• Şaxta Baba Şəkilləri
    Şaxta Baba Şəkilləri
    0 0 Comments 0 Shares
  • Qarnımız niyə köpür? - Necə aradan qaldırmalı...
    Qarnımız niyə köpür? - Necə aradan qaldırmalı...
    Qarnımız niyə köpür? - Necə aradan qaldırmalı...
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Tokio metrosunda robotlar yardım edəcək
    Tokio metrosunda robotlar yardım edəcək
    Tokio metrosunda robotlar yardım edəcək - FOTO
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Bitkilərin daha çox fotosintez etməsini təmin edən üsul
    Bitkilərin daha çox fotosintez etməsini təmin edən üsul
    Bitkilərin daha çox fotosintez etməsini təmin edən üsul
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Gözəllik salatı. Gününüzü bu salatla başlayın!
    Gözəllik salatı. Gününüzü bu salatla başlayın!
    Gözəllik salatı. Gününüzü bu salatla başlayın!
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • “WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı
    “WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı
    “WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı - FOTO
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • 2019-cu ildə Facebook-u nə gözləyir?

    Facebook üçün əla xəbər: 2018-ci il bitdi. Pis xəbər: 2019-cu il başladı.

    Bu il edilən üzrlər hesabata yol açacaq və nizamlama haqqında gedən söhbətlər (potensial olaraq) fəaliyyətə keçəcək.

    Bəs, bu nə deməkdir? Cəzalar nə dərəcədə kəskin olacaq? Qarşıdakı 12 ay ərzində Facebook-un başına gələ biləcək bəzi şeyləri təqdim edirik.

    Böyük miqdarda cərimələnə bilər

    İrlandiya Məlumatların Mühafizəsi Komissiyası dekabrda elan edib ki, "Facebook barəsində verilən bir sıra pozuntu bildirişləri" əsasında təhqiqata başlayıb. Bunun nəticələri potensial olaraq böyük olacaq və nizamçılar şəxsi məlumatları qoruya bilməyən şirkətlərə qarşı sərt qaydalara əsaslanan yeni nizamnamə üzərində işləyirlər.

    "Əsas diqqət onların malik olduğu təhlükəsizlik tədbirləri və proseduralarda olacaq," Gizlilik Professionallarının Beynəlxalq Assosiasiyasının başçısı Kate Colleary izah edib.

    "Və əgər onlarda çatışmazlıq aşkarlansa, çox güman ki, inzibati tapıntı təklifini irəli sürəcəyəm."

    Həmin inzibati tapıntı isə - başqa sözlə, Məlumatın Mühafizəsi Komissiyası tərəfindən Facebook-un yanlış olduğunun təsdiqi - Facebook üçün son dərəcədə baha başa gələcək.

    May ayında tətbiqinə başlanılıan Ümumi Məlumat Mühafizəsi Qaydasına (General Data Protection Regulation - GDPR) əsasən, şirkət qlobal dəyərini 4%-i məbləğində cərimələnə bilər. Facebook üçün bu, 2.5 milyard manatdan (1.5 milyard dollar) çox deməkdir.

    Başqa bir böyük cərimə ala bilər

    Və cərimələr burada bitməyə bilər. İrlandiyada təhqiqatlar aparılır və ABŞ Federal Ticarət Komissiyası (FTK) da 2011-ci ildə imzaladığı bir razılaşma çərçivəsində Facebook-un idarə formasını yoxlanışdan keçirir.

    Uzun sözün qısası, razılaşmaya əsasən, Facebook istifadəçi məlumatının toplanması və paylaşılması üçün istifadəçidən aydın və düzgün razılıq əldə etmək sözü vermişdi. Şirkət dəfələrlə "razılıq fərmanı" adlanan razılaşmaya zidd hərəkət etmədiyini iddia edib. Bununla belə, FTK yoxlanışı aparmaqdan daşınmayıb.

    Mark Zuckerberg-in liderliyi diqqət mərkəzində

    Əgər Facebook-un pozuntuya yol verdiyi aşkarlanarsa, cəza astronomik miqdarda olacaq - hər pozuntu üçün günə 68 min manat (40 min dollar). Bu halda isə pozuntu "istifadəçi" mənasına gələ bilər. ABŞ-da təxminən 80 milyon Facebook istifadəçisi var və bu hardasa 5 trilyon manat (3 trilyon dollar) deməkdir.

    Amma çətin ki, belə bir hadisə baş verə. FTK-nın məqsədi Amerika şirkətlərini iflasa uğratmaq yox, pis davranışdan yayındırmaqdır.

    Washington Post-a müsahibəsində FTK-nın istehlakçı mühafizəsi üzrə keçmiş rəhbəri professor David Vladeck deyib ki, cərimənin 2 milyard manat (1 milyard dollar) dəyərində olacağı gözlənilir.

    İflasa uğraya bilər

    Dünyanın müxtəlif ölkələrində dəstəklənən bir ikitərəfli mülahizə də odur ki, Facebook artıq çox böyük və çox güclüdür.

    "Bizim çox sayda rəqibimiz var," aprel ayında Senat qarşısında çıxışı zaman Mark Zuckerberg deyib.

    Lakin o, heç bir rəqibinin adını sadalaya bilməyib. WhatsApp və Instagram da artıq əlində olan Facebook-un heç bir real alternativi yoxdur və olsa belə, şirkət yəqin ki, onu da satın alar.

    New Statesman-a görə, Facebook çox güman ki, rəqabət məsələlərində ekspertlər işə götürərək kiçik hissələrə ayrılacaq biznes üçün ciddi tədbirlər görür.

    Freedom from Facebook adlı bir kampaniyaçı qrup şirkətin dörd hissəyə ayrılacağını tələb edib: əsas Facebook şəbəkəsi, WhatsApp, Instagram və Facebook Messenger.

    Hər şeydən öncə qrup, bir şəbəkədən digərinə keçmək istədiyimiz zaman məlumatlarımızın asanlıqla nəql olunması sistemini istəyib.

    Xilaskar Nick Clegg ola bilər

    Birləşmiş Krallığın baş nazirinin keçmiş müavini Nick Clegg-in Facebook-un rabitə rəhbəri kimi vəzifəsinə hər an başlaması gözlənilir. Bu təyinat xəbəri ötən ilin oktyabrında yayılmışdı.

    Korporativ əlaqələr üzrə təcrübəsizliyi nəzərə alınarsa, bəziləri üçün cənab Clegg-in hansı funkisyanı daşıyacağı maraqlı olub. Keçmiş Liberal Demokratlar lideri Facebook-un Milad partisində jurnalistlərlə fikirlərini bölüşüb və söhbət əsasən, bir fraza ətrafında cərəyan edib: "birgə-tənzimləmə" (co-regulation).

    Nick Clegg rolunu Facebook ilə hökumətlər arasında "birgə-tənzimləmə" kimi görür

    Onun işi, bələd olduğu dünya - siyasət ilə tezliklə yaşamağa başlayacağı dünya - Silicon Vadisi arasında bir növ körpü olacaq, o, mənə dedi. Cənab Clegg texniki və etik anlamda məna daşıyacaq qaydalar yaratmaq üçün dövlətlərlə işləmək istəyir.

    "Bu, heç bir məna vermir," "birgə-tənzimləmə" ifadəsini bəyənməyən San Jose Dövlət Universitetindən məxfilik üzrə mütəxəssis Ahmed Banafa deyir.

    "Konqres azad şəkildə fəaliyyət göstərməlidir, çünki bizim qayğımıza məhz o qalır: istifadəçi, vətəndaş. Şirkətlər yox."

    Nəzarət altında tənzimlənə bilər

    "Facebook-un tənzimlənməsi üçün səs vermək istəmirəm," ABŞ senatoru John Kennedy Mark Zuckerberg-ə aprel ayında deyib.

