2017-ci ildə ABŞ-da doğumun rekord sayda aşağı səviyyəsi qeydə alınıb

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-ın bir çox ştatlarında əhalinin artım səviyyəsi getdikcə aşağı düşür.

AZƏRTAC xəbər verir ki, ekspertlərin tədqiqatları nəticəsində ABŞ-da doğulan uşaqların sayının aşağı olması belə bir qərara gəlməyə əsas verir. Hesabatda göstərilir ki, Cənubi Dakota və Yuta ştatlarında ümumi doğum əmsalı (hər 1000 qadına düşən körpələrin ümumi sayı) əhali artımı səviyyəsindən yuxarı olub. Ekspertlər təsdiqləyirlər ki, ölkədə əhalinin yenilənməsi üçün 1000 qadının dünyaya 2100 uşaq gətirməsi zəruridir. Məlum olub ki, 2017-ci ildə ABŞ-da ümumi doğum əmsalı 1765-in 1000-ə nisbəti olub ki, bu da əhali artımının səviyyəsindən aşağıdır. Mərkəzin məlumatına görə, 2017-ci ildə ABŞ-da təxminən 3,85 milyon uşaq doğulub. Bu, 1987-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək göstərici – 2228 uşaq Cənubi Dakotada, ən aşağı göstərici - 1421 uşaq isə Kolumbiya dairəsində qeydə alınıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları təsdiqləyirlər ki, ABŞ-da doğum səviyyəsinin azalmasına təkcə mədəni və dini amillər deyil, həmçinin iqtisadi, o cümlədən maliyyə qətiyyətsizliyi, tələbə kreditləri borcu, ailə vəziyyəti ilə bağlı ödənişli məzuniyyətlərə dair siyasətin olmaması, uşağa qulluğun baha olması və s. öz təsirini göstərir.
2017-ci ildə ABŞ-da doğumun rekord sayda aşağı səviyyəsi qeydə alınıb Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-ın bir çox ştatlarında əhalinin artım səviyyəsi getdikcə aşağı düşür. AZƏRTAC xəbər verir ki, ekspertlərin tədqiqatları nəticəsində ABŞ-da doğulan uşaqların sayının aşağı olması belə bir qərara gəlməyə əsas verir. Hesabatda göstərilir ki, Cənubi Dakota və Yuta ştatlarında ümumi doğum əmsalı (hər 1000 qadına düşən körpələrin ümumi sayı) əhali artımı səviyyəsindən yuxarı olub. Ekspertlər təsdiqləyirlər ki, ölkədə əhalinin yenilənməsi üçün 1000 qadının dünyaya 2100 uşaq gətirməsi zəruridir. Məlum olub ki, 2017-ci ildə ABŞ-da ümumi doğum əmsalı 1765-in 1000-ə nisbəti olub ki, bu da əhali artımının səviyyəsindən aşağıdır. Mərkəzin məlumatına görə, 2017-ci ildə ABŞ-da təxminən 3,85 milyon uşaq doğulub. Bu, 1987-ci ildən bəri ən aşağı göstəricidir. Ən yüksək göstərici – 2228 uşaq Cənubi Dakotada, ən aşağı göstərici - 1421 uşaq isə Kolumbiya dairəsində qeydə alınıb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları təsdiqləyirlər ki, ABŞ-da doğum səviyyəsinin azalmasına təkcə mədəni və dini amillər deyil, həmçinin iqtisadi, o cümlədən maliyyə qətiyyətsizliyi, tələbə kreditləri borcu, ailə vəziyyəti ilə bağlı ödənişli məzuniyyətlərə dair siyasətin olmaması, uşağa qulluğun baha olması və s. öz təsirini göstərir.
0 0 Şərh 0 Shares
ILK-10