Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürüldüyü beynəlxalq ictimaiyyətdən gizlədilir

Qərb mətbuatı Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürülməsi haqqında beynəlxalq ictimaiyyətə məlumat vermir.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Londonda yaşayan tarixçi və siyasi analitik Rodni Şekspir Press TV kanalına müsahibəsində deyib. O bildirib ki, insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Böyük Britaniya bu faktı tanımalı və 9 milyon iranlının qətlə yetirildiyini açıqlamalıdır. Tarixçi-alim apardığı tədqiqatlara əsasən qeyd edir ki, 1917-ci ildən 1919-cu ilədək Avropanın müxtəlif ölkələrində və müharibə meydanında 9 milyona yaxın iranlı öldürülüb. Bunların arasında İran mənşəli yəhudilər də olub.
Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürüldüyü beynəlxalq ictimaiyyətdən gizlədilir Qərb mətbuatı Birinci Dünya müharibəsi zamanı 9 milyon iranlının öldürülməsi haqqında beynəlxalq ictimaiyyətə məlumat vermir. AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Londonda yaşayan tarixçi və siyasi analitik Rodni Şekspir Press TV kanalına müsahibəsində deyib. O bildirib ki, insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Böyük Britaniya bu faktı tanımalı və 9 milyon iranlının qətlə yetirildiyini açıqlamalıdır. Tarixçi-alim apardığı tədqiqatlara əsasən qeyd edir ki, 1917-ci ildən 1919-cu ilədək Avropanın müxtəlif ölkələrində və müharibə meydanında 9 milyona yaxın iranlı öldürülüb. Bunların arasında İran mənşəli yəhudilər də olub.
0 0 Comments 0 Shares