    "Amma vallah, verəcəyəm. Bu, sizdən asılıdır... Sizin istifadəçi razılşamanız (user agreement) xoşagəlməzdir."

    Washington-da belə bir hiss var ki, Facebook-un problemlərini həll edə bilməsi üçün əsl vaxtdır. Və Facebook dəfələrlə, bizim azad şəkildə onlayn kommunikasiyamıza təsir göstərməyəcək doğru qayda olacağı təqdirdə, tənzimləməyə açıq olduğunu deyib.

    2019-cu ildə qaydalar necə olacaq? Demokrat senator Mark Warner-in - Senatın Kəşfiyyat Komitəsinin sədr müavini - siyasət sənədi yəqin ki, baş verə biləcək hadisələrin ən aydın arqumentidir.

    Belə ki, senator Warner, şəbəkələri akademiklər tərəfindən yoxlanılma, insanların bir xidmətdən digərinə asanlıqla keçməyini təmin edən daha yaxşı məlumat daşıyıcılığı və hansı şəxsi məlumatların yaddaşda saxlanıldığı, onlardan nə qədərinin və kim tərəfindən istifadə olunduğu barədə detallı açıqlamalar təkliflərinə məcbur etmək istəyir.

    Unutmayaq ki, bu cür tədbirlər təkcə Facebook-a yox, şəxsi məlumatlardan istifadə edən bütün platformalara təsir göstərəcək. Google və digər nəhənglər də prosesləri yaxından izləyirlər.

    Hələ ki, Facebook Honest Ads Act-nı (Dürüst Reklamlar Aktı) dəstəklədiyini deyib. Akt şirkətləri siyasi və problemlər əsaslı reklamın maliyyələşmə mənbəyi barədə mesajlar daşımağa vadar edəcək.

    Bu, yaxşı sayılan ilk addım olacaq, amma kifayət deyil. ABŞ-da millət vəkilləri okeanın bu üzünə- Avropanın GDPR-na baxıb düşünürlər: "Etmək olar."

    İnsanlar da az istifadə etməyə başlaya bilər

    Facebook böyüməkdə davam edir, amma qalmaqalların baş verdiyi yerlədə yox. ABŞ-da Gündəlik Aktiv İstifadəçilərə (Daily Active Users) nəzər salsaq, Facbook-un ötən üç rüb ərzində heç inkişaf etmədiyini görərik. Avropa da isə rəqəmlər aşağı düşüb.

    Belə nə qədər davam edə bilər? Vəziyyət daha da pisləşə bilərmi? Gülməli səslənsə də, hər gün daha çox insan Facebook-dan uzaqlaşdığını yazır. Bir çoxu Facebook hesablarını silməsə belə, şirkətin tətbiqetmə proqramını telefonundan silir.

    Lakin yanvarın 30-na qədər heç nə dəqiq bilinməyəcək. Belə ki, şirkət həmin tarixdən sonra, qazanc hesabatını açıqlayacaq və bununla yanaşı, istifadə barədə yenilənmiş statistika da təqdim olunacaq.

    2018-ci ilin aprelində - Cambridge Analytica qalmaqalından sonra, və digər yüksək-profilli məlumat pozuntularından əvvəl - Creative Strategies adlı analiz şirkətinin təqribən 1000 Facebook istifadəçisi arasında apardığı səsvermədə müəyyənləşib ki, 31% istifadəçi gələcəkdə Facebook-dan daha az istifadə edəcək.

    Yaşayarıq, görərik.

    Milli.Az
    2019-cu ildə Facebook-u nə gözləyir? Facebook üçün əla xəbər: 2018-ci il bitdi. Pis xəbər: 2019-cu il başladı. Bu il edilən üzrlər hesabata yol açacaq və nizamlama haqqında gedən söhbətlər (potensial olaraq) fəaliyyətə keçəcək. Bəs, bu nə deməkdir? Cəzalar nə dərəcədə kəskin olacaq? Qarşıdakı 12 ay ərzində Facebook-un başına gələ biləcək bəzi şeyləri təqdim edirik. Böyük miqdarda cərimələnə bilər İrlandiya Məlumatların Mühafizəsi Komissiyası dekabrda elan edib ki, "Facebook barəsində verilən bir sıra pozuntu bildirişləri" əsasında təhqiqata başlayıb. Bunun nəticələri potensial olaraq böyük olacaq və nizamçılar şəxsi məlumatları qoruya bilməyən şirkətlərə qarşı sərt qaydalara əsaslanan yeni nizamnamə üzərində işləyirlər. "Əsas diqqət onların malik olduğu təhlükəsizlik tədbirləri və proseduralarda olacaq," Gizlilik Professionallarının Beynəlxalq Assosiasiyasının başçısı Kate Colleary izah edib. "Və əgər onlarda çatışmazlıq aşkarlansa, çox güman ki, inzibati tapıntı təklifini irəli sürəcəyəm." Həmin inzibati tapıntı isə - başqa sözlə, Məlumatın Mühafizəsi Komissiyası tərəfindən Facebook-un yanlış olduğunun təsdiqi - Facebook üçün son dərəcədə baha başa gələcək. May ayında tətbiqinə başlanılıan Ümumi Məlumat Mühafizəsi Qaydasına (General Data Protection Regulation - GDPR) əsasən, şirkət qlobal dəyərini 4%-i məbləğində cərimələnə bilər. Facebook üçün bu, 2.5 milyard manatdan (1.5 milyard dollar) çox deməkdir. Başqa bir böyük cərimə ala bilər Və cərimələr burada bitməyə bilər. İrlandiyada təhqiqatlar aparılır və ABŞ Federal Ticarət Komissiyası (FTK) da 2011-ci ildə imzaladığı bir razılaşma çərçivəsində Facebook-un idarə formasını yoxlanışdan keçirir. Uzun sözün qısası, razılaşmaya əsasən, Facebook istifadəçi məlumatının toplanması və paylaşılması üçün istifadəçidən aydın və düzgün razılıq əldə etmək sözü vermişdi. Şirkət dəfələrlə "razılıq fərmanı" adlanan razılaşmaya zidd hərəkət etmədiyini iddia edib. Bununla belə, FTK yoxlanışı aparmaqdan daşınmayıb. Mark Zuckerberg-in liderliyi diqqət mərkəzində Əgər Facebook-un pozuntuya yol verdiyi aşkarlanarsa, cəza astronomik miqdarda olacaq - hər pozuntu üçün günə 68 min manat (40 min dollar). Bu halda isə pozuntu "istifadəçi" mənasına gələ bilər. ABŞ-da təxminən 80 milyon Facebook istifadəçisi var və bu hardasa 5 trilyon manat (3 trilyon dollar) deməkdir. Amma çətin ki, belə bir hadisə baş verə. FTK-nın məqsədi Amerika şirkətlərini iflasa uğratmaq yox, pis davranışdan yayındırmaqdır. Washington Post-a müsahibəsində FTK-nın istehlakçı mühafizəsi üzrə keçmiş rəhbəri professor David Vladeck deyib ki, cərimənin 2 milyard manat (1 milyard dollar) dəyərində olacağı gözlənilir. İflasa uğraya bilər Dünyanın müxtəlif ölkələrində dəstəklənən bir ikitərəfli mülahizə də odur ki, Facebook artıq çox böyük və çox güclüdür. "Bizim çox sayda rəqibimiz var," aprel ayında Senat qarşısında çıxışı zaman Mark Zuckerberg deyib. Lakin o, heç bir rəqibinin adını sadalaya bilməyib. WhatsApp və Instagram da artıq əlində olan Facebook-un heç bir real alternativi yoxdur və olsa belə, şirkət yəqin ki, onu da satın alar. New Statesman-a görə, Facebook çox güman ki, rəqabət məsələlərində ekspertlər işə götürərək kiçik hissələrə ayrılacaq biznes üçün ciddi tədbirlər görür. Freedom from Facebook adlı bir kampaniyaçı qrup şirkətin dörd hissəyə ayrılacağını tələb edib: əsas Facebook şəbəkəsi, WhatsApp, Instagram və Facebook Messenger. Hər şeydən öncə qrup, bir şəbəkədən digərinə keçmək istədiyimiz zaman məlumatlarımızın asanlıqla nəql olunması sistemini istəyib. Xilaskar Nick Clegg ola bilər Birləşmiş Krallığın baş nazirinin keçmiş müavini Nick Clegg-in Facebook-un rabitə rəhbəri kimi vəzifəsinə hər an başlaması gözlənilir. Bu təyinat xəbəri ötən ilin oktyabrında yayılmışdı. Korporativ əlaqələr üzrə təcrübəsizliyi nəzərə alınarsa, bəziləri üçün cənab Clegg-in hansı funkisyanı daşıyacağı maraqlı olub. Keçmiş Liberal Demokratlar lideri Facebook-un Milad partisində jurnalistlərlə fikirlərini bölüşüb və söhbət əsasən, bir fraza ətrafında cərəyan edib: "birgə-tənzimləmə" (co-regulation). Nick Clegg rolunu Facebook ilə hökumətlər arasında "birgə-tənzimləmə" kimi görür Onun işi, bələd olduğu dünya - siyasət ilə tezliklə yaşamağa başlayacağı dünya - Silicon Vadisi arasında bir növ körpü olacaq, o, mənə dedi. Cənab Clegg texniki və etik anlamda məna daşıyacaq qaydalar yaratmaq üçün dövlətlərlə işləmək istəyir. "Bu, heç bir məna vermir," "birgə-tənzimləmə" ifadəsini bəyənməyən San Jose Dövlət Universitetindən məxfilik üzrə mütəxəssis Ahmed Banafa deyir. "Konqres azad şəkildə fəaliyyət göstərməlidir, çünki bizim qayğımıza məhz o qalır: istifadəçi, vətəndaş. Şirkətlər yox." Nəzarət altında tənzimlənə bilər "Facebook-un tənzimlənməsi üçün səs vermək istəmirəm," ABŞ senatoru John Kennedy Mark Zuckerberg-ə aprel ayında deyib. "Amma vallah, verəcəyəm. Bu, sizdən asılıdır... Sizin istifadəçi razılşamanız (user agreement) xoşagəlməzdir." Washington-da belə bir hiss var ki, Facebook-un problemlərini həll edə bilməsi üçün əsl vaxtdır. Və Facebook dəfələrlə, bizim azad şəkildə onlayn kommunikasiyamıza təsir göstərməyəcək doğru qayda olacağı təqdirdə, tənzimləməyə açıq olduğunu deyib. 2019-cu ildə qaydalar necə olacaq? Demokrat senator Mark Warner-in - Senatın Kəşfiyyat Komitəsinin sədr müavini - siyasət sənədi yəqin ki, baş verə biləcək hadisələrin ən aydın arqumentidir. Belə ki, senator Warner, şəbəkələri akademiklər tərəfindən yoxlanılma, insanların bir xidmətdən digərinə asanlıqla keçməyini təmin edən daha yaxşı məlumat daşıyıcılığı və hansı şəxsi məlumatların yaddaşda saxlanıldığı, onlardan nə qədərinin və kim tərəfindən istifadə olunduğu barədə detallı açıqlamalar təkliflərinə məcbur etmək istəyir. Unutmayaq ki, bu cür tədbirlər təkcə Facebook-a yox, şəxsi məlumatlardan istifadə edən bütün platformalara təsir göstərəcək. Google və digər nəhənglər də prosesləri yaxından izləyirlər. Hələ ki, Facebook Honest Ads Act-nı (Dürüst Reklamlar Aktı) dəstəklədiyini deyib. Akt şirkətləri siyasi və problemlər əsaslı reklamın maliyyələşmə mənbəyi barədə mesajlar daşımağa vadar edəcək. Bu, yaxşı sayılan ilk addım olacaq, amma kifayət deyil. ABŞ-da millət vəkilləri okeanın bu üzünə- Avropanın GDPR-na baxıb düşünürlər: "Etmək olar." İnsanlar da az istifadə etməyə başlaya bilər Facebook böyüməkdə davam edir, amma qalmaqalların baş verdiyi yerlədə yox. ABŞ-da Gündəlik Aktiv İstifadəçilərə (Daily Active Users) nəzər salsaq, Facbook-un ötən üç rüb ərzində heç inkişaf etmədiyini görərik. Avropa da isə rəqəmlər aşağı düşüb. Belə nə qədər davam edə bilər? Vəziyyət daha da pisləşə bilərmi? Gülməli səslənsə də, hər gün daha çox insan Facebook-dan uzaqlaşdığını yazır. Bir çoxu Facebook hesablarını silməsə belə, şirkətin tətbiqetmə proqramını telefonundan silir. Lakin yanvarın 30-na qədər heç nə dəqiq bilinməyəcək. Belə ki, şirkət həmin tarixdən sonra, qazanc hesabatını açıqlayacaq və bununla yanaşı, istifadə barədə yenilənmiş statistika da təqdim olunacaq. 2018-ci ilin aprelində - Cambridge Analytica qalmaqalından sonra, və digər yüksək-profilli məlumat pozuntularından əvvəl - Creative Strategies adlı analiz şirkətinin təqribən 1000 Facebook istifadəçisi arasında apardığı səsvermədə müəyyənləşib ki, 31% istifadəçi gələcəkdə Facebook-dan daha az istifadə edəcək. Yaşayarıq, görərik. Milli.Az
    2019-cu ildə Facebook-u nə gözləyir?
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Windows-un ləngliyinin səbəbi bilindi
    Windows-un ləngliyinin səbəbi bilindi
    Windows-un ləngliyinin səbəbi bilindi
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Comments 0 Shares
  • Çində Ebolaya bənzər naməlum Menqla virusu aşkarlanıb

    Çindən və Sinqapurdan olan alimlər qrupu “Nature Microbiology” jurnalında Cənubi Çində yerli yarasalarda aşkarlanan bu vaxtadək naməlum filoviruslar növünün tədqiqinin nəticələrini dərc ediblər.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu, Ebola qızdırması və hemorragik Marqburq qızdırması əmələ gətirən ölümcül təhlükəli yoluxucu xəstəlikləri yaradan Ebola və Marburq viruslarına çox bənzəyir. İnsanlar üçün hələ təhlükəli olmasa da, alimlər növlərarası ötürməni istisna etmirlər.

    Filoviruslar ailəsi Cuevavirus, Ebolavirus və Marburgvirus kimi üç növdən ibarətdir. Bu növlər Dünya Səhiyyə Təşkilatının təsnifatına görə dördüncü risk qrupuna - insanlar üçün ölümcül təhlükəli patogenlərə aid edilir.

    Yarasalar, onların əsasən meyvə ilə qidalananları təhlükəli virusların əsas daşıyıcıları olsalar da, özləri bu virusa yoluxmurlar. İnsanların təması və yoluxması bir qayda olaraq, yarasaların məskunlaşdıqları mağaralara və şaxtalara girdikdə baş verir.

    Yeni virus Çinin cənubunda Yunnan əyalətinin Menqla dairəsində aşkarlanıb. Virusun adı da buradan götürülüb. Tədqiqatın gedişində məlum olub ki, o, genetik cəhətdən artıq tanınmış filoviruslarla təxminən 30-50 faiz uyğunlaşır. Menqla digər patogen filoviruslara xas olan molekulyar reseptorlardan istifadə edərək hüceyrələrə keçir.
    Çində Ebolaya bənzər naməlum Menqla virusu aşkarlanıb Çindən və Sinqapurdan olan alimlər qrupu “Nature Microbiology” jurnalında Cənubi Çində yerli yarasalarda aşkarlanan bu vaxtadək naməlum filoviruslar növünün tədqiqinin nəticələrini dərc ediblər. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu, Ebola qızdırması və hemorragik Marqburq qızdırması əmələ gətirən ölümcül təhlükəli yoluxucu xəstəlikləri yaradan Ebola və Marburq viruslarına çox bənzəyir. İnsanlar üçün hələ təhlükəli olmasa da, alimlər növlərarası ötürməni istisna etmirlər. Filoviruslar ailəsi Cuevavirus, Ebolavirus və Marburgvirus kimi üç növdən ibarətdir. Bu növlər Dünya Səhiyyə Təşkilatının təsnifatına görə dördüncü risk qrupuna - insanlar üçün ölümcül təhlükəli patogenlərə aid edilir. Yarasalar, onların əsasən meyvə ilə qidalananları təhlükəli virusların əsas daşıyıcıları olsalar da, özləri bu virusa yoluxmurlar. İnsanların təması və yoluxması bir qayda olaraq, yarasaların məskunlaşdıqları mağaralara və şaxtalara girdikdə baş verir. Yeni virus Çinin cənubunda Yunnan əyalətinin Menqla dairəsində aşkarlanıb. Virusun adı da buradan götürülüb. Tədqiqatın gedişində məlum olub ki, o, genetik cəhətdən artıq tanınmış filoviruslarla təxminən 30-50 faiz uyğunlaşır. Menqla digər patogen filoviruslara xas olan molekulyar reseptorlardan istifadə edərək hüceyrələrə keçir.
    0 0 Comments 0 Shares
  • Gürcüstanda qripdən müalicə pulsuz olacaq

    Qrip virusuna yoluxmuş şəxslərin xəstəxanalarda müalicəsi pulsuz olacaq. Dövlət onların bütün müalicə xərclərini öz üzərinə götürür.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko yanvarın 11-də keçirdiyi mətbuat konfransında söyləyib.

    Onun sözlərinə görə, bu yenilik yanvarın 12-dən həyata keçirilməyə başlayacaq.

    Nazir, həmçinin ölkədəki son vəziyyətə də aydınlıq gətirib. Bildirilib ki, qripin yayılmasında azalma müşahidə olunur. Epidemiya elan olunması üçün heç bir əsas yoxdur. Bu gün ölkədə hər 100 min nəfərdən 256-sı qrip virusuna yoluxub. Epidemiya elan olunması üçün ən azı hər yüz min nəfərdən 400-nün virusa yoluxması şərtdir.

    Bildirilib ki, vətəndaşlar qrip virusu ilə əlaqədar dərman preparatlarını da pulsuz əldə edəcəklər.

    Xətayi Əzizov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Tbilisi
    Gürcüstanda qripdən müalicə pulsuz olacaq Qrip virusuna yoluxmuş şəxslərin xəstəxanalarda müalicəsi pulsuz olacaq. Dövlət onların bütün müalicə xərclərini öz üzərinə götürür. AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko yanvarın 11-də keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, bu yenilik yanvarın 12-dən həyata keçirilməyə başlayacaq. Nazir, həmçinin ölkədəki son vəziyyətə də aydınlıq gətirib. Bildirilib ki, qripin yayılmasında azalma müşahidə olunur. Epidemiya elan olunması üçün heç bir əsas yoxdur. Bu gün ölkədə hər 100 min nəfərdən 256-sı qrip virusuna yoluxub. Epidemiya elan olunması üçün ən azı hər yüz min nəfərdən 400-nün virusa yoluxması şərtdir. Bildirilib ki, vətəndaşlar qrip virusu ilə əlaqədar dərman preparatlarını da pulsuz əldə edəcəklər. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi
    0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru