Yuxu probleminə qarşı tərxun otu

Sayt Admini
Admin
Qoşulub: 2018-09-20 13:04:43
2019-02-15 09:22:34

Ürək döyüntülərini yavaşladıb, sakitləşdirici təsir göstərən tərxun otu ilə hazırlanan çay sayəsində yuxuya getmək asanlaşır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yuxu ən fundamental ehtiyaclardan biridir. Yuxusuzluq, psixi və tibbi bir problemdir. Əgər yatmaq istəyirsinizsə və yata bilmirsinizsə bu, müxtəlif bioloji faktorlara da bağlı ola bilər. Bir insanın yuxuya getməsi təxminən 30 dəqiqədir və gündə 7-8 saat yuxuya ehtiyacı vardır. Həftədə bir neçə dəfə bu müddətdən az yatırsınızsa, yuxu probleminiz ola bilər. Yuxu problemini həll etmək üçün yuxu çətinliklərinə nəyin səbəb ola biləcəyini anlamaq əhəmiyyətlidir. Bitki mənşəli bir həll axtarırsınızsa, mütəxəssislər tərxun otunu təklif edir. Tərxun otu, təzyiqi nizamlamaqdan tutmuş, diş ağrısını azaltmağa qədər bir çox təbii təsirə malikdir.

Ən güclü təsiri yuxusuzluğa çarə olmasıdır. Qeyri-kafi yuxu, sağlamlıq problemlərinə yol aça bilər və 2-ci tip diabet və ya ürək xəstəliyi kimi xəstəlik riskini artıra bilər.

Siçanlar üzərində aparılan təcrübələr, tərxun otu bitkisinin sakitləşdirici bir təsir təmin etdiyi və yuxunu tənzimləməyə köməkçi etdiyi məlum olub.

Milli.Az

https://news.milli.az/interest/729925.html