• Soyuq havada uşaqları viruslarından necə qoruyaq? - Gənc analara məsləhət

    Günay Rəsulova: "Xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə, ağırlaşma riski daha da artır"

    Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Artıq payızdır, bu ərəfələrdə havalar qəfildən dəyişir. Səhərlər günəşi görüb nazik geyinsək də, axşamlar hava adətən, soyuq olur. Bu məqamda isə qrip virusları sürətli şəkildə yayılmağa başlayır. Təkcə böyüklər deyil, elə uşaqlar da belə havalarda tez-tez xəstələnir. Amma təəssüf ki, bir çox valideyn belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə, xəstəlikdən sığortalamış olur. Bəs görəsən övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Suallarımızı Pediatr Günay Rəsulova cavablandırdı.

    Pediatrın sözlərinə görə, qrip virusları ilə mübarizə aparmaq üçün valideynlər diqqətli olmalıdır. Xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz: "Havaların soyuması ilə əlaqədar uşaqlarda tez-tez soyuqdəymə hallarına rast gəlinir. Xüsusilə, bağça, məktəb yaşlı uşaqlar günün çox hissəsini qapalı məkanlarda keçirirlər. Belə məkanlarda adətən hava cərəyanı və oksigen təminatı aşağı olur. Ona görə də, virus infeksiyaları uşaqlar arasında daha tez yayılır. Çünki orada virusların yayılması üçün əlverişli şərait var. Belə məkanlarda virusdaşıyıcı uşaq varsa, sağlam uşaqları da yoluxma riski yüksək olur. Ona görə də, xəstə uşaqları məktəbə, yaxud bağçaya yollamaq olmaz".

    G.Rəsulova söylədi ki, sağlam uşaqları mümkün qədər xəstə uşaqlardan uzaq tutmaq lazımdır: "Qonaq getdiyiniz yerlərdə, yaxud evə qonaq gəldiyi zaman, xəstənin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bəzən valideynlər belə məqamlara diqqət etmirlər. Amma ev qapalı məkandır. Xəstə olduğu zaman digər infeksiya virusları tez bir zamanda otağa yayıla bilir. Ona görə də, uşaqları belə hallar zamanı mümkün qədər uzaq tutmaq lazımdır. Qrip virusuna yoluxan uşaqları bağçaya və məktəbə göndərmək olmaz. Bu, uşağın həm özünə, həm də yoldaşlarına təhlükədir. Bəzən valideynlər dərslərindən geri qalmasın deyə, uşağı məktəbə yollayırlar. Bu, qətiyyən düzgün deyil. Çünki xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə onda ağırlaşma riski daha da artır. Belə olduqda isə onun sonrakı dövrdə müalicəsi daha da çətinləşir. Bununla yanaşı, o digər uşaqları da virusa yoluxdurmuş olur. Çünki azyaşlı uşaqlarda immun sistemi tam formalaşmadığına görə, onların yoluxma riski yüksək olur. Yaxşı olar ki, xəstə uşaqlar bir neçə gün evdə qalıb tam sağaldıqdan sonra məktəbə getsinlər. Bundan başqa, havalar soyuyan zaman, xəstəliklərdən qorunmağın ən ideal yolu uşaqların vaksinasiyasıdır. Yeni doğulmuş uşaqları ilk 6 ayda passiv immunitet qoruyur. Amma növbəti dövrdə uşaqları infeksiyalardan qorumağın yeganə üsulu peyvəndlərdir. Yaxşı olar ki, uşaqlar vaxtında peyvənd olunsun".

    Pediatr qeyd etdi ki, viruslarla mübarizədə uşağın sağlam qidalanması, düzgün yuxu rejimi önəmli rol oynayır: "Xəstəliklərlə mübarizə aparmaq üçün uşaqlar vaxtlı-vaxtında qidalanmalıdırlar. Bəzən valideynlər uşaqların gec saatlara qədər oyaq qalmasına məhəl qoymurlar. Belə uşaqlar adətən səhərlər gec oyanırlar. Bu, uşaqların boy artımına, fiziki inkişafı ilə yanaşı, immun sisteminə də mənfi təsir göstərir. Əsas faktorlardan biri də təmiz havanın qəbul olunmasıdır. Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Ona görə də uşaqları qapalı əyləncə, alış-veriş mərkəzlərinə aparırlar. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər. Düzgün geyim qaydalarına riayət etməklə, uşaqları mütləq təmiz havaya çıxarmaq lazımdır. Əgər uşaqda qrip əlamətləri hiss olunursa, ona bol maye qəbul etdirməkdə fayda var. Həmçinin, burun tənəffüsünü bərpa etmək də vacibdir. Bunun üçün xüsusi məhlullardan və az miqdarda dəniz duzundan istifadə etmək olar".

    Milli.Az
    Soyuq havada uşaqları viruslarından necə qoruyaq? - Gənc analara məsləhət Günay Rəsulova: "Xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə, ağırlaşma riski daha da artır" Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. Artıq payızdır, bu ərəfələrdə havalar qəfildən dəyişir. Səhərlər günəşi görüb nazik geyinsək də, axşamlar hava adətən, soyuq olur. Bu məqamda isə qrip virusları sürətli şəkildə yayılmağa başlayır. Təkcə böyüklər deyil, elə uşaqlar da belə havalarda tez-tez xəstələnir. Amma təəssüf ki, bir çox valideyn belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə, xəstəlikdən sığortalamış olur. Bəs görəsən övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Suallarımızı Pediatr Günay Rəsulova cavablandırdı. Pediatrın sözlərinə görə, qrip virusları ilə mübarizə aparmaq üçün valideynlər diqqətli olmalıdır. Xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz: "Havaların soyuması ilə əlaqədar uşaqlarda tez-tez soyuqdəymə hallarına rast gəlinir. Xüsusilə, bağça, məktəb yaşlı uşaqlar günün çox hissəsini qapalı məkanlarda keçirirlər. Belə məkanlarda adətən hava cərəyanı və oksigen təminatı aşağı olur. Ona görə də, virus infeksiyaları uşaqlar arasında daha tez yayılır. Çünki orada virusların yayılması üçün əlverişli şərait var. Belə məkanlarda virusdaşıyıcı uşaq varsa, sağlam uşaqları da yoluxma riski yüksək olur. Ona görə də, xəstə uşaqları məktəbə, yaxud bağçaya yollamaq olmaz". G.Rəsulova söylədi ki, sağlam uşaqları mümkün qədər xəstə uşaqlardan uzaq tutmaq lazımdır: "Qonaq getdiyiniz yerlərdə, yaxud evə qonaq gəldiyi zaman, xəstənin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bəzən valideynlər belə məqamlara diqqət etmirlər. Amma ev qapalı məkandır. Xəstə olduğu zaman digər infeksiya virusları tez bir zamanda otağa yayıla bilir. Ona görə də, uşaqları belə hallar zamanı mümkün qədər uzaq tutmaq lazımdır. Qrip virusuna yoluxan uşaqları bağçaya və məktəbə göndərmək olmaz. Bu, uşağın həm özünə, həm də yoldaşlarına təhlükədir. Bəzən valideynlər dərslərindən geri qalmasın deyə, uşağı məktəbə yollayırlar. Bu, qətiyyən düzgün deyil. Çünki xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə onda ağırlaşma riski daha da artır. Belə olduqda isə onun sonrakı dövrdə müalicəsi daha da çətinləşir. Bununla yanaşı, o digər uşaqları da virusa yoluxdurmuş olur. Çünki azyaşlı uşaqlarda immun sistemi tam formalaşmadığına görə, onların yoluxma riski yüksək olur. Yaxşı olar ki, xəstə uşaqlar bir neçə gün evdə qalıb tam sağaldıqdan sonra məktəbə getsinlər. Bundan başqa, havalar soyuyan zaman, xəstəliklərdən qorunmağın ən ideal yolu uşaqların vaksinasiyasıdır. Yeni doğulmuş uşaqları ilk 6 ayda passiv immunitet qoruyur. Amma növbəti dövrdə uşaqları infeksiyalardan qorumağın yeganə üsulu peyvəndlərdir. Yaxşı olar ki, uşaqlar vaxtında peyvənd olunsun". Pediatr qeyd etdi ki, viruslarla mübarizədə uşağın sağlam qidalanması, düzgün yuxu rejimi önəmli rol oynayır: "Xəstəliklərlə mübarizə aparmaq üçün uşaqlar vaxtlı-vaxtında qidalanmalıdırlar. Bəzən valideynlər uşaqların gec saatlara qədər oyaq qalmasına məhəl qoymurlar. Belə uşaqlar adətən səhərlər gec oyanırlar. Bu, uşaqların boy artımına, fiziki inkişafı ilə yanaşı, immun sisteminə də mənfi təsir göstərir. Əsas faktorlardan biri də təmiz havanın qəbul olunmasıdır. Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Ona görə də uşaqları qapalı əyləncə, alış-veriş mərkəzlərinə aparırlar. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər. Düzgün geyim qaydalarına riayət etməklə, uşaqları mütləq təmiz havaya çıxarmaq lazımdır. Əgər uşaqda qrip əlamətləri hiss olunursa, ona bol maye qəbul etdirməkdə fayda var. Həmçinin, burun tənəffüsünü bərpa etmək də vacibdir. Bunun üçün xüsusi məhlullardan və az miqdarda dəniz duzundan istifadə etmək olar". Milli.Az
    Soyuq havada uşaqları viruslarından necə qoruyaq? - Gənc analara məsləhət
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • XIII Nar festivalında minlərlə insan iştirak edib

    Festival Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır

    Göyçay, 3 noyabr, Adil Ağayev, AZƏRTAC

    Noyabrın 3-də Göyçayda XIII Nar festivalı keçirilib. Builki festival öz rəngarəngliyi, möhtəşəmliyi ilə böyük marağa səbəb olub.

    Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilən Nəriman Nərimanov küçəsində musiqi sədaları altında, təntənəli şəkildə qarşılanıblar. Milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar.

    Professor Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin qarşısında festivalın açılış mərasimi keçirilib. Burada bayramın əsas qəhrəmanı olan Nar şahzadəsi qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb.

    Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu, əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

    Qeyd olunub ki, artıq 13-cü dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir.

    Sonra rəngarəng bayram konserti olub. Xanəndələrin ifasında milli mahnılar oxunub, rəqslər nümayiş etdirilib.

    Milli geyimli atlılar dəstəsinin keçidi iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

    Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib.

    Müxtəlif turizm şirkətləri festivalla əlaqədar Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar.

    Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.

    Festival noyabrın 4-də başa çatacaq. Sabah həm də nar və nar məhsullarının satış-yarmarkaları təşkil olunacaq.
    XIII Nar festivalında minlərlə insan iştirak edib Festival Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır Göyçay, 3 noyabr, Adil Ağayev, AZƏRTAC Noyabrın 3-də Göyçayda XIII Nar festivalı keçirilib. Builki festival öz rəngarəngliyi, möhtəşəmliyi ilə böyük marağa səbəb olub. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilən Nəriman Nərimanov küçəsində musiqi sədaları altında, təntənəli şəkildə qarşılanıblar. Milli geyimli qızlar onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylayıblar. Professor Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin qarşısında festivalın açılış mərasimi keçirilib. Burada bayramın əsas qəhrəmanı olan Nar şahzadəsi qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıb. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə iştirakçıları salamlayaraq, nar bayramı münasibətilə onları təbrik edib, narçılığın bölgədə təsərrüfatın ənənəvi sahələrindən biri olduğunu, əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, artıq 13-cü dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə ölkəmiz ildən-ilə daha çox turistin marağını cəlb edir. Sonra rəngarəng bayram konserti olub. Xanəndələrin ifasında milli mahnılar oxunub, rəqslər nümayiş etdirilib. Milli geyimli atlılar dəstəsinin keçidi iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. Qonaqlar rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim edilib. Müxtəlif turizm şirkətləri festivalla əlaqədar Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar da keçiriblər. Turistlər Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirinə qatılıblar. Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Festival noyabrın 4-də başa çatacaq. Sabah həm də nar və nar məhsullarının satış-yarmarkaları təşkil olunacaq.
    XIII Nar festivalında minlərlə insan iştirak edib FOTO
    Noyabrın 3-də Göyçayda XIII Nar festivalı keçirilib. Builki festival öz rəngarəngliyi, möhtəşəmliyi ilə böyük marağa səbəb olub. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin
    AZERTAG.AZ
    0 0 Şərh 0 Shares
  • Xorvatiyada güclü qasırğa baş verib

    Zaqreb, 3 noyabr, AZƏRTAC

    Xorvatiyada baş verən güclü qasırğa nəticəsində sahilətrafı regionlara ciddi ziyan dəyib.

    AZƏRTAC xəbər verir ki, küləyin sürəti Mosor regionunda 156 km/saata, Splitdə isə 126 km/saata çatıb. Delnitsa şəhərinə 156 mm yağıntı yağıb.

    Təbii fəlakət nəticəsində bir nəfər sörfçü itkin düşüb. Sahilboyu regionlarda elektrik enerjisi təminatında fasilələr yaranıb, ağaclar qırılıb. Şəhərlərdəki evlərdə dağıntılar var.

    İqbal Hacıyev

    AZƏRTAC-ın xüsusi müxbiri

    Zaqreb
    Xorvatiyada güclü qasırğa baş verib Zaqreb, 3 noyabr, AZƏRTAC Xorvatiyada baş verən güclü qasırğa nəticəsində sahilətrafı regionlara ciddi ziyan dəyib. AZƏRTAC xəbər verir ki, küləyin sürəti Mosor regionunda 156 km/saata, Splitdə isə 126 km/saata çatıb. Delnitsa şəhərinə 156 mm yağıntı yağıb. Təbii fəlakət nəticəsində bir nəfər sörfçü itkin düşüb. Sahilboyu regionlarda elektrik enerjisi təminatında fasilələr yaranıb, ağaclar qırılıb. Şəhərlərdəki evlərdə dağıntılar var. İqbal Hacıyev AZƏRTAC-ın xüsusi müxbiri Zaqreb
    Xorvatiyada güclü qasırğa baş verib
    Xorvatiyada baş verən güclü qasırğa nəticəsində sahilətrafı regionlara ciddi ziyan dəyib. AZƏRTAC xəbər verir ki, küləyin sürəti Mosor regionunda 156 km/saata, Splitdə isə 126 km/saata çatıb. Delnitsa şəhərinə 156 mm yağıntı yağıb
    AZERTAG.AZ
    0 0 Şərh 0 Shares
  • 20 Möhtəşəm Dəbli Geyim Fotosu
    20 Möhtəşəm Dəbli Geyim Fotosu
    20 Möhtəşəm Dəbli Geyim Fotosu
    20 Möhtəşəm Dəbli Geyim Fotosu,debli geyimler,moda,sekiller,qadin sekilleri,yeni,foto
    FEAT.AZ
    0 0 Şərh 0 Shares
  • Gülmək Zamanı Yazılı Şəkillər
    Gülmək Zamanı Yazılı Şəkillər
    Gülmək Zamanı Yazılı Şəkillər
    Gulmek Zamani Yazili Sekilleri,gulmeli sekiller,zarafat,profil ucun sekiller,2018 yuor sekilleri
    FEAT.AZ
    0 0 Şərh 0 Shares
  • Bürclər Haqqında Maraqlı Məlumatlar (386) - Foto
    Bürclər Haqqında Maraqlı Məlumatlar (386) - Foto
    Bürclər Haqqında Maraqlı Məlumatlar (386) - Foto
    Bürclər Haqqında Maraqlı Məlumatlar (386) - Foto,burcler haqqinda maraqli melumatlar,astroloji,ulduz fali,sekiller,2018,yazili sekiller
    FEAT.AZ
    0 0 Şərh 0 Shares
  • 0 0 Şərh 0 Shares
  • Ana südü mətbəxləri yaradılsın - TƏKLİF
    İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.

    Oxu.Az-ın xəbərinə görə, ombudsman bu təklifini Milli Məclisdə (MM) büdcə müzakirələrində çıxışı zamanı səsləndirib.

    E.Süleymanovanın qeyd etdiyinə görə, aktual məsələlərdən biri də milli genofondun, ailə sağlamlığının qorunmasıdır.

    “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”, - deyə o bildirib.

    Kamil HƏMZƏOĞLU
    www.oxu.az
    Ana südü mətbəxləri yaradılsın - TƏKLİF İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. Oxu.Az-ın xəbərinə görə, ombudsman bu təklifini Milli Məclisdə (MM) büdcə müzakirələrində çıxışı zamanı səsləndirib. E.Süleymanovanın qeyd etdiyinə görə, aktual məsələlərdən biri də milli genofondun, ailə sağlamlığının qorunmasıdır. “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”, - deyə o bildirib. Kamil HƏMZƏOĞLU www.oxu.az
    0 0 Şərh 0 Shares
  • Nurməhəmmədova Dağıstanda yüksək vəzifə təklif edildi
    Dağıstan rəhbəri respublikanın ən yüksək mükafatının təqdimetmə mərasimində UFC çempionu Həbib Nurməhəmmədova onun köməkçisi olmağı təklif edib.

    Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb.

    “Bu gün respublika rəhbəri Vasilyev Vladimir Abdualiyeviç məni və atamı çox isti qarşıladı, eləcə də, bizi “Dağıstan Respublikasına xidmətlərinə görə” ali mükafatı ilə təltif etdi”, - Nurməhəmmədov “Instagram” hesabında yazıb.

    Bununla yanaşı, Həbibə Dağıstan rəhbərinin köməkçisi vəzifəsi təklif edilib. Bu məsələ onların növbəti görüşündə müzakirə ediləcək.

    Həbib Nurməhəmmədov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək, yüngül çəki üzrə UFC çempionu titulunu qoruyub. Nurməhəmmədov keçirdiyi 27 qarşılaşmanın hamısında qələbə qazanıb.

    www.oxu.az
    Nurməhəmmədova Dağıstanda yüksək vəzifə təklif edildi Dağıstan rəhbəri respublikanın ən yüksək mükafatının təqdimetmə mərasimində UFC çempionu Həbib Nurməhəmmədova onun köməkçisi olmağı təklif edib. Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb. “Bu gün respublika rəhbəri Vasilyev Vladimir Abdualiyeviç məni və atamı çox isti qarşıladı, eləcə də, bizi “Dağıstan Respublikasına xidmətlərinə görə” ali mükafatı ilə təltif etdi”, - Nurməhəmmədov “Instagram” hesabında yazıb. Bununla yanaşı, Həbibə Dağıstan rəhbərinin köməkçisi vəzifəsi təklif edilib. Bu məsələ onların növbəti görüşündə müzakirə ediləcək. Həbib Nurməhəmmədov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək, yüngül çəki üzrə UFC çempionu titulunu qoruyub. Nurməhəmmədov keçirdiyi 27 qarşılaşmanın hamısında qələbə qazanıb. www.oxu.az
    0 0 Şərh 0 Shares
  • Qasım Nəsirov: Bakı-Cenevrə reysi turizmin inkişafına töhfə verəcək

    Bakı-Cenevrə təyyarə reysinin açılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə və ikitərəfli turizm axınının artmasına səbəb ola bilər.

    Bunu Oxu.Az-a açıqlamasında İsveçrədəki Diaspora Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov bildirib.

    Onun sözlərinə görə, bu reyslərin daimi olması vacibdir:

    “Turizm şirkətləri vasitəsilə insanlar bizim ölkəyə maraq göstərə bilər. Məsələn, İsveçrədən Azərbaycana turlar təklif edən turizm şirkəti yaradıla bilər ki, bu da ölkəmizin turizminə öz töhfəsini verə bilər. Bu məsələdə biz məmnuniyyətlə dəstək ola bilərik”.

    Qasım Nəsirov qeyd edib ki, İsveçrədəki Diaspora Koordinasiya Şurasının fəaliyyəti çoxtərəflidir:

    “Məsələn, İsveçrədə yaşayan azərbaycanlı ailələrinin, xüsusilə də uşaqların öz ana dillərini və mədəniyyətini unutmaması üçün Azərbaycandilli məktəblərin imkanlarından istifadə edərək, bu ailələrin bir-biri ilə təmas qurmasına dəstək olunur.

    Çeşidli tədbirlər vasitəsilə Azərbaycan xalqının önəmli bayram və kədərli günlərini qeyd edərək bir yerə toplanmasına nail oluruq. Eləcə də, isveçrəlilərə Azərbaycan mədəniyyətini tanıtmaq və həqiqətlərini çatdırmaq əsas məqsədimizdir”.

    İlhamə Əbülfət
    www.oxu.az
    Qasım Nəsirov: Bakı-Cenevrə reysi turizmin inkişafına töhfə verəcək Bakı-Cenevrə təyyarə reysinin açılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə və ikitərəfli turizm axınının artmasına səbəb ola bilər. Bunu Oxu.Az-a açıqlamasında İsveçrədəki Diaspora Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov bildirib. Onun sözlərinə görə, bu reyslərin daimi olması vacibdir: “Turizm şirkətləri vasitəsilə insanlar bizim ölkəyə maraq göstərə bilər. Məsələn, İsveçrədən Azərbaycana turlar təklif edən turizm şirkəti yaradıla bilər ki, bu da ölkəmizin turizminə öz töhfəsini verə bilər. Bu məsələdə biz məmnuniyyətlə dəstək ola bilərik”. Qasım Nəsirov qeyd edib ki, İsveçrədəki Diaspora Koordinasiya Şurasının fəaliyyəti çoxtərəflidir: “Məsələn, İsveçrədə yaşayan azərbaycanlı ailələrinin, xüsusilə də uşaqların öz ana dillərini və mədəniyyətini unutmaması üçün Azərbaycandilli məktəblərin imkanlarından istifadə edərək, bu ailələrin bir-biri ilə təmas qurmasına dəstək olunur. Çeşidli tədbirlər vasitəsilə Azərbaycan xalqının önəmli bayram və kədərli günlərini qeyd edərək bir yerə toplanmasına nail oluruq. Eləcə də, isveçrəlilərə Azərbaycan mədəniyyətini tanıtmaq və həqiqətlərini çatdırmaq əsas məqsədimizdir”. İlhamə Əbülfət www.oxu.az
    0 0 Şərh 0 Shares