Öz-özünə böyüyə bilən robot yaradılıb

2014-cü ildə İtaliyanın Genua şəhərində Elmi Araşdırma Mərkəzinin tədqiqatçılarından ibarət komanda "Plantoid" adlı ağac yaradıb.

Milli.Az fins.az-a istinadən bildirir ki, amamilə 3D-printerdə çap edilən bu ağac temperatur, nəmlik sensorları və kimyəvi maddələrin yayılmasını müəyyənləşdirən kiçik cihazlarla təchiz edilib. Bir neçə ildən sonra komanda növbəti qəribə ixtirası - sarmaşıq kimi üfüqi obyektlər üzərində hərəkət edən robot barədə danışıb. Qeyd edilən robotun hansı şəkildə faydalı olacağı hələ aydın deyil, amma maraqlı təkliflər səsləndirilib. Sarmaşıq robot polietilenterftalat adlı termoplastik polimerdən hazırlanmış elastik boruya oxşayır. Onun enerjiyə çox ehtiyacı olmadığı üçün 1,3 voltluq batareyalar da kifayət edir. Boru yüksək ion tərkibli maye ilə doludur. Robota enerji veriləndə bu ionlar borunun aşağı hissəsinə cəlb olunur və konstruksiyanı sıxır. Enerji kəsiləndə isə robotun gövdəsi yenidən açılır. Tədqiqatçılar hesablayıblar ki, robotun sərbəst hərəkət etməsi üçün onun gövdəsinin qalınlığı 1 millimetrdən çox olmamalıdır. Hal-hazırda robot heç bir sahədə tətbiq olunmur. Ola bilsin, gücünün az olması və sistemin son dərəcə incə olması buna səbəb olub. Hesab edilir ki, gələcəkdə bu cür robotlar kəşfiyyatda faydalı ola bilər. Həmçinin ehtimal etmək olar ki, bu cür konstruksiya qol saatları kimi mobil cihazların bir hissəsinə çevriləcək. Məsələn, saatların kəmərləri öz-özünə uzana biləcək. Bu, komandanın yeganə layihəsi deyil. Onlar artıq "Growbot" adlı robot üzərində işə başlayıblar. Bu robot ətraf mühitdən asılı olaraq böyümək qabiliyyətinə malikdir. Üstəlik, alimlər iddia edirlər ki, o, səthlərin növünü tanıya biləcək.

Milli.Az
Öz-özünə böyüyə bilən robot yaradılıb 2014-cü ildə İtaliyanın Genua şəhərində Elmi Araşdırma Mərkəzinin tədqiqatçılarından ibarət komanda "Plantoid" adlı ağac yaradıb. Milli.Az fins.az-a istinadən bildirir ki, amamilə 3D-printerdə çap edilən bu ağac temperatur, nəmlik sensorları və kimyəvi maddələrin yayılmasını müəyyənləşdirən kiçik cihazlarla təchiz edilib. Bir neçə ildən sonra komanda növbəti qəribə ixtirası - sarmaşıq kimi üfüqi obyektlər üzərində hərəkət edən robot barədə danışıb. Qeyd edilən robotun hansı şəkildə faydalı olacağı hələ aydın deyil, amma maraqlı təkliflər səsləndirilib. Sarmaşıq robot polietilenterftalat adlı termoplastik polimerdən hazırlanmış elastik boruya oxşayır. Onun enerjiyə çox ehtiyacı olmadığı üçün 1,3 voltluq batareyalar da kifayət edir. Boru yüksək ion tərkibli maye ilə doludur. Robota enerji veriləndə bu ionlar borunun aşağı hissəsinə cəlb olunur və konstruksiyanı sıxır. Enerji kəsiləndə isə robotun gövdəsi yenidən açılır. Tədqiqatçılar hesablayıblar ki, robotun sərbəst hərəkət etməsi üçün onun gövdəsinin qalınlığı 1 millimetrdən çox olmamalıdır. Hal-hazırda robot heç bir sahədə tətbiq olunmur. Ola bilsin, gücünün az olması və sistemin son dərəcə incə olması buna səbəb olub. Hesab edilir ki, gələcəkdə bu cür robotlar kəşfiyyatda faydalı ola bilər. Həmçinin ehtimal etmək olar ki, bu cür konstruksiya qol saatları kimi mobil cihazların bir hissəsinə çevriləcək. Məsələn, saatların kəmərləri öz-özünə uzana biləcək. Bu, komandanın yeganə layihəsi deyil. Onlar artıq "Growbot" adlı robot üzərində işə başlayıblar. Bu robot ətraf mühitdən asılı olaraq böyümək qabiliyyətinə malikdir. Üstəlik, alimlər iddia edirlər ki, o, səthlərin növünü tanıya biləcək. Milli.Az
Öz-özünə böyüyə bilən robot yaradılıb
Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
NEWS.MILLI.AZ
0 0 Comments 0 Shares