• Yaponiya Çin texnologiyalarını ölkəyə buraxmamağa çalışır

    Yaponiya hökuməti mobil şəbəkələrin operatorları üçün ultra-sürətli 5G formatlı telekommunikasiya tezliklərinin bölünməsi zamanı ilk növbədə təhlükəsizlik məsələsinin nəzərə alınacağı barədə xəbərdarlıq yayıb.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır.

    Mütəxəssislərin bildirdiyinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan "Huawei" və "ZTE" şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır.

    Yaponiyada dörd şirkət - "NTT Docomo", "KDDI", "SoftBank" və "Rakuten" şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər.

    Milli.Az

    https://news.milli.az/hitech/712973.html
    Yaponiya Çin texnologiyalarını ölkəyə buraxmamağa çalışır Yaponiya hökuməti mobil şəbəkələrin operatorları üçün ultra-sürətli 5G formatlı telekommunikasiya tezliklərinin bölünməsi zamanı ilk növbədə təhlükəsizlik məsələsinin nəzərə alınacağı barədə xəbərdarlıq yayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır. Mütəxəssislərin bildirdiyinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan "Huawei" və "ZTE" şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır. Yaponiyada dörd şirkət - "NTT Docomo", "KDDI", "SoftBank" və "Rakuten" şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər. Milli.Az https://news.milli.az/hitech/712973.html
    0 0 Comments 0 Shares
  • Dünyanın ən sürətli elektrikli yarış avtomobili

    Dünyanın ən sürətli elektrikli yarış avtomobili Volkswagen I. D. R Pikes Peak, muzeydə sərgilənəcək.

    Dünyanın ən sürətli elektrikli avtomobili deyə bir cümlə başlayarkan, əksər insanın ağılına "Tesla" gəlir. Lakin gerçəklər o formada deyil. Volkswagenin I. D. R Pikes Peak adlı modeli bu ünvanı əlində tutur.

    Los-Ancelesdə keçirilən yarışların qalibi olmaqla qalmayıb, bütün zamanların rekordlarını da əlində tutan Pikes Peak, Petersen Avtomobil Muzeyində sərgilənəcək. 9 dekabr 2018 və 1 fevral 2019 tarixləri arasında sərgilənməyə başlanacaq olan bu maraqlı avtomobil, yaxın gələcəkdə reallaşdırılacaq "Driving Toward Tomorrow" - da çöldə sərgilənəcək.

    Muzey, gələcək il "Driving Toward Tomorrow" sərgisilə birlikdə konsept vasitələr və elektrikli avtomobilləri sərgiləyərək, gələcəyin nəqliyyat vasitəsilərinin necə görünəcəyinə dair bir fərqlilik yaratmağı planlaşdırır.

    Milli.Az

    https://news.milli.az/interest/711671.html
    Dünyanın ən sürətli elektrikli yarış avtomobili Dünyanın ən sürətli elektrikli yarış avtomobili Volkswagen I. D. R Pikes Peak, muzeydə sərgilənəcək. Dünyanın ən sürətli elektrikli avtomobili deyə bir cümlə başlayarkan, əksər insanın ağılına "Tesla" gəlir. Lakin gerçəklər o formada deyil. Volkswagenin I. D. R Pikes Peak adlı modeli bu ünvanı əlində tutur. Los-Ancelesdə keçirilən yarışların qalibi olmaqla qalmayıb, bütün zamanların rekordlarını da əlində tutan Pikes Peak, Petersen Avtomobil Muzeyində sərgilənəcək. 9 dekabr 2018 və 1 fevral 2019 tarixləri arasında sərgilənməyə başlanacaq olan bu maraqlı avtomobil, yaxın gələcəkdə reallaşdırılacaq "Driving Toward Tomorrow" - da çöldə sərgilənəcək. Muzey, gələcək il "Driving Toward Tomorrow" sərgisilə birlikdə konsept vasitələr və elektrikli avtomobilləri sərgiləyərək, gələcəyin nəqliyyat vasitəsilərinin necə görünəcəyinə dair bir fərqlilik yaratmağı planlaşdırır. Milli.Az https://news.milli.az/interest/711671.html
    Dünyanın ən sürətli elektrikli yarış avtomobili
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • “Yarım saat” nəzəriyyəsi həyatınızı necə dəyişə bilər?

    Məqsədlərə çatmaq üçün olan bu üsul çox sadə görünsə də, həqiqətən, işləyir.

    Oxu.Az bu nəzəriyyəni təqdim edir:

    ABŞ-ın 30-cu prezidenti Con Kulic belə deyirdi: “Heç nə əzm və iradəni əvəz edə bilməz, nə istedad, nə dahilik, nə təhsil. Dünya istedadlı və dahi, təhsilli uğursuz insanlarla doludur. Ancaq əzmli insanlar hər şeyə qadir ola bilir. İnsanlığın problemlərini həmişə inadkar olub yolundan dönməyən insanlar həll edib və edəcək”.

    Bütün uğursuzluqların əsas səbəbi səbrin çatışmazlığıdır. Reallıq budur ki, uğur vaxt tələb edir. Daha böyük uğur daha çox vaxt tələb edir. Riçard Brenson bir gecəyə milyoner olmayıb. Madonna bir səhər pop-musiqisinin kraliçası kimi oyanmayıb. Devid Bekhem superfutbolçuya bir neçə məşq sayəsində çevrilməyib.

    İstənilən vəziyyətdə istənilən insan üçün çalışan bir hiylə var. İnsanların çoxu onun haqda yaxşı bilirlər, amma heç vaxt istifadə etmirlər. O, “yarım saat nəzəriyyəsi” adlanır.

    Bu nəzəriyyə nədən ibarətdir?

    Hər hansı bir məşğuliyyətə hər gün yarım saat vaxt ayırın, o işi etməyi öyrəndikcə işi çətinləşdirin. Məsələn, bu, o mənaya gələ bilər ki, siz hər gün kitab oxumağa yarım saat ayıra bilərsiniz. Bu hesabla bir ilə təxminən 24 kitab oxuyub bitirəcəksiniz.

    Gün ərzində yarım saatı hansısa xarici dili öyrənməyə və ya başqa faydalı bacarıqlar öyrənməyə həsr edə bilərsiniz. İlin sonunda bu, altıhəftəlik tam kurslara bərabər olacaq.

    Yarım saat nəzəriyyəsini uğur qazanmaq üçün necə istifadə etməli?

    Hər gün yarım saatınızı bir sahəyə sərf etməklə təcrübə qazanırsınız, yarım il sonra artıq siz o sahədə xeyli məlumatlı olacaqsınız, bir-iki il sonra isə ekspertə çevrilə bilərsiniz.

    Hər gün cəmi yarım saatı arzularınıza çatmaq üçün istifadə edin. Roman yazın, kunq-fu öyrənin, nadir balıqlar saxlayın, yarış avtomobilinizi yığın. Vaxt çatışmamazlığından həmişə “sonra”ya saxladığınız işlərlə məşğul olun.

    Yarım il sonra geriyə baxanda necə və haradan başladığınızı xatırlayacaqsınız. Gün ərzində 30 dəqiqə ayırdığınız vaxt sayəsində yolunuzda necə inkişaf etdiyinizi görəndə təəccüblənəcəksiniz.

    Qrafikinizi pozub bir neçə gün bunu etməsəniz də, özünüzü günahlandırmayın. Sadəcə, məşğuliyyətinizə qayıdın və qaldığınız yerdən davam edin. Onu bilin ki, siz digər insanların etdiyindən daha çoxunu edirsiniz.

    Səbirli olun. Nəticəni həmin dəqiqə gözləməyin. Hər şey üçün vaxt lazımdır. Məqsədiniz nə dərəcədə qiymətlidirsə, bir o qədər də addım atmaq lazımdır.

    Nəzrin Həsənova
    https://oxu.az/interesting/288634
    “Yarım saat” nəzəriyyəsi həyatınızı necə dəyişə bilər? Məqsədlərə çatmaq üçün olan bu üsul çox sadə görünsə də, həqiqətən, işləyir. Oxu.Az bu nəzəriyyəni təqdim edir: ABŞ-ın 30-cu prezidenti Con Kulic belə deyirdi: “Heç nə əzm və iradəni əvəz edə bilməz, nə istedad, nə dahilik, nə təhsil. Dünya istedadlı və dahi, təhsilli uğursuz insanlarla doludur. Ancaq əzmli insanlar hər şeyə qadir ola bilir. İnsanlığın problemlərini həmişə inadkar olub yolundan dönməyən insanlar həll edib və edəcək”. Bütün uğursuzluqların əsas səbəbi səbrin çatışmazlığıdır. Reallıq budur ki, uğur vaxt tələb edir. Daha böyük uğur daha çox vaxt tələb edir. Riçard Brenson bir gecəyə milyoner olmayıb. Madonna bir səhər pop-musiqisinin kraliçası kimi oyanmayıb. Devid Bekhem superfutbolçuya bir neçə məşq sayəsində çevrilməyib. İstənilən vəziyyətdə istənilən insan üçün çalışan bir hiylə var. İnsanların çoxu onun haqda yaxşı bilirlər, amma heç vaxt istifadə etmirlər. O, “yarım saat nəzəriyyəsi” adlanır. Bu nəzəriyyə nədən ibarətdir? Hər hansı bir məşğuliyyətə hər gün yarım saat vaxt ayırın, o işi etməyi öyrəndikcə işi çətinləşdirin. Məsələn, bu, o mənaya gələ bilər ki, siz hər gün kitab oxumağa yarım saat ayıra bilərsiniz. Bu hesabla bir ilə təxminən 24 kitab oxuyub bitirəcəksiniz. Gün ərzində yarım saatı hansısa xarici dili öyrənməyə və ya başqa faydalı bacarıqlar öyrənməyə həsr edə bilərsiniz. İlin sonunda bu, altıhəftəlik tam kurslara bərabər olacaq. Yarım saat nəzəriyyəsini uğur qazanmaq üçün necə istifadə etməli? Hər gün yarım saatınızı bir sahəyə sərf etməklə təcrübə qazanırsınız, yarım il sonra artıq siz o sahədə xeyli məlumatlı olacaqsınız, bir-iki il sonra isə ekspertə çevrilə bilərsiniz. Hər gün cəmi yarım saatı arzularınıza çatmaq üçün istifadə edin. Roman yazın, kunq-fu öyrənin, nadir balıqlar saxlayın, yarış avtomobilinizi yığın. Vaxt çatışmamazlığından həmişə “sonra”ya saxladığınız işlərlə məşğul olun. Yarım il sonra geriyə baxanda necə və haradan başladığınızı xatırlayacaqsınız. Gün ərzində 30 dəqiqə ayırdığınız vaxt sayəsində yolunuzda necə inkişaf etdiyinizi görəndə təəccüblənəcəksiniz. Qrafikinizi pozub bir neçə gün bunu etməsəniz də, özünüzü günahlandırmayın. Sadəcə, məşğuliyyətinizə qayıdın və qaldığınız yerdən davam edin. Onu bilin ki, siz digər insanların etdiyindən daha çoxunu edirsiniz. Səbirli olun. Nəticəni həmin dəqiqə gözləməyin. Hər şey üçün vaxt lazımdır. Məqsədiniz nə dərəcədə qiymətlidirsə, bir o qədər də addım atmaq lazımdır. Nəzrin Həsənova https://oxu.az/interesting/288634
    0 0 Comments 0 Shares
  • Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

    Pekin, 18 dekabr, AZƏRTAC

    Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Xalq Respublikasının (ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Pekin xalq hökumətinin, digər dövlət qurumlarının məsul işçiləri olublar.

    Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, xalqlarımız arasında əlaqələrin tarixi İpək Yolu dövründən başladığını deyib. Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu “Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir.

    Baş nazirin müavini Azərbaycanın sürətlə inkişaf edən və dünyada özünəməxsus yeri ilə seçilən Çinlə əlaqələrə xüsusi önəm verdiyini, əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

    Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Ə.Əhmədov deyib ki, ölkəmizin ilk gündən dəstəklədiyi, dövlətlər və xalqlar arasında iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsini özündə ehtiva edən bu vacib təşəbbüs Azərbaycanı və Çini daha da yaxınlaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz töhfəsini verən Azərbaycan iqtisadi iş birliyi ilə yanaşı, Çinlə humanitar sahədə də müxtəlif layihələr həyata keçirməkdə maraqlıdır.

    Baş nazirin müavini Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəal rolundan söz açıb. Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı tədbirlər xalqlarımızın bir-birinin mədəni sərvətləri ilə daha yaxından tanış olmalarına imkan yaradacaq.

    Qədim İpək Yolunun ölkələrimiz arasında dostluq əlaqələrinin təməlini qoyduğunu qeyd edən Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon zəngin mədəniyyətə malik xalqlarımızın uzaq məsafədə yaşamasına baxmayaraq, bu yol vasitəsilə bir-birini tanımağa başladığını söyləyib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 26 il ərzində qarşılıqlı anlaşma və etimad durmadan dərinləşib, müxtəlif sahələrdə dostluğa əsaslanan əməkdaşlıq inkişaf edib.

    Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üzərində yerləşən vacib bir ölkə olduğunu diqqətə çatdıran Şao Xon ötən müddətdə Azərbaycanın bu təşəbbüsün həyata keçməsində fəal iştirak etdiyini deyib.

    “İnsanlar arasındakı dostluq ölkələr arasındakı dostluğun əsasını təşkil edir” fikrini vurğulayan Çin rəsmisi “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafı ilə birgə xalqlarımız arasındakı təmasların da gündən-günə çoxaldığını, hər iki tərəfdən müxtəlif sahələrdə əməkdaşlığın daha fəallaşdığını bildirib.

    Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Azərbaycan musiqilərinin dünyada çox məşhur olduğunu diqqətə çatdırıb. O, dostluq konsertinin Çin xalqının Azərbaycanın milli mədəniyyətini daha yaxından tanıması üçün gözəl bir imkan olduğunu deyib. “Musiqi bəşəriyyətin ümumi dilidir. Ümid edirəm ki, bu konsert Azərbaycanın qədim mədəniyyətinin sədasını bizə çatdıracaq, iki xalq arasındakı dostluq və sevgi körpüsünü daha da möhkəm edəcək”, - deyə o əlavə edib.

    Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti Milli Mərkəzində təşkil olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, Ənvər Sadıqov, Əməkdar artist Sahib Paşazadə, digər tanınmış incəsənət ustalarının ifasında Üzeyir Hacıbəylinin (“Arazbarı”, “Sevgili canan”), Fikrət Əmirovun (“Sevil” operasından Balaşın ariyası, “Azərbaycan elləri”, “Məhəbbət rəqsi”), Qara Qarayevin (“İldırımlı yollarla” baletindən parça), Niyazinin (“Arzu”), Cahangir Cahangirovun (“Qarabağ”, “Ay qız”), Aqşin Əlizadənin (“Cəngi”), Tofiq Quliyevin (“Bakı haqqında mahnı”, “Qaytağı”, film musiqilərindən poppuri), Həsən Rzayevin (“Çahargah” rapsodiyası), Faiq Sücəddinovun (“Qaytağı”), Müslüm Maqomayevin (“Azərbaycan”) əsərləri, xalq mahnıları, habelə Avropa bəstəkarlarının əsərləri ifa olunub. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar. Çin ənənəvi musiqi parçalarının tarda, habelə aşıq ifasında təqdimatı isə salona toplaşanlar üçün əsl sürpriz olub.

    Qeyd edək ki, konsert Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində baş tutub. Ötən ilin noyabrında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında dostluq və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu ilin avqustunda isə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüb.

    Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekinə səfəri çərçivəsində Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşərək iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun daxil olduğu nümayəndə heyəti Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının muzeyi ilə də tanış olub.

    Şahin Cəfərov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Pekin
    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib Pekin, 18 dekabr, AZƏRTAC Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Xalq Respublikasının (ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Pekin xalq hökumətinin, digər dövlət qurumlarının məsul işçiləri olublar. Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, xalqlarımız arasında əlaqələrin tarixi İpək Yolu dövründən başladığını deyib. Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu “Yeddi gözəl” poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir. Baş nazirin müavini Azərbaycanın sürətlə inkişaf edən və dünyada özünəməxsus yeri ilə seçilən Çinlə əlaqələrə xüsusi önəm verdiyini, əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü xüsusi vurğulayan Ə.Əhmədov deyib ki, ölkəmizin ilk gündən dəstəklədiyi, dövlətlər və xalqlar arasında iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsini özündə ehtiva edən bu vacib təşəbbüs Azərbaycanı və Çini daha da yaxınlaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi ilə “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz töhfəsini verən Azərbaycan iqtisadi iş birliyi ilə yanaşı, Çinlə humanitar sahədə də müxtəlif layihələr həyata keçirməkdə maraqlıdır. Baş nazirin müavini Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəal rolundan söz açıb. Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı tədbirlər xalqlarımızın bir-birinin mədəni sərvətləri ilə daha yaxından tanış olmalarına imkan yaradacaq. Qədim İpək Yolunun ölkələrimiz arasında dostluq əlaqələrinin təməlini qoyduğunu qeyd edən Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon zəngin mədəniyyətə malik xalqlarımızın uzaq məsafədə yaşamasına baxmayaraq, bu yol vasitəsilə bir-birini tanımağa başladığını söyləyib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 26 il ərzində qarşılıqlı anlaşma və etimad durmadan dərinləşib, müxtəlif sahələrdə dostluğa əsaslanan əməkdaşlıq inkişaf edib. Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üzərində yerləşən vacib bir ölkə olduğunu diqqətə çatdıran Şao Xon ötən müddətdə Azərbaycanın bu təşəbbüsün həyata keçməsində fəal iştirak etdiyini deyib. “İnsanlar arasındakı dostluq ölkələr arasındakı dostluğun əsasını təşkil edir” fikrini vurğulayan Çin rəsmisi “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafı ilə birgə xalqlarımız arasındakı təmasların da gündən-günə çoxaldığını, hər iki tərəfdən müxtəlif sahələrdə əməkdaşlığın daha fəallaşdığını bildirib. Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Azərbaycan musiqilərinin dünyada çox məşhur olduğunu diqqətə çatdırıb. O, dostluq konsertinin Çin xalqının Azərbaycanın milli mədəniyyətini daha yaxından tanıması üçün gözəl bir imkan olduğunu deyib. “Musiqi bəşəriyyətin ümumi dilidir. Ümid edirəm ki, bu konsert Azərbaycanın qədim mədəniyyətinin sədasını bizə çatdıracaq, iki xalq arasındakı dostluq və sevgi körpüsünü daha da möhkəm edəcək”, - deyə o əlavə edib. Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti Milli Mərkəzində təşkil olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, Ənvər Sadıqov, Əməkdar artist Sahib Paşazadə, digər tanınmış incəsənət ustalarının ifasında Üzeyir Hacıbəylinin (“Arazbarı”, “Sevgili canan”), Fikrət Əmirovun (“Sevil” operasından Balaşın ariyası, “Azərbaycan elləri”, “Məhəbbət rəqsi”), Qara Qarayevin (“İldırımlı yollarla” baletindən parça), Niyazinin (“Arzu”), Cahangir Cahangirovun (“Qarabağ”, “Ay qız”), Aqşin Əlizadənin (“Cəngi”), Tofiq Quliyevin (“Bakı haqqında mahnı”, “Qaytağı”, film musiqilərindən poppuri), Həsən Rzayevin (“Çahargah” rapsodiyası), Faiq Sücəddinovun (“Qaytağı”), Müslüm Maqomayevin (“Azərbaycan”) əsərləri, xalq mahnıları, habelə Avropa bəstəkarlarının əsərləri ifa olunub. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar. Çin ənənəvi musiqi parçalarının tarda, habelə aşıq ifasında təqdimatı isə salona toplaşanlar üçün əsl sürpriz olub. Qeyd edək ki, konsert Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində baş tutub. Ötən ilin noyabrında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında dostluq və əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu ilin avqustunda isə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüb. Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekinə səfəri çərçivəsində Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşərək iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun daxil olduğu nümayəndə heyəti Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının muzeyi ilə də tanış olub. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin
    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
    Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
    AZERTAG.AZ
    0 0 Comments 0 Shares
  • Gülşen - Bir İhtimal Biliyorum
    Gülşen - Bir İhtimal Biliyorum
    0 0 Comments 0 Shares
  • Əgər öskürək əzabvericidirsə... - HƏKİM MƏSLƏHƏTİ
    Əgər öskürək əzabvericidirsə... - HƏKİM MƏSLƏHƏTİ
    Əgər öskürək əzabvericidirsə... - HƏKİM MƏSLƏHƏTİ
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Cənubi Koreya ordusu süni intellektlə təchiz ediləcək
    Cənubi Koreya ordusu süni intellektlə təchiz ediləcək
    Cənubi Koreya ordusu süni intellektlə təchiz ediləcək
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Qoz ürəyə ətdən xeyirlidir

    Ürək-damar xəstəlikləri bütün dünyada insan ölümlərinə ən böyük səbəbdir. Ürəklə bağlı problemlərlə rastlaşmamaq üçün ilk növbədə qidalanmamıza diqqət etməliyik.

    Şimali Amerikadan olan alimlər 5 il müddətində 80 min insan üzərində araşdırma aparıblar. Pasiyentlərin hamısından qidalanmaları barədə soruşulub. Onlar arasında ətyeyənlərlə bərabər vegetarianlar da olub. Qadın və kişidən ibarət pasiyentlər 25-44 yaş aralığına daxil olublar.

    Milli.Az faktxeber.com-a istinadən bildirir ki, alimlər qrupuna rəhbərlik edən Kaliforniyanın Loma Linda Universitetinin professoru Hari Freyzer iştirakçıların hansı aralıqda nə qədər ət, qoz, bitki mənşəli qidalar qəbul etdiyini açıqlayıb. Bütün bu qidalar zülüllarla zəngin olmasına baxmayaraq, zülalın mənşəyi böyük əhəmiyyət kəsb edir.

    Ürək probleminin yaranması qırmızı ətdən istifadə edənlərdə 60%, qozdan və günəbaxan tumundan istifadə edənlərdə isə 40%-dir. "Qandakı zərərli xolestrinin miqdarını azaltmaq üçün gün ərzində 10-14 ədəd qoz yemək məqsədəuyğundur", - Hari Freyzer bildirib.

    Amma bununla belə, tədqiqatçılar müəyyənləşdirə bilməyiblər ki, meyvə, tərəvəz, paxlalı və dənli bitkilərdən istifadə ürək-damar xəstəlikləri olan insana necə təsir göstərir. Ancaq alimlər qeyd edir ki, bu məhsullar hər bir qida rasionuna daxil olmalıdır.

    Bu araşdırmanın nəticələrini nəzərə alaraq, alimlər vurğulayırlar ki, insanlar öz ürək sağlamlığı üçün qırmızı ət istehlakını azaltmalı, günəbaxan tumu və qoz qəbulunu artırmalıdır.

    Qırmızı ət artıq uzun müddətdir alimlər tərəfindən sağlam qida hesab edilmir. Onun istifadəsi xərçəng xəstəliyinin müxtəlif formalarının inkişaf riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçılar toyuq və ya hind quşu ətindən istifadəni məsləhət görürlər.

