• Yaponiyaya 2018-ci ildə 30 milyondan çox əcnəbi turist gəlib

    Yaponiyaya 2018-ci ildə gələn əcnəbi turistlərin sayı ilk dəfə 30 milyonu ötüb. Əsasən digər Asiya ölkələrindən gələn turistlər say artımına səbəb olublar.

    AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də turizm naziri Keiçi İşii məlumat verib. O, bəyan edib ki, ötən il Yaponiyaya 31,19 milyon əcnəbi turist gəlib. Bu, 2017-ci ilin göstəricisindən 8,7 faiz çoxdur.

    Çox da baha olmayan yeni aviadaşıyıcılar və sadələşdirilən viza rejimi Çin, Tailand və Asiyanın digər ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olub.

    Cari il ərzində təbii fəlakətlərə, o cümlədən tufan və zəlzələlərə baxmayaraq, Yaponiyaya gələnlərin sayı artmaqda davam edib. Bu göstəricinin daha da artacağı gözlənilir. Belə ki, qarşıdakı illərdə keçiriləcək reqbi üzrə dünya çempionatı, Olimpiya və Paralimpiya oyunları Yaponiyanı dünyanın diqqət mərkəzində saxlayacaq.
    Yaponiyaya 2018-ci ildə 30 milyondan çox əcnəbi turist gəlib Yaponiyaya 2018-ci ildə gələn əcnəbi turistlərin sayı ilk dəfə 30 milyonu ötüb. Əsasən digər Asiya ölkələrindən gələn turistlər say artımına səbəb olublar. AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də turizm naziri Keiçi İşii məlumat verib. O, bəyan edib ki, ötən il Yaponiyaya 31,19 milyon əcnəbi turist gəlib. Bu, 2017-ci ilin göstəricisindən 8,7 faiz çoxdur. Çox da baha olmayan yeni aviadaşıyıcılar və sadələşdirilən viza rejimi Çin, Tailand və Asiyanın digər ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olub. Cari il ərzində təbii fəlakətlərə, o cümlədən tufan və zəlzələlərə baxmayaraq, Yaponiyaya gələnlərin sayı artmaqda davam edib. Bu göstəricinin daha da artacağı gözlənilir. Belə ki, qarşıdakı illərdə keçiriləcək reqbi üzrə dünya çempionatı, Olimpiya və Paralimpiya oyunları Yaponiyanı dünyanın diqqət mərkəzində saxlayacaq.
    0 0 Şərh 0 Shares
  • Tacikistanda dünyada ən böyük dəf hazırlanıb

    Tacikistanın Kulyab şəhərindəki musiqi alətləri ustası Saidnodir Xaydarov 100 gün ərzində dünyada ən böyük doyra (dəf) hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, dəfin diametri 1,7 metr, ağırlığı 34 kiloqramdır. Dəfi dord musiqiçi çalır və hər musiqiçinin sahəsində müxtəlif səslər çıxır.

    Saidnodir Xaydarov diametri 2 metr olan dəf düzəltmək haqqında da düşünür.

    https://azertag.az/xeber/Tacikistanda_dunyada_en_boyuk_def_hazirlanib-1232527
    Tacikistanda dünyada ən böyük dəf hazırlanıb Tacikistanın Kulyab şəhərindəki musiqi alətləri ustası Saidnodir Xaydarov 100 gün ərzində dünyada ən böyük doyra (dəf) hazırlayıb. AZƏRTAC xəbər verir ki, dəfin diametri 1,7 metr, ağırlığı 34 kiloqramdır. Dəfi dord musiqiçi çalır və hər musiqiçinin sahəsində müxtəlif səslər çıxır. Saidnodir Xaydarov diametri 2 metr olan dəf düzəltmək haqqında da düşünür. https://azertag.az/xeber/Tacikistanda_dunyada_en_boyuk_def_hazirlanib-1232527
    0 0 Şərh 0 Shares
  • Günorta yatmağın təhlükəsi aşkarlandı

    Günorta vaxtı insanda “yuxunun tökülməsi” demensiyanın inkişafı riskindən xəbər verə bilər.

