Millimiz yerində sayır - REYTİNQ

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Oxu.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.

Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

İlk “onluq”da cəmi bir dəyişiklik olub. Portuqaliya VII pillədən VI sıraya qalxaraq, Uruqvayı aşağı endirib. Yenə dünya üçüncüsü Belçika turnir cədvəlinə başçılıq edir.

Dünya çempionu Fransa II sıradadırsa, Braziliya III yerdədir. Dünya çempionatının gümüş mükafatçısı Xorvatiya isə IV sıradadır.

Səbuhi MUSAYEV
www.oxu.az
Millimiz yerində sayır - REYTİNQ FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Oxu.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb. İlk “onluq”da cəmi bir dəyişiklik olub. Portuqaliya VII pillədən VI sıraya qalxaraq, Uruqvayı aşağı endirib. Yenə dünya üçüncüsü Belçika turnir cədvəlinə başçılıq edir. Dünya çempionu Fransa II sıradadırsa, Braziliya III yerdədir. Dünya çempionatının gümüş mükafatçısı Xorvatiya isə IV sıradadır. Səbuhi MUSAYEV www.oxu.az
0 0 Comments 0 Shares