Şərtlər

İstifadə şərtləri

İstifadəçilərimizdən maswap.ru portalından istifadəyə görə tələblərimiz:

1. Portaldan istifadə zamanı öz şəxsi profiliniz daxil olmaqla, digər istifadəçilərin görə biləcəyi bölmələrə nalayiq sözlərin, təhqir xarakterli ifadələrin qeyd edilməsi yolverilməzdir.
1.1 İstənilən məlumatda rəy bölməsinə nalayiq sözlərin, təhqir xarakterli ifadələrin qeyd edilməsi qadağandır və hər iki halda halda istifadəçi haqqında lazımi tədbirlər görülür.

2. Saytdan istifadə üzrə uyğun bəndin aşağıdakı bölmələri üzrə şərtlər pozularsa istifadəçi tərəfimizdən heç bir xəbətdarlıq edilmədən portaldan uzaqlaşdırılır, və haqqında tədbir görülür.
2.1 Portaldan siyasi çıxışlar, dini və irqi təbliğatlar üçün istifadə edildiyi təqdirdə.
2.2 Şəbəkədən Milli mentalitetimizə və dəyərlərimizə zidd məqsədlər üçün istifadə edildiyi təqdirdə.

3. maswap.ru portalına yeni qoşulan hər bir istifadəçinin profili nəzərdən keçirilir və qayda pozuntusu olduğu təqdirdə, xəbərdarlıq göndərilir.

Portaldan istifadə üçün profil şərtləri.

3.1 Profilin əsas məlumatlarında və profil şəklində reklam xarakterli məlumat yerləşdirilə bilməz. Əgər bu hal pozularsa, o zaman profil məlumatları dəyişdirilir və istifadəçiyə bu haqda xəbərdarlıq göndərilir. Profil şəkli isə heç bir xəbərdarlıqsız tərəfimizdən silinir.
3.2 18+ xarakterli profillərin açılması, bu xarakterli profil şəklinin və məlumatlarının yerləşdirilməsi qadağandır.
3.3 Digər istifadəçilərin adından saxta profillər açılması yolverilməzdir.

4. maswap.ru portalından qeyd olmaq bu şərtlərlə razılaşmaq anlamına gəlir.

ILK-10 top.maswap.ru