Bitkilərin daha çox fotosintez etməsini təmin edən üsul

Sayt Admini

Admin
Qoşulub: 2018-09-20 13:04:43
2019-01-11 13:37:49

Elm insanları, dünyadakı həyatın ən böyük qaynaqlarından olan fotosintezi artıran yolu tapdı.

Fotosintez olmasaydı, dünyadakı həyat da olmazdı. Oksigen bitkilərin işıq enerjisini kimyəvi enerjiyə çevirməsilə reallaşır, lakin keçdiyimiz min ildə bitkilərin oksigen çıxarma nisbəti bir xeyli azalıb. ABŞ Əkinçilik Müəssisəsindən araşdırmaçılar və İllinoys Universiteti bitkilərin oksigen istehsalı mövzusunda daha çox məhsuldar ola biləcəyini araşdırdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, buradakı problemin səbəbi isə rubisko olaraq bilinən bir fermentdir. Rubisko fotosintez müddətində çox kritik bir əhəmiyyətə sahibdir, inorganik karbon 4 oksidi orqanik karbona çevirir. Ancaq, dünyadakı həyat mövzusunda bu qədər kritik bir əhəmiyyətə sahib olan bu ferment üçün elm insanları olduqca kifayət etmədiyini deyir. Rubiskonun iki ya da üç molekul ifraz etdiyi müddətdə bir çox ferment minlərlə molekul ifraz edə bilir.

Rubisko oksigeni götürdüyündə, elm insanlarının söylədiyinə görə hər dəfəsində 20% nisbətlə bitkiləri fotorespirasiya deyilən bir enerji istehlak etmə üsuluna məcbur edir. Fotorespirasiya müddətində bitkilər, fermentlərini hüceyrənin içindəki üç fərqli hissəyə göndərir.

İki ildən çox bir müddət boyunca, araşdırma qrupu fotorespirasiyanı daha məhsuldar bir hala gətirməyə çalışdı. 1700 bitki üzərində aparılan təcrübələr nəticəsində yeni bir fotorespirasiya metodu hazırlandı.

İş sahəsindəki bitkilər daha sürətli inkişaf etdi, böyüdü, uzandı.

Milli.Az

https://news.milli.az/interest/719459.html

top.maswap.ru