• Süd məhsulları sızanaqlara səbəb olur?

    İnsanların təxminən 80%-i həyatlarının müəyyən bir dövrlərində sızanaq problemi yaşayır.

    Sızanaqlar əsasən, dərinin məsamələri tutulduqda və ya üzdə olan yağ balansı pozulduqda meydana çıxır.

    Bəs görəsən yediyimiz qidalar sızanağın əmələ gəlməsinə nə dərəcədə təsir edir?

    Milli.Az medicina.az-a istinadən bildirir ki, sızanaqların yaranmasında qidaların böyük rolu var. Alimlər sübut ediblər ki, süni qidalarla qidalanma sızanaqların yaranmasına səbəb ola bilər.

    Məsələn hamburger hazırlayan restoranların mətbəxində işləyən işçilərdə "hamburger sızanağı" adlandırılan dəri probleminə tez-tez rast gəlmək olar. Bunun səbəbi bu işçilərin daha çox süni qidalarla təmasda olması və qidalanmasıdır.

    Omega-3 yağ turşuları, A, C, E vitaminləri, rəngli meyvə-tərəvəzlərdə olan antiosidantlar və yaşıl çayın dəriyə müsbət təsiri var.

    Bundan əlavə aparılan araşdırmaya görə, süd məhsullarından az istifadə olunması da sızanaqların müalicəsində əhəmiyyətli dərəcədə müsbət rol oynayır.

    Şokolad istifadəsi də sızanaqların əmələ gəlməsinə yol açır. Tərkibində yüksək miqdarda şəkər və kakao olan şokolad dəriyə qıcıqlandırıcı təsir edərək sızanaqların yayılmasını təmin edir.

    Milli.Az
    Süd məhsulları sızanaqlara səbəb olur?
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Qışda niyə kökəlirik?

    Qış aylarında kiçik bir çəki artımı orqanizmin soyumasına qarşı bioloji təsir göstərir. İnsan genetik olaraq soyuq havalarda çəki artımına meyillidir. Niyə yaz və yay fəsillərində biz xoşbəxt oluruq? Çünki bu mövsümlərdə həyat mənbəyi olan Günəş şüaları bizim orqanizmimizə, ilk növbədə beynimizə müsbət enerji ötürür. İstidən soyuğa keçid dövründə insan orqanlarında, həmçinin beynin bütün əlaqələndirici sistemlərində bir tənzimləmə baş verir. Günəş şüalarının çatışmazlığı insanların ruh sağlamlığına təsir göstərir. Belə ki, o, bioloji ritmlərin, bədəndə seratonin hormonunun azalması və melatonin hormonun balansının pozulması, yuxu və əhvali-ruhiyyənin pisləşməsinə gətirib çıxarır. Qışda Günəş şüaları kifayət qədər az olduğuna görə bəzi insanlar mövsümi dəyişikliyi hiss edib depressiyaya düşürlər. Bundan əlavə, qışda yaya nisbətən günün qısa, gecənin uzun olması ilə əlaqədar bədən kifayət qədər D vitamini almır, bu da immun sisteminin zəifləməsinə təsir göstərir. Bundan əlavə, havanın hərarəti endikcə bədənin soyuqla mübarizəsi üçün daha çox enerjiyə ehtiyacı olur, buna görə də qışda ilin digər dövrlərinə nisbətən çox qida qəbul edirik.

    Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.

    Sağlam qidalanma üzrə mütəxəssis bildirib ki, bir çox tədqiqatçıların fikrincə, fizioloji proseslərin mövsümi dəyişkənliyi gündəlik tezliyə bənzəyir, yəni bədənin vəziyyəti qışda və ya yayda gecə və gündüz kimidir. Yayla müqayisədə, qışda qan şəkərinin səviyyəsinin azalması, adenozintrifosfatın (ATP) miqdarının və xolestrolun artması, metabolizmin yavaşlaması çəki artımına səbəb olur.

    Diyetoloq, həmçinin qışda çəki artımının qarşısını almaq üsullarından danışıb: "Yuxu, idman və təmiz hava həmişə insanlar üçün güc və sağlamlığın əsas mənbəyi olub. İlin soyuq mövsümündə bəzi məhsulların yüksək enerji potensialı olub onu bədənə ötürməsini, digərlərinin isə əksinə "enerji almaq" xüsusiyyətinə malik olduğunu bilmək lazımdır. Pəhrizə daxil edilməli olan ət və B4 vitamini ilə zəngin olan heyvan içalatı - qaraciyər, böyrək gərginlikdən əlavə, sinir hüceyrələrinin fəaliyyətini də yaxşılaşdırır. Orqanizmin gərginliyi bəzi mikroelementlərin miqdarından asılıdır. Məsələn, qaraciyərin və yumurtanın tərkibində olan mis beyin hüceyrələrinin və əzələlərin uzun müddət aktiv olması üçün vacibdir. Yaxşı enerji üçün də bədəndə sink və selen əhəmiyyətli bir tarazlıq daşıyır. Sink sərt pendirlər, xərçəng, krevet, qoz-fındıqlarda - xüsusən də püstə, günəbaxan tumlarında zəngindir. Selen brokkoli və dəniz məhsullarında daha çoxdur. Əzələ enerjisi birbaşa qırmızı ətlə qidalanmadan asılıdır. Toyuq ətindən fərqli olaraq, o, yüksək enerjiyə malikdir. Əlavə kalori qazanmamaq üçün əti soyutma və ya mətbəx sobasında bişmiş halda və çox göyərti ilə yemək lazımdır. Qış fəslinin əsas yeməyi isə şorbadır.

    Əlbəttə ki, vitamin qəbulunu, əsas da B vitaminini unutmaq olmaz. Qəhvəyi düyü, yulaf, qarabaşaq, kəpək və buğda ununun B vitamini ilə zəngindir. Məhz onlar fol turşusu ilə birlikdə əzələ və sinir hüceyrələrinin yüksək fəaliyyətini təmin edir. Qidalanarkən təbii mövsümi məhsulları seçin. Kələm turşusu, sarımsaq C vitamini ilə zəngindir, çuğundur isə immunitet sistemi üçün bir növ "yanacaq" olan amin turşularından biri - qlutamin ehtiva edir. Buna ət və süd məhsullarını da aid etmək olar. İçərisində yağ yanma mexanizmini sürətləndirən və daha çox çəki verməyə kömək edən - yoğurt, qatıq, bərk pendir növləri kimi süd məhsullarının qida rasionuna daxil edilməsi tövsiyə olunandır. Elmi tədqiqatlar göstərir ki, bütün bunların tərkibi kalsium, fosfor və maqneziumdan ibarətdir. Ürək-damar xəstəliyi riskini azaltmaq üçün pəhrizə tam taxıl çörəyi, yulaf əzməsi, kəpək, meyvə və tərəvəz daxil edilməlidir".

    "Adətən yaz-yay aylarında çox su içirik, amma qışda su tələbatımızı unuduruq. Bir çox hallarda, insan sanki qida qəbul etmək istəyir, əslində bu, susuzluq olur və tez-tez aclıq hissi ilə qarışdırılır. Su metabolik proseslərdə iştirak edir və vücudumuzun ayrılmaz tərkib hissəsidir. Gündə 2 -2,5 litr su qəbul edin. Bu məsləhətlərə riayət edənləri qışda çəki artımı problemi narahat etməyəcək", - deyə mütəxəssis diqqətə çatdırıb.

    Milli.Az
    0 0 Şərh 0 Shares
  • Hər gün limonlu su için

    Limonun sağlamlığımıza olan faydaları lap qədimlərdən məlumdur. Güclü bir antibakterial və antiviral olması və immunitet sistemini hərəkətə gətirməsi ən vacib xüsusiyyətləri hesab olunur.

    Milli.Az axşam.az-a istinadən limonlu suyun digər faydalarını təqdim edir:

    Həzmə kömək olur;

    İmmunitet sisteminizi gücləndirir;

    Enerji verir və ruh halınızı yaxşılaşdırır;

    Xəstəlikdən qoruyur;

    Nəfəsi təzələyir;

    Limfa sistemini su ilə təmin edir;

    Artıq çəkidən azad olmağa kömək edir;

    Qraciyəri təmizləyir.

    Milli.Az
    Hər gün limonlu su için
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Meyvə-tərəvəzi soyuducuda necə saxlamalı?
    Meyvə-tərəvəzi soyuducuda necə saxlamalı?
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Hansı bitki çayı nəyə xeyirdir?
    Bitki çayları qəbul etməyin insan orqanizminə faydası çoxdan sübut olunub və ona görə də hər kəs bitki çayları qəbul edərək ondan faydalanmağa çalışır. Sağlam olmaq üçün qidalarla yanaşı, içilən çayların da çox böyük əhəmiyyəti var. Şəfalı birkilərdən dəmlənilmiş sayların içilməsi immuniteti...
    0 0 Şərh 0 Shares
top.maswap.ru