MÖHTƏŞƏM YENİLİK. Britaniyada havanı təmizləyən avtobus istifadəyə verildi

Sayt Admini
Admin
Joined: 2018-09-20 13:04:43
2018-10-08 07:38:46

Britaniyanın Sautqempton şəhərində qeyri-adi avtobus istifadəyə verilib.

Milli.Az Design Feeds-ə istinadən xəbər verir ki, yeni icad havanı təmizləməyə kömək edəcək.

Məlumdur, Sautqempton Britaniyanın ən çirkləndirilmiş şəhərlərindən biri hesab edilir. Buna görə, "Go-Ahead" nəqliyyat şirkəti bu vəziyyəti bir qədər düzəltməyə qərar verib.

Onlar avtobusları xüsusi filtrlə təchiz ediblər. Nəqliyyatın üzərində quraşdırılan qurğu çirkləndirilmiş havanı yenidən emal edir və onu təmizlənmiş halda geri buraxır.

https://news.milli.az/hitech/692271.html

Zaur
Milli.Az