    Milli.Az

    https://news.milli.az/interest/717811.html
    Qoz ürəyə ətdən xeyirlidir Ürək-damar xəstəlikləri bütün dünyada insan ölümlərinə ən böyük səbəbdir. Ürəklə bağlı problemlərlə rastlaşmamaq üçün ilk növbədə qidalanmamıza diqqət etməliyik. Şimali Amerikadan olan alimlər 5 il müddətində 80 min insan üzərində araşdırma aparıblar. Pasiyentlərin hamısından qidalanmaları barədə soruşulub. Onlar arasında ətyeyənlərlə bərabər vegetarianlar da olub. Qadın və kişidən ibarət pasiyentlər 25-44 yaş aralığına daxil olublar. Milli.Az faktxeber.com-a istinadən bildirir ki, alimlər qrupuna rəhbərlik edən Kaliforniyanın Loma Linda Universitetinin professoru Hari Freyzer iştirakçıların hansı aralıqda nə qədər ət, qoz, bitki mənşəli qidalar qəbul etdiyini açıqlayıb. Bütün bu qidalar zülüllarla zəngin olmasına baxmayaraq, zülalın mənşəyi böyük əhəmiyyət kəsb edir. Ürək probleminin yaranması qırmızı ətdən istifadə edənlərdə 60%, qozdan və günəbaxan tumundan istifadə edənlərdə isə 40%-dir. "Qandakı zərərli xolestrinin miqdarını azaltmaq üçün gün ərzində 10-14 ədəd qoz yemək məqsədəuyğundur", - Hari Freyzer bildirib. Amma bununla belə, tədqiqatçılar müəyyənləşdirə bilməyiblər ki, meyvə, tərəvəz, paxlalı və dənli bitkilərdən istifadə ürək-damar xəstəlikləri olan insana necə təsir göstərir. Ancaq alimlər qeyd edir ki, bu məhsullar hər bir qida rasionuna daxil olmalıdır. Bu araşdırmanın nəticələrini nəzərə alaraq, alimlər vurğulayırlar ki, insanlar öz ürək sağlamlığı üçün qırmızı ət istehlakını azaltmalı, günəbaxan tumu və qoz qəbulunu artırmalıdır. Qırmızı ət artıq uzun müddətdir alimlər tərəfindən sağlam qida hesab edilmir. Onun istifadəsi xərçəng xəstəliyinin müxtəlif formalarının inkişaf riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçılar toyuq və ya hind quşu ətindən istifadəni məsləhət görürlər. Milli.Az https://news.milli.az/interest/717811.html
    0 0 Comments 0 Shares
  • Dünyanın ən yaxşı pəhrizinin adı açıqlandı

    Dieotologiya sahəsində işləyən amerikalı həkimlər və mütəxəssislər 2019-cu il üçün ən yaxşı qida rasionunu seçiblər.

    Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, reytinq "U.S. News & World Report" jurnalında dərc edilib.

    Ekspertlər bir neçə parametr üzrə 40-dan çox məşhur qida rasionunu dəyərləndiriblər. Məlum olub ki, ən optimal variant Aralıq dənizi pəhrizidir.
    Bu qidalanma növü çəkini aşağı salır və ürək-damar sistemi xəstəlikləri, diabet riskini azaldır. Bundan başqa, Aralıq dənizi pəhrizi təhlükəsiz və sağlam qidalanma üçün vacib olan elementləri özündə birləşdirən rasiondur.

    Aralıq dənizi qidalanması təzə meyvə və tərəvəz, paxla, qoz-fındıq taxıl bitkilərindən hazırlanan qidaları ehtiva edir. Eyni zamanda qırmızı ət qəbulunu azaltmaq və əvəzinə rasiona balıq və dəniz məhsulları əlavə etmək məsləhət görülür.

    İkinci yerdə isə DASH pəhrizidir. Bu pəhriz hipertoniyanı bitirmək üçün pəhriz yanaşması deməkdir. Ekspertlərin fikrinə əsasən, orqanizmin ümumi sağlamlığı üçün effektivdir. Qan təzyiqini stabilləşdirir, mədə-bağırsaq traktını təmizləyir. Bu pəhrizə əsasən, tərkibində duz olan qidalardan tam imtina və ya qismən imtina edilməlidir. Əvəzinə isə tərkibində natrium olan qidalar rasiona əlavə edilir.

    Bundan başqa mütəxəssislər fleksitarianlığın da faydasını qeyd ediblər. Bu pəhrizdə isə qidada ət məhsullarından çox nadir hallarda istifadə edilir.

    Milli.Az
    Dünyanın ən yaxşı pəhrizinin adı açıqlandı Dieotologiya sahəsində işləyən amerikalı həkimlər və mütəxəssislər 2019-cu il üçün ən yaxşı qida rasionunu seçiblər. Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, reytinq "U.S. News & World Report" jurnalında dərc edilib. Ekspertlər bir neçə parametr üzrə 40-dan çox məşhur qida rasionunu dəyərləndiriblər. Məlum olub ki, ən optimal variant Aralıq dənizi pəhrizidir. Bu qidalanma növü çəkini aşağı salır və ürək-damar sistemi xəstəlikləri, diabet riskini azaldır. Bundan başqa, Aralıq dənizi pəhrizi təhlükəsiz və sağlam qidalanma üçün vacib olan elementləri özündə birləşdirən rasiondur. Aralıq dənizi qidalanması təzə meyvə və tərəvəz, paxla, qoz-fındıq taxıl bitkilərindən hazırlanan qidaları ehtiva edir. Eyni zamanda qırmızı ət qəbulunu azaltmaq və əvəzinə rasiona balıq və dəniz məhsulları əlavə etmək məsləhət görülür. İkinci yerdə isə DASH pəhrizidir. Bu pəhriz hipertoniyanı bitirmək üçün pəhriz yanaşması deməkdir. Ekspertlərin fikrinə əsasən, orqanizmin ümumi sağlamlığı üçün effektivdir. Qan təzyiqini stabilləşdirir, mədə-bağırsaq traktını təmizləyir. Bu pəhrizə əsasən, tərkibində duz olan qidalardan tam imtina və ya qismən imtina edilməlidir. Əvəzinə isə tərkibində natrium olan qidalar rasiona əlavə edilir. Bundan başqa mütəxəssislər fleksitarianlığın da faydasını qeyd ediblər. Bu pəhrizdə isə qidada ət məhsullarından çox nadir hallarda istifadə edilir. Milli.Az
    0 0 Comments 0 Shares
  • 40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir

    40 yaşından sonra qadınlarda baş verən endokrin pozğunluqlar və hormonal dəyişikliklər artır. Ona görə hormonları tənzimləmək üçün bu 3 içkini hazırlayıb həftədə 2-3 dəfə içməyi məsləhət görülür.

    Milli.Az medicina.az-a istinadən onları təqdim edir:

    1. Limonlu su

    Xeyr, onu təkcə arıqlamaq üçün içmirlər. İlıq suda limon şirəsi həll edib içmək leptin hormonunu qaydaya salır. Bu da qadınlarda müəyyən bölgələrə piy yığılmasının qarşısını alır. Səhər və axşam 1 stəkan qəbul edin.

    2. Moruq yarpaqları dəmləməsi

    Qadın reproduktiv sistemi aktivləşdirir, tənzimləyir, gündə 2 fincan belə çay içmək bütün hormonal fonu və ümumi sağlamlığı qaydaya salır, hamilə qalmaq və normal hamiləlik üçün kömək edir, bir sıra ginekoloji xəstəlikləri müalicə edir. Moruq qadın bitkisidir.

    3. Südlə sarıkök

    Şərqdə buna qızıl süd də deyirlər. İmmunititet, hormonal fon üçün çox təsirlidir. Nevrozla mübarizə aparır, yuxunu yaxşılaşdırır ki, bu da qadının gənc qalması üçün lazımdır. 200 ml isti südə yarım çay qaşığı təmiz sarıkök qatıb için. Əsasən gecə yatmazdan əvvəl qəbul edin.

    Milli.Az
    40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir 40 yaşından sonra qadınlarda baş verən endokrin pozğunluqlar və hormonal dəyişikliklər artır. Ona görə hormonları tənzimləmək üçün bu 3 içkini hazırlayıb həftədə 2-3 dəfə içməyi məsləhət görülür. Milli.Az medicina.az-a istinadən onları təqdim edir: 1. Limonlu su Xeyr, onu təkcə arıqlamaq üçün içmirlər. İlıq suda limon şirəsi həll edib içmək leptin hormonunu qaydaya salır. Bu da qadınlarda müəyyən bölgələrə piy yığılmasının qarşısını alır. Səhər və axşam 1 stəkan qəbul edin. 2. Moruq yarpaqları dəmləməsi Qadın reproduktiv sistemi aktivləşdirir, tənzimləyir, gündə 2 fincan belə çay içmək bütün hormonal fonu və ümumi sağlamlığı qaydaya salır, hamilə qalmaq və normal hamiləlik üçün kömək edir, bir sıra ginekoloji xəstəlikləri müalicə edir. Moruq qadın bitkisidir. 3. Südlə sarıkök Şərqdə buna qızıl süd də deyirlər. İmmunititet, hormonal fon üçün çox təsirlidir. Nevrozla mübarizə aparır, yuxunu yaxşılaşdırır ki, bu da qadının gənc qalması üçün lazımdır. 200 ml isti südə yarım çay qaşığı təmiz sarıkök qatıb için. Əsasən gecə yatmazdan əvvəl qəbul edin. Milli.Az
    40 yaşından sonra qadınlar bu 3 içkini içməlidir
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru