• Azyaşlılar gün ərzində mütləq bunları etməlidir, yoxsa... - ÜST AÇIQLADI

    Ümumdünya Səhiyyə Təşkilatı yaşı 5-dən az olan uşaqlar üçün yeni təlimat hazırlayıb.

    Milli.Az xəbər verir ki, yeni təlimatda bu yaş dövründə uşaqların daha sağlam olması üçün bəzi təkliflər irəli sürülüb.

    Belə ki, fiziki aktivlik, yuxu və televizor qarşısında keçirilən vaxtın müəyyən edilməsində yaş qruplarına görə dəyişikliklər edilib.

    Qaydalarda 1 yaşından az uşaqlar, eləcə də 1-2 yaş və 3-4 yaş arası olmaqla qruplara ayrılıb. ÜST-nın son təlimatlarına görə, 1 yaşa qədər uşaqlar gündə bir neçə dəfə fiziki aktiv olmalıdır. Ən azı yarım saat üzü üstə yatırılmalı, ətrafına oyuncaqlar düzərək onlara çatması üçün təşviq edilməlidir.

    Təlimata görə, uşaqlar uşaq arabalarında, qucaqda, uşaq stolunda bir saatdan çox qalmamalıdır. Bu yaş qrupunda uşaqların televizor qarşısında vaxt keçirməsi isə heç tövsiyə edilmir.

    Təlimatda 3 ay və daha kiçik uşaqların gündə 14-17 saat, 4-11 aylıq uşaqların isə 12-16 saat yatmasını tövsiyə edir.

    ÜST-nın təlimatına görə, 1-2 yaş arası uşaqlar hər gün çoxlu yatmalıdır, gün ərzində 180 dəqiqə fiziki aktiv olmalıdırlar. 1 yaşlı uşaqlar ekran qarşısında heç vaxt keçirməməlidir. 2 yaşlı uşaqlar isə 1 saat ekran qarşısında qala bilər.

    Yeni qaydalara görə, 3-4 yaşlı uşaqlar gündə bir saat ekran qarşısında vaxt keçirə bilər, onlar ən azı 10-13 saat yatmalıdırlar. Bu yaş qrupunda olan uşaqlar gündə ən azı 180 dəqiqə fiziki aktivliklə məşğul olmalı, minumum 60 dəqiqə açıq havada qaçıb, oynamalıdır.

    Amerika Pediatriya Akademiyasının sözçüsü Cenifer Şu bildirir ki, uşağınızın gündəlik həyatını planlayarkən valideynlər bu təlimatları nəzərə almalıdır. Ekran qarşısında və oturaq həyat tərzi maksimum azaldılmalıdır. (publika.az)

    Milli.Az

    maswap.ru
    Azyaşlılar gün ərzində mütləq bunları etməlidir, yoxsa... - ÜST AÇIQLADI Ümumdünya Səhiyyə Təşkilatı yaşı 5-dən az olan uşaqlar üçün yeni təlimat hazırlayıb. Milli.Az xəbər verir ki, yeni təlimatda bu yaş dövründə uşaqların daha sağlam olması üçün bəzi təkliflər irəli sürülüb. Belə ki, fiziki aktivlik, yuxu və televizor qarşısında keçirilən vaxtın müəyyən edilməsində yaş qruplarına görə dəyişikliklər edilib. Qaydalarda 1 yaşından az uşaqlar, eləcə də 1-2 yaş və 3-4 yaş arası olmaqla qruplara ayrılıb. ÜST-nın son təlimatlarına görə, 1 yaşa qədər uşaqlar gündə bir neçə dəfə fiziki aktiv olmalıdır. Ən azı yarım saat üzü üstə yatırılmalı, ətrafına oyuncaqlar düzərək onlara çatması üçün təşviq edilməlidir. Təlimata görə, uşaqlar uşaq arabalarında, qucaqda, uşaq stolunda bir saatdan çox qalmamalıdır. Bu yaş qrupunda uşaqların televizor qarşısında vaxt keçirməsi isə heç tövsiyə edilmir. Təlimatda 3 ay və daha kiçik uşaqların gündə 14-17 saat, 4-11 aylıq uşaqların isə 12-16 saat yatmasını tövsiyə edir. ÜST-nın təlimatına görə, 1-2 yaş arası uşaqlar hər gün çoxlu yatmalıdır, gün ərzində 180 dəqiqə fiziki aktiv olmalıdırlar. 1 yaşlı uşaqlar ekran qarşısında heç vaxt keçirməməlidir. 2 yaşlı uşaqlar isə 1 saat ekran qarşısında qala bilər. Yeni qaydalara görə, 3-4 yaşlı uşaqlar gündə bir saat ekran qarşısında vaxt keçirə bilər, onlar ən azı 10-13 saat yatmalıdırlar. Bu yaş qrupunda olan uşaqlar gündə ən azı 180 dəqiqə fiziki aktivliklə məşğul olmalı, minumum 60 dəqiqə açıq havada qaçıb, oynamalıdır. Amerika Pediatriya Akademiyasının sözçüsü Cenifer Şu bildirir ki, uşağınızın gündəlik həyatını planlayarkən valideynlər bu təlimatları nəzərə almalıdır. Ekran qarşısında və oturaq həyat tərzi maksimum azaldılmalıdır. (publika.az) Milli.Az maswap.ru
    1 0 Comments 0 Shares
  • Facebook öz yeni dizaynını təqdim etdi - FOTO

    Facebook şirkəti F8 adlı tədbiri keçirdib. Həmin tədbirdə şirkət bir neçə yeni məhsullar anons etdi və varolan məhsullarda dizayn dəyişikliklərini elan etdi. Onların sırasında varolan sosial şəbəkənin dizayn dəyişikliyi, Messenger-in daha sadələşdirilmiş versiyası və s. var. Bu barədə Vc.ru saytı xəbər verib.

    Facebook-un yeni dizaynı:

    Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət məşhur sosial şəbəkənin yeni dizaynını təqdim edib. Dizayn dəyişikliyi sosial şəbəkənin təkcə desktop versiyasını deyil həm də mobil tətbiqini əhatə edəcək. Yeni dizaynda sosial şəbəkənin yuxarı hissəsindəki göy rəngli panel yox olacaq. Göy rəngin yerinə sosial şəbəkənin yuxarı hissəsi daha açıq rəngli dizaynda reallaşdırılacaq. Yeni dizayn FB5 adını əldə edib.

    Facebook tətbiqinin bu cür yenilənmiş versiyası yaxın zamanda Android və iOS üçün təqdim olunacaq. Sosial şəbəkənin desktop versiyasının dizayn dəyişikliyi isə bir neçə ay ərzində reallaşdırılacaq. Dizayn dəyişikliyindən sonra Facebook loqosu göy rəngli kvadratda deyil, mavi rəngli dairənin daxilində yerləşdiriləcək. Naviqasiya üçün nəzərdə tutulmuş ikonlar isə yuxarı hissəyə inteqrasiya ediləcək.

    Mark Zuckerberg-in sözlərinə əsasən sosial şəbəkənin yeni dizaynı istifdəçinin diqqət mərkəzinə qrupları əlavə edəcək. Qruplar olan bölmədə istifadəçilər həmin qrupların xəbərlərini görə biləcəklər. Bundan əlavə olaraq Facebook qrup axtarışı məsləhəti sistemini də təkmilləşdirəcək. Bununla yanaşı qruplar yeni funksiyalar da əldə edəcəklər. Məsələn iş elanları üçün nəzərdə tutulmuş qruplarda vakansiyalar üzrə elanlar üçün şablonlar, oyun qruplarında isə ayrıca çatlar olacaq. İstifadəçilər həmçinin yazılarını öz səhifələrindən birbaşa qrupa yerləşdirə biləcəklər.

    Şirkət sosial şəbəkəyə maraqlar üzrə sürətli dost axtarışı sistemini əlavə edəcək. Bura həmçinin Meet New Friends adlı yeni funksiya da daxildir. Şirkət qeyd edib ki, həmin funksiya sayəsində istifadəçilər məktəb, iş yeri və ya yaşadıqları eyni şəhər özəllikləri əsasında tanış ola biləcəkləri insanları axtara biləcəklər. Meet New Friends funksiyası hələ test rejimindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir. Sosial şəbəkədə daha bir yenilik hadisələr qovluğu olacaq. İstifadəçilər bunun sayəsində ətraflarında nələrin baş verdiklərindən xəbər tutacaqlar, sosial şəbəkədən məsləhət alacaqlar və öz qərarlarını dostları ilə koordinasiya edə biləcəklər.

    Messenger-in sadələşdirilmiş və desktop versiyası:

    Facebook şirkəti Messenger-in daha sürətli və yüngül versiyasını anons etdi. Messenger-in bu sadələşdirilmiş versiyası 2 saniyədən az bir vaxtda işə düşəcək və onun həcmi 30 MB-dan az təşkil edəcək. Messenger həmçinin desktop versiyasını əldə edəcək. Desktop versiya həm Windows həm də macOS əməliyyat sistemləri üçün çıxacaq. Messenger-in desktop versiyası mobil versiyanın bütün funksiyalarını dəstəkləyəcək. Bura həmçinin qrup videoçatları da daxil olacaq. Yeni Messenger versiyalarından əlavə olaraq Facebook şirkəti real zaman ərzində birgə video izləmə funksiyasını və ən yaxın dostlar ilə ünsiyyət imkanını verəcək rəqəmsal otaq funksiyasını anons edib.

    Instagram üçün ianə yığımı stikerləri və yeni kamera:

    Məşhur fotoservisin ABŞ-dakı istifadəçiləri artıq ianə yığımı stikerlərini əldə ediblər. Bu cür stikerləri Stories paylaşımına əlavə etmək üçün sadəcə olaraq foto çəkmək, siyahıda təqdim olunan qeyri-kommersiya məqsədli təşkilatı seçmək və çəkilmiş fotoya ianə yığmı üçün nəzərdə tutulmuş stikeri əlvə etmək lazımdır. Beləliklə yığılmış ianələrin 100%-i siyahıdan seçilmiş qeyri-kommersiya məqsədli təşkilatın hesabına yatırılacaq.

    Fotoservis həmçinin foto və videoların çəkilməsi üçün yenilənmiş kamera rejimini də əldə edəcək. Həmin yenilənmiş kamera rejimi effektlərdən və stikerlərdən istifadəni daha da rahat hala gətirəcək. Bununla yanaşı fotoservis alış-veriş sistemini də təkmilləşdirəcək. Bloqqerlər öz fotolaarında geyimləri, ayaqqabıları və digər məhsulları işarə edə biləcəklər. İstifadəçilər isə həmin işarələrə klik edərək alış-veriş üçün lazımi hissəyə keçid edə biləcəklər.

    Əvvəllər çoxlu sayda abunəçi sayına sahib istifadəçilər konkret məhsulları deyil, ayrı-ayrı brendləri öz fotolarında işarələyə bilirdilər. Buna görə də hesab sahibləri konkret məhsul barəsində adi istifadəçilərin suallarına rəylərdə və ya Instagram Direct-də cavab verməli olurdular. Adi istifadəçilər bu halda fotonun sadəcə olaraq screenshotunu edərək məhsulu özləri axtarmalı olurdular. Hələki yeni funksiya çox az sayda bloqqer vasitəsilə test olunur.

    Mesajların Messenger, Instagram və Whatsapp arasında mübadiləsi:

    Facebook şirkəti bildirib ki, istifadəçilər şirkətin bütün servisləri arasında (Messenger, Instagram və Whatsapp) mesajlaşa biləcəklər. Bu halda mesajlaşma end-to-end sistemi əsasında şifrələnəcək. Bu layihənin digər təfərrüatları barəsində məlumat yoxdur. Lakin onun bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.

    Milli.Az
    Facebook öz yeni dizaynını təqdim etdi - FOTO Facebook şirkəti F8 adlı tədbiri keçirdib. Həmin tədbirdə şirkət bir neçə yeni məhsullar anons etdi və varolan məhsullarda dizayn dəyişikliklərini elan etdi. Onların sırasında varolan sosial şəbəkənin dizayn dəyişikliyi, Messenger-in daha sadələşdirilmiş versiyası və s. var. Bu barədə Vc.ru saytı xəbər verib. Facebook-un yeni dizaynı: Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət məşhur sosial şəbəkənin yeni dizaynını təqdim edib. Dizayn dəyişikliyi sosial şəbəkənin təkcə desktop versiyasını deyil həm də mobil tətbiqini əhatə edəcək. Yeni dizaynda sosial şəbəkənin yuxarı hissəsindəki göy rəngli panel yox olacaq. Göy rəngin yerinə sosial şəbəkənin yuxarı hissəsi daha açıq rəngli dizaynda reallaşdırılacaq. Yeni dizayn FB5 adını əldə edib. Facebook tətbiqinin bu cür yenilənmiş versiyası yaxın zamanda Android və iOS üçün təqdim olunacaq. Sosial şəbəkənin desktop versiyasının dizayn dəyişikliyi isə bir neçə ay ərzində reallaşdırılacaq. Dizayn dəyişikliyindən sonra Facebook loqosu göy rəngli kvadratda deyil, mavi rəngli dairənin daxilində yerləşdiriləcək. Naviqasiya üçün nəzərdə tutulmuş ikonlar isə yuxarı hissəyə inteqrasiya ediləcək. Mark Zuckerberg-in sözlərinə əsasən sosial şəbəkənin yeni dizaynı istifdəçinin diqqət mərkəzinə qrupları əlavə edəcək. Qruplar olan bölmədə istifadəçilər həmin qrupların xəbərlərini görə biləcəklər. Bundan əlavə olaraq Facebook qrup axtarışı məsləhəti sistemini də təkmilləşdirəcək. Bununla yanaşı qruplar yeni funksiyalar da əldə edəcəklər. Məsələn iş elanları üçün nəzərdə tutulmuş qruplarda vakansiyalar üzrə elanlar üçün şablonlar, oyun qruplarında isə ayrıca çatlar olacaq. İstifadəçilər həmçinin yazılarını öz səhifələrindən birbaşa qrupa yerləşdirə biləcəklər. Şirkət sosial şəbəkəyə maraqlar üzrə sürətli dost axtarışı sistemini əlavə edəcək. Bura həmçinin Meet New Friends adlı yeni funksiya da daxildir. Şirkət qeyd edib ki, həmin funksiya sayəsində istifadəçilər məktəb, iş yeri və ya yaşadıqları eyni şəhər özəllikləri əsasında tanış ola biləcəkləri insanları axtara biləcəklər. Meet New Friends funksiyası hələ test rejimindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir. Sosial şəbəkədə daha bir yenilik hadisələr qovluğu olacaq. İstifadəçilər bunun sayəsində ətraflarında nələrin baş verdiklərindən xəbər tutacaqlar, sosial şəbəkədən məsləhət alacaqlar və öz qərarlarını dostları ilə koordinasiya edə biləcəklər. Messenger-in sadələşdirilmiş və desktop versiyası: Facebook şirkəti Messenger-in daha sürətli və yüngül versiyasını anons etdi. Messenger-in bu sadələşdirilmiş versiyası 2 saniyədən az bir vaxtda işə düşəcək və onun həcmi 30 MB-dan az təşkil edəcək. Messenger həmçinin desktop versiyasını əldə edəcək. Desktop versiya həm Windows həm də macOS əməliyyat sistemləri üçün çıxacaq. Messenger-in desktop versiyası mobil versiyanın bütün funksiyalarını dəstəkləyəcək. Bura həmçinin qrup videoçatları da daxil olacaq. Yeni Messenger versiyalarından əlavə olaraq Facebook şirkəti real zaman ərzində birgə video izləmə funksiyasını və ən yaxın dostlar ilə ünsiyyət imkanını verəcək rəqəmsal otaq funksiyasını anons edib. Instagram üçün ianə yığımı stikerləri və yeni kamera: Məşhur fotoservisin ABŞ-dakı istifadəçiləri artıq ianə yığımı stikerlərini əldə ediblər. Bu cür stikerləri Stories paylaşımına əlavə etmək üçün sadəcə olaraq foto çəkmək, siyahıda təqdim olunan qeyri-kommersiya məqsədli təşkilatı seçmək və çəkilmiş fotoya ianə yığmı üçün nəzərdə tutulmuş stikeri əlvə etmək lazımdır. Beləliklə yığılmış ianələrin 100%-i siyahıdan seçilmiş qeyri-kommersiya məqsədli təşkilatın hesabına yatırılacaq. Fotoservis həmçinin foto və videoların çəkilməsi üçün yenilənmiş kamera rejimini də əldə edəcək. Həmin yenilənmiş kamera rejimi effektlərdən və stikerlərdən istifadəni daha da rahat hala gətirəcək. Bununla yanaşı fotoservis alış-veriş sistemini də təkmilləşdirəcək. Bloqqerlər öz fotolaarında geyimləri, ayaqqabıları və digər məhsulları işarə edə biləcəklər. İstifadəçilər isə həmin işarələrə klik edərək alış-veriş üçün lazımi hissəyə keçid edə biləcəklər. Əvvəllər çoxlu sayda abunəçi sayına sahib istifadəçilər konkret məhsulları deyil, ayrı-ayrı brendləri öz fotolarında işarələyə bilirdilər. Buna görə də hesab sahibləri konkret məhsul barəsində adi istifadəçilərin suallarına rəylərdə və ya Instagram Direct-də cavab verməli olurdular. Adi istifadəçilər bu halda fotonun sadəcə olaraq screenshotunu edərək məhsulu özləri axtarmalı olurdular. Hələki yeni funksiya çox az sayda bloqqer vasitəsilə test olunur. Mesajların Messenger, Instagram və Whatsapp arasında mübadiləsi: Facebook şirkəti bildirib ki, istifadəçilər şirkətin bütün servisləri arasında (Messenger, Instagram və Whatsapp) mesajlaşa biləcəklər. Bu halda mesajlaşma end-to-end sistemi əsasında şifrələnəcək. Bu layihənin digər təfərrüatları barəsində məlumat yoxdur. Lakin onun bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir. Milli.Az
    1 0 Comments 0 Shares
  • wap master forum
    wap master forum
    0 0 Comments 0 Shares
  • chat sohbet
    chat sohbet
    0 0 Comments 0 Shares
  • profil statuslari
    profil statuslari
    1 0 Comments 0 Shares
  • Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...

    Mütəxəssis deyir ki, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar

    Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    "Uşaqlar bizim gələcəyimizdir" ifadəsini işlətməyən, eşitməyən yoxdur. Bəs yaxşı, bu cümlənin mahiyyətini tam mənası ilə anlayıb, buna əməl edib uşaqları qoruyan nə qədər insan var? Gələcəyimizin yaxşı olması üçün bu günün uşaqlarını qorumaq, onların təlim-tərbiyəsi ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Amma çox təəssüf ki, günümüzdə övladının hərəkətlərini, başqa uşaqlarla davranışını düzgün qiymətləndirə bilməyən valideynlər də var. 0-3 yaş arasında uşaqların demək olar ki, əksəriyyəti eyni inkişaf yolu keçir. Lakin 3 yaşdan sonrakı dövrdə hər uşağın özünəməxsus xüsusiyyətləri formalaşır və açıq şəkildə özünü büruzə verir. Bəzi uşaqlar çox aktiv olur, danışmağa, çoxlu suallar verməyə, dünyanı öz üsulları ilə kəşf etməyə çalışırlar. Hətta, həddindən artıq aktiv olan, bir yerdə dayanmayan uşaqlar olur ki, bəzən valideynlər bundan şikayətlənərək həkimə və ya uşaq psixoloquna müraciət edir. Amma elə uşaqlar da var ki, həddindən artıq sakit olurlar. Həmyaşıdları ilə oynamır, əlaqəyə girmir, heç nəyə reaksiya vermirlər. Dindirməsən, dinməz, "ağzı var, dili yox" fikrinə uyğun gəlir və çox təəssüf ki, valideynlər bunu müsbət hal kimi qiymətləndirirlər. Hətta, uşaqları dəcəl olan valideynlər övladlarına həmin sakit uşaqları nümunə kimi təqdim edirlər. Lakin bu məsələnin bir əmması var. Belə ki, Amerika Sosial Həyat Dərnəyi ailədəki sözəbaxan, həddən artıq nümunəvi uşaqların da narahatlıq doğuran məqamlarının olduğunu açıqlayıb. Dərnək psixoloqları araşdırma zamanı aydınlaşdırıblar ki, əslində, uşağa xas olan dəcəllik, bəzən ziyankarlıq, hansısa balacada yoxdursa, bu, həm də onun psixologiyasındakı bəzi pozğunluqdan xəbər verir. Yəni həddən ziyadə sakit uşaq gələcəkdə təhlükəli bir cani, psixopat, qatil ola bilər. Alimlər təbii olmayan hər şeyin gələcəkdə fəsad törədə biləcəyini qeyd edirlər. Sakit, nümunəvi uşaq isə heç də təbii sayılmır. Demək ki, həddən artıq sakit olan uşaqlarda da müəyyən problemlər var. Biz də mövzunun aktuallığını nəzərə alaraq ekspertlərlə uşaqlardakı həddən artıq sakitliyin səbəbini və bu kimi hallarda valideynlərin nə etməli olduqlarını öyrənməyə çalışdıq.

    Psixoloq Rövşən Uğur qeyd etdi ki, hər araşdırmaya da güvənmək olmaz. Psixoloqun fikrincə, neçə uşaq arasında, hansı ərazidə, hansı formada, hansı yaş qruplarının əsas götürülməsi ilə aparıldığını, həmin uşaqların necə və hansı ailələrdən seçildiyini bildikdən sonra araşdırmanın nəticəsi barədə şərh vermək olar: "Yəni istənilən araşdırmanın hansı şəraitdə və hansı şərtlər altında aparılması vacibdir. Yoxsa istənilən araşdırmanın nəticələrinə güvənmək düzgün deyil. Lakin bir uşaq həqiqətən qaynayıb-qarışmırsa, sakitdirsə, içinə qapalıdırsa, onunla maraqlanmaq və səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşaqlar iki cür - introvert və ekstrovert olur. İntrovert uşaqla ekstrovertin davranışları, insanlarla ünsiyyətləri arasında müəyyən fərqlər müşahidə edilir. Ekstrovert uşaqlar tam rahat şəkildə ünsiyyətə girir və həmyaşıdları ilə qaynayıb-qarışa bilir. Həmin uşaqlar sanki həyata 1-0 öndə başlayırlar. Amma introvert uşaqların adaptasiya mərhələsi bir az çətin və mərhələli keçir. Bu uşaqların az dostu olur, amma dostluqları daha möhkəm və uzunmüddətli olur. Ekstrovertlərdə isə dostlar tez-tez dəyişə bilir. Yəni onlar hər insanla ünsiyyətə girə bilib, dostluq qururlar".

    Psixoloq deyir ki, ekstrovert və introvert məsələsini bir kənara qoysaq, bu zaman yerdə qalır travma məsələsi: "Yəni uşağın susqunluğu, sakitliyi əgər genetik faktorla əlaqəli deyilsə, demək ki, uşaq travma alıb. Uşaq həm ailədən, həm də getdiyi bağçadan, məktəbdən, ünsiyyətdə olduğu hər hansı bir insandan travma ala bilər. Araşdırma zamanı bu tip uşaqların ailə basqısı ilə üzləşdiyinin şahidi oluruq. Ailə həddən artıq tələbkar olur. Yəni uşaq yalnız ailəsinin istəklərini qarşılayır. Nəticə etibarı ilə bütün bu tələblər, istəklər uşaq üçün yük halına çevrilir. Uşağın ilk olaraq ailə, sonra da ətrafla ünsiyyəti kəsilir. Sadəcə, nümunəvi uşaq olmaq üçün ailənin istəklərini yerinə yetirir və uşaqda "yaxşı olduğum, onların dediklərini etdiyim üçün ailəm məni sevir" fikri formalaşır. Beləcə, sakit, özünə qapanan olur".

    "Bundan başqa, fiziki zorakılığa məruz qalan, etdiyi səhvə görə cəzalandırılan uşaqlarda da bu hal müşahidə edilir" deyən Rövşən bəy bildirdi ki, bu kimi hallar uşaqda "mən bacarıqsızam, uğursuz biriyəm" kimi düşüncələr formalaşdırır. Bu da həyatının növbəti mərhələlərinə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. İstər şəxsi həyatında, istər iş həyatında özünə yer tapa bilmir. Ona görə də, valideynlər uşaqlara qarşı çox basqı etməsinlər, xüsusilə də şiddətdən uzaq olsunlar. Övladlarına kiçik işlər tapşırıb, onların məsuliyyət hissini duymasına kömək etsinlər. Bəzən görürük ki, böyüklər uşaqlara "polis gəlib səni aparacaq, həkim gəlib iynə vuracaq" tipli ifadələr işlədirlər ki, bu da yanlışdır. Bunun zarafatla deyildiyini bilirik. Sadəcə, uşaqlarda mücərrəd təfəkkür inkişaf etmədiyi üçün bunun zarafat, ya həqiqət olduğunu ayıra bilmirlər və bu, onlarda travma, qorxu yaradır. Bu da uşağın qapalı, ünsiyyətdən uzaq olmasına gətirib çıxardır. Ona görə, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar. Əgər özləri öhdəsindən gələ bilməsələr, mütəxəssisə müraciət etsinlər".

    Sosioloq Cavid İmamoğlu qeyd etdi ki, sakitlik, hər uşaqda müxtəlif səbəblərdən ola bilər: "Uşaq inkişafı üzrə mütəxəssislər düşünürlər ki, uşağın hər yaş dövrünə uyğun emosional inkişaf dinamikası var və bütün valideynlər, müəllimlər, psixoloqlar, yəni uşağın inkişafında rolu olan hər kəs bu dinamikanı bilməlidirlər. Təəssüf ki, ölkəmizdə bu sahədə təlimlərin keçirilməsi, təbliğat və maarifləndirmə işi aşağı səviyyədə olduğu üçün valideynlər əksər hallarda uşaqların yaşına uyğun emosional inkişafını düzgün qiymətləndirə bilmirlər. Onlar düşünürlər ki, uşaq sakitdirsə, özü təkcə oynayırsa və xüsusi bir aqressiya halı yoxdursa, deməli, hər şey qaydasındadır. Əslində isə həmin uşaq zorakılığa məruz qalmış ola bilər. Belə uşaqlarda çəkingənlik, qorxaqlıq, özünəqapalılıq, kəkələmə, dırnaqlarını yemə kimi emosional hərəkətlər yaranır. Valideynlər daim uşaqlarını müşahidə etməlidirlər. Əgər uşaqda bu hallardan hansısa biri varsa, mütləq psixoloqa müraciət etməlidirlər. Düzdür, bu məsələyə fərdi yanaşmaq lazımdır. Sakitlik hər uşaqda müxtəlif səbəblərdən ola bilər. Ancaq istənilən halda, valideynlər övladlarının tərbiyəsi və ya psixoloji vəziyyəti baxımından, həmişə mütəxəssisin köməyinə ehtiyac duyurlar".

