Energetika Nazirliyi ilə “Total Eren” şirkəti anlaşma memorandumu imzalayıb

Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Memorandum Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.

E.Soltanov “Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib. Nazir müavini ölkəmizin bərpaolunan enerji potensialı barədə ətraflı məlumat verərək bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 meqavat yeni generasiya gücünün istifadəyə verilməsi əsas hədəflərdən biridir: “Bu hədəfə nail olmaq üçün bərpaolunan enerji sahəsi üzrə qanunvericilik bazası yaradılır, özəl investisiyaların cəlbi mexanizmləri müəyyənləşdirilir və bu işlərdə qabaqcıl təcrübəyə malik beynəlxalq enerji şirkətləri, maliyyə təşkilatları ilə əməkdaşlıq edilir. Bu gün imzalanan bu sənəd “Total” şirkəti ilə əməkdaşlıqda yeni səhifə açmaqla bərabər, bərpaolunan enerjinin enerji istehsalında payının artrılması prosesinə töhfə verəcək.

“Total” şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, “Total Eren” bərpaolunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb. Anlaşma memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.
Energetika Nazirliyi ilə “Total Eren” şirkəti anlaşma memorandumu imzalayıb Energetika Nazirliyi və Fransanın “Total Eren” şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Memorandum Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur. E.Soltanov “Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib. Nazir müavini ölkəmizin bərpaolunan enerji potensialı barədə ətraflı məlumat verərək bildirib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 meqavat yeni generasiya gücünün istifadəyə verilməsi əsas hədəflərdən biridir: “Bu hədəfə nail olmaq üçün bərpaolunan enerji sahəsi üzrə qanunvericilik bazası yaradılır, özəl investisiyaların cəlbi mexanizmləri müəyyənləşdirilir və bu işlərdə qabaqcıl təcrübəyə malik beynəlxalq enerji şirkətləri, maliyyə təşkilatları ilə əməkdaşlıq edilir. Bu gün imzalanan bu sənəd “Total” şirkəti ilə əməkdaşlıqda yeni səhifə açmaqla bərabər, bərpaolunan enerjinin enerji istehsalında payının artrılması prosesinə töhfə verəcək. “Total” şirkətinin ölkə üzrə direktoru Denis Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, “Total Eren” bərpaolunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb. Anlaşma memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.
0 0 Şərh 0 Shares