qurulmuş mobil terminallara göndərir" - şirkətlərin nümayəndələri deyiblər. Milli.Az https://news.milli.az/interest/707525.html
    0 0 Comments 0 Shares
  • Dəri ilə musiqi dinləmək olacaq

    Prodüser Mik Ebelinqin sahibi olduğu ABŞ şirkəti dəri vasitəsilə canlı musiqi dinləməyə imkan verən daşınan texnologiya təqdim edib. Yeni texnologiyanın eşitmə qüsurlu insanlara kömək edəcəyi bildirilir.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiyaya akkumulyatorlu iki bilərzik, topuğa bərkidilən iki zolaq, eləcə də çiyin və kürəkdən keçən zərli qaytan daxildir. Sonra bu dəst otağın səs kompleksinə qoşularaq dəridəki ötürücülərə elektrik impulsları ötürür. Hər impuls müəyyən musiqiyə görə cavabdehlik daşıyır.

    Qeyd olunur ki, insan dərisi 10-1000 QHs tezliklərini 2000 QHs tezliyinə nisbətdə bir neçə dəfə pis müəyyənləşdirir. Lakin buna baxmayaraq o səs siqnalının amplituda və intensivlik dəyişikliyini çox yaxşı hiss edir. "Music: Not Impossible" daşınan sistemi məhz bu məlumatlar əsasında qurulub.

    Qurğunun kommersiya variantının 2019-cu ildə təqdim ediləcəyi gözlənilir.

    Milli.Az

    https://news.milli.az/interest/707522.html
    Dəri ilə musiqi dinləmək olacaq Prodüser Mik Ebelinqin sahibi olduğu ABŞ şirkəti dəri vasitəsilə canlı musiqi dinləməyə imkan verən daşınan texnologiya təqdim edib. Yeni texnologiyanın eşitmə qüsurlu insanlara kömək edəcəyi bildirilir. Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiyaya akkumulyatorlu iki bilərzik, topuğa bərkidilən iki zolaq, eləcə də çiyin və kürəkdən keçən zərli qaytan daxildir. Sonra bu dəst otağın səs kompleksinə qoşularaq dəridəki ötürücülərə elektrik impulsları ötürür. Hər impuls müəyyən musiqiyə görə cavabdehlik daşıyır. Qeyd olunur ki, insan dərisi 10-1000 QHs tezliklərini 2000 QHs tezliyinə nisbətdə bir neçə dəfə pis müəyyənləşdirir. Lakin buna baxmayaraq o səs siqnalının amplituda və intensivlik dəyişikliyini çox yaxşı hiss edir. "Music: Not Impossible" daşınan sistemi məhz bu məlumatlar əsasında qurulub. Qurğunun kommersiya variantının 2019-cu ildə təqdim ediləcəyi gözlənilir. Milli.Az https://news.milli.az/interest/707522.html
    0 0 Comments 0 Shares
  • Astarada canavarlar məktəblilərə hücum edib - Səhiyyə Nazirliyi

    Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.

    Metbuat.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb. Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

    Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub.

    Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.
    Astarada canavarlar məktəblilərə hücum edib - Səhiyyə Nazirliyi Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib. Metbuat.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb. Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub. Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.
    Astarada canavarlar məktəblilərə hücum edib - Səhiyyə Nazirliyi
    Metbuat.az - Saatın aktual xəbərləri
    METBUAT.AZ
    0 0 Comments 0 Shares
  • İsveçin vergi sistemi

    Bakı, 27 noyabr, AZƏRTAC

    İsveçlilər ən intizamlı vergiödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, istənilən ölçüdə vergini ödəməyə hazırdırlar.

    AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, İsveçdə tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır: vergiödəyicisinin yaşından, qeydiyyata alındığı yerdən, əməkhaqqının ümumi məbləğindən, əmək növündən – muzdlu işçi və ya fərdi sahibkar olmasından və s. Bir ümumi qayda mövcuddur: kim çox qazanırsa, vergi xəzinəsinə də onlar daha çox ödəyir.

    Vergilər iki hissədən ibarət olur: yerli (kommuna) və dövlət yığımlarından. Yerli vergilərin tarifi kommunadan asılı olaraq orta hesabla 29-35 faiz arasındadır. İl ərzində 443 200 krondan az (54 070 ABŞ dolları) qazanan şəxslər yalnız kommuna vergisini ödəyirlər. İllik qazanc bu məbləğdən yüksəkdirsə, onda həm də 20 faiz həcmində dövlət vergisi çıxılır. Gəlirləri 638 800 krondan çox olanlar, həmin hüdudu keçən vəsaitdən daha 5 faiz vergi ödəməli olurlar.

    Sahibkarlar ölkədə ən çox vergiödəyicisidirlər. Lakin, əgər gəlir yoxdursa və ya biznes zərərlə işləyibsə, onda vergi ödənilmir. İl ərzində 18 784 krondan çox qazanc əldə etməyənlər də vergi ödəməkdən azaddırlar. Yaşı altmışı ötənlər və otuzdan az yaşı olanlar ən az vergi ödəyirlər.
    İsveçin vergi sistemi Bakı, 27 noyabr, AZƏRTAC İsveçlilər ən intizamlı vergiödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, istənilən ölçüdə vergini ödəməyə hazırdırlar. AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, İsveçdə tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır: vergiödəyicisinin yaşından, qeydiyyata alındığı yerdən, əməkhaqqının ümumi məbləğindən, əmək növündən – muzdlu işçi və ya fərdi sahibkar olmasından və s. Bir ümumi qayda mövcuddur: kim çox qazanırsa, vergi xəzinəsinə də onlar daha çox ödəyir. Vergilər iki hissədən ibarət olur: yerli (kommuna) və dövlət yığımlarından. Yerli vergilərin tarifi kommunadan asılı olaraq orta hesabla 29-35 faiz arasındadır. İl ərzində 443 200 krondan az (54 070 ABŞ dolları) qazanan şəxslər yalnız kommuna vergisini ödəyirlər. İllik qazanc bu məbləğdən yüksəkdirsə, onda həm də 20 faiz həcmində dövlət vergisi çıxılır. Gəlirləri 638 800 krondan çox olanlar, həmin hüdudu keçən vəsaitdən daha 5 faiz vergi ödəməli olurlar. Sahibkarlar ölkədə ən çox vergiödəyicisidirlər. Lakin, əgər gəlir yoxdursa və ya biznes zərərlə işləyibsə, onda vergi ödənilmir. İl ərzində 18 784 krondan çox qazanc əldə etməyənlər də vergi ödəməkdən azaddırlar. Yaşı altmışı ötənlər və otuzdan az yaşı olanlar ən az vergi ödəyirlər.
    İsveçin vergi sistemi
    İsveçlilər ən intizamlı vergiödəyiciləridirlər. İctimai rəy sorğuları göstərib ki, skandinaviyalıların əksəriyyəti, istənilən ölçüdə vergini ödəməyə hazırdırlar. AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, İsveçdə tariflər və ödənilən vergi məbləğləri bir sıra amillərdən asılıdır
    AZERTAG.AZ
    0 0 Comments 0 Shares
  • Beş ildən sonra “süni Günəş” enerjisi hasil oluna bilər

    Bakı, 26 noyabr, AZƏRTAC

    Bəşəriyyət beş ildən sonra miniatür reaktorlar vasitəsilə “süni Günəş” enerjisindən istifadə edə bilər. Söhbət ucuz və ekoloji cəhətdən təmiz enerji mənbəyi olacaq istilik-nüvə reaktorlarından gedir.

    AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hazırda istifadə etdiyimiz karbohidrogen yanacaqların səbəb olduğu qlobal istiləşmə şəraitində dayanıqlı alternativ enerji mənbələrinə ehtiyac duyulur. Alimlərin fikrincə, bu mənbələrin olmaması gələcəkdə su və ərzaq çatışmazlığı, aclıq və müharibələrə səbəb ola bilər. Bu problemin həllinin yeganə yolu isə istilik-nüvə sintezləridir. Energetika üzrə ekspertlərin şübhə ilə yanaşdıqları bu enerji mənbəyi, bəzi startapların bildirdiyinə görə, beş ildən sonra reallığa çevrilə bilər.

    Kanadanın “General Fusion” şirkətinin direktoru Kristofer Mouri əmindir ki, göstərilən müddətdə Günəş planetində olduğu kimi, Yerdə də xüsusi qurğularla atomun parçalanması yolu ilə enerji əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, hazırda atom parçalarının iki hidrogen izotopunun – deyteriy və tritiyin birləşməsi prosesi üçün böyük həcmdə enerji tələb olunur. Hasil olunacaq enerji bundan daha az olduğundan, hələlik istilik-nüvə reaktorları sərfəli deyil.

    Oksforddakı Kebl kollecinin professoru Ueyd Ellison əlavə edib: “XXI əsrin texnologiyaları istilik-nüvə reaktorlarını təkmilləşdirməyə imkan verir. Yeganə əngəl nəzəriyyənin praktikaya tətbiqidir. Biz dəqiq vaxtı əminliklə söyləyə bilmərik, amma əsas elmi-nəzəri məsələlər həllini tapıb. İndi materiallarla bağlı texniki problemlər yoluna qoyulmalıdır”.

    U.Ellisonun qənaətinə görə, əsas problem reaktorun yüksək təzyiqə davam gətirəcək və olduqca qızmar plazmanı əriməkdən qoruyacaq qabığının düzəldilməsidir. Yerin orbitinə qayıdan kosmik gəmilərdə olduğu kimi, bu reaktor da ən yüksək temperatura davam gətirməlidir. Həmçinin, avtomatik xidmət və təkrar enerji sistemlərinin quraşdırılmasına da ehtiyac var. Bunun üçün Böyük Britaniyanın Atom Enerjisi Agentliyində yeni tədqiqat mərkəzi yaradılır.

    BBC-nin məlumatına görə, bir sıra özəl şirkətlər bu problemləri daha tez və səmərəli həll edəcəklərini bildirirlər. İngiltərənin Oksfordşir qraflığında yerləşən “Tokamak Energy” şirkəti yüksək hərarətli ötürücülərdən istifadə etməklə reaktorun plazmasını qüvvətli maqnit sahəsində saxlamaq üçün yeni texnologiyalar hazırlayır. “Fizikanın bu sahəsində mənfi 70 dərəcə və daha aşağısı “yüksək hərarət” hesab olunur. Şirkətin icraçı direktoru Conatan Karlinq bildirib ki, “sferik reaktor” adlanan bu yeni qurğu yüksək təzyiqə daha dözümlü və ölçücə kiçikdir. Artıq “Tokamak Energy” “ST-40” yeni reaktorunu sınaqdan çıxarıb və onun plazmasında temperatur 15 milyon dərəcəyə çatdırılıb ki, bu da Günəşin hərarətindən çoxdur. C. Karlinq əlavə edib ki, onun rəhbərlik etdiyi şirkət reaktordan ilk enerji hasilatını 2022-ci ildə həyata keçirəcək. Enerjinin şəbəkəyə ötürülməsi isə 2030-cu ildə reallaşa bilər.

    Çin alimləri də istilik-nüvə reaktorları üzərində iş aparırlar. “Çinin süni günəşi” adlana reaktorun plazmasında isə temperaturu 100 milyon dərəcəyə qaldırmaq mümkün olub. Çinlilər də reaktorun qabığının hazırlanması üzərində iş aparırlar.

    Bu sahədə ən böyük layihələrdən biri isə Bill Qeyts, Ceff Bezos, Maykl Blumberq və digər milyarderlərin maliyyələşdirdikləri və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun “Birlik Sintez Sistemi” şirkəti ilə birgə həyata keçirdikləri “Sparc” layihəsidir. Bu layihə çərçivəsində daha kompakt və istehsal müəssisələrində asanlıqla quraşdırılacaq reaktorların hazırlanması nəzərdə tutulur.

    Ekspertlər bildirirlər ki, özəl firmaların bu layihələri 35 ölkənin iştirakı ilə həyata keçirilən ITER (Beynəlxalq istilik-nüvə eksperimental reaktoru) proqramını kölgədə qoya bilər. Belə ki, bu proqramın başa çatması müddəti bəlli deyil və yaxın gələcəkdə özəl şirkətlərin himayəsinə keçməsi ehtimalı da var.
    Beş ildən sonra “süni Günəş” enerjisi hasil oluna bilər Bakı, 26 noyabr, AZƏRTAC Bəşəriyyət beş ildən sonra miniatür reaktorlar vasitəsilə “süni Günəş” enerjisindən istifadə edə bilər. Söhbət ucuz və ekoloji cəhətdən təmiz enerji mənbəyi olacaq istilik-nüvə reaktorlarından gedir. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hazırda istifadə etdiyimiz karbohidrogen yanacaqların səbəb olduğu qlobal istiləşmə şəraitində dayanıqlı alternativ enerji mənbələrinə ehtiyac duyulur. Alimlərin fikrincə, bu mənbələrin olmaması gələcəkdə su və ərzaq çatışmazlığı, aclıq və müharibələrə səbəb ola bilər. Bu problemin həllinin yeganə yolu isə istilik-nüvə sintezləridir. Energetika üzrə ekspertlərin şübhə ilə yanaşdıqları bu enerji mənbəyi, bəzi startapların bildirdiyinə görə, beş ildən sonra reallığa çevrilə bilər. Kanadanın “General Fusion” şirkətinin direktoru Kristofer Mouri əmindir ki, göstərilən müddətdə Günəş planetində olduğu kimi, Yerdə də xüsusi qurğularla atomun parçalanması yolu ilə enerji əldə etmək mümkün olacaq. Onun sözlərinə görə, hazırda atom parçalarının iki hidrogen izotopunun – deyteriy və tritiyin birləşməsi prosesi üçün böyük həcmdə enerji tələb olunur. Hasil olunacaq enerji bundan daha az olduğundan, hələlik istilik-nüvə reaktorları sərfəli deyil. Oksforddakı Kebl kollecinin professoru Ueyd Ellison əlavə edib: “XXI əsrin texnologiyaları istilik-nüvə reaktorlarını təkmilləşdirməyə imkan verir. Yeganə əngəl nəzəriyyənin praktikaya tətbiqidir. Biz dəqiq vaxtı əminliklə söyləyə bilmərik, amma əsas elmi-nəzəri məsələlər həllini tapıb. İndi materiallarla bağlı texniki problemlər yoluna qoyulmalıdır”. U.Ellisonun qənaətinə görə, əsas problem reaktorun yüksək təzyiqə davam gətirəcək və olduqca qızmar plazmanı əriməkdən qoruyacaq qabığının düzəldilməsidir. Yerin orbitinə qayıdan kosmik gəmilərdə olduğu kimi, bu reaktor da ən yüksək temperatura davam gətirməlidir. Həmçinin, avtomatik xidmət və təkrar enerji sistemlərinin quraşdırılmasına da ehtiyac var. Bunun üçün Böyük Britaniyanın Atom Enerjisi Agentliyində yeni tədqiqat mərkəzi yaradılır. BBC-nin məlumatına görə, bir sıra özəl şirkətlər bu problemləri daha tez və səmərəli həll edəcəklərini bildirirlər. İngiltərənin Oksfordşir qraflığında yerləşən “Tokamak Energy” şirkəti yüksək hərarətli ötürücülərdən istifadə etməklə reaktorun plazmasını qüvvətli maqnit sahəsində saxlamaq üçün yeni texnologiyalar hazırlayır. “Fizikanın bu sahəsində mənfi 70 dərəcə və daha aşağısı “yüksək hərarət” hesab olunur. Şirkətin icraçı direktoru Conatan Karlinq bildirib ki, “sferik reaktor” adlanan bu yeni qurğu yüksək təzyiqə daha dözümlü və ölçücə kiçikdir. Artıq “Tokamak Energy” “ST-40” yeni reaktorunu sınaqdan çıxarıb və onun plazmasında temperatur 15 milyon dərəcəyə çatdırılıb ki, bu da Günəşin hərarətindən çoxdur. C. Karlinq əlavə edib ki, onun rəhbərlik etdiyi şirkət reaktordan ilk enerji hasilatını 2022-ci ildə həyata keçirəcək. Enerjinin şəbəkəyə ötürülməsi isə 2030-cu ildə reallaşa bilər. Çin alimləri də istilik-nüvə reaktorları üzərində iş aparırlar. “Çinin süni günəşi” adlana reaktorun plazmasında isə temperaturu 100 milyon dərəcəyə qaldırmaq mümkün olub. Çinlilər də reaktorun qabığının hazırlanması üzərində iş aparırlar. Bu sahədə ən böyük layihələrdən biri isə Bill Qeyts, Ceff Bezos, Maykl Blumberq və digər milyarderlərin maliyyələşdirdikləri və ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun “Birlik Sintez Sistemi” şirkəti ilə birgə həyata keçirdikləri “Sparc” layihəsidir. Bu layihə çərçivəsində daha kompakt və istehsal müəssisələrində asanlıqla quraşdırılacaq reaktorların hazırlanması nəzərdə tutulur. Ekspertlər bildirirlər ki, özəl firmaların bu layihələri 35 ölkənin iştirakı ilə həyata keçirilən ITER (Beynəlxalq istilik-nüvə eksperimental reaktoru) proqramını kölgədə qoya bilər. Belə ki, bu proqramın başa çatması müddəti bəlli deyil və yaxın gələcəkdə özəl şirkətlərin himayəsinə keçməsi ehtimalı da var.
    Beş ildən sonra “süni Günəş” enerjisi hasil oluna bilər
    Bəşəriyyət beş ildən sonra miniatür reaktorlar vasitəsilə “süni Günəş” enerjisindən istifadə edə bilər. Söhbət ucuz və ekoloji cəhətdən təmiz enerji mənbəyi olacaq istilik-nüvə reaktorlarından gedir
    AZERTAG.AZ
    0 0 Comments 0 Shares
  • “Qarabağ” “Sportinq”ə məğlub oldu

    Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

    Metbuat.az xəbər verir ki, E qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” Bakıda “Sportinq”i qəbul edib.

    Qurban Qurbanovun komandası rəqibinə 1:6 hesabı ilə məğlub olub.
    Bununla da, "Qarabağ" qrupdan çıxmaq şansını itirib.

    29 noyabr

    Avropa Liqası

    E qrupu

    21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) - 1:6

    B.Dost (5), A.Zubir (14), Fernandes (20), Nani (33), Diabi (64), Fernandes (75) , Diabi (81)
    Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya)
    Bakı Olimpiya Stadionu.
    “Qarabağ” “Sportinq”ə məğlub oldu Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib. Metbuat.az xəbər verir ki, E qrupunda mübarizə aparan təmsilçimiz “Qarabağ” Bakıda “Sportinq”i qəbul edib. Qurban Qurbanovun komandası rəqibinə 1:6 hesabı ilə məğlub olub. Bununla da, "Qarabağ" qrupdan çıxmaq şansını itirib. 29 noyabr Avropa Liqası E qrupu 21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) - 1:6 B.Dost (5), A.Zubir (14), Fernandes (20), Nani (33), Diabi (64), Fernandes (75) , Diabi (81) Hakimlər: Petr Ardeleanu, Petr Blazey, Tomas Mokruş, Yan Patak, Zbinek Proske, Emanuel Marek (hamısı Çexiya) Bakı Olimpiya Stadionu.
    “Qarabağ” “Sportinq”ə məğlub oldu
    Metbuat.az - Saatın aktual xəbərləri
    METBUAT.AZ
    0 0 Comments 0 Shares
ILK-10