• Ümidim Yazılı Şəkilləri
    Ümidim Yazılı Şəkilləri
    0 0 Comments 0 Shares
  • Unudulmaz Hisslər Yazılı Şəkilləri
    Unudulmaz Hisslər Yazılı Şəkilləri
    0 0 Comments 0 Shares
  • Yazılı Şəkillər
    Yazılı Şəkillər
    0 0 Comments 0 Shares
  • Yazılı Şəkillər
    Yazılı Şəkillər
    0 0 Comments 0 Shares
  • chat tanisliq
    wap master forum
    evlilik tanisliq sayti
    son xeberler
    is elanlari
    hava haqqinda
    en yeni mahnilar
    klipler
    evlilik sayti
    whatsapp statuslari
    chat tanisliq wap master forum evlilik tanisliq sayti son xeberler is elanlari hava haqqinda en yeni mahnilar klipler evlilik sayti whatsapp statuslari
    0 0 Comments 0 Shares
  • İnsanlar niyə hekayə oxumağı xoşlayırlar?

    Odun ətrafında danışılan nağıllardan tutmuş Netflix seriallarına qədər hər bir cəmiyyətdə hekayə nəqli vacib yer tutur. Təkamül nəzəriyyəsi mütəxəssisləri də bunun səbəbini araşdırırlar.

    4 min il əvvəl Babil lövhələrinə yazılmış “Gilqameş” dastanının bu gün də həvəslə oxuması olduqca təəccüblüdür. Bu dastan bizim dövrümüzə qədər gəlib çatmış ən qədim ədəbi əsər sayılır. Yazıldığı tarixdən min il sonra belə bu əsərdən təsirlənərək yeni əsərlərin yaranması burda bəhs olunan hekayənin nə qədər populyar olduğunu göstərir.

    Bu hekayənin bu gün oxunması və orda dilə gətirilən “dostluq” kimi əsas fikirlərin ondan sonra yaradılan bir çox populyar hekayədə yer alması isə daha maraqlıdır.

    Hekayələrdəki bu kimi ortaq xüsusiyyətlər “ədəbi Darvinçilik” sahəsində araşdırmalar aparan alimlərin diqqətini çəkir. Bu mütəxəssislər yaxşı bir hekayənin əsas xüsusiyyətlərini və Homerin “İlliada” dastanından tutmuş “Harri Porter”ə qədər bir çox hekayənin populyar olma səbəblərini ortaya çıxarmağa çalışır.

    Reallıqdan qaçmaq?
    Yazının ortaya çıxmasından əvvəl insanların bir-birinə hekayə danışıb-danışmamağı barədə əlimizdə ciddi dəlillər yoxdur. Bununla belə təxmin edilir ki, hekayə danışmaq xüsusiyyəti minlərcə il boyu insan həyatının önəmli bir hissəsi olub. Fransada 30 min əvvəl insanların yaşadığı mağaralardakı rəsmlərdə təsvir edilən səhnələrə söz sənətinin də yoldaşlıq etdiyi məlum olub.

    Miçiqan Universitetinin əməkdaşı Daniel Krugerin fikrincə mağaraya baxdığınızda bir çox fərqli rəsmin çəkildiyini və bunların ovla əlaqədar hər hansı bir hadisəni nəql etdiyini görmək mümkündür. Yəqin o rəsmlərdə nəql olunan əhvalatlar qədim insanlar üçün böyük əhəmiyyət daşıyırmış. Günümüzdə sonuncu Buz Dövründən qalma bəzi hekayələrə də rast gəlmək mümkündür.

    Müasir dövrdə qədim insanlar kimi od ətrafında toplanmasaq da yetkin insan ayıq keçirdiyi vaxtın 6 faizini müxtəlif səbəblərlə “istehlak” etdiyi qurmaca hekayələrə ayırır.

    Təkamül prizmasından baxdığımızda bu, reallıqdan qaçmaq üçün xərclənən uzun bir zamandır. Ancaq psixoloqlar və ədəbiyyatşünaslar bu hekayə asılılığının bir çox faydası ola biləcəyini iddia edirlər.

    Hekayə nəqli zehni itiləyən şüurlu oyuna bənzədilir. Bu yolla bizi əhatə edən dünyanı simulyasiya etməyimiz və xüsusi ilə sosial şəraitlə əlaqəli fərqli strategiyalar müəyyənləşdirməyimiz mümkün olur. Missuridə yerləşən Müqəddəs Luis Universitetinin əməkdaşı Jozef Karollun fikrincə hekayə nəqli bizə başqaları haqqında məlumat verir; empati və ağıl nəzəriyyəsi kimi məsələlərdə təcrübə bəxş edir.

    Həqiqətən hekayə oxuyan və ya hekayə dinləyən insanların beyinləri üzərində aparılan təcrübələr korteksin sosial və emosional qavrama ilə əlaqəli müxtəlif hissələrinin hərəkətə keçdiyini və insanların nə qədər çox hekayə oxuyurlarsa başqaları ilə o qədər asan empati qurduqlarını göstərib.

    Həmrəyliyin əhəmiyyəti
    Təkamül psixologiyası mütəxəssisləri insanın tarixdən əvvəlki fəaliyyətlərinin bu gün hələ də xoşumuza gələn hekayələri müəyyənləşdirdiyinə inanırlar. Misal üçün, insanlar getdikcə daha böyük icmalar şəklində yaşamağa başladıqlarında cəmiyyətdən çox alan, amma ona əvəzində heç bir şey qaytarmayan və ya bir qrupun zərərinə işlər görən insanların qarşısını almaq üçün həmrəylik göstərməsi, əməkdaşlıq etməsi lazım olurdu. Hekayə nəql etmək doğru olan sosial normaları yaymaq məqsədi ilə inkişaf edə bilərdi. Kruger bundan çıxarıla bilən dərsi ixtisarla belə ifadə edir: “Zülmə qarşı müqavimət göstərmək və zalım olmamaq”.

    Dünyanın müxtəlif bölgələrindən götürülmüş hekayə nümunələrində həmrəylik mövzusunun daha populyar olduğu müşahidə edilib. Filippində ovçu və yığıcı 18 qrupla aparılan araşdırmalar zamanı onların danışdıqları hekayə-nağılların 80 faizinin əxlaqi qərar vermək və sosial qadağalarla əlaqəli olduğu məlum olub. Bu mövzularda daha çox hekayə nəql edən toplumlarda daha çox həmrəylik olduğu müşahidə edilib.

    “Gilqameş” dastanına qayıdası olsaq burada Kral Gilqameş fiziki gücü və cəsarəti ilə tam bir qəhrəman kimi görünsə də eyni zamanda gücünü pis niyyətlər üçün istifadə edən, istədiyi qadınla yatan zülmkar-tirandır. Ancaq Endiku adındakı bir yad məxluqun qarşı çıxması ilə dostluq və həmrəyliyin əhəmiyyətini öyrənir. Dinləyicinin nəzərindən baxdıqda bu hekayədən çıxarılan nəticə bəllidir: Qəhrəman kral belə başqalarına hörmət etməyə məcburdursa siz də hörmət etməlisiniz. Oxşar temalara Homerin “Odisseya” poemasında da rast gəlinir.

    Sənaye inqilabından sonra fərdiyyətçiliyin artması ilə insanın həmrəyliyə marağının azaldığını düşünmək olar. Amma Kruger və Karrolla görə 19 və 20-ci əsrlərin əvvəllərində yazılmış ən populyar ingilis romanlarında da bu temaya rast gəlmək olar. Sevdiyimiz bu romanlardakı mənfi qəhrəmanların güclərini pis məqsədlərin üçün istifadə edərək cəmiyyətə təsir etməyə çalışdıqları, xeyirxah insanların isə acıqlı və eqoist olmadıqları müşahidə edilir.

    Qadınlar nəyə üstünlük verir?
    Təkamül nəzəriyyəsi eyni zamanda romantik hekayələrin və qadın qəhrəmanların qətiyyətli “ata” fiqurlarına və ya dəlisov əxlaqsızlara üstünlük verdiklərini nə müəyyənləşdirib.

    Uşaqların daima təhlükəsiz şəraitdə qalması baxımından “ata” seçimi anlaşılandır. Amma “seksual oğul hipotezası” kimi də qəbul təkamül teoriyasına görə ikincilərə üstünlük verilməsində əsas səbəb onların xarici görünüşcə gözəl görünmələri, hiyləgər və cazibəli olmaqları və genlərin davamı baxımından qadınların bu xüsusiyyətlərin övladlarına da keçməyini istəməlidir. Ədəbiyyatdakı mənfi xüsusiyyətləri bilməyimizə rəğmən yaraşıqlı, eşqbaz qəhrəmanların bizi daha həyəcanlandı bundan qaynaqlana bilər.

    Kruqer ingilis yazıçı Ceyn Ostinin romanlarını 200 il əvvəl yazsa da bu gün da oxunmasının və ekranlaşdırılmasının səbəbinin yazarın təkamül psixologiyasına uyğun gələn doğru qənaətlər əldə etməsi ilə əlaqələndirir.

    Mənfi qəhrəmanlar
    Hekayələrdəki mənfi qəhrəmanlar isə mənfi təsirin və ya xəstəliklərin yayılması qorxusunu alovlandırmaq xidmətini yerinə yetirir. Bu qorxu insanda təkamül nəticəsində ortaya çıxmışdır və qoruyucu təsiri vardır. Təbiət etibarı ilə qəbilə xüsusiyyətlərinə meylli olduğumuz üçün bu qəhrəmanlar əsasən kənar qüvvələrin nümayəndələrindən ibarət olur. Hollivud filmlərindəki mənfi qəhrəmanlar adətən buna görə əcnəbi aksenti ilə danışırlar. Bunların qarşımıza çıxarılması ilə bizim öz qrupumuza olan bağlılığımız və fədakarlığımız daha da möhkəmlənir.

    Məşhur çağdaş ingilis yazarlarından İan Makivanın fikrinə görə romanda istifadə olunan bu təkamül meylləri onun qitələri və əsrləri aşaraq bizə gəlib çatmasını təmin etmişdir: “İçində yaşadığımız dövrə uzaq və ya öz mədəniyyətimizə yad ədəbi əsərləri bəyənməyimizin səbəbi yazarla ortaq hissləri, bəzi dərin fərziyyə ehtiyatlarını bölüşməyimizdir.”

    Məhz bu dərin ehtiyatlara görə “Gilqameş” dastanı kimi bir hekayə dünən yazılıbmış kimi təzə və sadiq dostun əhəmiyyətini anlatan mesajı isə aradan 4000 il keçsə də hələ də qüvvədədir.

    Əlimizdə dəqiq faktlar olmasa da deyə bilərik ki, bu gün oxuduğumuz bəzi hekayələrin kökləri tarixdən əvvəlki dövrə gedib çıxır. Daniel Kruger “Gilqameş” dastanı və Əski-Ətiqdəki “Yaradılış” kitabında bəhs olunan tufanı Buz Dövründə Orta Şərqdə baş vermiş təbii fəlakətlərin kultroloji yaddaşımızdakı izi kimi görür.

    İndoneziyada Flores adasında yaşayan yerlilərin Ebu Qoqo adıyla təqdim etdikləri qısa boylu, cırtdana bənzəyən əfsanəvi varlıqların isə Homo Sapienslərlə eyni dövrdə yaşayan, amma 10 min il əvvəl nəsli tükənmiş alt insan növləri ilə eyni ola biləcəyi düşünülür.

    “O bölgənin əhalisi bu qısa boylu, danışa bilməyən, amma ona deyilənləri təkrarlayan insanlara dair nağıllar danışırlar. Bu nağılların on minlərcə il öncədən dövrümüzə qədər gəlib çıxması təəccüblüdür”, — Kruger deyir. Bütün bunlar hekayə danışmağın digər funksiyalarını göstərir: Çox qədim zamanlara dair kollektiv hafizə formalaşdırmaq.

    Asiya və Afrikada fərqli kultroloji qruplar arasında ağızdan-ağıza dolaşan nağılların yayılmasını tədqiq edən antropoloqlar “Dəmirçi” və “Şeytan” kimi bəzi nağılların 6 min il əvvəl buralara üz tutan ilk Hind-Avropa tayfaları ilə gəldiklərini və onların qitəyə yayılması ilə birlikdə nağılların da yayıldığını söyləyirlər.

    https://feat.az/main/news/46899-nsanlar-niy-hekay-oxuma-xolayrlar.html
    İnsanlar niyə hekayə oxumağı xoşlayırlar? Odun ətrafında danışılan nağıllardan tutmuş Netflix seriallarına qədər hər bir cəmiyyətdə hekayə nəqli vacib yer tutur. Təkamül nəzəriyyəsi mütəxəssisləri də bunun səbəbini araşdırırlar. 4 min il əvvəl Babil lövhələrinə yazılmış “Gilqameş” dastanının bu gün də həvəslə oxuması olduqca təəccüblüdür. Bu dastan bizim dövrümüzə qədər gəlib çatmış ən qədim ədəbi əsər sayılır. Yazıldığı tarixdən min il sonra belə bu əsərdən təsirlənərək yeni əsərlərin yaranması burda bəhs olunan hekayənin nə qədər populyar olduğunu göstərir. Bu hekayənin bu gün oxunması və orda dilə gətirilən “dostluq” kimi əsas fikirlərin ondan sonra yaradılan bir çox populyar hekayədə yer alması isə daha maraqlıdır. Hekayələrdəki bu kimi ortaq xüsusiyyətlər “ədəbi Darvinçilik” sahəsində araşdırmalar aparan alimlərin diqqətini çəkir. Bu mütəxəssislər yaxşı bir hekayənin əsas xüsusiyyətlərini və Homerin “İlliada” dastanından tutmuş “Harri Porter”ə qədər bir çox hekayənin populyar olma səbəblərini ortaya çıxarmağa çalışır. Reallıqdan qaçmaq? Yazının ortaya çıxmasından əvvəl insanların bir-birinə hekayə danışıb-danışmamağı barədə əlimizdə ciddi dəlillər yoxdur. Bununla belə təxmin edilir ki, hekayə danışmaq xüsusiyyəti minlərcə il boyu insan həyatının önəmli bir hissəsi olub. Fransada 30 min əvvəl insanların yaşadığı mağaralardakı rəsmlərdə təsvir edilən səhnələrə söz sənətinin də yoldaşlıq etdiyi məlum olub. Miçiqan Universitetinin əməkdaşı Daniel Krugerin fikrincə mağaraya baxdığınızda bir çox fərqli rəsmin çəkildiyini və bunların ovla əlaqədar hər hansı bir hadisəni nəql etdiyini görmək mümkündür. Yəqin o rəsmlərdə nəql olunan əhvalatlar qədim insanlar üçün böyük əhəmiyyət daşıyırmış. Günümüzdə sonuncu Buz Dövründən qalma bəzi hekayələrə də rast gəlmək mümkündür. Müasir dövrdə qədim insanlar kimi od ətrafında toplanmasaq da yetkin insan ayıq keçirdiyi vaxtın 6 faizini müxtəlif səbəblərlə “istehlak” etdiyi qurmaca hekayələrə ayırır. Təkamül prizmasından baxdığımızda bu, reallıqdan qaçmaq üçün xərclənən uzun bir zamandır. Ancaq psixoloqlar və ədəbiyyatşünaslar bu hekayə asılılığının bir çox faydası ola biləcəyini iddia edirlər. Hekayə nəqli zehni itiləyən şüurlu oyuna bənzədilir. Bu yolla bizi əhatə edən dünyanı simulyasiya etməyimiz və xüsusi ilə sosial şəraitlə əlaqəli fərqli strategiyalar müəyyənləşdirməyimiz mümkün olur. Missuridə yerləşən Müqəddəs Luis Universitetinin əməkdaşı Jozef Karollun fikrincə hekayə nəqli bizə başqaları haqqında məlumat verir; empati və ağıl nəzəriyyəsi kimi məsələlərdə təcrübə bəxş edir. Həqiqətən hekayə oxuyan və ya hekayə dinləyən insanların beyinləri üzərində aparılan təcrübələr korteksin sosial və emosional qavrama ilə əlaqəli müxtəlif hissələrinin hərəkətə keçdiyini və insanların nə qədər çox hekayə oxuyurlarsa başqaları ilə o qədər asan empati qurduqlarını göstərib. Həmrəyliyin əhəmiyyəti Təkamül psixologiyası mütəxəssisləri insanın tarixdən əvvəlki fəaliyyətlərinin bu gün hələ də xoşumuza gələn hekayələri müəyyənləşdirdiyinə inanırlar. Misal üçün, insanlar getdikcə daha böyük icmalar şəklində yaşamağa başladıqlarında cəmiyyətdən çox alan, amma ona əvəzində heç bir şey qaytarmayan və ya bir qrupun zərərinə işlər görən insanların qarşısını almaq üçün həmrəylik göstərməsi, əməkdaşlıq etməsi lazım olurdu. Hekayə nəql etmək doğru olan sosial normaları yaymaq məqsədi ilə inkişaf edə bilərdi. Kruger bundan çıxarıla bilən dərsi ixtisarla belə ifadə edir: “Zülmə qarşı müqavimət göstərmək və zalım olmamaq”. Dünyanın müxtəlif bölgələrindən götürülmüş hekayə nümunələrində həmrəylik mövzusunun daha populyar olduğu müşahidə edilib. Filippində ovçu və yığıcı 18 qrupla aparılan araşdırmalar zamanı onların danışdıqları hekayə-nağılların 80 faizinin əxlaqi qərar vermək və sosial qadağalarla əlaqəli olduğu məlum olub. Bu mövzularda daha çox hekayə nəql edən toplumlarda daha çox həmrəylik olduğu müşahidə edilib. “Gilqameş” dastanına qayıdası olsaq burada Kral Gilqameş fiziki gücü və cəsarəti ilə tam bir qəhrəman kimi görünsə də eyni zamanda gücünü pis niyyətlər üçün istifadə edən, istədiyi qadınla yatan zülmkar-tirandır. Ancaq Endiku adındakı bir yad məxluqun qarşı çıxması ilə dostluq və həmrəyliyin əhəmiyyətini öyrənir. Dinləyicinin nəzərindən baxdıqda bu hekayədən çıxarılan nəticə bəllidir: Qəhrəman kral belə başqalarına hörmət etməyə məcburdursa siz də hörmət etməlisiniz. Oxşar temalara Homerin “Odisseya” poemasında da rast gəlinir. Sənaye inqilabından sonra fərdiyyətçiliyin artması ilə insanın həmrəyliyə marağının azaldığını düşünmək olar. Amma Kruger və Karrolla görə 19 və 20-ci əsrlərin əvvəllərində yazılmış ən populyar ingilis romanlarında da bu temaya rast gəlmək olar. Sevdiyimiz bu romanlardakı mənfi qəhrəmanların güclərini pis məqsədlərin üçün istifadə edərək cəmiyyətə təsir etməyə çalışdıqları, xeyirxah insanların isə acıqlı və eqoist olmadıqları müşahidə edilir. Qadınlar nəyə üstünlük verir? Təkamül nəzəriyyəsi eyni zamanda romantik hekayələrin və qadın qəhrəmanların qətiyyətli “ata” fiqurlarına və ya dəlisov əxlaqsızlara üstünlük verdiklərini nə müəyyənləşdirib. Uşaqların daima təhlükəsiz şəraitdə qalması baxımından “ata” seçimi anlaşılandır. Amma “seksual oğul hipotezası” kimi də qəbul təkamül teoriyasına görə ikincilərə üstünlük verilməsində əsas səbəb onların xarici görünüşcə gözəl görünmələri, hiyləgər və cazibəli olmaqları və genlərin davamı baxımından qadınların bu xüsusiyyətlərin övladlarına da keçməyini istəməlidir. Ədəbiyyatdakı mənfi xüsusiyyətləri bilməyimizə rəğmən yaraşıqlı, eşqbaz qəhrəmanların bizi daha həyəcanlandı bundan qaynaqlana bilər. Kruqer ingilis yazıçı Ceyn Ostinin romanlarını 200 il əvvəl yazsa da bu gün da oxunmasının və ekranlaşdırılmasının səbəbinin yazarın təkamül psixologiyasına uyğun gələn doğru qənaətlər əldə etməsi ilə əlaqələndirir. Mənfi qəhrəmanlar Hekayələrdəki mənfi qəhrəmanlar isə mənfi təsirin və ya xəstəliklərin yayılması qorxusunu alovlandırmaq xidmətini yerinə yetirir. Bu qorxu insanda təkamül nəticəsində ortaya çıxmışdır və qoruyucu təsiri vardır. Təbiət etibarı ilə qəbilə xüsusiyyətlərinə meylli olduğumuz üçün bu qəhrəmanlar əsasən kənar qüvvələrin nümayəndələrindən ibarət olur. Hollivud filmlərindəki mənfi qəhrəmanlar adətən buna görə əcnəbi aksenti ilə danışırlar. Bunların qarşımıza çıxarılması ilə bizim öz qrupumuza olan bağlılığımız və fədakarlığımız daha da möhkəmlənir. Məşhur çağdaş ingilis yazarlarından İan Makivanın fikrinə görə romanda istifadə olunan bu təkamül meylləri onun qitələri və əsrləri aşaraq bizə gəlib çatmasını təmin etmişdir: “İçində yaşadığımız dövrə uzaq və ya öz mədəniyyətimizə yad ədəbi əsərləri bəyənməyimizin səbəbi yazarla ortaq hissləri, bəzi dərin fərziyyə ehtiyatlarını bölüşməyimizdir.” Məhz bu dərin ehtiyatlara görə “Gilqameş” dastanı kimi bir hekayə dünən yazılıbmış kimi təzə və sadiq dostun əhəmiyyətini anlatan mesajı isə aradan 4000 il keçsə də hələ də qüvvədədir. Əlimizdə dəqiq faktlar olmasa da deyə bilərik ki, bu gün oxuduğumuz bəzi hekayələrin kökləri tarixdən əvvəlki dövrə gedib çıxır. Daniel Kruger “Gilqameş” dastanı və Əski-Ətiqdəki “Yaradılış” kitabında bəhs olunan tufanı Buz Dövründə Orta Şərqdə baş vermiş təbii fəlakətlərin kultroloji yaddaşımızdakı izi kimi görür. İndoneziyada Flores adasında yaşayan yerlilərin Ebu Qoqo adıyla təqdim etdikləri qısa boylu, cırtdana bənzəyən əfsanəvi varlıqların isə Homo Sapienslərlə eyni dövrdə yaşayan, amma 10 min il əvvəl nəsli tükənmiş alt insan növləri ilə eyni ola biləcəyi düşünülür. “O bölgənin əhalisi bu qısa boylu, danışa bilməyən, amma ona deyilənləri təkrarlayan insanlara dair nağıllar danışırlar. Bu nağılların on minlərcə il öncədən dövrümüzə qədər gəlib çıxması təəccüblüdür”, — Kruger deyir. Bütün bunlar hekayə danışmağın digər funksiyalarını göstərir: Çox qədim zamanlara dair kollektiv hafizə formalaşdırmaq. Asiya və Afrikada fərqli kultroloji qruplar arasında ağızdan-ağıza dolaşan nağılların yayılmasını tədqiq edən antropoloqlar “Dəmirçi” və “Şeytan” kimi bəzi nağılların 6 min il əvvəl buralara üz tutan ilk Hind-Avropa tayfaları ilə gəldiklərini və onların qitəyə yayılması ilə birlikdə nağılların da yayıldığını söyləyirlər. https://feat.az/main/news/46899-nsanlar-niy-hekay-oxuma-xolayrlar.html
    0 0 Comments 0 Shares
  • Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?

    Rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqi əmək bazarına ciddi təsir göstərir və bəzi peşələri sıxışdırıb çıxarır.

    Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının ekspertlərinin hazırladığı məruzədə deyilir.

    Məruzədə qeyd olunur ki, gündəlik işləri daha çox rəqəmsal texnologiyalar yerinə yetirəcək və nəticədə bu peşələr avtomatlaşma ilə əlaqədar olaraq yoxa çıxacaq:

    "Bu peşələrə nümunə olaraq avtomobil istehsalı müəssisələrində maşın operatorları və ofislərdə kargüzarları göstərmək olar".

    Bununla belə, məruzədə o da qeyd olunur ki, kompüter mühəndisləri və elm, texnika və riyaziyyatla bağlı sahələrdə mütəxəssislərə tələbat artacaq.
    Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq? Rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqi əmək bazarına ciddi təsir göstərir və bəzi peşələri sıxışdırıb çıxarır. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının ekspertlərinin hazırladığı məruzədə deyilir. Məruzədə qeyd olunur ki, gündəlik işləri daha çox rəqəmsal texnologiyalar yerinə yetirəcək və nəticədə bu peşələr avtomatlaşma ilə əlaqədar olaraq yoxa çıxacaq: "Bu peşələrə nümunə olaraq avtomobil istehsalı müəssisələrində maşın operatorları və ofislərdə kargüzarları göstərmək olar". Bununla belə, məruzədə o da qeyd olunur ki, kompüter mühəndisləri və elm, texnika və riyaziyyatla bağlı sahələrdə mütəxəssislərə tələbat artacaq.
    Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?
    Rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqi əmək bazarına ciddi təsir göstərir və bəzi peşələri sıxışdırıb çıxarır
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Simsiz interneti sürətləndirməyin səkkiz yolu

    Britaniyanın "Virgin Media2" şirkətinin ekspertləri simsiz interneti sürətləndirməyin səkkiz üsulunu açıqlayıb.

    Milli.Az oxu.az-a istinadən bildirir ki, ekspertlər ilk növbədə istifadəçilərə mütəmadi olaraq internet brauzerin keş yaddaşını silməyi tövsiyə edir. İkincisi, brauzerin versiyasına fikir vermək, yenilənmələri tez-tez yoxlamaq və yükləmək lazımdır. Ekspertlər antivirus proqramlarının da simsiz internetin sürətinə təsir göstərdiyini bildirilir. Buna görə də keyfiyyətli proqram təminatını seçmək məsləhət görülür.

    Başqa bir üsul internet sürətinə əhəmiyyətli dərəcədə təsir edən lazımsız fon proqramlarını dayandırmaqdır. Bundan savayı, "Wi-Fi" ötürücüsünün harada yerləşməsinə xüsusi diqqət yetirmək lazımdır.

    Onları imkan daxilində daha hündür yerdə quraşdırmaq vacibdir. Bundan başqa, ötürücünü pəncərə yaxınlığında quraşdırmaq məsləhət görülmür, belə ki, bu zaman siqnalın çölə çıxışı güclənir, nəticədə, daxili məkanın internet sürəti azalır.

    Ev şəbəkəsi üçün şifrə qoymağı da unutmaq lazım deyil. Çünki açıq "Wi-Fi"dan başqalarının istifadə etməsi nəticəsində sürət aşağı düşə bilər.

    Bundan başqa, evlərdə "qara ləkələr", yəni ötürücü siqnalının qalın divarlar və ya izolyasiya vasitələri tərəfindən bloklandığı yerlərdə - marşrutizatorların quraşdırılması tövsiyə olunmur.
    Simsiz interneti sürətləndirməyin səkkiz yolu Britaniyanın "Virgin Media2" şirkətinin ekspertləri simsiz interneti sürətləndirməyin səkkiz üsulunu açıqlayıb. Milli.Az oxu.az-a istinadən bildirir ki, ekspertlər ilk növbədə istifadəçilərə mütəmadi olaraq internet brauzerin keş yaddaşını silməyi tövsiyə edir. İkincisi, brauzerin versiyasına fikir vermək, yenilənmələri tez-tez yoxlamaq və yükləmək lazımdır. Ekspertlər antivirus proqramlarının da simsiz internetin sürətinə təsir göstərdiyini bildirilir. Buna görə də keyfiyyətli proqram təminatını seçmək məsləhət görülür. Başqa bir üsul internet sürətinə əhəmiyyətli dərəcədə təsir edən lazımsız fon proqramlarını dayandırmaqdır. Bundan savayı, "Wi-Fi" ötürücüsünün harada yerləşməsinə xüsusi diqqət yetirmək lazımdır. Onları imkan daxilində daha hündür yerdə quraşdırmaq vacibdir. Bundan başqa, ötürücünü pəncərə yaxınlığında quraşdırmaq məsləhət görülmür, belə ki, bu zaman siqnalın çölə çıxışı güclənir, nəticədə, daxili məkanın internet sürəti azalır. Ev şəbəkəsi üçün şifrə qoymağı da unutmaq lazım deyil. Çünki açıq "Wi-Fi"dan başqalarının istifadə etməsi nəticəsində sürət aşağı düşə bilər. Bundan başqa, evlərdə "qara ləkələr", yəni ötürücü siqnalının qalın divarlar və ya izolyasiya vasitələri tərəfindən bloklandığı yerlərdə - marşrutizatorların quraşdırılması tövsiyə olunmur.
    0 0 Comments 0 Shares
  • http://maswap.ru/sitemap.xml
    http://maswap.ru/sitemap.xml
    0 0 Comments 0 Shares
  • Sağlamlığınızı izləyən ağıllı gecə paltarları

    İndiki dövrdə az qala hər şeyin başına, 'ağıllı' sözünü gətirməyə başladıq. Cib telefonlarından ev alətlərinə qədər, az qala hər şeyin ağıllısı istehsal olunmaqla yanaşı, paltarlar da bundan payını almağa başladı.

    Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxşı bir gecə yuxusu almağı xəyal edirsinizsə, bunun sirri gecə geyimləri tərəfindən sizə təqdim edilən məlumatlarda gizli ola bilər. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri, yuxu əsnasında sağlamlıq məlumatlarınızı analiz edə bilir.

    Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri ürək döyüntüsü sürəti, nəfəs alıb vermə və yuxu nizamı kimi məlumatları, üzərində olan sensorlar vasitəsilə yazaraq sizlərə təqdim edə bilir.

    Araşdırma qrupunun meneceri Trişa L.Endryu bu barədə belə deyib: "Ağıllı gecə geyimləri çox sayda texniki çətinliyin öhdəsindən gəldi, müxtəlif sensorları və güc qaynaqlarını gecə geyimlərinə yerləşdirməyimiz lazım idi və biz bunu bacardıq".

    Milli Sağlamlıq İnstitutuna görə yaxşı keyfiyyətli yuxu almaq insanları stress, infeksiya, ürək və böyrək xəstəliyi, yüksək təzyiq və diabet kimi bir çox xəstəliyə qarşı qoruya bilər. Araşdırmalara görə keyfiyyətli yuxunun zehni itiliyi artırdığı və qərar vermə bacarıqlarını inkişaf etdirdiyi də ifadə edilir.
    Sağlamlığınızı izləyən ağıllı gecə paltarları İndiki dövrdə az qala hər şeyin başına, 'ağıllı' sözünü gətirməyə başladıq. Cib telefonlarından ev alətlərinə qədər, az qala hər şeyin ağıllısı istehsal olunmaqla yanaşı, paltarlar da bundan payını almağa başladı. Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxşı bir gecə yuxusu almağı xəyal edirsinizsə, bunun sirri gecə geyimləri tərəfindən sizə təqdim edilən məlumatlarda gizli ola bilər. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri, yuxu əsnasında sağlamlıq məlumatlarınızı analiz edə bilir. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri ürək döyüntüsü sürəti, nəfəs alıb vermə və yuxu nizamı kimi məlumatları, üzərində olan sensorlar vasitəsilə yazaraq sizlərə təqdim edə bilir. Araşdırma qrupunun meneceri Trişa L.Endryu bu barədə belə deyib: "Ağıllı gecə geyimləri çox sayda texniki çətinliyin öhdəsindən gəldi, müxtəlif sensorları və güc qaynaqlarını gecə geyimlərinə yerləşdirməyimiz lazım idi və biz bunu bacardıq". Milli Sağlamlıq İnstitutuna görə yaxşı keyfiyyətli yuxu almaq insanları stress, infeksiya, ürək və böyrək xəstəliyi, yüksək təzyiq və diabet kimi bir çox xəstəliyə qarşı qoruya bilər. Araşdırmalara görə keyfiyyətli yuxunun zehni itiliyi artırdığı və qərar vermə bacarıqlarını inkişaf etdirdiyi də ifadə edilir.
    0 0 Comments 0 Shares
ILK-10