• Nəsrinin bu fotosunu 100 min insan bəyəndi

    Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə İnstaqram səhifəsində yeni fotosunu paylaşıb.

    Axşam.az xəbər verir ki, aktrisa ideal bədən quruluşu ilə diqqət çəkib.

    Cavadzadənin şərh bölməsini bağladığı görüntüsü 100 minə yaxın "like" toplayıb.

    http://axsam.az/?name=xeber&news_id=96120
    Nəsrinin bu fotosunu 100 min insan bəyəndi Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə İnstaqram səhifəsində yeni fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, aktrisa ideal bədən quruluşu ilə diqqət çəkib. Cavadzadənin şərh bölməsini bağladığı görüntüsü 100 minə yaxın "like" toplayıb. http://axsam.az/?name=xeber&news_id=96120
    0 0 Comments 0 Shares
  • Serenaydan sevənlərinə pis xəbər

    Sonuncu dəfə "Fi-Çi" serialında çəkilən Serenay Sarıkayanın yenidən rol alacağı serialı sevənləri səbirsizlikdə gözləyirdi.

    Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, bu ərəfədə aktrisadan pərəstişkarlarına bəd xəbər gəlib. Sarıkaya açıqlamasında bildirib ki, bu mövsüm heç bir serialda rol almayacaq.

    "Razılaşdığım bir layihə yoxdur. Hazırda senariləri oxuyuram" deyə, aktrisa bildirib.

    http://axsam.az/?name=xeber&news_id=96175
    Serenaydan sevənlərinə pis xəbər Sonuncu dəfə "Fi-Çi" serialında çəkilən Serenay Sarıkayanın yenidən rol alacağı serialı sevənləri səbirsizlikdə gözləyirdi. Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, bu ərəfədə aktrisadan pərəstişkarlarına bəd xəbər gəlib. Sarıkaya açıqlamasında bildirib ki, bu mövsüm heç bir serialda rol almayacaq. "Razılaşdığım bir layihə yoxdur. Hazırda senariləri oxuyuram" deyə, aktrisa bildirib. http://axsam.az/?name=xeber&news_id=96175
    0 0 Comments 0 Shares
  • Təranə Qumral yenə məhkəmədə uduzdu
    Təranə Qumral yenə məhkəmədə uduzdu
    0 0 Comments 0 Shares
  • Zaurla Xoşqədəmin yardım yarışı

    Aparıcılar Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında uzun illərdir davam edən qalmaqal bitmir. Eyni formatda veriliş aparan aparıcılar hər dəfə proqramda bir-birinə söz atırlar.

    Axşam.az-ın məlumatına görə, bu dəfə də Xoşqədəmlə Zaur üz-üzə gəlib. Belə ki, bir neçə gün əvvəl Zaur "Bizimləsən" proqramında yeni bir reklam çarxına çəkildiyini açıqlayıb. O bildirib ki, məşhur bir şirkətlə imzaladığı müqavilədən aldığı qonorarın bir hissəsini verilişinə kömək üçün gələn uşağın müalicəsinə bağışlayacaq.

    Ötən gün isə Xoşqədəm eyni addımı atıb. O, proqramına gəlib kömək istəyən uşağa öz maaşı ilə kömək edəcəyini bildirib. X.Hidayətqızı deyib ki, maaşından min manat onun üçün ayıracaq.
    Zaurla Xoşqədəmin yardım yarışı Aparıcılar Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında uzun illərdir davam edən qalmaqal bitmir. Eyni formatda veriliş aparan aparıcılar hər dəfə proqramda bir-birinə söz atırlar. Axşam.az-ın məlumatına görə, bu dəfə də Xoşqədəmlə Zaur üz-üzə gəlib. Belə ki, bir neçə gün əvvəl Zaur "Bizimləsən" proqramında yeni bir reklam çarxına çəkildiyini açıqlayıb. O bildirib ki, məşhur bir şirkətlə imzaladığı müqavilədən aldığı qonorarın bir hissəsini verilişinə kömək üçün gələn uşağın müalicəsinə bağışlayacaq. Ötən gün isə Xoşqədəm eyni addımı atıb. O, proqramına gəlib kömək istəyən uşağa öz maaşı ilə kömək edəcəyini bildirib. X.Hidayətqızı deyib ki, maaşından min manat onun üçün ayıracaq.
    0 0 Comments 0 Shares
  • Dəfnə yarpağının insana faydası

    Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir.

    Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən hazırlanan şampunlar saç tökülməsinin qarşısını alaraq onlara yumşaqlıq və parlaqlıq bəxş edir. Tərkibi dəfnə yarpağından ibarət olan sabunlar dərinin nəmləşdirilməsi üçün faydalıdı.

    Alergiyaya meyilli şəxslərin və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi tövsiyə edilmir. Göbələk və dəri xəstəlikləri zamanı tövsiyə edilən dəfnə yarpağının zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdı.

    Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyə ərazisində yetişib.
    Dəfnə yarpağının insana faydası Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən hazırlanan şampunlar saç tökülməsinin qarşısını alaraq onlara yumşaqlıq və parlaqlıq bəxş edir. Tərkibi dəfnə yarpağından ibarət olan sabunlar dərinin nəmləşdirilməsi üçün faydalıdı. Alergiyaya meyilli şəxslərin və hamilə qadınların dəfnə yarpağından istifadə etməsi tövsiyə edilmir. Göbələk və dəri xəstəlikləri zamanı tövsiyə edilən dəfnə yarpağının zəhərli növləri mövcud olduğundan ondan istifadə edərkən diqqətli olmaq lazımdı. Qeyd edək ki, dünyada ən çox dəfnə ağacı Türkiyə ərazisində yetişib.
    Dəfnə yarpağının insana faydası
    Dəfnə yarpağının insana faydası
    XANIM.AZ
    0 0 Comments 0 Shares
  • Yemişin faydası

    Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər.

    Daha sonra yemiş Asiyaya "gəlib" və yalnız orta əsrlərdə yemişdən Avropa xalqları dadıb. Uzun müddət ərzində yemiş "kral qidası" sayılırdı və yalnız xüsusi mərasimlərdə masaya verilirdi.

    Yemişin kimyəvi tərkibi çox zəngindir. Burada selüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var.

    Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir.

    Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə prosesləri yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir. Bundan əlavə fol turşusu qadın dölyaratma sistemi üçün çox vacib olan vitaminlərədən biridir.

    Yemiş və xüsusilə yemişin şirəsi əla sidik qovucu effektə malikdir ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik ifrazatı sistemi üçün çox faydalı edir.

    Silisium ilə olduqca zəngin olan yemiş saç və dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar və parlaq, saçları isə daha canlı və qalın edir, saçların tökülməsi ilə mübarizə aparır.

    Bu səbəbdən yemiş və xüsusilə də onun şirəsi kosmetologiyada geniş istifadə olunur. Yemişdən hazırlanan ən asan maska resepti - yemişin bir dilimini təmiz üz dərisində bir neçə dəqiqə ərzində "gəzdirin" və şirə quruduqdan sonra üzünüzü ilıq su ilə yuyun.

    Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır.

    Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə (tərkibində şəkərin çox olması) yemiş şəkərli diabet xəstələri üçün arzuedilməz məhsulların siyahısına daxildir.

    Yemiş azkalorili tərəvəzdir və bu səbəbdən müxtəlif arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

    Nəzərinizə çatdıraq ki, yemişdən fayda almaq üçün bu şirin tərəvəzi düzgün qəbul etmək lazımdır. İlk növbədə yemişi heç zaman tutumlu yeməkdən sonra yeməyin. Yemişi qida qəbulları arası yemək lazımdır. Birdən çoxlu miqdarda qəbul olunan yemiş köpə, gəyirməyə, bağırsaqlarda ağrılara səbəb ola bilər. Bu səbəbdən yemişin bir neçə dilimi ilə kifayyətlənmək lazımdır.
    Yemişin faydası Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya "gəlib" və yalnız orta əsrlərdə yemişdən Avropa xalqları dadıb. Uzun müddət ərzində yemiş "kral qidası" sayılırdı və yalnız xüsusi mərasimlərdə masaya verilirdi. Yemişin kimyəvi tərkibi çox zəngindir. Burada selüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var. Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir. Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə prosesləri yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir. Bundan əlavə fol turşusu qadın dölyaratma sistemi üçün çox vacib olan vitaminlərədən biridir. Yemiş və xüsusilə yemişin şirəsi əla sidik qovucu effektə malikdir ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik ifrazatı sistemi üçün çox faydalı edir. Silisium ilə olduqca zəngin olan yemiş saç və dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar və parlaq, saçları isə daha canlı və qalın edir, saçların tökülməsi ilə mübarizə aparır. Bu səbəbdən yemiş və xüsusilə də onun şirəsi kosmetologiyada geniş istifadə olunur. Yemişdən hazırlanan ən asan maska resepti - yemişin bir dilimini təmiz üz dərisində bir neçə dəqiqə ərzində "gəzdirin" və şirə quruduqdan sonra üzünüzü ilıq su ilə yuyun. Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır. Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə (tərkibində şəkərin çox olması) yemiş şəkərli diabet xəstələri üçün arzuedilməz məhsulların siyahısına daxildir. Yemiş azkalorili tərəvəzdir və bu səbəbdən müxtəlif arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər. Nəzərinizə çatdıraq ki, yemişdən fayda almaq üçün bu şirin tərəvəzi düzgün qəbul etmək lazımdır. İlk növbədə yemişi heç zaman tutumlu yeməkdən sonra yeməyin. Yemişi qida qəbulları arası yemək lazımdır. Birdən çoxlu miqdarda qəbul olunan yemiş köpə, gəyirməyə, bağırsaqlarda ağrılara səbəb ola bilər. Bu səbəbdən yemişin bir neçə dilimi ilə kifayyətlənmək lazımdır.
    Yemişin faydası
    Yemişin faydası
    XANIM.AZ
    0 0 Comments 0 Shares
  • Nar haqqında

    Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasında istifadə edilir.

    Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.

    Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın əvvəllərində), ortayetişən (oktyabrın ortaları və axırı) və gecyetişən (noyabrın əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır. Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-20C temperaturda saxlanılır.

    Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74) tələblərinə cavab verməlidir

    "Quran"da nar haqqında belə bir ifadə var:

    "Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin. Yığılıb toplandığı gün də haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz.
    Nar haqqında Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasında istifadə edilir. Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır. Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın əvvəllərində), ortayetişən (oktyabrın ortaları və axırı) və gecyetişən (noyabrın əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır. Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-20C temperaturda saxlanılır. Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir. Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74) tələblərinə cavab verməlidir "Quran"da nar haqqında belə bir ifadə var: "Çardaqlı və çardaqsız (üzüm) bağçaları, məhsulları növ-növ xurmaları, əkinləri, bir-birinə bənzər və bənzəməz şəkildə zeytun və narları yaradan Odur. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin. Yığılıb toplandığı gün də haqqını (zəkat və sədəqəsini) verin, lakin israf etməyin; çünki Allah israf edənləri sevməz.
    Nar haqqında
    Nar haqqında
    XANIM.AZ
    0 0 Comments 0 Shares
  • Limonun çox faydalı 5 cəhəti

    Limon xərçəngə qarşı istifadə edilən vasitədir.

    Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var.

    Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhəti isə bunlardır:

    Həzmi asanlaşdırır və həzm sistemində yaranan bir sıra problemlərin aradan qalxmasına kömək edir

    Limon qabığı xüsusi ilə dəri xərçənginə qarşı yaxşı vasitə hesab olunur

    Limon ağacından əldə edilən birləşmələr xərçəngin inkişafını ləngidir

    Sidik yolundakı iltihabı aradan qaldırır

    Qaraciyərdə yaranan bütün xəstəliklərin çarəsidir
    Limonun çox faydalı 5 cəhəti Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhəti isə bunlardır: Həzmi asanlaşdırır və həzm sistemində yaranan bir sıra problemlərin aradan qalxmasına kömək edir Limon qabığı xüsusi ilə dəri xərçənginə qarşı yaxşı vasitə hesab olunur Limon ağacından əldə edilən birləşmələr xərçəngin inkişafını ləngidir Sidik yolundakı iltihabı aradan qaldırır Qaraciyərdə yaranan bütün xəstəliklərin çarəsidir
    Limonun çox faydalı 5 cəhəti
    Limonun çox faydalı 5 cəhəti
    XANIM.AZ
    0 0 Comments 0 Shares
  • Qobustan - tarixin qoruğu və ya başlanğıcın əvvəli...

    İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat işləri aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib

    Bakı, 3 noyabr, AZƏRTAC

    Buradakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişindən danışır, ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Daşlarının tarixi bəlli olmasa da, Qobustan Milli Bədii-Tarix Qoruğunun yaşı bəllidir. Burada tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966–cı ildə bu məkana qoruq statusu verilib. Bu gün ölkəmizə gələn turistlərin üz tutduğu yerlərdən biri də Qobustan Milli Bədii-Tarix Qoruğudur. Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək üçün yolumuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotamiyadan da daha qədim olan Qobustan abidələrindən saldıq. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olduqda tariximizin qədimliyinin bir daha şahidi olduq. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlə dolu bir dünyanın içində olub heyrətlənməmək mümkün deyil. Bu möcüzəli dünya ilə yaxından tanış olmaq üçün qoruğu qarış-qarış dolaşdıq, fürsət tapıb qoruğun direktoru Vüqar İsayevlə də həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:

    -Vüqar müəllim, hazırda qoruğun ərazisində yaradılmış muzeydə nə qədər maddi mədəniyyət nümunələri mövcuddur?

    -Qobustanı geniş ictimaiyyət daha çox müasir muzeyi və Böyükdaş dağındakı yaşayış yerləri, təsvirləri və Qavaldaşı ilə tanıyır. Lakin Qobustan arxeoloji, tarixi və mədəni bir abidə kimi çox zəngindir. 1966-cı ildə yaradılmış qoruğun əsas vəzifəsi buradakı abidələrin qorunması və elmi tədqiqatlar vasitəsilə öyrənilməsidir. Düzdür, bu abidələrin ölkə ictimaiyyətinə və beynəlxalq aləmdə təbliği də mühüm əhəmiyyət kəsb edir. Ancaq qoruq olaraq bizim bir nömrəli vəzifəmiz abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır.

    Qobustan qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları ərazilərində Üst Paleolit dövrünün sonundan orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 20 min il ərzində yaradılmış, 1031 qaya üzərində 6300-dən çox təsvir qeydə alınıb. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20 yaşayış məskəni və 40 kurqan aşkar edilib. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

    - Qoruq ərazisində elmi tədqiqat işləri hansı səviyyədə aparılır?

    -Yuxarıda qeyd etdiyim kimi qoruq olaraq bizim ən vacib vəzifələrimizdən biri də qoruq ərazisindəki abidələrin sistemli şəkildə öyrənilməsidir. Vaxtilə Qobustanda İshaq Cəfərzadə, Cəfərqulu Rüstəmov kimi alimlərin rəhbərliyi ilə elmi tədqiqat işləri aparılıb. İndi isə qoruğa gələn turistlərin görmədiyi ancaq bizim işimizin çox vacib hissəsini təşkil edən elmi tədqiqatla qoruğun elmi işçiləri məşğul olur. Lakin qoruqda aparılan elmi tədqiqat işləri daim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tövsiyələri nəzərə alınmaqla aparılır. Lazım gəldikdə mütəxəssislər cəlb olunur. Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir. İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb. Müfəssəl sənədləşdirmə üçün bütün panellərin fotosu çəkilmiş, 3D modeli düzəldilmiş, qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş, rəqəmsal eskizləri hazırlanmışdır.

    Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilmişdir. Yeni aşkar olunmuş təsvirlər və ümumiyyətlə Cingirdağ-Yazılıtəpə sahəsinin qayaüstü təsvirləri haqqında müfəssəl məlumat hazırlanmaqda olan kataloqda öz əksini tapacaq. Yeni aşkar olunmuş təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan keçi, maral, şir təsvirləri və müxtəlif abstrakt işarələr, damğalar, araba təsvirləridir. Bundan əlavə, qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar olunub. Qobustanın digər kompleks abidələrindən fərqli olaraq “Sona qaya”da bir maral təsvirini çıxmaq şərti ilə zoomorf və antropomorf qayaüstü təsvirlərə rast gəlinmir. İlkin mülahizələrə görə, bu ərazi tunc dövründən orta əsrlərədək yerli əhalinin sakral dini ayinləri həyata keçirdiyi ibadət məkanı olub.

    - Qoruqda turizmin inkişafı və turist marşrutlarının müəyyən edilməsi istiqamətində hansı işlər görülüb?

    -Bildiyiniz kimi, Qobustan qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Məhz ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi səyləri nəticəsində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

    Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğunu və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruğa Milli Qoruq statusu verilib. Ölkə başçısının digər müvafiq Sərəncamı əsasında qoruğun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb. Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

    -Ölkəmizə gələn turistlərin üz tutduğu məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur. Turistlərin say baxımından bu il ötən illərdən necə fərqlənir?

    -Statistikaya nəzər salsaq görərik ki, Qobustanın UNESCO Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və 2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artır. Bu il də bu tendensiya təkrarlanmaqdadır.

    -Bu il ən çox hansı ölkələrdən olan turistlər üstünlük təşkil edib?

    -Son illər ölkəmizə, həmçinin Qobustana gələn turistlərin sayı artıb. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən – Rusiya, Türkiyə, İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi.

    - Ölkəmizə səfərə gələn rəsmi şəxslərin üz tutduğu məkanlardan biri də buradır. Onlar tanışlıq zamanı təəssüratlarını necə bölüşür...

    -Doğrudur, tez-tez yüksək səviyyəli rəsmi qonaqlarımız olur. Hamı kimi onlarda da Qobustanın unikallığı və özünəməxsus aurası müsbət təəssürat yaradır. Bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə, Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır. Qobustanın keçmişi, buradakı abidələr bizim tarixi keçmişimizi əks etdirirsə, onun öyrənilməsi, qorunması, təqdim olunma səviyyəsi qonaqlara bu günümüz haqqında məlumat verir. Ona görə də biz öz işimizi görərkən bəşəriyyətin ən unikal abidələrindən birinin qorunmasına cavabdeh olduğumuzu və öz dövlətimizi, xalqımızı təmsil etdiyimizi həmişə xatırlayırıq.

    Onu deyə bilərəm ki, ixtisasından, maraq dairəsindən asılı olmayaraq bütün qonaqlar Qobustanı müsbət emosiyalarla tərk edirlər. Bəzən Qobustanda qayaüstü rəsmlərin qorunması və təqdimatına yanaşmanı öz ölkələrində də tətbiq etmək istədiklərini bildirənlər olur.

    -Qoruq beynəlxalq əməkdaşlığını necə qurub?

    -Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu, bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir. UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini, administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür.

    Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni, bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik.

    -Növbəti illərdə rəhbəri olduğunuz qurumun fəaliyyət istiqamətlərindən danışardınız...

    -Biz daim qoruq ərazisində yerləşən abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində yenilikləri öyrənmək və Qobustanda tətbiq etmək niyyətindəyik. Qobustanda mövcud infrastrukturun qorunması və yeni infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Qoruq ərazisində turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün müxtəlif iaşə obyektlərinin, həmçinin yaşıllıqların yaradılması planlaşdırılır. Bundan əlavə, elmi tədqiqatların davam etdirilməsi və qoruğun bütün abidələrini əhatə edən rəqəmsal məlumat bazasının yaradılması prioritet istiqamətlərdən biridir.

    -Sonda oxucularımıza nə demək istərdiniz?

    -İnsanlığın ilk incəsənət nümunələrini, tarixi keçmişimizi və Qobustanın bu gününü görmək üçün bütün vətəndaşlarımızı və ölkəmizin qonaqlarını Qobustana dəvət edirəm.

    -Maraqlı müsahibə üçün sağ olun.

    Ceyhun Alışlı

    AZƏRTAC-ın müxbiri
    Qobustan - tarixin qoruğu və ya başlanğıcın əvvəli... İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat işləri aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib Bakı, 3 noyabr, AZƏRTAC Buradakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişindən danışır, ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Daşlarının tarixi bəlli olmasa da, Qobustan Milli Bədii-Tarix Qoruğunun yaşı bəllidir. Burada tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966–cı ildə bu məkana qoruq statusu verilib. Bu gün ölkəmizə gələn turistlərin üz tutduğu yerlərdən biri də Qobustan Milli Bədii-Tarix Qoruğudur. Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək üçün yolumuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotamiyadan da daha qədim olan Qobustan abidələrindən saldıq. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olduqda tariximizin qədimliyinin bir daha şahidi olduq. Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər, dünyanın ən qədim təqvimi, “Günəş saatı”, “Qavaldaşı” və sirlə dolu bir dünyanın içində olub heyrətlənməmək mümkün deyil. Bu möcüzəli dünya ilə yaxından tanış olmaq üçün qoruğu qarış-qarış dolaşdıq, fürsət tapıb qoruğun direktoru Vüqar İsayevlə də həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir: -Vüqar müəllim, hazırda qoruğun ərazisində yaradılmış muzeydə nə qədər maddi mədəniyyət nümunələri mövcuddur? -Qobustanı geniş ictimaiyyət daha çox müasir muzeyi və Böyükdaş dağındakı yaşayış yerləri, təsvirləri və Qavaldaşı ilə tanıyır. Lakin Qobustan arxeoloji, tarixi və mədəni bir abidə kimi çox zəngindir. 1966-cı ildə yaradılmış qoruğun əsas vəzifəsi buradakı abidələrin qorunması və elmi tədqiqatlar vasitəsilə öyrənilməsidir. Düzdür, bu abidələrin ölkə ictimaiyyətinə və beynəlxalq aləmdə təbliği də mühüm əhəmiyyət kəsb edir. Ancaq qoruq olaraq bizim bir nömrəli vəzifəmiz abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır. Qobustan qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları ərazilərində Üst Paleolit dövrünün sonundan orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 20 min il ərzində yaradılmış, 1031 qaya üzərində 6300-dən çox təsvir qeydə alınıb. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20 yaşayış məskəni və 40 kurqan aşkar edilib. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur. - Qoruq ərazisində elmi tədqiqat işləri hansı səviyyədə aparılır? -Yuxarıda qeyd etdiyim kimi qoruq olaraq bizim ən vacib vəzifələrimizdən biri də qoruq ərazisindəki abidələrin sistemli şəkildə öyrənilməsidir. Vaxtilə Qobustanda İshaq Cəfərzadə, Cəfərqulu Rüstəmov kimi alimlərin rəhbərliyi ilə elmi tədqiqat işləri aparılıb. İndi isə qoruğa gələn turistlərin görmədiyi ancaq bizim işimizin çox vacib hissəsini təşkil edən elmi tədqiqatla qoruğun elmi işçiləri məşğul olur. Lakin qoruqda aparılan elmi tədqiqat işləri daim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tövsiyələri nəzərə alınmaqla aparılır. Lazım gəldikdə mütəxəssislər cəlb olunur. Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir. İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb. Müfəssəl sənədləşdirmə üçün bütün panellərin fotosu çəkilmiş, 3D modeli düzəldilmiş, qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş, rəqəmsal eskizləri hazırlanmışdır. Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilmişdir. Yeni aşkar olunmuş təsvirlər və ümumiyyətlə Cingirdağ-Yazılıtəpə sahəsinin qayaüstü təsvirləri haqqında müfəssəl məlumat hazırlanmaqda olan kataloqda öz əksini tapacaq. Yeni aşkar olunmuş təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan keçi, maral, şir təsvirləri və müxtəlif abstrakt işarələr, damğalar, araba təsvirləridir. Bundan əlavə, qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar olunub. Qobustanın digər kompleks abidələrindən fərqli olaraq “Sona qaya”da bir maral təsvirini çıxmaq şərti ilə zoomorf və antropomorf qayaüstü təsvirlərə rast gəlinmir. İlkin mülahizələrə görə, bu ərazi tunc dövründən orta əsrlərədək yerli əhalinin sakral dini ayinləri həyata keçirdiyi ibadət məkanı olub. - Qoruqda turizmin inkişafı və turist marşrutlarının müəyyən edilməsi istiqamətində hansı işlər görülüb? -Bildiyiniz kimi, Qobustan qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Məhz ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi səyləri nəticəsində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğunu və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruğa Milli Qoruq statusu verilib. Ölkə başçısının digər müvafiq Sərəncamı əsasında qoruğun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb. Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan – interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir. -Ölkəmizə gələn turistlərin üz tutduğu məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur. Turistlərin say baxımından bu il ötən illərdən necə fərqlənir? -Statistikaya nəzər salsaq görərik ki, Qobustanın UNESCO Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və 2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artır. Bu il də bu tendensiya təkrarlanmaqdadır. -Bu il ən çox hansı ölkələrdən olan turistlər üstünlük təşkil edib? -Son illər ölkəmizə, həmçinin Qobustana gələn turistlərin sayı artıb. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən – Rusiya, Türkiyə, İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi. - Ölkəmizə səfərə gələn rəsmi şəxslərin üz tutduğu məkanlardan biri də buradır. Onlar tanışlıq zamanı təəssüratlarını necə bölüşür... -Doğrudur, tez-tez yüksək səviyyəli rəsmi qonaqlarımız olur. Hamı kimi onlarda da Qobustanın unikallığı və özünəməxsus aurası müsbət təəssürat yaradır. Bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə, Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır. Qobustanın keçmişi, buradakı abidələr bizim tarixi keçmişimizi əks etdirirsə, onun öyrənilməsi, qorunması, təqdim olunma səviyyəsi qonaqlara bu günümüz haqqında məlumat verir. Ona görə də biz öz işimizi görərkən bəşəriyyətin ən unikal abidələrindən birinin qorunmasına cavabdeh olduğumuzu və öz dövlətimizi, xalqımızı təmsil etdiyimizi həmişə xatırlayırıq. Onu deyə bilərəm ki, ixtisasından, maraq dairəsindən asılı olmayaraq bütün qonaqlar Qobustanı müsbət emosiyalarla tərk edirlər. Bəzən Qobustanda qayaüstü rəsmlərin qorunması və təqdimatına yanaşmanı öz ölkələrində də tətbiq etmək istədiklərini bildirənlər olur. -Qoruq beynəlxalq əməkdaşlığını necə qurub? -Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu, bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir. UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini, administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür. Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni, bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik. -Növbəti illərdə rəhbəri olduğunuz qurumun fəaliyyət istiqamətlərindən danışardınız... -Biz daim qoruq ərazisində yerləşən abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində yenilikləri öyrənmək və Qobustanda tətbiq etmək niyyətindəyik. Qobustanda mövcud infrastrukturun qorunması və yeni infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Qoruq ərazisində turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün müxtəlif iaşə obyektlərinin, həmçinin yaşıllıqların yaradılması planlaşdırılır. Bundan əlavə, elmi tədqiqatların davam etdirilməsi və qoruğun bütün abidələrini əhatə edən rəqəmsal məlumat bazasının yaradılması prioritet istiqamətlərdən biridir. -Sonda oxucularımıza nə demək istərdiniz? -İnsanlığın ilk incəsənət nümunələrini, tarixi keçmişimizi və Qobustanın bu gününü görmək üçün bütün vətəndaşlarımızı və ölkəmizin qonaqlarını Qobustana dəvət edirəm. -Maraqlı müsahibə üçün sağ olun. Ceyhun Alışlı AZƏRTAC-ın müxbiri
    Qobustan - tarixin qoruğu və ya başlanğıcın əvvəli...
    Buradakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişindən danışır, ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur
    AZERTAG.AZ
    0 0 Comments 0 Shares
  • Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa biləcək - ŞƏRH
    Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir.

    Bunu Oxu.Az-a açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda adət-ənənələrlə bağlı kişilərin atalıq məzuniyyətinə çıxması birmənalı qarşılanmır:

    “Biz gözümüzü açanda atalarımızı evə qazanc gətirən şəxs kimi görmüşük. Atalar mənzuniyyəti anlayışı son dövlərdə qərbdən gələn tendensiyadır. Xaricdə bir çox ölkələrin qanunvericiliyindən asılı olaraq 70 gün öncə və daha artıq verilən məzuniyyət günləri var.

    Oxu: “Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir
    Sözügedən ölkələrdə məzuniyyət günləri ödənişlidir. Azərbaycanın Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə iki həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişi bu məzuniyyəti götürə bilər. Beynəlxalq təşkilatların tələb və tövsiyələrinə əsasən, 14 gün olan atalar məzuniyyəti ödənişli əsaslarla həyata keçirilsin”.

    Seymur Məmmədov qeyd edib ki, bu məsələdə insanlar düzgün istiqamətlənməlidir ki, cəmiyyətdə yanlış rəy formalaşmasın:

    “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün valideynlərin məzuniyyət müddətinin uzadılması labüddür. Təklif parlamentdə müzakirə olunur. Yekun fikrin söylənməsi gözlənir. Qanunvericilikdə bu məsələ qeyd edilib. Sadəcə olaraq işlək vəziyyətə gətirmək lazımdır. Bu da ondan irəli gəlir ki, son dövlət bu məsələ öz aktuallığı ilə seçilir. Ümid edirik ki, müsbət rəy veriləcək”.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial siyasət şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun sözlərinə görə, Əmək Məcəlləsində məzuniyyət “qismən ödənişli sosial məzuniyyət” adlanır:

    “Bu hüquq valideynə uşağın 3 yaşı tamam olana qədər veriləcək. Məzuniyyətdən həm kişilər, həm də qadınlar istifadə edə biləcəklər. Yəni qarşılıqlı razılıq əsasında məzuniyyət valideynlərdən birinə veriləcək.

    Layihədə artıq bu məzuniyyətə görə veriləcək məbləğlər də müəyyən edilib. Belə ki, 2018-ci ilin mart ayının birindən uşağın 1,5 yaşına qədər 44 manat, yaşyarımdan üç yaşa kimi 27 manat 50 qəpik dəyərində isə məzuniyyət pulu nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulub ki, ailənin uşağa baxan digər üzvü də baxa bilər.

    Əbülfət Məhərrəmov bildirib ki, istər qadın, istərsə də kişi qismən ödənişli sosial məzuniyyət hüququndan hissə-hissə və növbəlilik prinsipi əsasında istifadə edə biləcəklər:

    “Əgər ailədə işləyən kişi məzuniyyətdən istifadə edərsə, işə götürənə müraciət etməlidir. Bu halda təbii ki, qanunvericilikdə bu məzuniyyət valideynlərdən birinə verildiyi üçün qadın iş yerindən arayış təqdim etməlidir ki, o məzuniyyətdən istifadə etməyəcək.

    Vətəndaşlar uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilməsini vacib hesab edirlər”.

    Qeyd edək ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.

    Xatırladaq ki, hazırkı qanunvericilikdə atalara yalnız ödənişsiz əsaslarla atalıq məzuniyyətinin verilməsi nəzərdə tutulub.

    İlhamə Əbülfət
    www.oxu.az
    Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa biləcək - ŞƏRH Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir. Bunu Oxu.Az-a açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda adət-ənənələrlə bağlı kişilərin atalıq məzuniyyətinə çıxması birmənalı qarşılanmır: “Biz gözümüzü açanda atalarımızı evə qazanc gətirən şəxs kimi görmüşük. Atalar mənzuniyyəti anlayışı son dövlərdə qərbdən gələn tendensiyadır. Xaricdə bir çox ölkələrin qanunvericiliyindən asılı olaraq 70 gün öncə və daha artıq verilən məzuniyyət günləri var. Oxu: “Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir Sözügedən ölkələrdə məzuniyyət günləri ödənişlidir. Azərbaycanın Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə iki həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişi bu məzuniyyəti götürə bilər. Beynəlxalq təşkilatların tələb və tövsiyələrinə əsasən, 14 gün olan atalar məzuniyyəti ödənişli əsaslarla həyata keçirilsin”. Seymur Məmmədov qeyd edib ki, bu məsələdə insanlar düzgün istiqamətlənməlidir ki, cəmiyyətdə yanlış rəy formalaşmasın: “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün valideynlərin məzuniyyət müddətinin uzadılması labüddür. Təklif parlamentdə müzakirə olunur. Yekun fikrin söylənməsi gözlənir. Qanunvericilikdə bu məsələ qeyd edilib. Sadəcə olaraq işlək vəziyyətə gətirmək lazımdır. Bu da ondan irəli gəlir ki, son dövlət bu məsələ öz aktuallığı ilə seçilir. Ümid edirik ki, müsbət rəy veriləcək”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial siyasət şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun sözlərinə görə, Əmək Məcəlləsində məzuniyyət “qismən ödənişli sosial məzuniyyət” adlanır: “Bu hüquq valideynə uşağın 3 yaşı tamam olana qədər veriləcək. Məzuniyyətdən həm kişilər, həm də qadınlar istifadə edə biləcəklər. Yəni qarşılıqlı razılıq əsasında məzuniyyət valideynlərdən birinə veriləcək. Layihədə artıq bu məzuniyyətə görə veriləcək məbləğlər də müəyyən edilib. Belə ki, 2018-ci ilin mart ayının birindən uşağın 1,5 yaşına qədər 44 manat, yaşyarımdan üç yaşa kimi 27 manat 50 qəpik dəyərində isə məzuniyyət pulu nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulub ki, ailənin uşağa baxan digər üzvü də baxa bilər. Əbülfət Məhərrəmov bildirib ki, istər qadın, istərsə də kişi qismən ödənişli sosial məzuniyyət hüququndan hissə-hissə və növbəlilik prinsipi əsasında istifadə edə biləcəklər: “Əgər ailədə işləyən kişi məzuniyyətdən istifadə edərsə, işə götürənə müraciət etməlidir. Bu halda təbii ki, qanunvericilikdə bu məzuniyyət valideynlərdən birinə verildiyi üçün qadın iş yerindən arayış təqdim etməlidir ki, o məzuniyyətdən istifadə etməyəcək. Vətəndaşlar uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilməsini vacib hesab edirlər”. Qeyd edək ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib. Xatırladaq ki, hazırkı qanunvericilikdə atalara yalnız ödənişsiz əsaslarla atalıq məzuniyyətinin verilməsi nəzərdə tutulub. İlhamə Əbülfət www.oxu.az
    Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa biləcək - ŞƏRH
    Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir. Bunu Oxu.Az-a açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda adət-ənənələrlə bağlı kişilərin atalıq məzuniyyətinə çıxması birmənalı qarşılanmır: “Biz gözümüzü açanda atalarımızı evə...
    OXU.AZ
    0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru