• “Tottenhem” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

    Bakı, 30 oktyabr, AZƏRTAC

    İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Dele Alli ilə müqaviləni yeniləyib.

    AZƏRTAC kluba istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub.

    Alli “Tottenhem”ə 2015-ci ildə 6,63 milyon avro müqabilində “Milton-Kins Dons” klubundan keçib. Yarımmüdafiəçi Hotspur təmsilçisinin heyətində 153 oyuna çıxıb və 48 qol vurub.

    Yayda Alli İngiltərə millisinin heyətində Rusiyada təşkil olunan dünya çempionatında dördüncü olub. Mundialda 4 oyuna çıxan futbolçu 1 qol vurub. Ümumilikdə İngiltərə yığmasında 31 oyun keçirən futbolçu 3 dəfə fərqlənib.

    Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 10 turdan sonra beşinci pillədə qərarlaşıb.
    “Tottenhem” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib Bakı, 30 oktyabr, AZƏRTAC İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Dele Alli ilə müqaviləni yeniləyib. AZƏRTAC kluba istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub. Alli “Tottenhem”ə 2015-ci ildə 6,63 milyon avro müqabilində “Milton-Kins Dons” klubundan keçib. Yarımmüdafiəçi Hotspur təmsilçisinin heyətində 153 oyuna çıxıb və 48 qol vurub. Yayda Alli İngiltərə millisinin heyətində Rusiyada təşkil olunan dünya çempionatında dördüncü olub. Mundialda 4 oyuna çıxan futbolçu 1 qol vurub. Ümumilikdə İngiltərə yığmasında 31 oyun keçirən futbolçu 3 dəfə fərqlənib. Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 10 turdan sonra beşinci pillədə qərarlaşıb.
    “Tottenhem” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
    İngiltərənin “Tottenhem” futbol klubu yarımmüdafiəçi Dele Alli ilə müqaviləni yeniləyib. AZƏRTAC kluba istinadla xəbər verir ki, 22 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub
    AZERTAG.AZ
    0 0 Comments 0 Shares
  • WhatsApp üçün ən maraqlı, səviyyəli status və profil şəkilləri

    WhatsApp üçün ən maraqlı, səviyyəli status və profil şəkilləri
    0 0 Comments 0 Shares
  • Profil üçün mənalı və maraqlı statuslar
    Profil üçün mənalı və maraqlı statuslar
    0 0 Comments 0 Shares
  • Dəri sallanmasından qurtulun: dəniz duzu

    Yaş irəlilədikcə dəri sallanması problemindən qaçmaq qeyri-mümkündür.

    Bunun qarşısı vaxtında alınmasa, estetik baxımdan xoşagəlməz görüntü yaranar. Bu problemlə üzləşməmək üçün ilk növbədə düzgün qidalanmaq və müntəzəm idmanla məşğul olmaq lazımdır. Bunlarla yanaşı dərinizə dəstək verəcək baxım üsullarından da yararlanın. Məsələn, dəniz duzu.

    Dəniz duzu tərkibindəki minerallar sayəsində bədənin gəncləşməsini təmin edir. Üstəlik hər istifadəsindən sonra dərinizdə gərginliyi hiss edəcəksiniz.

    Dərini yeniləyir

    Dəniz duzu bir müddət istifadədən sonra dərinizin yenilənməsini təmin edəcək. Bu yenilənmə sonrası dəri rənginin açıldığını da görəcəksiniz. Eyni zamanda dəridəki ləkə və yaralara müsbət təsir edəcək.

    Necə istifadə edilir?

    Həftədə 1, ya 2 dəfə dəniz duzu ilə isti vanna qəbul etsəniz, qısa zamanda faydasını görəcəksiniz. Vannanı isti su ilə doldurun və dəniz duzu əlavə edib içinə girin. Bir müddət dincəldikdən sonra isti su ilə durulanın. Dərinizdəki rahatlığın dadını çıxarın.

    Milli.Az
    Dəri sallanmasından qurtulun: dəniz duzu Yaş irəlilədikcə dəri sallanması problemindən qaçmaq qeyri-mümkündür. Bunun qarşısı vaxtında alınmasa, estetik baxımdan xoşagəlməz görüntü yaranar. Bu problemlə üzləşməmək üçün ilk növbədə düzgün qidalanmaq və müntəzəm idmanla məşğul olmaq lazımdır. Bunlarla yanaşı dərinizə dəstək verəcək baxım üsullarından da yararlanın. Məsələn, dəniz duzu. Dəniz duzu tərkibindəki minerallar sayəsində bədənin gəncləşməsini təmin edir. Üstəlik hər istifadəsindən sonra dərinizdə gərginliyi hiss edəcəksiniz. Dərini yeniləyir Dəniz duzu bir müddət istifadədən sonra dərinizin yenilənməsini təmin edəcək. Bu yenilənmə sonrası dəri rənginin açıldığını da görəcəksiniz. Eyni zamanda dəridəki ləkə və yaralara müsbət təsir edəcək. Necə istifadə edilir? Həftədə 1, ya 2 dəfə dəniz duzu ilə isti vanna qəbul etsəniz, qısa zamanda faydasını görəcəksiniz. Vannanı isti su ilə doldurun və dəniz duzu əlavə edib içinə girin. Bir müddət dincəldikdən sonra isti su ilə durulanın. Dərinizdəki rahatlığın dadını çıxarın. Milli.Az
    Dəri sallanmasından qurtulun: dəniz duzu
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Kökəlmək istəyirəm!

    Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir.

    Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

    Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

    Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

    Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər "qazana" bilər.

    Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır.

    Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir.

    Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər.

    Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır.

    Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan "süi-istifadə etmək" olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər.

    Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar.

    Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.

    Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir.

    Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin.

    Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.

    Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.

    Milli.Az
    Kökəlmək istəyirəm! Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır. Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq. Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər. Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər "qazana" bilər. Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır. Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir. Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər. Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır. Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan "süi-istifadə etmək" olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər. Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar. Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır. Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir. Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin. Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər. Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin. Milli.Az
    Kökəlmək istəyirəm!
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • “O səs çocuklar”ın iştirakçısı öldü

    “O səs çocuklar” yarışmasının iştirakçısı Nazar Nur Kaya dünyasını dəyişib.

    Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazar ürəkbulanması olduğu üçün xəstəxanaya aparılıb. Lakin tibb bacısı səhv iynə vurduğuna görə Kaya vəfat edib.
    Bu barədə “Müslüm” filminin aktyoru, Nazarla eyni mövsümdə yarışmada iştirak edən Şahin Kəndirci məlumat yayıb.
    “O səs çocuklar”ın iştirakçısı öldü “O səs çocuklar” yarışmasının iştirakçısı Nazar Nur Kaya dünyasını dəyişib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazar ürəkbulanması olduğu üçün xəstəxanaya aparılıb. Lakin tibb bacısı səhv iynə vurduğuna görə Kaya vəfat edib. Bu barədə “Müslüm” filminin aktyoru, Nazarla eyni mövsümdə yarışmada iştirak edən Şahin Kəndirci məlumat yayıb.
    0 0 Comments 0 Shares
  • Bu nöqtələri sıxanda iştah azalır. Əziyyətsiz arıqlama!

    Akupunktura artıq çəkidən azad olmaq üçün ən sadə, ziyansız və hərcsiz üsuldur.

    Bəzi bioloji aktiv nöqtələrə təsir etməklə iştahın xeyli azalmasına nail olmaq mümkündür.

    Belə ki, qulaq məməciklərini 10-20 saniyə ərzində sıxmaqla aclıq hissini azaltmaq olar. Bunu hər dəfə yeməkdən əvvəl etsəniz iştahınız azalacaq və siz daha az qida qəbul etməklə doya bilərsiniz.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, digər istahı azaldan nöqtə burunla yuxarı dodağın arasında olan nöqtədir. Bu nöqtəyə də 10-20 saniyə sıxanda iştah azalır.

    Bu üsullardan bədən çəkisinə daim nəzarət etməyə məcbur olan idmançı, sırk ustaları və balerinalar da istifadə edir.

    Belə ki, müsahibələrdən birində qocalana qədər şah qaməti və incəliyi ilə insanları heyran edən dünyaca məşhur rus balerina Maya Plisetskaya etiraf edib ki, həmişə çox iştahlı olub və yemək yeməyi sevib. Bu səbəbdən hər zaman iştahı müxtəlif üsullarla məhdudlaşdırmağa məcbur idi. Balerina bu məqsədlə daim akupunlturadan da istifadə edirdi.

    Milli.Az

    https://news.milli.az/health/699566.html
    Bu nöqtələri sıxanda iştah azalır. Əziyyətsiz arıqlama! Akupunktura artıq çəkidən azad olmaq üçün ən sadə, ziyansız və hərcsiz üsuldur. Bəzi bioloji aktiv nöqtələrə təsir etməklə iştahın xeyli azalmasına nail olmaq mümkündür. Belə ki, qulaq məməciklərini 10-20 saniyə ərzində sıxmaqla aclıq hissini azaltmaq olar. Bunu hər dəfə yeməkdən əvvəl etsəniz iştahınız azalacaq və siz daha az qida qəbul etməklə doya bilərsiniz. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, digər istahı azaldan nöqtə burunla yuxarı dodağın arasında olan nöqtədir. Bu nöqtəyə də 10-20 saniyə sıxanda iştah azalır. Bu üsullardan bədən çəkisinə daim nəzarət etməyə məcbur olan idmançı, sırk ustaları və balerinalar da istifadə edir. Belə ki, müsahibələrdən birində qocalana qədər şah qaməti və incəliyi ilə insanları heyran edən dünyaca məşhur rus balerina Maya Plisetskaya etiraf edib ki, həmişə çox iştahlı olub və yemək yeməyi sevib. Bu səbəbdən hər zaman iştahı müxtəlif üsullarla məhdudlaşdırmağa məcbur idi. Balerina bu məqsədlə daim akupunlturadan da istifadə edirdi. Milli.Az https://news.milli.az/health/699566.html
    0 0 Comments 0 Shares
  • Niyə qadınların təzyiqi kişilərə nisbətən daha yüksəkdir?

    Yüksək təzyiqin digər bir adı hipertoniyadır.

    Dünyada hər il 10 milyon insan yüksək təzyiqə görə erkən yaşlarda həyatını itirir. Bu səbəbdən də, mütəxəssislər xüsusilə duz istifadəsinin azaldılmasını vacib bilir. Hipertoniya əlamətlərini çox bəlli etmədiyindən, bir çox insan xəstəliyi bilmədən həyatını davam etdirir.

    Milli.Az deyerler.org-a istinadən bildirir ki, tədbir görülmədiyi halda hipertoniya infarkta və ürək xəstəliklərinə səbəb olur.

    Bəzi vərdişlər, tomat və turşu kimi yeməklərin, xüsusilə duz məzmunu nəzərə almayan hazır ərzaqların istehlakı hipertoniyaya dəvətnamə çıxarır. (kadinvekadin.net)

    Qadınlar az duz istehlak etmələrinə baxmayaraq, hipertoniya sayı daha çoxdur. Aparılan araşdırmalarda bu rəqəmin qadınlarda 32, kişilərdə isə 28 faiz olduğu ortaya çıxdı.

    Bunun da ən əsas səbəbi həddindən artıq çəkidir. Qadınlar az duz istehlak etməsinə baxmayaraq, daha çəkilidirlər və bu səbəblə hipertoniyalı xəstə sayı kişilərə nisbətən daha çoxdur.

    Milli.Az

    https://news.milli.az/interest/698581.html
    Niyə qadınların təzyiqi kişilərə nisbətən daha yüksəkdir? Yüksək təzyiqin digər bir adı hipertoniyadır. Dünyada hər il 10 milyon insan yüksək təzyiqə görə erkən yaşlarda həyatını itirir. Bu səbəbdən də, mütəxəssislər xüsusilə duz istifadəsinin azaldılmasını vacib bilir. Hipertoniya əlamətlərini çox bəlli etmədiyindən, bir çox insan xəstəliyi bilmədən həyatını davam etdirir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, tədbir görülmədiyi halda hipertoniya infarkta və ürək xəstəliklərinə səbəb olur. Bəzi vərdişlər, tomat və turşu kimi yeməklərin, xüsusilə duz məzmunu nəzərə almayan hazır ərzaqların istehlakı hipertoniyaya dəvətnamə çıxarır. (kadinvekadin.net) Qadınlar az duz istehlak etmələrinə baxmayaraq, hipertoniya sayı daha çoxdur. Aparılan araşdırmalarda bu rəqəmin qadınlarda 32, kişilərdə isə 28 faiz olduğu ortaya çıxdı. Bunun da ən əsas səbəbi həddindən artıq çəkidir. Qadınlar az duz istehlak etməsinə baxmayaraq, daha çəkilidirlər və bu səbəblə hipertoniyalı xəstə sayı kişilərə nisbətən daha çoxdur. Milli.Az https://news.milli.az/interest/698581.html
    0 0 Comments 0 Shares
  • Bu da ilk əyilə bilən smartfon

    Çinin rəngli ekranların istehsalı və tədqiqatları sahəsində lider şirkətlərindən biri olan Rouyu Technology dünyanın ilk əyilə bilən smartfon modelini təqdim etdi.

    Axşam.az Technote-yə istinadən xəbər verir ki, o, istənilən an əyilərək smartfon formasını alan böyük ekrana sahibdir.

    Açıq şəkildə FlexPai 7.8 inç ekrana sahib olur və dizayn baxımından planşeti xatırladır. Bu cür formatda onun vasitəsilə oyunlar oynamaq, videolar izləmək və ya elektron kitab oxumaq çox rahat olur.

    Əyilmiş vəziyyətdə isə o, 4 inç ekrana sahib olur və adi smartfonu xatırladır. Qeyd etmək lazımdır ki, əyilə bilən ekran qalın çərçivələr ilə əhatə olunub.

    Şirkətin verdiyi məlumata görə, bu cihaz 200.000 dəfədən çox əyilməyə tab gətirə bilir. Cihaz “Water OS” adlı interfeys əsasında “Android” əməliyyat sistemi vasitəsilə çalışır. Əməliyyat sistemi isə öz növbəsində ekran ölçülərinin dəyişimini dəstəkləyir və iki ekranda çalışmaq üçün adaptasiya olunur. Məsələn, əyilmiş formada ekranlardan birində bir tətbiqi, digər ekranda isə tamamilə başqa bir tətbiqi işə salmaq mümkündür.

    “FlexPai Snapdragon 800” seriyasının bilinməyən prosessoru, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş və 16 MP + 20 MP ikili kamera ilə təchiz olunub. Bununla yanaşı smartfon sürətli enerji yığma texnologiyasını da dəstəkləyir və onun sayəsində 1 saat ərzində 80% enerji yığa bilir.

    Qeyd edək ki, dünyanın ilk əyilə bilən smartfon modeli “FlexPai” bu gündən etibarən Çində məhdud sayda satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 1290 dollar, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1433 dollar, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 1864 dollar qiymətinə satılacaq.

    http://axsam.az/?name=xeber&news_id=96127
    Bu da ilk əyilə bilən smartfon Çinin rəngli ekranların istehsalı və tədqiqatları sahəsində lider şirkətlərindən biri olan Rouyu Technology dünyanın ilk əyilə bilən smartfon modelini təqdim etdi. Axşam.az Technote-yə istinadən xəbər verir ki, o, istənilən an əyilərək smartfon formasını alan böyük ekrana sahibdir. Açıq şəkildə FlexPai 7.8 inç ekrana sahib olur və dizayn baxımından planşeti xatırladır. Bu cür formatda onun vasitəsilə oyunlar oynamaq, videolar izləmək və ya elektron kitab oxumaq çox rahat olur. Əyilmiş vəziyyətdə isə o, 4 inç ekrana sahib olur və adi smartfonu xatırladır. Qeyd etmək lazımdır ki, əyilə bilən ekran qalın çərçivələr ilə əhatə olunub. Şirkətin verdiyi məlumata görə, bu cihaz 200.000 dəfədən çox əyilməyə tab gətirə bilir. Cihaz “Water OS” adlı interfeys əsasında “Android” əməliyyat sistemi vasitəsilə çalışır. Əməliyyat sistemi isə öz növbəsində ekran ölçülərinin dəyişimini dəstəkləyir və iki ekranda çalışmaq üçün adaptasiya olunur. Məsələn, əyilmiş formada ekranlardan birində bir tətbiqi, digər ekranda isə tamamilə başqa bir tətbiqi işə salmaq mümkündür. “FlexPai Snapdragon 800” seriyasının bilinməyən prosessoru, 6/8 GB RAM, 128/256/512 GB daxili yaddaş və 16 MP + 20 MP ikili kamera ilə təchiz olunub. Bununla yanaşı smartfon sürətli enerji yığma texnologiyasını da dəstəkləyir və onun sayəsində 1 saat ərzində 80% enerji yığa bilir. Qeyd edək ki, dünyanın ilk əyilə bilən smartfon modeli “FlexPai” bu gündən etibarən Çində məhdud sayda satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 1290 dollar, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 1433 dollar, 8 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 1864 dollar qiymətinə satılacaq. http://axsam.az/?name=xeber&news_id=96127
    0 0 Comments 0 Shares
  • Baş rolda oynadığı seriala baxıb ağladı - Fotolar

    Aktrisa Özge Özpirinçci sosial media hesabındakı paylaşımı ilə izləyicilərini kövrəldib.

    Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa baş rolda oynadığı "Qadın" serialına baxaraq ağladığı anları hesabında "Siz nə edirsiniz?" qeydi ilə yerləşdirib.

    Fotonun altına Özpirinçcini sevənlər "Ciyərimizi sökdün, Özge. Ağlamaqdan gözlərimiz şişdi" şərhini yazıblar.

    Qeyd edək ki, ekran işinin mövzusu həyatında iki övladının ağırlığını və sevgisini ürəyində çoşquyla daşıyan, kasıb olmalarına rəğmən onların üzlərinin gülməsi üçün əlindən gələni edən bir ananın - Baharın hekayəsidir. Bahar 8 yaşında anasını itirib. Daha sonra ata və nənəsi də dünyasını dəyişib. Tək qalan qız Sarp adlı oğlana dəlicəsinə aşiq olur. Xoşbəxt yaşayan cütlüyün 2 övladı dünyaya gəlir. Amma qəfildən Sarp da ölür. Onun isə keçmişdə olan borcları üzə çıxır və borcları ödəmək Baharın üstündə qalır. "Qadın" həyatda yaşamaq mübarizəsi aparanların həyat hekayəsini ekranda nümayiş edir.

    http://axsam.az/?name=xeber&news_id=96124
    Baş rolda oynadığı seriala baxıb ağladı - Fotolar Aktrisa Özge Özpirinçci sosial media hesabındakı paylaşımı ilə izləyicilərini kövrəldib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa baş rolda oynadığı "Qadın" serialına baxaraq ağladığı anları hesabında "Siz nə edirsiniz?" qeydi ilə yerləşdirib. Fotonun altına Özpirinçcini sevənlər "Ciyərimizi sökdün, Özge. Ağlamaqdan gözlərimiz şişdi" şərhini yazıblar. Qeyd edək ki, ekran işinin mövzusu həyatında iki övladının ağırlığını və sevgisini ürəyində çoşquyla daşıyan, kasıb olmalarına rəğmən onların üzlərinin gülməsi üçün əlindən gələni edən bir ananın - Baharın hekayəsidir. Bahar 8 yaşında anasını itirib. Daha sonra ata və nənəsi də dünyasını dəyişib. Tək qalan qız Sarp adlı oğlana dəlicəsinə aşiq olur. Xoşbəxt yaşayan cütlüyün 2 övladı dünyaya gəlir. Amma qəfildən Sarp da ölür. Onun isə keçmişdə olan borcları üzə çıxır və borcları ödəmək Baharın üstündə qalır. "Qadın" həyatda yaşamaq mübarizəsi aparanların həyat hekayəsini ekranda nümayiş edir. http://axsam.az/?name=xeber&news_id=96124
    0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru