İdmançıların qəfil ölümlərinin səbəbləri - Vaxtında müayinə olunmalıdırlar

Sayt Admini
Admin
Qoşulub: 2018-09-20 13:04:43
2018-12-18 08:23:02

İdmançılar vaxtında müayinə olunmalıdırlar.  

Milli.Az xəbər verir ki, bunu medicina.az-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor, Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Tofiq Cahingirov bildirib. 

T. Cahingirov deyib ki, idmançıların bəzilərində ürək əzələsinin qalınlaşması - hippertrafiya, ürək ritminin pozulması halları olur: "Ona görə də belə xəstəliklər vaxtında aşkarlanmalıdır. Bizə müayinəyə gələn bu qrup xəstələrin əksəriyyətinlə ürək əzələsinin qalınlaşması və ürək ritminin pozulması halları aşkarlanır. Peşəkar idmançılarda bu hallar qəfləti ölüm hallarının baş verməsində mühüm rol oynayır. Ancaq ümumilikdə, gənclər idmanla, bədən tərbiyəsi ilə məşğul olmalı, yüngül hərəkətlər etməli və vaxtaşırı həkim nəzarətindən keçməlidirlər. Çünki elə gənc var ki, ritm pozulması var və ona uyğun fərdi məsləhətlər verilməlidir. Piyada gəzmək bu tövsiyələrdən ən önəmlisidir. Hər bir insan gün ərzində buna mütləq əməl etməlidir".

Professor onu da qeyd edib ki, həkim kimi praktikada  zaman keçdikcə ağırlıqqaldırma idman növü ilə məşğul olan insanların ürəyində problemlərin özünü biruzə verdiyini görürlər: "Bu, xüsusən həmin insanların idmandan uzaqlaşdığı zaman ortaya çıxır. Ağırlıqqaldırma idman növündə ürək əzələsinə düşən yük daha çox olur, ürək əzələsi daha çox qalınlaşır. Lakin sonradan həmin insanlar idmandan uzaqlaşan zaman ürəyin əzələsində boşalmalar, ürək boşluğunda genişlənmələr yaranır. Bu qrup xəstələr artıq çəki alır və onları ürək çatışmazlığı daha çox narahat edir".

Milli.Az

https://news.milli.az/health/713254.html

ILK-10