Azərbaycan Premyer Liqasının XVI turunun hakimləri müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun hakimləri müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, tura fevralın 9-da saat 16:00-da “Əlincə Arena”da “Sabah”–“Qəbələ” görüşü ilə start veriləcək. Görüşü Səbuhi Bayramov idarə edəcək.

Həmin gün keçiriləcək “Sumqayıt”–“Qarabağ” oyunun baş hakimi Orxan Məmmədov olacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 18:30-da başlayacaq.

Fevralın 10-də “Bakcell Arena”da oynanılacaq “Neftçi”–“Keşlə” matçına əsas referi İnqilab Məmmədov təyin edilib.

Turun “Bayıl Arena”da stadionunda keçiriləcək sonuncu qarşılaşmasında - “Səbail”-“Zirə” görüşündə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Azərbaycan Premyer Liqasının XVI turunun hakimləri müəyyənləşib Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun hakimləri müəyyənləşib. AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, tura fevralın 9-da saat 16:00-da “Əlincə Arena”da “Sabah”–“Qəbələ” görüşü ilə start veriləcək. Görüşü Səbuhi Bayramov idarə edəcək. Həmin gün keçiriləcək “Sumqayıt”–“Qarabağ” oyunun baş hakimi Orxan Məmmədov olacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 18:30-da başlayacaq. Fevralın 10-də “Bakcell Arena”da oynanılacaq “Neftçi”–“Keşlə” matçına əsas referi İnqilab Məmmədov təyin edilib. Turun “Bayıl Arena”da stadionunda keçiriləcək sonuncu qarşılaşmasında - “Səbail”-“Zirə” görüşündə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
0 0 Şərh 0 Shares