• Müalicəsi olmayan xərçəngə qalib gəlməyin yolu tapıldı

    Bazel Universitetinin (İsveçrə) alimləri müalicəsi olmayan mərhələdə olan xərçəng zamanı metastazların (bədxassəli şişlərin ikinci dərəcəli ocaqları) inkişafını əngəlləyən maddə aşkarlayıb.

    Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə yazı "MedicalXpress" nəşrində dərc olunub.

    Metastaz xərçəngdən əziyyət çətən xəstələrdə ölüm hallarının 90 faizinə cavab verir. İkinci dərəcəli ocaqların inkişafına səbəb sirkulyasiya edən şişli hüceyrələrdir. Onlar ilkin ocağı tərk edərək, qan dövranına daxil olur və beləcə, digər toxumalara və orqanlara yayılırlar. Bu hüceyrələr klasterlər şəklində birləşərək sonradan metastaza yol açır.

    Alimlər müəyyən edib ki, klasterlərin metastazlara çevrilməsində epigenetik nəzarət mexanizmləri mühüm rol oynayır. Onlar sirkulyasiya edən hüceyrələri kök hüceyrələrinə bənzədir ki, nəticədə, onların toxumalarda və proliferasiyada möhkəmlənməsinə vasitəçilik edir. Təcrübə zamanı ayrıca hüceyrələrdə klasterlərin dağıdılması epigenetik tənzimləmə mexanizmini "deaktivləşdirir".

    Alimlər FDA-nın (Qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi) təsdiqlədiyi 2486 dərman vasitəsini yoxlayıb və klasterlərin formalaşmasını əngəlləyən inhibitorları müəyyən edib. Həmin preparatlar metastazların inkişafının qarşısını alır.

    Milli.Az
    Müalicəsi olmayan xərçəngə qalib gəlməyin yolu tapıldı Bazel Universitetinin (İsveçrə) alimləri müalicəsi olmayan mərhələdə olan xərçəng zamanı metastazların (bədxassəli şişlərin ikinci dərəcəli ocaqları) inkişafını əngəlləyən maddə aşkarlayıb. Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə yazı "MedicalXpress" nəşrində dərc olunub. Metastaz xərçəngdən əziyyət çətən xəstələrdə ölüm hallarının 90 faizinə cavab verir. İkinci dərəcəli ocaqların inkişafına səbəb sirkulyasiya edən şişli hüceyrələrdir. Onlar ilkin ocağı tərk edərək, qan dövranına daxil olur və beləcə, digər toxumalara və orqanlara yayılırlar. Bu hüceyrələr klasterlər şəklində birləşərək sonradan metastaza yol açır. Alimlər müəyyən edib ki, klasterlərin metastazlara çevrilməsində epigenetik nəzarət mexanizmləri mühüm rol oynayır. Onlar sirkulyasiya edən hüceyrələri kök hüceyrələrinə bənzədir ki, nəticədə, onların toxumalarda və proliferasiyada möhkəmlənməsinə vasitəçilik edir. Təcrübə zamanı ayrıca hüceyrələrdə klasterlərin dağıdılması epigenetik tənzimləmə mexanizmini "deaktivləşdirir". Alimlər FDA-nın (Qida məhsullarının və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət idarəsi) təsdiqlədiyi 2486 dərman vasitəsini yoxlayıb və klasterlərin formalaşmasını əngəlləyən inhibitorları müəyyən edib. Həmin preparatlar metastazların inkişafının qarşısını alır. Milli.Az
    0 0 Şərh 0 Shares
  • Saunanın insan orqanizminə faydaları və ziyanı - ALİMLƏR AÇIQLADI

    Əsasən soyuq havalarda bir çoxumuz saunlara üz tutur, buğxanalarda vaxt keçiririk. Əsasən bunun insan sağlamlığı üçün faydalı olduğuna inanırıq.

    Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, alimlər sauna və buğxananın bəzi insanların sağlamlığı üçün təhlükəli olduğunu araşdırıblar.

