• Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub
    Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub
    Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub
    Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib. AZƏRTAC xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb. Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa
    AZERTAG.AZ
    0 0 Şərh 0 Shares
  • Baş ağrısını iki dəqiqəyə kəsən - İKİ MÖCÜZƏVİ ÜSUL

    Baş ağrısı bəzən bütün günümüzü məhv edə bilər. Yuxusuz, əsəbi, stresslə dolu bir gündə kefimizi pozan bir şey olanda baş ağrısı başlayır. Bu zaman sizin köməyinizə çatacaq iki üsul var.

    Milli.Az ölkə.az-a istinadən bu üsulları oxucuları ilə bölüşür.

    Bir stəkan limon suyu götürün. İki çay qaşığı duz əlavə edin və qarışdırın. Sonra isə böyük bir kasaya normal su tökün və məhlulu üzərinə əlavə edin. Yenidən qarışıdırın və süzgəcdən keçirin. Dadı yaxşı olmasa da, bunu içdikdən sonra həm başınızın ağrısı keçəcək, həm də özünüzü yaxşı hiss edəcəksiniz.

    İkinci üsul isə limon aromaterapiyasıdır. Yarım limonu əlinizdə ovuşdurub əzin. Əzdikdən sonra bunu üzünüzə və alnınıza sürtün. Çox qısa müddət sonra baş ağrısı keçəcək.
    Baş ağrısını iki dəqiqəyə kəsən - İKİ MÖCÜZƏVİ ÜSUL Baş ağrısı bəzən bütün günümüzü məhv edə bilər. Yuxusuz, əsəbi, stresslə dolu bir gündə kefimizi pozan bir şey olanda baş ağrısı başlayır. Bu zaman sizin köməyinizə çatacaq iki üsul var. Milli.Az ölkə.az-a istinadən bu üsulları oxucuları ilə bölüşür. Bir stəkan limon suyu götürün. İki çay qaşığı duz əlavə edin və qarışdırın. Sonra isə böyük bir kasaya normal su tökün və məhlulu üzərinə əlavə edin. Yenidən qarışıdırın və süzgəcdən keçirin. Dadı yaxşı olmasa da, bunu içdikdən sonra həm başınızın ağrısı keçəcək, həm də özünüzü yaxşı hiss edəcəksiniz. İkinci üsul isə limon aromaterapiyasıdır. Yarım limonu əlinizdə ovuşdurub əzin. Əzdikdən sonra bunu üzünüzə və alnınıza sürtün. Çox qısa müddət sonra baş ağrısı keçəcək.
    0 0 Şərh 0 Shares
  • Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər

    Avstraliyanın qərbində tədqiqatçılar üç yeni hörümçək növünü aşkar ediblər.

    AZƏRTAC xəbər verir ki, bu barədə “Fox news” saytı məlumat yayıb.

    Entomoloq Cozef Şubertin sözlərini sitat gətirən sayt yazır: “Avstraliyada aşkar etdiyimiz üç yeni hörümçək növünü təqdim edirik. Onlara artıq rəsmi adlar da verilib - Maratus aquilus, Maratus felinus və Maratus combustus”.

    Həşəratları tapan mütəxəssislərin qənaətinə görə, bu hörümçəklər öz parlaq rəngləri ilə fərqlənir və insanlar üçün təhlükəli deyil. Onların ölçüləri isə təqribən düyü dənəsi boydadır.
    Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər Avstraliyanın qərbində tədqiqatçılar üç yeni hörümçək növünü aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə “Fox news” saytı məlumat yayıb. Entomoloq Cozef Şubertin sözlərini sitat gətirən sayt yazır: “Avstraliyada aşkar etdiyimiz üç yeni hörümçək növünü təqdim edirik. Onlara artıq rəsmi adlar da verilib - Maratus aquilus, Maratus felinus və Maratus combustus”. Həşəratları tapan mütəxəssislərin qənaətinə görə, bu hörümçəklər öz parlaq rəngləri ilə fərqlənir və insanlar üçün təhlükəli deyil. Onların ölçüləri isə təqribən düyü dənəsi boydadır.
    0 0 Şərh 0 Shares
  • Bel ətrafındakı piylərin ən böyük düşməni - İncəbelli olmaq üçün...

    Arıqlamağın bir çox üsulu var. 10 gündə bir neçə kilo arıqlamaq müasir dövrdə elə də müşkül məsələ deyil. Ancaq bel ətrafındakı yağlardan xilas olmaq və incəbelə qovuşmaq təəssüf ki, bir az çətindir. Hər pəhriz sizə arıqlamağı vəd etsə də, çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad ola bilirsiniz. Bel və qarın bölgəsindəki yağlarınız isə yığılıb qalır.

    Milli.Az bildirir ki, aparılan son araşdırmalar göstərib ki, bel ətrafındakı piylərin ən böyük düşməni kalsiumdur. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir.

    Kalsium sümük və diş sağlamlığı üçün önəmli olduğu qədər mineral əzələlərin sıxlaşması, möhkəmlənməsi, üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki bədəndəki yağları parçalayır.

    Danimarkada 7569 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, gündə 600 mq-dan az kalsium qəbul edən insanlar daha kök olur, arıqlamaqda çətinlik çəkirlər. Başqa bir araşdırma zamanı isə 1 il ərzində hər gün 1000 mq. kalsium qəbul edənlərin bədənlərindəki yağ miqdarının 4.9 kq. azaldığı müşahidə edilib. Bu da onu göstərir ki, kalsium yağların bədəndə yığılmasının qarşısını alır. Üstəlik, toplanıb qalmış artıq yağları da parçalayır və bağırsaqlardan atılmasını təmin edir.

    Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur.

    Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq, insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mq. kalsium qəbul etsələr, kifayət edər. 50 yaşdan sonra bu miqdarı 1200 mq-a çıxarmaq lazımdır. Hamilələr və ya əmizdirən analar isə gündə 1300 mq. kalsium qəbul etməlidirlər.

    Ən yaxşı kalsium qaynaqları

    Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, susam, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir.

    Gün ərzində süd, qatıq, ayran, pendir, kefir kimi süd məhsullarından heç olmasa, birini mütləq için və ya yeyin. Az yağlı süd və süd məhsullarını seçin.

    Bol-bol ispanaq yeyin. Cəfəri, nanə də kalsiumla zəngin göyərtilərdəndir.

    Həftədə 2-3 dəfə quru paxla, noxud, mərci xörəyi yeyin.

    Tərkibində kalsium olan meyvələrə üstünlük verin. Məsələn, qayısı, quru əncir kimi çərəzlər yeyə bilərsiniz. Ancaq çox şəkər ehtiva etdikləri üçün gündə 5 ədəddən artıq tövsiyə edilmir.

    Badam da güclü kalsium qaynağıdır. Həm də insanı tez doyuzdurur. Qəlyənaltılarda 3-4 ədəd badam yeyə bilərsiniz.
    Bel ətrafındakı piylərin ən böyük düşməni - İncəbelli olmaq üçün... Arıqlamağın bir çox üsulu var. 10 gündə bir neçə kilo arıqlamaq müasir dövrdə elə də müşkül məsələ deyil. Ancaq bel ətrafındakı yağlardan xilas olmaq və incəbelə qovuşmaq təəssüf ki, bir az çətindir. Hər pəhriz sizə arıqlamağı vəd etsə də, çox vaxt sadəcə bədəndəki artıq sudan və şişkinlikdən azad ola bilirsiniz. Bel və qarın bölgəsindəki yağlarınız isə yığılıb qalır. Milli.Az bildirir ki, aparılan son araşdırmalar göstərib ki, bel ətrafındakı piylərin ən böyük düşməni kalsiumdur. Kalsium həm arıqlamağa, həm də daha incə və zərif bədən quruluşuna qovuşmağa kömək edir. Kalsium sümük və diş sağlamlığı üçün önəmli olduğu qədər mineral əzələlərin sıxlaşması, möhkəmlənməsi, üçün də eyni dərəcədə əhəmiyyətlidir. Çünki bədəndəki yağları parçalayır. Danimarkada 7569 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri göstərib ki, gündə 600 mq-dan az kalsium qəbul edən insanlar daha kök olur, arıqlamaqda çətinlik çəkirlər. Başqa bir araşdırma zamanı isə 1 il ərzində hər gün 1000 mq. kalsium qəbul edənlərin bədənlərindəki yağ miqdarının 4.9 kq. azaldığı müşahidə edilib. Bu da onu göstərir ki, kalsium yağların bədəndə yığılmasının qarşısını alır. Üstəlik, toplanıb qalmış artıq yağları da parçalayır və bağırsaqlardan atılmasını təmin edir. Kalsiumla zəngin qidalar insanı tox saxlayır. Bu da daha az kalori almağınıza səbəb olur. Mütəxəssislər bildirirlər ki, yaşdan və bir sıra başqa faktorlardan asılı olaraq, insanların qəbul etməli olduqları gündəlik kalsium dozası dəyişir. 19-50 yaş arasındakı şəxslər gündə 1000 mq. kalsium qəbul etsələr, kifayət edər. 50 yaşdan sonra bu miqdarı 1200 mq-a çıxarmaq lazımdır. Hamilələr və ya əmizdirən analar isə gündə 1300 mq. kalsium qəbul etməlidirlər. Ən yaxşı kalsium qaynaqları Süd və süd məhsulları ən yaxşı kalsium mənbəyi hesab edilir. Həmçinin, doşab, susam, fındıq, fıstıq, bütün göyərtilər müəyyən qədər kalsium ehtiva edir. Gün ərzində süd, qatıq, ayran, pendir, kefir kimi süd məhsullarından heç olmasa, birini mütləq için və ya yeyin. Az yağlı süd və süd məhsullarını seçin. Bol-bol ispanaq yeyin. Cəfəri, nanə də kalsiumla zəngin göyərtilərdəndir. Həftədə 2-3 dəfə quru paxla, noxud, mərci xörəyi yeyin. Tərkibində kalsium olan meyvələrə üstünlük verin. Məsələn, qayısı, quru əncir kimi çərəzlər yeyə bilərsiniz. Ancaq çox şəkər ehtiva etdikləri üçün gündə 5 ədəddən artıq tövsiyə edilmir. Badam da güclü kalsium qaynağıdır. Həm də insanı tez doyuzdurur. Qəlyənaltılarda 3-4 ədəd badam yeyə bilərsiniz.
    0 0 Şərh 0 Shares
  • Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə yaradıla bilər