    Oxu.Az xəbər verir ki, bu haqda elmi işin nəticələri “Science Translational Medicine” jurnalında dərc olunub.

    Mütəxəssislər natamam yuxudan (dərin fazalı) əziyyət çəkən, yaşı 60-dan yuxarı 119 nəfərin sağlamlıq göstəricilərini təhlil edib. Könüllülərin beyin dalğalarının qeydə alınması məqsədilə onlar portativ elektroensefaloqraflarla təchiz olunub.

    Tədqiqat nəticəsində pasiyentlərdə neyronları dağıdan və beyində neyrofibrilyar yumaqlar (adətən, Alzheymer xəstələrində müşahidə olunur) formalaşdıran tau-zülal miqdarının artıdığı üzə çıxıb.

    Alimlərin fikrincə, belə neqativ effektə məhz dərin fazalı yuxu çatışmazlığı səbəb olub. Başlıca olaraq bu, günortalar yatan insanlarda müşahidə olunub.

    Qeyd edək ki, Alzheymer xəstəliyi demensiyanın geniş yayılmış növü, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatrı Alois Alzheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik, adətən, 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür.
    Günorta yatmağın təhlükəsi aşkarlandı Günorta vaxtı insanda “yuxunun tökülməsi” demensiyanın inkişafı riskindən xəbər verə bilər. Oxu.Az xəbər verir ki, bu haqda elmi işin nəticələri “Science Translational Medicine” jurnalında dərc olunub. Mütəxəssislər natamam yuxudan (dərin fazalı) əziyyət çəkən, yaşı 60-dan yuxarı 119 nəfərin sağlamlıq göstəricilərini təhlil edib. Könüllülərin beyin dalğalarının qeydə alınması məqsədilə onlar portativ elektroensefaloqraflarla təchiz olunub. Tədqiqat nəticəsində pasiyentlərdə neyronları dağıdan və beyində neyrofibrilyar yumaqlar (adətən, Alzheymer xəstələrində müşahidə olunur) formalaşdıran tau-zülal miqdarının artıdığı üzə çıxıb. Alimlərin fikrincə, belə neqativ effektə məhz dərin fazalı yuxu çatışmazlığı səbəb olub. Başlıca olaraq bu, günortalar yatan insanlarda müşahidə olunub. Qeyd edək ki, Alzheymer xəstəliyi demensiyanın geniş yayılmış növü, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatrı Alois Alzheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb. Xəstəlik, adətən, 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür.
    1 0 Şərh 0 Shares
  • Əgər sizdə bu 4 problemdən biri varsa, o zaman limon yeyin

    Limon, naringi, portağal, qreypfrut meyvələr sitrus bitkiləri ailəsinə məxsusdur. Bu meyvə universal hesab edilə bilər. Belə ki, onun tərkibində təkcə C vitamini yox, həmçinin də digər bir çox vitaminlər və minerallar mövcuddur. Limonun tərkibində hətta zülal və karbohidrat da var.

    Milli.Az medicina.az-a istinadən bildirir ki, əgər sizin sağlamlıqla bağlı bu problemləriniz varsa, limon şirəsi sizə kömək edəcək:

    Çəki atmaq istəyirsinizsə;

    Orqanizmi şlaklardan təmizləmək istəyirsinizsə;

    Bağırsağların mütəmadi şəkildə işləməsini istəyirsinizsə;

    Əgər pH səviyyəsini normada saxlamaq istəyirsinizsə;

    Həzm problemlərini aradan qaldırmaq istəyirsinizsə;

    Bakteriyaların inkişafının qarşısını almaq üçün;

    Əgər ağrılarınıza və bədəndə gedən iltihaba son qoymaq istəyirsinizsə;

    Hamilə qadınlar limon şirəsini su qarışdıraraq içdikdə uşağın sümükləri yaxşı inkişaf edir. Belə ki, limonun tərkibində olan kalsium sümüklər və dişlər üçün çox faydalıdır. Həmçinin də onun tərkibində olan kalium baş beyin və sinir hüceyrələri üçün də faydalıdır.

    Hansı xəstəliklərdə istifadə oluna bilər?

    1. Zökəm əleyhinə

    Limonun tərkibində olan faydalı maddələr qış aylarında qrip və zökəmin müalicəsində əhəmiyyətli rol oynayır. Bu məqsədlə onu təzə halda istifadə etmək daha yaxşıdır.

    2. Qəbizlik zamanı

    Limonun faydalı xüsusiyyətləri həzm problemləri əsasən də qəbizlik zamanı köməyə gəlir. Bu meyvənin tərkibində bol miqdarda lif mövcuddur.

    3. Qanazlığı zamanı

    Limon qanazlığı və qan təzyiqinin qəflətən qalxması zamanı çox kömək edir. Onun tərkibində olan dəmir elementi qırmızı qan kürəciklərinin sayını artırır, qan damarlarının divarını qüvvətləndirir.

    4. Angina zamanı

    Limon iltihabəleyhinə xüsusiyyətə malikdir. Bunun sayəsində angina zamanı ağız boşluğunu və boğazı onun şirəsi ilə qarqara etmək müsbət nəticə verir.

    Milli.Az
    Əgər sizdə bu 4 problemdən biri varsa, o zaman limon yeyin Limon, naringi, portağal, qreypfrut meyvələr sitrus bitkiləri ailəsinə məxsusdur. Bu meyvə universal hesab edilə bilər. Belə ki, onun tərkibində təkcə C vitamini yox, həmçinin də digər bir çox vitaminlər və minerallar mövcuddur. Limonun tərkibində hətta zülal və karbohidrat da var. Milli.Az medicina.az-a istinadən bildirir ki, əgər sizin sağlamlıqla bağlı bu problemləriniz varsa, limon şirəsi sizə kömək edəcək: Çəki atmaq istəyirsinizsə; Orqanizmi şlaklardan təmizləmək istəyirsinizsə; Bağırsağların mütəmadi şəkildə işləməsini istəyirsinizsə; Əgər pH səviyyəsini normada saxlamaq istəyirsinizsə; Həzm problemlərini aradan qaldırmaq istəyirsinizsə; Bakteriyaların inkişafının qarşısını almaq üçün; Əgər ağrılarınıza və bədəndə gedən iltihaba son qoymaq istəyirsinizsə; Hamilə qadınlar limon şirəsini su qarışdıraraq içdikdə uşağın sümükləri yaxşı inkişaf edir. Belə ki, limonun tərkibində olan kalsium sümüklər və dişlər üçün çox faydalıdır. Həmçinin də onun tərkibində olan kalium baş beyin və sinir hüceyrələri üçün də faydalıdır. Hansı xəstəliklərdə istifadə oluna bilər? 1. Zökəm əleyhinə Limonun tərkibində olan faydalı maddələr qış aylarında qrip və zökəmin müalicəsində əhəmiyyətli rol oynayır. Bu məqsədlə onu təzə halda istifadə etmək daha yaxşıdır. 2. Qəbizlik zamanı Limonun faydalı xüsusiyyətləri həzm problemləri əsasən də qəbizlik zamanı köməyə gəlir. Bu meyvənin tərkibində bol miqdarda lif mövcuddur. 3. Qanazlığı zamanı Limon qanazlığı və qan təzyiqinin qəflətən qalxması zamanı çox kömək edir. Onun tərkibində olan dəmir elementi qırmızı qan kürəciklərinin sayını artırır, qan damarlarının divarını qüvvətləndirir. 4. Angina zamanı Limon iltihabəleyhinə xüsusiyyətə malikdir. Bunun sayəsində angina zamanı ağız boşluğunu və boğazı onun şirəsi ilə qarqara etmək müsbət nəticə verir. Milli.Az
    1 0 Şərh 0 Shares
  • Qışda bel ağrılarının səbəbi və asan çarəsi

    Qış aylarında bir çox insanlar bel ağırılarından şikayət edirlər. Bu halla tək yaşlı nəsil deyil, cavanlar da qarşılaşır.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qışda bel ağrılarının əsas səbəbi D vitaminin çatışmazlığıdır.

    Bildiyimiz kimi, bu vitamin kalsiumun sümüklərə keçməsini təmin edir. D vitaminin əsas mənbəyi Günəşdir. Bu vitamin gün şüalarının dəriyə olan təsiri nəticəsində orqanizmdə sintez olunur. Soyuq fəsillərdə gün şüalarının az olması D vitaminin çatışmazlığına səbəb olur.

    D vitaminin çatışmazlığı zamanı kalsium sümüklərə lazım olan miqdarda keçə bilmir ki, sümüklər yumşalmağa başlayır. Tibdə bu prosess" osteomalyasiya" adlanır. Osteomalyasiya sümük ağrılarına (xüsusilə də belin aşağı hissəsində) səbəb ola bilər.

    Amerika alimlərinin araşdırması göstərib ki, bel ağrıları ilə qarşılaşan xəstələrin əksəriyyətində qanda D vitamininin göstəricisi normadan aşağı idi. Mütəxəssislər bu insanlara D vitamini təyin ediblər (D3, xolekalsiferol) və nəticədə xəstələrin 95%-ndə bel ağrıları xeyli azalıb.

    Təbii ki, D vitamini qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək və lazım olan analizləri vermək lazımdır.

    Milli.Az

    Qışda bel ağrılarının səbəbi və asan çarəsi Qış aylarında bir çox insanlar bel ağırılarından şikayət edirlər. Bu halla tək yaşlı nəsil deyil, cavanlar da qarşılaşır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qışda bel ağrılarının əsas səbəbi D vitaminin çatışmazlığıdır. Bildiyimiz kimi, bu vitamin kalsiumun sümüklərə keçməsini təmin edir. D vitaminin əsas mənbəyi Günəşdir. Bu vitamin gün şüalarının dəriyə olan təsiri nəticəsində orqanizmdə sintez olunur. Soyuq fəsillərdə gün şüalarının az olması D vitaminin çatışmazlığına səbəb olur. D vitaminin çatışmazlığı zamanı kalsium sümüklərə lazım olan miqdarda keçə bilmir ki, sümüklər yumşalmağa başlayır. Tibdə bu prosess" osteomalyasiya" adlanır. Osteomalyasiya sümük ağrılarına (xüsusilə də belin aşağı hissəsində) səbəb ola bilər. Amerika alimlərinin araşdırması göstərib ki, bel ağrıları ilə qarşılaşan xəstələrin əksəriyyətində qanda D vitamininin göstəricisi normadan aşağı idi. Mütəxəssislər bu insanlara D vitamini təyin ediblər (D3, xolekalsiferol) və nəticədə xəstələrin 95%-ndə bel ağrıları xeyli azalıb. Təbii ki, D vitamini qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək və lazım olan analizləri vermək lazımdır. Milli.Az
    0 0 Şərh 0 Shares
  • Artıq çəki yaradan məhsullar açıqlandı

    Mütəxəssislər insan orqanizmində sağlamlıq üçün təhlükəli piy təbəqəsinin yaranmasına təsir göstərən beş məhsulu müəyyən edib. Visseral piy yüksək təzyiqlə bağlı problemlərə, qanda şəkər miqdarının artımına və ürək-damar sistemi xəstəliklərinə yol açır.

    Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Express" nəşrində məqalə dərc olunub.

    Düyü, qarğıdalı lopaları, qızarmış kökə, çörək, kartof qarın-bel nayihəsində təhlükəli piylərin yığılmasına təsir göstərir.

    Alimlər 69 könüllünün səhhəti ilə bağlı aparılan müşahidələr və müayinələr nəticəsində belə bir nəticəyə gəlib.

    Az karbohidratlı pəhriz visseral piyin 10 faizə qədər itirilməsinə kömək olub. Tərkibində az miqdarda yağlar olan qidalarla saxlanılan pəhriz isə bu baxımdan o qədər də effektiv olmayıb.

    Ancaq mütəxəssislər bu məhsulları heç də tam olaraq rasiondan çıxarmağı tövsiyə etmir.

    Sadəcə, onlara daha az zərəri olan məhsullarla əvəz tapmağı, məsələn, yarma çörəyini ağ çörəyə dəyişməyi, səhərlər qarğıdalı lopaları əvəzinə sıyıq yeməyi, qızardılmış kartof əvəzinə qaynadılmış kartofdan istifadə etməyi məsləhət görür.

    Milli.Az
    Artıq çəki yaradan məhsullar açıqlandı Mütəxəssislər insan orqanizmində sağlamlıq üçün təhlükəli piy təbəqəsinin yaranmasına təsir göstərən beş məhsulu müəyyən edib. Visseral piy yüksək təzyiqlə bağlı problemlərə, qanda şəkər miqdarının artımına və ürək-damar sistemi xəstəliklərinə yol açır. Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Express" nəşrində məqalə dərc olunub. Düyü, qarğıdalı lopaları, qızarmış kökə, çörək, kartof qarın-bel nayihəsində təhlükəli piylərin yığılmasına təsir göstərir. Alimlər 69 könüllünün səhhəti ilə bağlı aparılan müşahidələr və müayinələr nəticəsində belə bir nəticəyə gəlib. Az karbohidratlı pəhriz visseral piyin 10 faizə qədər itirilməsinə kömək olub. Tərkibində az miqdarda yağlar olan qidalarla saxlanılan pəhriz isə bu baxımdan o qədər də effektiv olmayıb. Ancaq mütəxəssislər bu məhsulları heç də tam olaraq rasiondan çıxarmağı tövsiyə etmir. Sadəcə, onlara daha az zərəri olan məhsullarla əvəz tapmağı, məsələn, yarma çörəyini ağ çörəyə dəyişməyi, səhərlər qarğıdalı lopaları əvəzinə sıyıq yeməyi, qızardılmış kartof əvəzinə qaynadılmış kartofdan istifadə etməyi məsləhət görür. Milli.Az
    Artıq çəki yaradan məhsullar açıqlandı
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Robotun insanı əvəz etdiyi gün yetişdi
    Robotun insanı əvəz etdiyi gün yetişdi
    Robotun insanı əvəz etdiyi gün yetişdi - FOTO
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • “Whatsapp”da YENİLİK - Barmaq izi...

    "Whatsapp"ın "Android" versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.

    Milli.Az Technote-a istinadən xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.

    Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.

    Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək.

    Milli.Az
    “Whatsapp”da YENİLİK - Barmaq izi... "Whatsapp"ın "Android" versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib. Milli.Az Technote-a istinadən xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır. Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib. Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək. Milli.Az
    “Whatsapp”da YENİLİK - Barmaq izi...
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • 2017-ci ildə ABŞ-da doğumun rekord sayda aşağı səviyyəsi qeydə alınıb

    Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-ın bir çox ştatlarında əhalinin artım səviyyəsi getdikcə aşağı düşür.

    AZƏRTAC xəbər verir ki, ekspertlərin tədqiqatları nəticəsində ABŞ-da doğulan uşaqların sayının aşağı olması belə bir qərara gəlməyə əsas verir. Hesabatda göstərilir ki, Cənubi Dakota və Yuta ştatlarında ümumi doğum əmsalı (hər 1000 qadına düşən körpələrin ümumi sayı) əhali artımı səviyyəsindən yuxarı olub. Ekspertlər təsdiqləyirlər ki, ölkədə əhalinin yenilənməsi üçün 1000 qadının dünyaya 2100 uşaq gətirməsi zəruridir. Məlum olub ki, 2017-ci ildə ABŞ-da ümumi doğum əmsalı 1765-in 1000-ə nisbəti olub ki, bu da əhali artımının səviyyəsindən aşağıdır. Mərkəzin məlumatına görə, 2017-ci ildə ABŞ-da təxminən 3,85 milyon uşaq doğulub. Bu, 1987-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək göstərici – 2228 uşaq Cənubi Dakotada, ən aşağı göstərici - 1421 uşaq isə Kolumbiya dairəsində qeydə alınıb.

    Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları təsdiqləyirlər ki, ABŞ-da doğum səviyyəsinin azalmasına təkcə mədəni və dini amillər deyil, həmçinin iqtisadi, o cümlədən maliyyə qətiyyətsizliyi, tələbə kreditləri borcu, ailə vəziyyəti ilə bağlı ödənişli məzuniyyətlərə dair siyasətin olmaması, uşağa qulluğun baha olması və s. öz təsirini göstərir.
    2017-ci ildə ABŞ-da doğumun rekord sayda aşağı səviyyəsi qeydə alınıb Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-ın bir çox ştatlarında əhalinin artım səviyyəsi getdikcə aşağı düşür. AZƏRTAC xəbər verir ki, ekspertlərin tədqiqatları nəticəsində ABŞ-da doğulan uşaqların sayının aşağı olması belə bir qərara gəlməyə əsas verir. Hesabatda göstərilir ki, Cənubi Dakota və Yuta ştatlarında ümumi doğum əmsalı (hər 1000 qadına düşən körpələrin ümumi sayı) əhali artımı səviyyəsindən yuxarı olub. Ekspertlər təsdiqləyirlər ki, ölkədə əhalinin yenilənməsi üçün 1000 qadının dünyaya 2100 uşaq gətirməsi zəruridir. Məlum olub ki, 2017-ci ildə ABŞ-da ümumi doğum əmsalı 1765-in 1000-ə nisbəti olub ki, bu da əhali artımının səviyyəsindən aşağıdır. Mərkəzin məlumatına görə, 2017-ci ildə ABŞ-da təxminən 3,85 milyon uşaq doğulub. Bu, 1987-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək göstərici – 2228 uşaq Cənubi Dakotada, ən aşağı göstərici - 1421 uşaq isə Kolumbiya dairəsində qeydə alınıb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları təsdiqləyirlər ki, ABŞ-da doğum səviyyəsinin azalmasına təkcə mədəni və dini amillər deyil, həmçinin iqtisadi, o cümlədən maliyyə qətiyyətsizliyi, tələbə kreditləri borcu, ailə vəziyyəti ilə bağlı ödənişli məzuniyyətlərə dair siyasətin olmaması, uşağa qulluğun baha olması və s. öz təsirini göstərir.
    0 0 Şərh 0 Shares
  • “Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal edəcək

    Dünyaca məşhur “Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal etməyə hazırlaşır.

    AZƏRTAC xəbər verir ki, bu barədə Avtomobil İstehsalı Sənayeçiləri Dərnəyindən məlumat yayılıb.

    Bildirilir ki, “Volkswagen” mikroavtobuslarının istehsalı “Ford” şirkətinin Türkiyədəki avtomobil zavodunda həyata keçiriləcək.

    Qeyd edək ki, son illər Türkiyənin avtomobil ixracatı 4 faiz artıb. Türkiyənin avtomobil şirkətləri öz məhsullarını Hindistan bazarlarına çıxarmağı əsas ixrac hədəfi müəyyən edib.
    “Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal edəcək Dünyaca məşhur “Volkswagen” şirkətlər qrupu Türkiyədə mikroavtobuslar istehsal etməyə hazırlaşır. AZƏRTAC xəbər verir ki, bu barədə Avtomobil İstehsalı Sənayeçiləri Dərnəyindən məlumat yayılıb. Bildirilir ki, “Volkswagen” mikroavtobuslarının istehsalı “Ford” şirkətinin Türkiyədəki avtomobil zavodunda həyata keçiriləcək. Qeyd edək ki, son illər Türkiyənin avtomobil ixracatı 4 faiz artıb. Türkiyənin avtomobil şirkətləri öz məhsullarını Hindistan bazarlarına çıxarmağı əsas ixrac hədəfi müəyyən edib.
    0 0 Şərh 0 Shares
ILK-10