    1978-ci ildə amerikalı alimlər çətin patoloji sinir sistemi olan uşaq dünyaya gətirən 63 qadın üzərində təcrübə aparıblar. Məlum olub ki, onlardan ikisi hamiləliyin ilk aylarında müntəzəm olaraq saunaya gediblər. Həkimlər ehtimal edirlər ki, hamamdakı istilik və nəmişik dölün inkişafına mənfi təsir edib.

    Heyvanlar üzərində aparılan təcrübə bunu sübut edib. Hamilə kəsəyənlərdə bədən tempraturunun kəskin artımı embrionların deformasiyası ilə nəticələnib.

    Amma fin fizioloqları bununla razılaşmadılar və statistikanı ortaya qoydular. Hamilə fin qadınların 99 faizi hər həftə saunaya gedib. Yeni doğulanlarda nevrolojo patologiya isə dünya üzrə ən aşağı göstəricidədir.

    Bundan başqa finlərin keçirdiyi təcrübədə üçdə ikisi hamilə olan 60 qadın iştirak edib. Təcrübədə iştirak edən qadınları sauna üçün xarakterik olan otaqlara salıblar. Həqiqətən də onların dəriləri orta hesabla beş dərəcəyə qədər isinib. Bədənin rektal tempraturu isə 0.3 və 0.5 dərəcə artıb. Hətta uzun müddət hamamda qaldıqdan sonra isə 38.9 dərəcəyə qədər artmayıb. Alimlər qadın və embrionların qan dövranı və ürək döyüntüsündə heç bir dəyişiklik aşkar etmədikləri üçün sanunanın hamiləliyə ziyan vurmadığı qənaətinə gəliblər.

    Amma sauna və hamam kişilərə, daha doğrusu onların reproduktiv bacarıqlarına mənfi təsir edir. İtaliyanın Paduan universitetinin alimlərinin fikrinə əsasən, üç ay ərzində hər həftə iki dəfə buğxanaya girən kişilərdə sperma miqdarı minimum səviyyəyə enir. Hamam prosedurlarından tam imtina etdikdə isə, spermatozoidlərin miqdarı bərpa olur. Amma bunun üçün isə 6 ay vaxt lazımdır.

    Yapon mütəxəssislərinin fikrinə əsasən isə, hər həftə hamam və saunadan istifadə etmək insanı infarkt və insultdan qoruyur, dərinin baryer funksiyasını gücləndirir. Bundan başqa buğxanada oturanlar demensiyadan daha az əziyyət çəkir və bir qayda olaraq, ömürləri uzun olur. Bu sonuncu fikri isə Finlandiya universitetinin alimləri bildiriblər.

    20 il ərzində 2 mindən çox insanı müşahdiə edən alimlər bildiriblər ki, saunaya müntəzəm getmək orta yaşlı kişilərdə ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Həftədə dörd dəfə hamam və saunaya gedən insanlarda ölüm statistikası min nəfərə üç nəfərdir. Həftədə bir dəfə gedənlərdə isə bu rəqəm min nəfərə 10 nəfərdir.

    Bundan başqa sauna həvəskarlarında hipertoniya riski iki dəfə azdır. Buğxanada yüksək tempratur ürək döyüntüsünü artırır və damarları genişləndirir. Bu isə qan dövranını yaxşılaşdırır.

    Milli.Az
    Saunanın insan orqanizminə faydaları və ziyanı - ALİMLƏR AÇIQLADI Əsasən soyuq havalarda bir çoxumuz saunlara üz tutur, buğxanalarda vaxt keçiririk. Əsasən bunun insan sağlamlığı üçün faydalı olduğuna inanırıq. Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, alimlər sauna və buğxananın bəzi insanların sağlamlığı üçün təhlükəli olduğunu araşdırıblar. 1978-ci ildə amerikalı alimlər çətin patoloji sinir sistemi olan uşaq dünyaya gətirən 63 qadın üzərində təcrübə aparıblar. Məlum olub ki, onlardan ikisi hamiləliyin ilk aylarında müntəzəm olaraq saunaya gediblər. Həkimlər ehtimal edirlər ki, hamamdakı istilik və nəmişik dölün inkişafına mənfi təsir edib. Heyvanlar üzərində aparılan təcrübə bunu sübut edib. Hamilə kəsəyənlərdə bədən tempraturunun kəskin artımı embrionların deformasiyası ilə nəticələnib. Amma fin fizioloqları bununla razılaşmadılar və statistikanı ortaya qoydular. Hamilə fin qadınların 99 faizi hər həftə saunaya gedib. Yeni doğulanlarda nevrolojo patologiya isə dünya üzrə ən aşağı göstəricidədir. Bundan başqa finlərin keçirdiyi təcrübədə üçdə ikisi hamilə olan 60 qadın iştirak edib. Təcrübədə iştirak edən qadınları sauna üçün xarakterik olan otaqlara salıblar. Həqiqətən də onların dəriləri orta hesabla beş dərəcəyə qədər isinib. Bədənin rektal tempraturu isə 0.3 və 0.5 dərəcə artıb. Hətta uzun müddət hamamda qaldıqdan sonra isə 38.9 dərəcəyə qədər artmayıb. Alimlər qadın və embrionların qan dövranı və ürək döyüntüsündə heç bir dəyişiklik aşkar etmədikləri üçün sanunanın hamiləliyə ziyan vurmadığı qənaətinə gəliblər. Amma sauna və hamam kişilərə, daha doğrusu onların reproduktiv bacarıqlarına mənfi təsir edir. İtaliyanın Paduan universitetinin alimlərinin fikrinə əsasən, üç ay ərzində hər həftə iki dəfə buğxanaya girən kişilərdə sperma miqdarı minimum səviyyəyə enir. Hamam prosedurlarından tam imtina etdikdə isə, spermatozoidlərin miqdarı bərpa olur. Amma bunun üçün isə 6 ay vaxt lazımdır. Yapon mütəxəssislərinin fikrinə əsasən isə, hər həftə hamam və saunadan istifadə etmək insanı infarkt və insultdan qoruyur, dərinin baryer funksiyasını gücləndirir. Bundan başqa buğxanada oturanlar demensiyadan daha az əziyyət çəkir və bir qayda olaraq, ömürləri uzun olur. Bu sonuncu fikri isə Finlandiya universitetinin alimləri bildiriblər. 20 il ərzində 2 mindən çox insanı müşahdiə edən alimlər bildiriblər ki, saunaya müntəzəm getmək orta yaşlı kişilərdə ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Həftədə dörd dəfə hamam və saunaya gedən insanlarda ölüm statistikası min nəfərə üç nəfərdir. Həftədə bir dəfə gedənlərdə isə bu rəqəm min nəfərə 10 nəfərdir. Bundan başqa sauna həvəskarlarında hipertoniya riski iki dəfə azdır. Buğxanada yüksək tempratur ürək döyüntüsünü artırır və damarları genişləndirir. Bu isə qan dövranını yaxşılaşdırır. Milli.Az
    0 0 Şərh 0 Shares
  • Maraqlı Yazılı Şəkillər
    Maraqlı Yazılı Şəkillər
    0 0 Şərh 0 Shares
  • Maraqlı Yazılı Şəkillər
    Maraqlı Yazılı Şəkillər
    0 0 Şərh 0 Shares
  • Dünyanın ən uzun təyyarəsi hazırlanır

    Dünyanın ən uzun təyyarəsi "Airlander 10" modeli üzərində işə başlanılır.

    Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Bedfordşayr əyalətində yerləşən Hibrid Hava Vasitələri yeni bir sənət əsəri üzərində işə başlamaq üçün Sivil Aviasiya İdarəsindən dəstək aldıqlarını söyləyiblər.

    Hibrid Hava Vasitələri şirkətinin icraçı direktoru Stiven Maqlenan dünyanın ilk tam həcmli hibrid təyyarəsini istehsal standartlarına uyğunlaşdırmağa çalışdıqlarını bildirib.

    2020-ci ildə yeni modelin səmaya qalxması planlaşdırılır.

    Milli.Az
    Dünyanın ən uzun təyyarəsi hazırlanır Dünyanın ən uzun təyyarəsi "Airlander 10" modeli üzərində işə başlanılır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Bedfordşayr əyalətində yerləşən Hibrid Hava Vasitələri yeni bir sənət əsəri üzərində işə başlamaq üçün Sivil Aviasiya İdarəsindən dəstək aldıqlarını söyləyiblər. Hibrid Hava Vasitələri şirkətinin icraçı direktoru Stiven Maqlenan dünyanın ilk tam həcmli hibrid təyyarəsini istehsal standartlarına uyğunlaşdırmağa çalışdıqlarını bildirib. 2020-ci ildə yeni modelin səmaya qalxması planlaşdırılır. Milli.Az
    Dünyanın ən uzun təyyarəsi hazırlanır
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • 4G-ni dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub

    "Coolpad" şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk "ağıllı" uşaq saatını təqdim edib.

    AZƏRTAC "ıxbt" resursuna istinadən bildirir ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq "Dyno Smartwatch" adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir.

    Məlumata görə, "Snapdragon Wear 2100" birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus "IP65" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bundan başqa, saatın kəmərini dəyişmək mümkündür.

    Saatın imkanlarına gəldikdə, onlar bu növ qurğular üçün tipikdir. Valideynlər xüsusi mobil proqram vasitəsilə uşağın olduğu yeri müəyyənləşdirə, etibarlı zonalar qura, saata zəng və s. edə bilərlər. Uşaqlar isə əvvəlcədən hazırlanmış mətnlər və ya səsli məlumatlar şəklində bildirişlər göndərmək, eləcə də valideynlər tərəfindən saxlanılan nömrələrə zəng etmək imkanından yararlanacaqlar.

    Milli.Az
    4G-ni dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub "Coolpad" şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk "ağıllı" uşaq saatını təqdim edib. AZƏRTAC "ıxbt" resursuna istinadən bildirir ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq "Dyno Smartwatch" adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir. Məlumata görə, "Snapdragon Wear 2100" birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus "IP65" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bundan başqa, saatın kəmərini dəyişmək mümkündür. Saatın imkanlarına gəldikdə, onlar bu növ qurğular üçün tipikdir. Valideynlər xüsusi mobil proqram vasitəsilə uşağın olduğu yeri müəyyənləşdirə, etibarlı zonalar qura, saata zəng və s. edə bilərlər. Uşaqlar isə əvvəlcədən hazırlanmış mətnlər və ya səsli məlumatlar şəklində bildirişlər göndərmək, eləcə də valideynlər tərəfindən saxlanılan nömrələrə zəng etmək imkanından yararlanacaqlar. Milli.Az
    4G-ni dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Yetmiş dərdin dərmanı olan sıyıq

    Əhməd İbn Musa İmam Sadiqdən (ə) nəql edir:

    "Mərci sıyığı susuzluğu kəsir və mədəni gücləndirir. Onda yetmiş dərdin şəfası var: sarılığı müalicə edir, hərarəti azaldır. Həzrət səfərə çıxanda həmişə yanında mərci sıyığı olardı və yoldaşlarından kiminsə qan təzyiqi qalxanda ona deyərdi:

    "Mərci sıyığı ye! Qan təzyiqini və hərarəti aşağı salır".

    Milli.Az
    Yetmiş dərdin dərmanı olan sıyıq Əhməd İbn Musa İmam Sadiqdən (ə) nəql edir: "Mərci sıyığı susuzluğu kəsir və mədəni gücləndirir. Onda yetmiş dərdin şəfası var: sarılığı müalicə edir, hərarəti azaldır. Həzrət səfərə çıxanda həmişə yanında mərci sıyığı olardı və yoldaşlarından kiminsə qan təzyiqi qalxanda ona deyərdi: "Mərci sıyığı ye! Qan təzyiqini və hərarəti aşağı salır". Milli.Az
    Yetmiş dərdin dərmanı olan sıyıq
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir

    Tərkibində güçlü antioksidantlar olan çay xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu qüvvəyə malikdir. Bu xüsusiyyətlərindən faydalanmaq üçün çay şəkərsiz içilməli, içildikdən sonra isə üstündən su qəbul edilməlidir.

    Ölkəmizdə çay çox istifadə edilir. Mütəxəssislər bildirirlər ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə daha da zərərli bir içkiyə çevrilə bilər.

    Milli.Az medicina.az-a istinadən çayın düzgün qəbul edilməsi haqda bir sıra məlumatları təqdim edir.

    Çay, nevroloji xəstəlikləri aradan qaldırmaq, o cümlədən, piylənmə, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet, ağciyər, dəri, süd vəzi, prostat, yumurtalıq, ağız və düz bağırsaq kimi xərçəng növlərindən qorunmaq üçün çox faydalıdır.

    Avropa Qida Təhlükəsizliyi Təşkilatı, hər bir insanın gündə 400-600 mq yəni 4 armudu stəkan yaşıl çay içilməsinin vacibliyini bildirir.

    Hər gün içilən bir stəkan qara çay zeyni qüvvətləndirir, 2-3 stəkanı isə qavrama qabiliyyətini artırır.

    Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət edilməlidir.


    Zərərləri

    Soyuqdan qorunmaq üçün içilən zamansız və çox miqdarda çay qaraciyərə zərər vura bilər.

    Həmçinin həddən artıq içildikdə qarın ağrısı, mədə yanması, rüflünün artması və qəbizlik kimi problemlərə səbəb olur. Tərkibində olan bol miqdarda kofein səbəbindən təlaş hissini və stressi artıraraq insanı aqressivləşdirir.

    Gündəlik içilən çay su hesab edilə bilməz, o sadəcə mayedir. İçdiyiniz hər bir stəkan çay ilə yanaşı 1 stəkan da su içməli olduğunuzu unutmayın.

    Çay dəmirin qana sovrulmasını azaldır.

    Yeməklə birlikdə qəbul edilən çay orqanizmdə dəmirin azalmasına gətirib çıxara bilər. Bunun səbəbi isə onun tərkibində olan tanen maddələrinin qidadan alınan dəmirin qana sovrulmasının qarşısını almasıdır. Yumurta yeyərkən çay içmək əvəzinə təzə meyvə-tərəvəz istifadə etmək daha yaxşı olardı.

    Onu da nəzərdə saxlayın ki, çayı yeməkdən yalnız 2 saat sonra qəbul etmək lazımdır.

    Milli.Az
    Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir Tərkibində güçlü antioksidantlar olan çay xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu qüvvəyə malikdir. Bu xüsusiyyətlərindən faydalanmaq üçün çay şəkərsiz içilməli, içildikdən sonra isə üstündən su qəbul edilməlidir. Ölkəmizdə çay çox istifadə edilir. Mütəxəssislər bildirirlər ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə daha da zərərli bir içkiyə çevrilə bilər. Milli.Az medicina.az-a istinadən çayın düzgün qəbul edilməsi haqda bir sıra məlumatları təqdim edir. Çay, nevroloji xəstəlikləri aradan qaldırmaq, o cümlədən, piylənmə, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet, ağciyər, dəri, süd vəzi, prostat, yumurtalıq, ağız və düz bağırsaq kimi xərçəng növlərindən qorunmaq üçün çox faydalıdır. Avropa Qida Təhlükəsizliyi Təşkilatı, hər bir insanın gündə 400-600 mq yəni 4 armudu stəkan yaşıl çay içilməsinin vacibliyini bildirir. Hər gün içilən bir stəkan qara çay zeyni qüvvətləndirir, 2-3 stəkanı isə qavrama qabiliyyətini artırır. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət edilməlidir. Zərərləri Soyuqdan qorunmaq üçün içilən zamansız və çox miqdarda çay qaraciyərə zərər vura bilər. Həmçinin həddən artıq içildikdə qarın ağrısı, mədə yanması, rüflünün artması və qəbizlik kimi problemlərə səbəb olur. Tərkibində olan bol miqdarda kofein səbəbindən təlaş hissini və stressi artıraraq insanı aqressivləşdirir. Gündəlik içilən çay su hesab edilə bilməz, o sadəcə mayedir. İçdiyiniz hər bir stəkan çay ilə yanaşı 1 stəkan da su içməli olduğunuzu unutmayın. Çay dəmirin qana sovrulmasını azaldır. Yeməklə birlikdə qəbul edilən çay orqanizmdə dəmirin azalmasına gətirib çıxara bilər. Bunun səbəbi isə onun tərkibində olan tanen maddələrinin qidadan alınan dəmirin qana sovrulmasının qarşısını almasıdır. Yumurta yeyərkən çay içmək əvəzinə təzə meyvə-tərəvəz istifadə etmək daha yaxşı olardı. Onu da nəzərdə saxlayın ki, çayı yeməkdən yalnız 2 saat sonra qəbul etmək lazımdır. Milli.Az
    0 0 Şərh 0 Shares
  • Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?

    Limon yağı və qoxusunun insan bədəninə müalicəvi təsiri olduğunu bilirdiniz?

    Milli.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində limonun əhval-ruhiyyəni qaldırdığı, konsentrasiyanı bərpa etdiyi, üstəlik havada uçuşan mikrobları təmizlədiyi məlum olub. Odur ki, mütəxəssislər yatmazdan əvvəl çarpayının kənarına yarım kəsilmiş limon qoymağı və ya limon yağından istifadə etməyi tövsiyə edir.

    Konsentrasiya və diqqət pozğunluğunu bərpa edir

    C vitamini mənbəyi olan limonun heyrətamiz xüsusiyyətlərindən biri də konsentrasiyanı bərpa etməsidir. Hər gün limon aromasını qoxlamaq diqqət pozğunluğunu aradan qaldırır. Limonda olan efir yağları beyinə siqnallar göndərərək fikirləri bir istiqamətdə toplamağa kömək edir. Yapon alimlərinin araşdırmalarına görə, limon qoxlayan insanlar iş prosesində daha az səhvə yol verir.

    Əhval-ruhiyyəni yaxşılaşdırır

    Limonlu efir yağı depressiyaya qarşı sübut edilmiş effektiv dərmandır. Əgər depressiya yaxanızdan əl çəkmirsə və dərmanların heç bir təsiri yoxdursa, limon qoxusunun gücünü sınayın.

    Havada uçan mikrobları təmizləyir

    Limon yalnız xoş ətir deyil, həm də bakterisidal xüsusiyyətlərə malikdir. Otaqda havanı təmizləmək üçün limonu iki yerə bölüb müxtəlif istiqamətlərə qoyun.

    Yüksək qan təzyiqini aşağı salır

    Limonun sadəcə meyvəsi deyil, qoxusu qan təzyiqi azaldır.

    Həşaratları evdən uzaqlaşdırır

    Qarışqaların, ağcaqanadların və digər həşəratların limon ətirli evdə qalması ehtimalı yoxdur. Kimyəvi qovuculara pul xərcləməyə dəyməz. Daha təsirli olması üçün limonu iki yerə bölüb üzərinə mixək dənəcikləri keçirin.

    Rahatlaşdırır

    Sitrus aroması sinir sistemini sakitləşdirir, narahatlıq hissini azaldır və çətin gündən sonra yaranan gərginliyi azaltmağa kömək edir. Əgər limon yağı yoxdursa, çarpayının yanına bir ədəd limon qoyun. (publika.az)

    Milli.Az
    Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək? Limon yağı və qoxusunun insan bədəninə müalicəvi təsiri olduğunu bilirdiniz? Milli.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində limonun əhval-ruhiyyəni qaldırdığı, konsentrasiyanı bərpa etdiyi, üstəlik havada uçuşan mikrobları təmizlədiyi məlum olub. Odur ki, mütəxəssislər yatmazdan əvvəl çarpayının kənarına yarım kəsilmiş limon qoymağı və ya limon yağından istifadə etməyi tövsiyə edir. Konsentrasiya və diqqət pozğunluğunu bərpa edir C vitamini mənbəyi olan limonun heyrətamiz xüsusiyyətlərindən biri də konsentrasiyanı bərpa etməsidir. Hər gün limon aromasını qoxlamaq diqqət pozğunluğunu aradan qaldırır. Limonda olan efir yağları beyinə siqnallar göndərərək fikirləri bir istiqamətdə toplamağa kömək edir. Yapon alimlərinin araşdırmalarına görə, limon qoxlayan insanlar iş prosesində daha az səhvə yol verir. Əhval-ruhiyyəni yaxşılaşdırır Limonlu efir yağı depressiyaya qarşı sübut edilmiş effektiv dərmandır. Əgər depressiya yaxanızdan əl çəkmirsə və dərmanların heç bir təsiri yoxdursa, limon qoxusunun gücünü sınayın. Havada uçan mikrobları təmizləyir Limon yalnız xoş ətir deyil, həm də bakterisidal xüsusiyyətlərə malikdir. Otaqda havanı təmizləmək üçün limonu iki yerə bölüb müxtəlif istiqamətlərə qoyun. Yüksək qan təzyiqini aşağı salır Limonun sadəcə meyvəsi deyil, qoxusu qan təzyiqi azaldır. Həşaratları evdən uzaqlaşdırır Qarışqaların, ağcaqanadların və digər həşəratların limon ətirli evdə qalması ehtimalı yoxdur. Kimyəvi qovuculara pul xərcləməyə dəyməz. Daha təsirli olması üçün limonu iki yerə bölüb üzərinə mixək dənəcikləri keçirin. Rahatlaşdırır Sitrus aroması sinir sistemini sakitləşdirir, narahatlıq hissini azaldır və çətin gündən sonra yaranan gərginliyi azaltmağa kömək edir. Əgər limon yağı yoxdursa, çarpayının yanına bir ədəd limon qoyun. (publika.az) Milli.Az
    0 0 Şərh 0 Shares
  • Ən yüksək maaşı olan şəhərlər bəlli oldu

    İnsanların ən yüksək məvacib aldığı şəhərlər və orta aylıq əməkhaqlarının məbləği məlum olub.

    Oxu.Az xəbər verir ki, bu barədə “Deutsche Bank” araşdırma aparıb.

    Araşdırmaya görə, işçilərin ən yüksək məvacib aldığı şəhər İsveçrənin Sürix şəhəridir.

    Sürixdə çalışanların orta aylıq əməkhaqqı 5876 dollar təşkil edir. İkinci yerdə ABŞ-ın San-Fransisko şəhəri yer alır. Burada orta aylıq əməkhaqqı 4817 dollardır. İlk üçlüyü ABŞ-ın ən iri meqapolisi olan Nyu-York tamamlayır (4304 dollar).

    İlk onluqda müvafiq ardıcıllıqla Sidney, Melburn, Oslo, Sinqapur, Kopenhagen, Uellinqton və Tokio yer alır.

    www.oxu.az
    Ən yüksək maaşı olan şəhərlər bəlli oldu İnsanların ən yüksək məvacib aldığı şəhərlər və orta aylıq əməkhaqlarının məbləği məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə “Deutsche Bank” araşdırma aparıb. Araşdırmaya görə, işçilərin ən yüksək məvacib aldığı şəhər İsveçrənin Sürix şəhəridir. Sürixdə çalışanların orta aylıq əməkhaqqı 5876 dollar təşkil edir. İkinci yerdə ABŞ-ın San-Fransisko şəhəri yer alır. Burada orta aylıq əməkhaqqı 4817 dollardır. İlk üçlüyü ABŞ-ın ən iri meqapolisi olan Nyu-York tamamlayır (4304 dollar). İlk onluqda müvafiq ardıcıllıqla Sidney, Melburn, Oslo, Sinqapur, Kopenhagen, Uellinqton və Tokio yer alır. www.oxu.az
    0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru