• 1 0 Comments 0 Shares
  • İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib

    Tehran, 7 noyabr, AZƏRTAC

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmonavtika Qüvvələrinin şərti adı “Vilayət 97” olan hərbi təlimləri çərçivəsində ilk dəfə olaraq "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator-radar sistemi sınaqdan keçirilib.

    AZƏRTAC xəbər verir ki, təlimlər zamanı, həmçinin “Fəcr” kəşfiyyat lokatoru, “Rəəd” elektron kəşfiyyat lokatoru və “Kruz” raketlərin izlənməsi sistemləri də sınaqdan keçirilib. İranın milli istehsalı olan bu hərbi sursatlar düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi imkanlarına malikdir.

    Xatırladaq ki, noyabrın 6-da İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin geniş hərbi təlimləri başlayıb.
    İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib Tehran, 7 noyabr, AZƏRTAC İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmonavtika Qüvvələrinin şərti adı “Vilayət 97” olan hərbi təlimləri çərçivəsində ilk dəfə olaraq "Bəşir" qırıcı təyyarələrə nəzarət və 3D lokator-radar sistemi sınaqdan keçirilib. AZƏRTAC xəbər verir ki, təlimlər zamanı, həmçinin “Fəcr” kəşfiyyat lokatoru, “Rəəd” elektron kəşfiyyat lokatoru və “Kruz” raketlərin izlənməsi sistemləri də sınaqdan keçirilib. İranın milli istehsalı olan bu hərbi sursatlar düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi imkanlarına malikdir. Xatırladaq ki, noyabrın 6-da İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin geniş hərbi təlimləri başlayıb.
    0 0 Comments 0 Shares
  • Çində ölkənin ən dərin sualtı metro tuneli istifadəyə verilib

    Bakı, 7 noyabr, AZƏRTAC

    Çinin Şandun əyalətində ölkənin ən dərin sualtı metro tunelinin tikintisi başa çatıb.

    AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, uzunluğu 8,1 kilometrə çatan tunel qismən dənizin altından keçir. O, Sindao şəhərinin şərq və qərb hissələrini birləşdirir.

    “China Railway No.3 Engineering Group” kompaniyasının məlumatına əsasən, bu, Çinin materik hissəsində yerləşən ən dərin tuneldir. Dəniz səviyyəsindən 88 metr dərinlikdə yerləşən tunelin tikintisi 2015-ci ildə başlayıb.

    Xatırladaq ki, oktyabr ayında Çində dünyanın ən uzun dəniz körpüsü istifadəyə verilib. Uzunluğu 55 kilometrə çatan körpü Honkonq, Makao və Çjuhay şəhərlərini birləşdirir. Körpünün tikintisi ekologiya müdafiəçilərinin sərt tənqidinə məruz qalıb. Bu, ilk növbədə Honkonqun simvolu sayılan ağ delfinlərin populyasiyasının azalması ilə bağlıdır. Yerli hökumətinin məlumatına əsasən, 2007-ci ilin aprelindən 2018-ci ilin martınadək Honkonq akvatoriyasında cəmi 50 delfin müşahidə olunub.
    Çində ölkənin ən dərin sualtı metro tuneli istifadəyə verilib Bakı, 7 noyabr, AZƏRTAC Çinin Şandun əyalətində ölkənin ən dərin sualtı metro tunelinin tikintisi başa çatıb. AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, uzunluğu 8,1 kilometrə çatan tunel qismən dənizin altından keçir. O, Sindao şəhərinin şərq və qərb hissələrini birləşdirir. “China Railway No.3 Engineering Group” kompaniyasının məlumatına əsasən, bu, Çinin materik hissəsində yerləşən ən dərin tuneldir. Dəniz səviyyəsindən 88 metr dərinlikdə yerləşən tunelin tikintisi 2015-ci ildə başlayıb. Xatırladaq ki, oktyabr ayında Çində dünyanın ən uzun dəniz körpüsü istifadəyə verilib. Uzunluğu 55 kilometrə çatan körpü Honkonq, Makao və Çjuhay şəhərlərini birləşdirir. Körpünün tikintisi ekologiya müdafiəçilərinin sərt tənqidinə məruz qalıb. Bu, ilk növbədə Honkonqun simvolu sayılan ağ delfinlərin populyasiyasının azalması ilə bağlıdır. Yerli hökumətinin məlumatına əsasən, 2007-ci ilin aprelindən 2018-ci ilin martınadək Honkonq akvatoriyasında cəmi 50 delfin müşahidə olunub.
    0 0 Comments 0 Shares
  • Limonun bu faydalarından xəbəriniz var idimi?

    1. Limon turş olmağına baxmayaraq ən qələvi məhsullardan biri sayılır.

    Orqanizmin qələviləşdirilməsi xərçəng xəstəliklərin riskini azaldır.

    2. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, limon 20 müxtəlif mikrob və viruslara öldürücü təsir edir.

    3. Böyrək daşı və öd daşı xəstəliyi zamanı limon ən faydalı məhsullardan biri sayılır.

    4. Limon revmatizmdən əziyyət çəkənlər üçün çox faydalıdır.

    5. Podaqradan əziyyət çəkənlər də mütləq limon yeməlidir.

    6. Limon qurd qovucu təsirə malikdir.

    7. Limon qanı təmizləyir, damar və kapilyarları möhkəmləndirir.

    8. Limon orqanizm tərəfindən dəmirin sovrulması prosesini yaxşılaşdır və bununla da qanazlığı zamanı kömək edir.

    9. Limon orqanizmin tonusunu qaldırır.

    10. Limon əhavalı yaxşılaşdırır, stresi azaldır.

    Milli.Az
    Limonun bu faydalarından xəbəriniz var idimi? 1. Limon turş olmağına baxmayaraq ən qələvi məhsullardan biri sayılır. Orqanizmin qələviləşdirilməsi xərçəng xəstəliklərin riskini azaldır. 2. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, limon 20 müxtəlif mikrob və viruslara öldürücü təsir edir. 3. Böyrək daşı və öd daşı xəstəliyi zamanı limon ən faydalı məhsullardan biri sayılır. 4. Limon revmatizmdən əziyyət çəkənlər üçün çox faydalıdır. 5. Podaqradan əziyyət çəkənlər də mütləq limon yeməlidir. 6. Limon qurd qovucu təsirə malikdir. 7. Limon qanı təmizləyir, damar və kapilyarları möhkəmləndirir. 8. Limon orqanizm tərəfindən dəmirin sovrulması prosesini yaxşılaşdır və bununla da qanazlığı zamanı kömək edir. 9. Limon orqanizmin tonusunu qaldırır. 10. Limon əhavalı yaxşılaşdırır, stresi azaldır. Milli.Az
    Limonun bu faydalarından xəbəriniz var idimi?
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Yağış suyundan enerji istehsal edən qurğu

    RCF, Fransa

    07.11.2018

    Müəllif: Patrik Lonşam

    Artıq hər həftə bizə müsbət təsiri olacaq yeniliklər təklif edən kimisə tapmaq zamanıdır. Bu həftə səfərimiz yağış suyundan elektrik enerjisi istehsal edən cihazı kəşf etmiş 15 yaşlı qızcığazın ölkəsi Azərbaycanadır.

    Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "İstək" liseyinin 9-cu sinif şagirdi Reyhan Camalova "Rainergy" adlı qurğunu hazırlamaq qərarını atasının bir sualından sonra qəbul edib: "Küləkdən enerji almaq mümkündürsə, bunu yağış suyu vasitəsilə etmək niyə mümkün olmasın?". Məhz bu sualdan sonra Reyhan Camalova sinif yoldaşı və fizika müəllimlərinin köməyilə yağış suyunu enerjiyə çevirəcək layihəsinin hazırlığına başlayıb və bu, 4 ay çəkib.

    Bu, əsl yenilik idi. Çünki bugünədək biz axının gücündən, havadan və günəşdən istifadə etməyi bacarsaq da, yağış təbiətdə istifadə edilməmiş enerji mənbələrindən idi. Halbuki, yağış yağan zaman yerə milyardlarla litr su tökülür ki. Bundan düzgün istifadə edilərsə, son dərəcə böyük həcmdə enerji əldə etmək olar.

    Şüarı "Hər dəfə bir evi işıqlandır! Olan bu qurğu necə işləyir?

    Əvvəla onu bilmək lazımdır ki, qurğu 4 əsas hissədən ibarətdir: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareya. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su elektrik generatorunun içərisilə sürətlə axmaqla, elektrik enerjisi yaradır. İstehsal olunan enerji batareyada toplanır.

    Heyət cihazın iki prototipini hazırlayıb. Birincisi üç LED lampanı yandırırsa, ikinci prototip maksimum 50 dəqiqə müddətində 22 LED lampanı yandırmağa qadirdir. Bütün bunlar cəmi 7 litr yağış suyu hesabına mümkündür.

    Günəş və ya külək enerjisi arasında yağış enerjisi hansı mövqeyə malik ola bilər?

    İlk öncə, sadəliyilə seçilən bu qurğu digər "rəqib"lərdən fərqli olaraq, nə xüsusi ekspertiza, nə də böyük maliyyə vəsaiti tələb edir... Bundan başqa, o, həm enerji istehsalı, həm ətraf mühitə təsiri baxımından səmərəlidir. Qurğu yalnız 10q/ kilovat/saatlıq karbon qazı yaradır ki, Reyhan Camalovanın fikrincə, bu, digər alternativ enerji mənbələrilə müqayisədə çox aşağı göstəricidir.

    "Rainergy" qurğusunun digər üstünlüyü istehsal olunan enerjinin batareyaya toplanmasıdır. Batareyaya toplanmış enerji yağış olmadıqda belə, istifadə edilə bilər.

    "Rainergy" artıq prosesin birinci mərhələsindən uğurla keçib və patentləşdirilib.

    Amma Azərbaycan heç də bol yağışlı ölkə deyil

    Bu səbəbdən də Camalova və komandası bu qurğunu beynəlxalq səviyyədə satmaq niyyətindədir. Musson yağışlarının daha çox olduğu Malayziya və İndoneziya kimi ölkələrdə elektrik xətlərindən asılılığı azaltmaq, elektrik enerjisinə çıxış imkanını yaxşılaşdırmaq üçün bu qurğu ideal variant ola bilər.

    Qlobal Müşahidə Çərçivəsinin 2014-cü il üzrə hesabatında bildirilir ki, Hindistanda əhalinin 21, Filippin əhalisininsə 11%-i elektrik enerjisindən məhrumdur. Bu qurğu onların da işinə yaraya bilər.

    Bu, texnoloji yenilikdən başqa, həm də sosial innovasiyadır. Çünki elektrik enerjisi həm də təhsil almaq, işləmək, yemək bişirmək və s. deməkdir...

    Artıq Azərbaycanda və Hindistanda çoxsaylı mükafatlar qazanmış bu innovasiya mənə yazımı Kornelin "CİD" əsərindən bir sitatla tamamlamağa əsas verir: "Anadangəlmə istedadın özünü göstərməsi üçün uzun illər gözləməyə ehtiyac yoxdur!".

    (Fransız dilindən tərcümə - WorldMedia.Az)

    Milli.Az
    Yağış suyundan enerji istehsal edən qurğu RCF, Fransa 07.11.2018 Müəllif: Patrik Lonşam Artıq hər həftə bizə müsbət təsiri olacaq yeniliklər təklif edən kimisə tapmaq zamanıdır. Bu həftə səfərimiz yağış suyundan elektrik enerjisi istehsal edən cihazı kəşf etmiş 15 yaşlı qızcığazın ölkəsi Azərbaycanadır. Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən "İstək" liseyinin 9-cu sinif şagirdi Reyhan Camalova "Rainergy" adlı qurğunu hazırlamaq qərarını atasının bir sualından sonra qəbul edib: "Küləkdən enerji almaq mümkündürsə, bunu yağış suyu vasitəsilə etmək niyə mümkün olmasın?". Məhz bu sualdan sonra Reyhan Camalova sinif yoldaşı və fizika müəllimlərinin köməyilə yağış suyunu enerjiyə çevirəcək layihəsinin hazırlığına başlayıb və bu, 4 ay çəkib. Bu, əsl yenilik idi. Çünki bugünədək biz axının gücündən, havadan və günəşdən istifadə etməyi bacarsaq da, yağış təbiətdə istifadə edilməmiş enerji mənbələrindən idi. Halbuki, yağış yağan zaman yerə milyardlarla litr su tökülür ki. Bundan düzgün istifadə edilərsə, son dərəcə böyük həcmdə enerji əldə etmək olar. Şüarı "Hər dəfə bir evi işıqlandır! Olan bu qurğu necə işləyir? Əvvəla onu bilmək lazımdır ki, qurğu 4 əsas hissədən ibarətdir: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareya. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su elektrik generatorunun içərisilə sürətlə axmaqla, elektrik enerjisi yaradır. İstehsal olunan enerji batareyada toplanır. Heyət cihazın iki prototipini hazırlayıb. Birincisi üç LED lampanı yandırırsa, ikinci prototip maksimum 50 dəqiqə müddətində 22 LED lampanı yandırmağa qadirdir. Bütün bunlar cəmi 7 litr yağış suyu hesabına mümkündür. Günəş və ya külək enerjisi arasında yağış enerjisi hansı mövqeyə malik ola bilər? İlk öncə, sadəliyilə seçilən bu qurğu digər "rəqib"lərdən fərqli olaraq, nə xüsusi ekspertiza, nə də böyük maliyyə vəsaiti tələb edir... Bundan başqa, o, həm enerji istehsalı, həm ətraf mühitə təsiri baxımından səmərəlidir. Qurğu yalnız 10q/ kilovat/saatlıq karbon qazı yaradır ki, Reyhan Camalovanın fikrincə, bu, digər alternativ enerji mənbələrilə müqayisədə çox aşağı göstəricidir. "Rainergy" qurğusunun digər üstünlüyü istehsal olunan enerjinin batareyaya toplanmasıdır. Batareyaya toplanmış enerji yağış olmadıqda belə, istifadə edilə bilər. "Rainergy" artıq prosesin birinci mərhələsindən uğurla keçib və patentləşdirilib. Amma Azərbaycan heç də bol yağışlı ölkə deyil Bu səbəbdən də Camalova və komandası bu qurğunu beynəlxalq səviyyədə satmaq niyyətindədir. Musson yağışlarının daha çox olduğu Malayziya və İndoneziya kimi ölkələrdə elektrik xətlərindən asılılığı azaltmaq, elektrik enerjisinə çıxış imkanını yaxşılaşdırmaq üçün bu qurğu ideal variant ola bilər. Qlobal Müşahidə Çərçivəsinin 2014-cü il üzrə hesabatında bildirilir ki, Hindistanda əhalinin 21, Filippin əhalisininsə 11%-i elektrik enerjisindən məhrumdur. Bu qurğu onların da işinə yaraya bilər. Bu, texnoloji yenilikdən başqa, həm də sosial innovasiyadır. Çünki elektrik enerjisi həm də təhsil almaq, işləmək, yemək bişirmək və s. deməkdir... Artıq Azərbaycanda və Hindistanda çoxsaylı mükafatlar qazanmış bu innovasiya mənə yazımı Kornelin "CİD" əsərindən bir sitatla tamamlamağa əsas verir: "Anadangəlmə istedadın özünü göstərməsi üçün uzun illər gözləməyə ehtiyac yoxdur!". (Fransız dilindən tərcümə - WorldMedia.Az) Milli.Az
    Yağış suyundan enerji istehsal edən qurğu
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik

    Şirniyyatların və şəkərin çoxlu miqdarda istehlakı sağlamlıq üçün çox ziyanlıdır.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən mütəxəssislər şirniyyatların qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Bu zaman daha faydalı şirniyyatlara üstünlük vermək lazımdır: tünd şokolad, bal, meyvə quruları, halva, təbii zefir və marmelad. Lakin bu şirniyyatların da az miqdarda yemək olar.

    Şirniyyatlardan imtina edən insanın orqanizmində bir çox müsbət dəyişikliklər baş verir.

    1. Araşdırmalar göstərir ki, şəkər immun sisteminin zəiflədir. Bu səbəbdən şirniyyatlardan imtina etməklə siz immun sisteminizin fəaliyyətini yaxşılaşdıra bilərsiniz.

    2. Məhz şəkər və şirniyyatların çoxlu miqdarda qəbulu artıq çəki və piylənmənin əsas səbəbidir. Beləliklə, çəkinizi normaya salmaq istəyirsinizsə, ilk növbədə tərkibində şəkər olan məhsullardan imtina edin.

    3. Şəkərın çoxlu miqdarda istehlakı beyinin fəaliyyətini pozur, diqqəti azaldır, tədris prosesinə mənfi təsir edir.

    Şəkərin qəbulunu azaltmaqla siz elm və tədrisdə daha böyük nailiyyətlər qazana bilərsiniz.

    4. Şəkərdən sui-istifadə hüceyrələrin insulinə olan rezistentliyini (həssaslığını) azaldır ki, bu da gələcəkdə şəkərli diabetin inkişafına şərait yaradır.

    Beləliklə, şəkərdən imtina etməklə diabetin riskini azaltmaq mümkündür.

    5. Şəkərin çoxlu miqdarda istehlakı dərinin vəziyyətinə çox mənfi təsir edir, dərinin qocalmasını sürətləndirir.

    Şəkərdən imtina etdikdən bir müddət sonra dərinin vəziyyətinin yaxşılaşmasını hiss edəcəksiniz.

    6. Şəkərin həddindən artıq istehlakı xərçəngin və ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

    Şəkər orqanizmdə iltihabın səviyyəsini artırır. Bu bütün orqanlara və o cümlədən damarlara aiddir.

    İltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır ki, damarlar daralır, kövrək olur, tez partlayır. Bu isə öz növbəsində ürək xəstəlikləri, insult və infarktın riskini xeyli artırır.

    Müasir elmdə xərçəngin əsas səbəblərindən biri xroniki iltihab sayılır. Şəkərin həddindən artıq istehlakı orqanizmdə iltihabın yaranmasına təkan verir.

    Beləliklə, şəkərin istehlakından imtina etməklə orqanizmdə iltihabın səviyyəsini və bununla da xərçəng və ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq mümkündür.

    7. Şirniyyatlardan sui-istifadə əsəbiliyə, yuxu pozulmalarına səbəb olur.

    Şəkərdən imtina etməklə bu problemləri də həll edə bilərsiniz.

    Milli.Az
    Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik Şirniyyatların və şəkərin çoxlu miqdarda istehlakı sağlamlıq üçün çox ziyanlıdır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu səbəbdən mütəxəssislər şirniyyatların qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Bu zaman daha faydalı şirniyyatlara üstünlük vermək lazımdır: tünd şokolad, bal, meyvə quruları, halva, təbii zefir və marmelad. Lakin bu şirniyyatların da az miqdarda yemək olar. Şirniyyatlardan imtina edən insanın orqanizmində bir çox müsbət dəyişikliklər baş verir. 1. Araşdırmalar göstərir ki, şəkər immun sisteminin zəiflədir. Bu səbəbdən şirniyyatlardan imtina etməklə siz immun sisteminizin fəaliyyətini yaxşılaşdıra bilərsiniz. 2. Məhz şəkər və şirniyyatların çoxlu miqdarda qəbulu artıq çəki və piylənmənin əsas səbəbidir. Beləliklə, çəkinizi normaya salmaq istəyirsinizsə, ilk növbədə tərkibində şəkər olan məhsullardan imtina edin. 3. Şəkərın çoxlu miqdarda istehlakı beyinin fəaliyyətini pozur, diqqəti azaldır, tədris prosesinə mənfi təsir edir. Şəkərin qəbulunu azaltmaqla siz elm və tədrisdə daha böyük nailiyyətlər qazana bilərsiniz. 4. Şəkərdən sui-istifadə hüceyrələrin insulinə olan rezistentliyini (həssaslığını) azaldır ki, bu da gələcəkdə şəkərli diabetin inkişafına şərait yaradır. Beləliklə, şəkərdən imtina etməklə diabetin riskini azaltmaq mümkündür. 5. Şəkərin çoxlu miqdarda istehlakı dərinin vəziyyətinə çox mənfi təsir edir, dərinin qocalmasını sürətləndirir. Şəkərdən imtina etdikdən bir müddət sonra dərinin vəziyyətinin yaxşılaşmasını hiss edəcəksiniz. 6. Şəkərin həddindən artıq istehlakı xərçəngin və ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Şəkər orqanizmdə iltihabın səviyyəsini artırır. Bu bütün orqanlara və o cümlədən damarlara aiddir. İltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır ki, damarlar daralır, kövrək olur, tez partlayır. Bu isə öz növbəsində ürək xəstəlikləri, insult və infarktın riskini xeyli artırır. Müasir elmdə xərçəngin əsas səbəblərindən biri xroniki iltihab sayılır. Şəkərin həddindən artıq istehlakı orqanizmdə iltihabın yaranmasına təkan verir. Beləliklə, şəkərin istehlakından imtina etməklə orqanizmdə iltihabın səviyyəsini və bununla da xərçəng və ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq mümkündür. 7. Şirniyyatlardan sui-istifadə əsəbiliyə, yuxu pozulmalarına səbəb olur. Şəkərdən imtina etməklə bu problemləri də həll edə bilərsiniz. Milli.Az
    Şirniyyatlardan imtina edən insanın orqanizmində 7 heyranedici dəyişiklik
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq

    İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu Günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naked-science.ru saytına istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək saxlamaq mümkündür və o, tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage - Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir.

    Alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda o, filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır.

    Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb.

    Milli.Az
    Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu Günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naked-science.ru saytına istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək saxlamaq mümkündür və o, tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage - Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir. Alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda o, filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır. Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb. Milli.Az
    Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Sərxoş aktrisa oteldə dava saldı və qovuldu

    Aktrisa Gizem Karaca Ümit Kantarcılarla baş rolda oynadığı “Bizim Semtin Çocukları” filminin çəkilişləri üçün Fethiyeyə yollanıb.

    Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə içib sərxoş olan aktrisa dava edib. Otel işçiləri dəhlizdə bağırmağa başlayan Karacayı sakitləşdirməyə çalışıblar.

    Amma otel işçilərinin cəhdi baş tutmayıb. Filmin yaradıcı heyəti gələrək aktrisanı otağa aparmağa çalışıblar. Amma Gizem sakitləşməyib və daha da qışqırmağa başlayıb.

    Otel sahibi aktrisanın qonaqları narahat etdiyini deyərək, onu məkandan uzaqlaşdırıb. Filmin təşkilatçıları Karacanı başqa otelə aparmaq məcburiyyətində qalıblar.

    http://axsam.az/?name=xeber&news_id=96610
    Sərxoş aktrisa oteldə dava saldı və qovuldu Aktrisa Gizem Karaca Ümit Kantarcılarla baş rolda oynadığı “Bizim Semtin Çocukları” filminin çəkilişləri üçün Fethiyeyə yollanıb. Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, gecə içib sərxoş olan aktrisa dava edib. Otel işçiləri dəhlizdə bağırmağa başlayan Karacayı sakitləşdirməyə çalışıblar. Amma otel işçilərinin cəhdi baş tutmayıb. Filmin yaradıcı heyəti gələrək aktrisanı otağa aparmağa çalışıblar. Amma Gizem sakitləşməyib və daha da qışqırmağa başlayıb. Otel sahibi aktrisanın qonaqları narahat etdiyini deyərək, onu məkandan uzaqlaşdırıb. Filmin təşkilatçıları Karacanı başqa otelə aparmaq məcburiyyətində qalıblar. http://axsam.az/?name=xeber&news_id=96610
    0 0 Comments 0 Shares
  • Tam qaranlıq olmayan otaqda yatmağın təhlükəsi var

    Milli.Az deyerler.org-a istinadən bildirir ki, Lomonosov adına Moskva Dövlət Universiteti tibbi mərkəzin rəhbəri həkim-kardioloq Aleksandr Kalinkinin dediyinə əsasən işıq, orqanizmin hüceyrələrinə gecənin girməsi haqqında siqnal ötürən melatonin hormonunun əsas tənzimləyicisidir.

    Ekspertin sözlərinə əsasən, hər bir hüceyrə öz saatında işləyir. Budur ki, bəzi proseslərin dövriliyi 24 saatdan fərqlənir, melatonin isə bu dövrün tənzimlənməsinə göstəriş verir.

    Milli.Az

    https://news.milli.az/interest/702713.html
    Tam qaranlıq olmayan otaqda yatmağın təhlükəsi var Milli.Az deyerler.org-a istinadən bildirir ki, Lomonosov adına Moskva Dövlət Universiteti tibbi mərkəzin rəhbəri həkim-kardioloq Aleksandr Kalinkinin dediyinə əsasən işıq, orqanizmin hüceyrələrinə gecənin girməsi haqqında siqnal ötürən melatonin hormonunun əsas tənzimləyicisidir. Ekspertin sözlərinə əsasən, hər bir hüceyrə öz saatında işləyir. Budur ki, bəzi proseslərin dövriliyi 24 saatdan fərqlənir, melatonin isə bu dövrün tənzimlənməsinə göstəriş verir. Milli.Az https://news.milli.az/interest/702713.html
    0 0 Comments 0 Shares
  • 0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru