Ən yüksək maaşı olan şəhərlər bəlli oldu

İnsanların ən yüksək məvacib aldığı şəhərlər və orta aylıq əməkhaqlarının məbləği məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Deutsche Bank” araşdırma aparıb.

Araşdırmaya görə, işçilərin ən yüksək məvacib aldığı şəhər İsveçrənin Sürix şəhəridir.

Sürixdə çalışanların orta aylıq əməkhaqqı 5876 dollar təşkil edir. İkinci yerdə ABŞ-ın San-Fransisko şəhəri yer alır. Burada orta aylıq əməkhaqqı 4817 dollardır. İlk üçlüyü ABŞ-ın ən iri meqapolisi olan Nyu-York tamamlayır (4304 dollar).

İlk onluqda müvafiq ardıcıllıqla Sidney, Melburn, Oslo, Sinqapur, Kopenhagen, Uellinqton və Tokio yer alır.

www.oxu.az
Ən yüksək maaşı olan şəhərlər bəlli oldu İnsanların ən yüksək məvacib aldığı şəhərlər və orta aylıq əməkhaqlarının məbləği məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə “Deutsche Bank” araşdırma aparıb. Araşdırmaya görə, işçilərin ən yüksək məvacib aldığı şəhər İsveçrənin Sürix şəhəridir. Sürixdə çalışanların orta aylıq əməkhaqqı 5876 dollar təşkil edir. İkinci yerdə ABŞ-ın San-Fransisko şəhəri yer alır. Burada orta aylıq əməkhaqqı 4817 dollardır. İlk üçlüyü ABŞ-ın ən iri meqapolisi olan Nyu-York tamamlayır (4304 dollar). İlk onluqda müvafiq ardıcıllıqla Sidney, Melburn, Oslo, Sinqapur, Kopenhagen, Uellinqton və Tokio yer alır. www.oxu.az
0 0 Comments 0 Shares
ILK-10