    Mark Zuckerberg Facebook-da keyfiyyətli və etibarlı mənbələrdən olan xəbər materiallarının yığılacağı xüsusi bölmənin yaradılmasını planlaşdırır. Bu ideyanı o, Axel Springer adlı nəşriyyatın CEO-su Mathias Döpfner ilə söhbətində səsləndirib. Bu barədə Vc.ru saytı Recode saytına istinadən xəbər verib. Zuckerberg-in ideyasına əsasən Facebook-da ola biləcək bu cür bölmə xəbərləri yalnız sosial şəbəkədən əldə edən istifadəçilər üçün çox yaxşı yarayacaq.

    Milli.Az technote.az-a istinadən bildirir ki, materialların yüksək keyfiyyətini təmin etmək üçün Facebook şirkəti nəşriyyatlar ilə birbaşa əməkdaşlıq müqavilələri bağlaya bilər. Qeyd etmək lazımdır ki, hələ 2017-ci ildə Facebook sosial şəbəkədə bu cür bölməni test edirdi. Həmin bölməyə sosial şəbəkənin ana səhifəsində olan bütün xəbər materialları daxil olurdu. Lakin sözügedən bölmənin testi 2018-ci ilin yaz fəslində dayandırıldı. Recode saytının fikrincə yeni layihə isə bir qədər fərqli olacaq və daha çox Facebook-u xəbər lenti kimi oxuyan insanlar üçün yararlı olacaq.

    Facebook-un xəbər servisi barəsində detallar hələki məlum deyil. Facebook hələ qərar verməyib ki, nəşriyyatlara konkret ödənişlər etsin və ya öz reklam gəlirlərindən minimal ödəniş təyin etsin. Bundan əlavə olaraq şirkət hələki xəbər bölməsinin necə formalaşacağını da dəqiq bilmir: İstifadəçilərin seçdikləri mənbələr əsasında və ya redaktorlardan ibarət komandanın çalışması vasitəsilə Facebook-un birbaşa iştirakı əsasında. Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə bu ilin sonunda istifadəyə verilə bilər.
    Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə yaradıla bilər Mark Zuckerberg Facebook-da keyfiyyətli və etibarlı mənbələrdən olan xəbər materiallarının yığılacağı xüsusi bölmənin yaradılmasını planlaşdırır. Bu ideyanı o, Axel Springer adlı nəşriyyatın CEO-su Mathias Döpfner ilə söhbətində səsləndirib. Bu barədə Vc.ru saytı Recode saytına istinadən xəbər verib. Zuckerberg-in ideyasına əsasən Facebook-da ola biləcək bu cür bölmə xəbərləri yalnız sosial şəbəkədən əldə edən istifadəçilər üçün çox yaxşı yarayacaq. Milli.Az technote.az-a istinadən bildirir ki, materialların yüksək keyfiyyətini təmin etmək üçün Facebook şirkəti nəşriyyatlar ilə birbaşa əməkdaşlıq müqavilələri bağlaya bilər. Qeyd etmək lazımdır ki, hələ 2017-ci ildə Facebook sosial şəbəkədə bu cür bölməni test edirdi. Həmin bölməyə sosial şəbəkənin ana səhifəsində olan bütün xəbər materialları daxil olurdu. Lakin sözügedən bölmənin testi 2018-ci ilin yaz fəslində dayandırıldı. Recode saytının fikrincə yeni layihə isə bir qədər fərqli olacaq və daha çox Facebook-u xəbər lenti kimi oxuyan insanlar üçün yararlı olacaq. Facebook-un xəbər servisi barəsində detallar hələki məlum deyil. Facebook hələ qərar verməyib ki, nəşriyyatlara konkret ödənişlər etsin və ya öz reklam gəlirlərindən minimal ödəniş təyin etsin. Bundan əlavə olaraq şirkət hələki xəbər bölməsinin necə formalaşacağını da dəqiq bilmir: İstifadəçilərin seçdikləri mənbələr əsasında və ya redaktorlardan ibarət komandanın çalışması vasitəsilə Facebook-un birbaşa iştirakı əsasında. Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə bu ilin sonunda istifadəyə verilə bilər.
    0 0 Şərh 0 Shares
  • WhatsApp-da yeni üsul var

    "Eset" antivirus proqram təminatı istehsalçısı "WhatsApp" istifadəçilərini diqqətli olmağa səsləyib. Fişinq hücumu zamanı messencerdə interfeysin rənginin dəyişdirilməsi adı altında zərərverici genişlənmə quraşdırılır.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin məlumatına görə, potensial qurbanlar "WhatsApp"ın interfeysinin yaşıl rəngini istənilən digər rəngə dəyişdirməyi təklif edən mesaj alırlar. Bundan ötrü istifadəçilər linkə keçid etməli, zərərverici komponent və ya bütün proqramı quraşdırmalıdırlar.

    Fərdi kompüter və noutbuk istifadəçilərinə "Chrome" brauzeri üçün "Black Theme for WhatsApp" adlı genişlənməni yükləmək tövsiyə edilir. Messenceri açdıqdan sonra quraşdırılmış genişlənmə avtomatik olaraq kontakt siyahısı və qrup çatları üzrə "cəlbedici" təklif göndərir.

    Smartfon sahiblərini virusa yoluxdurmaq üçün başqa ssenari nəzərdə tutulub. Onlar interfeysin rənginin dəyişdirilməsi üçün linkin 30 dost və ya 10 çat ilə paylaşılması haqqında bildiriş alırlar.
    WhatsApp-da yeni üsul var "Eset" antivirus proqram təminatı istehsalçısı "WhatsApp" istifadəçilərini diqqətli olmağa səsləyib. Fişinq hücumu zamanı messencerdə interfeysin rənginin dəyişdirilməsi adı altında zərərverici genişlənmə quraşdırılır. Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin məlumatına görə, potensial qurbanlar "WhatsApp"ın interfeysinin yaşıl rəngini istənilən digər rəngə dəyişdirməyi təklif edən mesaj alırlar. Bundan ötrü istifadəçilər linkə keçid etməli, zərərverici komponent və ya bütün proqramı quraşdırmalıdırlar. Fərdi kompüter və noutbuk istifadəçilərinə "Chrome" brauzeri üçün "Black Theme for WhatsApp" adlı genişlənməni yükləmək tövsiyə edilir. Messenceri açdıqdan sonra quraşdırılmış genişlənmə avtomatik olaraq kontakt siyahısı və qrup çatları üzrə "cəlbedici" təklif göndərir. Smartfon sahiblərini virusa yoluxdurmaq üçün başqa ssenari nəzərdə tutulub. Onlar interfeysin rənginin dəyişdirilməsi üçün linkin 30 dost və ya 10 çat ilə paylaşılması haqqında bildiriş alırlar.
    0 0 Şərh 0 Shares
  • Arıqlamağın ən effektiv üsulu

    Kolorado Universitetinin alimləri artıq çəki ilə mübarizədə pəhriz və fiziki hərəkətlərin effektivliyini müqayisə edib və daha effektiv arıqlama vasitəsini açıqlayıb.

    Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Science Daily" nəşrində məlumat dərc olunub.

    Mütəxəssislər çəki ataraq, onu sonradan sabit şəkildə saxlamağı bacaran insanlarda kalorilərin miqdarını müqayisə edib, bundan başqa, normal və artıq çəkisi olan insanların gündəlik həyat tərzi ilə bağlı məlumatların təhlilini aparıb.

    Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, artıq çəkidən qurtulmaq və sonradan onu normada saxlamaq baxımından fiziki tapşırıqlar pəhrizdən daha effektivdir.
    Arıqlamağın ən effektiv üsulu Kolorado Universitetinin alimləri artıq çəki ilə mübarizədə pəhriz və fiziki hərəkətlərin effektivliyini müqayisə edib və daha effektiv arıqlama vasitəsini açıqlayıb. Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Science Daily" nəşrində məlumat dərc olunub. Mütəxəssislər çəki ataraq, onu sonradan sabit şəkildə saxlamağı bacaran insanlarda kalorilərin miqdarını müqayisə edib, bundan başqa, normal və artıq çəkisi olan insanların gündəlik həyat tərzi ilə bağlı məlumatların təhlilini aparıb. Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, artıq çəkidən qurtulmaq və sonradan onu normada saxlamaq baxımından fiziki tapşırıqlar pəhrizdən daha effektivdir.
    0 0 Şərh 0 Shares
  • Resul Abbasov ft. Xanim - Bizden Yoxdu (Meyxana) (Official Music Video) (2019)
    Resul Abbasov ft. Xanim - Bizden Yoxdu (Meyxana) (Official Music Video) (2019)
    0 0 Şərh 0 Shares
  • Qırğızıstanda müsəlmanlara plastik əməliyyat haram elan edildi

    Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq haram elan olunub.

    Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İnterfaks məlumat yayıb.

    "Nəzərə alsaq ki, şəbəkə marketinqində biznesin aparılması üçün yüksək risklər mövcuddur və o şəriət qaydasıyla bizneslə məşğul olmağa imkan vermir, şəbəkə marketinqini haram hesab edirik", - deyə ölkənin baş müftisi bildirib.

    "Plastik əməliyyatlara gəlincə, anadangəlmə əlilliyin və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması üçün əməliyyatlar halal, gözəllik naminə edilən əməliyyatlar haram hesab olunsun. Peyvəndləmə məsələsinə gəlincə, müsəlmanlar idarəsi bu məsələni hər kəsin öz ixtiyarına buraxır ", - deyə Müsəlmanlar İdarəsindən bildirilib.
    Qırğızıstanda müsəlmanlara plastik əməliyyat haram elan edildi Qırğızıstanın baş müftisi plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq haram elan olunub. Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İnterfaks məlumat yayıb. "Nəzərə alsaq ki, şəbəkə marketinqində biznesin aparılması üçün yüksək risklər mövcuddur və o şəriət qaydasıyla bizneslə məşğul olmağa imkan vermir, şəbəkə marketinqini haram hesab edirik", - deyə ölkənin baş müftisi bildirib. "Plastik əməliyyatlara gəlincə, anadangəlmə əlilliyin və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması üçün əməliyyatlar halal, gözəllik naminə edilən əməliyyatlar haram hesab olunsun. Peyvəndləmə məsələsinə gəlincə, müsəlmanlar idarəsi bu məsələni hər kəsin öz ixtiyarına buraxır ", - deyə Müsəlmanlar İdarəsindən bildirilib.
    0 0 Şərh 0 Shares
  • Çili bibəri ölümcül xəstəliyin dərmanıymış

    Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər. ABŞ-ın Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.

    Milli.Az oxu.az-a istinadən bildirir ki, kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.

    İndi alimlər kapsaitsin maddəsinin zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur, mədə-bağırsağın selikli qişasına ciddi zərər vura bilir.

    Mütəxəssislərin fikrinə görə, tezliklə bu maddədən xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.
    Çili bibəri ölümcül xəstəliyin dərmanıymış Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər. ABŞ-ın Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər. Milli.Az oxu.az-a istinadən bildirir ki, kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib. İndi alimlər kapsaitsin maddəsinin zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur, mədə-bağırsağın selikli qişasına ciddi zərər vura bilir. Mütəxəssislərin fikrinə görə, tezliklə bu maddədən xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.
    0 0 Şərh 0 Shares
ILK-10