    https://news.milli.az/health/748854.html

    http://maswap.ru/
    Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa... Mütəxəssis deyir ki, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. "Uşaqlar bizim gələcəyimizdir" ifadəsini işlətməyən, eşitməyən yoxdur. Bəs yaxşı, bu cümlənin mahiyyətini tam mənası ilə anlayıb, buna əməl edib uşaqları qoruyan nə qədər insan var? Gələcəyimizin yaxşı olması üçün bu günün uşaqlarını qorumaq, onların təlim-tərbiyəsi ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Amma çox təəssüf ki, günümüzdə övladının hərəkətlərini, başqa uşaqlarla davranışını düzgün qiymətləndirə bilməyən valideynlər də var. 0-3 yaş arasında uşaqların demək olar ki, əksəriyyəti eyni inkişaf yolu keçir. Lakin 3 yaşdan sonrakı dövrdə hər uşağın özünəməxsus xüsusiyyətləri formalaşır və açıq şəkildə özünü büruzə verir. Bəzi uşaqlar çox aktiv olur, danışmağa, çoxlu suallar verməyə, dünyanı öz üsulları ilə kəşf etməyə çalışırlar. Hətta, həddindən artıq aktiv olan, bir yerdə dayanmayan uşaqlar olur ki, bəzən valideynlər bundan şikayətlənərək həkimə və ya uşaq psixoloquna müraciət edir. Amma elə uşaqlar da var ki, həddindən artıq sakit olurlar. Həmyaşıdları ilə oynamır, əlaqəyə girmir, heç nəyə reaksiya vermirlər. Dindirməsən, dinməz, "ağzı var, dili yox" fikrinə uyğun gəlir və çox təəssüf ki, valideynlər bunu müsbət hal kimi qiymətləndirirlər. Hətta, uşaqları dəcəl olan valideynlər övladlarına həmin sakit uşaqları nümunə kimi təqdim edirlər. Lakin bu məsələnin bir əmması var. Belə ki, Amerika Sosial Həyat Dərnəyi ailədəki sözəbaxan, həddən artıq nümunəvi uşaqların da narahatlıq doğuran məqamlarının olduğunu açıqlayıb. Dərnək psixoloqları araşdırma zamanı aydınlaşdırıblar ki, əslində, uşağa xas olan dəcəllik, bəzən ziyankarlıq, hansısa balacada yoxdursa, bu, həm də onun psixologiyasındakı bəzi pozğunluqdan xəbər verir. Yəni həddən ziyadə sakit uşaq gələcəkdə təhlükəli bir cani, psixopat, qatil ola bilər. Alimlər təbii olmayan hər şeyin gələcəkdə fəsad törədə biləcəyini qeyd edirlər. Sakit, nümunəvi uşaq isə heç də təbii sayılmır. Demək ki, həddən artıq sakit olan uşaqlarda da müəyyən problemlər var. Biz də mövzunun aktuallığını nəzərə alaraq ekspertlərlə uşaqlardakı həddən artıq sakitliyin səbəbini və bu kimi hallarda valideynlərin nə etməli olduqlarını öyrənməyə çalışdıq. Psixoloq Rövşən Uğur qeyd etdi ki, hər araşdırmaya da güvənmək olmaz. Psixoloqun fikrincə, neçə uşaq arasında, hansı ərazidə, hansı formada, hansı yaş qruplarının əsas götürülməsi ilə aparıldığını, həmin uşaqların necə və hansı ailələrdən seçildiyini bildikdən sonra araşdırmanın nəticəsi barədə şərh vermək olar: "Yəni istənilən araşdırmanın hansı şəraitdə və hansı şərtlər altında aparılması vacibdir. Yoxsa istənilən araşdırmanın nəticələrinə güvənmək düzgün deyil. Lakin bir uşaq həqiqətən qaynayıb-qarışmırsa, sakitdirsə, içinə qapalıdırsa, onunla maraqlanmaq və səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşaqlar iki cür - introvert və ekstrovert olur. İntrovert uşaqla ekstrovertin davranışları, insanlarla ünsiyyətləri arasında müəyyən fərqlər müşahidə edilir. Ekstrovert uşaqlar tam rahat şəkildə ünsiyyətə girir və həmyaşıdları ilə qaynayıb-qarışa bilir. Həmin uşaqlar sanki həyata 1-0 öndə başlayırlar. Amma introvert uşaqların adaptasiya mərhələsi bir az çətin və mərhələli keçir. Bu uşaqların az dostu olur, amma dostluqları daha möhkəm və uzunmüddətli olur. Ekstrovertlərdə isə dostlar tez-tez dəyişə bilir. Yəni onlar hər insanla ünsiyyətə girə bilib, dostluq qururlar". Psixoloq deyir ki, ekstrovert və introvert məsələsini bir kənara qoysaq, bu zaman yerdə qalır travma məsələsi: "Yəni uşağın susqunluğu, sakitliyi əgər genetik faktorla əlaqəli deyilsə, demək ki, uşaq travma alıb. Uşaq həm ailədən, həm də getdiyi bağçadan, məktəbdən, ünsiyyətdə olduğu hər hansı bir insandan travma ala bilər. Araşdırma zamanı bu tip uşaqların ailə basqısı ilə üzləşdiyinin şahidi oluruq. Ailə həddən artıq tələbkar olur. Yəni uşaq yalnız ailəsinin istəklərini qarşılayır. Nəticə etibarı ilə bütün bu tələblər, istəklər uşaq üçün yük halına çevrilir. Uşağın ilk olaraq ailə, sonra da ətrafla ünsiyyəti kəsilir. Sadəcə, nümunəvi uşaq olmaq üçün ailənin istəklərini yerinə yetirir və uşaqda "yaxşı olduğum, onların dediklərini etdiyim üçün ailəm məni sevir" fikri formalaşır. Beləcə, sakit, özünə qapanan olur". "Bundan başqa, fiziki zorakılığa məruz qalan, etdiyi səhvə görə cəzalandırılan uşaqlarda da bu hal müşahidə edilir" deyən Rövşən bəy bildirdi ki, bu kimi hallar uşaqda "mən bacarıqsızam, uğursuz biriyəm" kimi düşüncələr formalaşdırır. Bu da həyatının növbəti mərhələlərinə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. İstər şəxsi həyatında, istər iş həyatında özünə yer tapa bilmir. Ona görə də, valideynlər uşaqlara qarşı çox basqı etməsinlər, xüsusilə də şiddətdən uzaq olsunlar. Övladlarına kiçik işlər tapşırıb, onların məsuliyyət hissini duymasına kömək etsinlər. Bəzən görürük ki, böyüklər uşaqlara "polis gəlib səni aparacaq, həkim gəlib iynə vuracaq" tipli ifadələr işlədirlər ki, bu da yanlışdır. Bunun zarafatla deyildiyini bilirik. Sadəcə, uşaqlarda mücərrəd təfəkkür inkişaf etmədiyi üçün bunun zarafat, ya həqiqət olduğunu ayıra bilmirlər və bu, onlarda travma, qorxu yaradır. Bu da uşağın qapalı, ünsiyyətdən uzaq olmasına gətirib çıxardır. Ona görə, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar. Əgər özləri öhdəsindən gələ bilməsələr, mütəxəssisə müraciət etsinlər". Sosioloq Cavid İmamoğlu qeyd etdi ki, sakitlik, hər uşaqda müxtəlif səbəblərdən ola bilər: "Uşaq inkişafı üzrə mütəxəssislər düşünürlər ki, uşağın hər yaş dövrünə uyğun emosional inkişaf dinamikası var və bütün valideynlər, müəllimlər, psixoloqlar, yəni uşağın inkişafında rolu olan hər kəs bu dinamikanı bilməlidirlər. Təəssüf ki, ölkəmizdə bu sahədə təlimlərin keçirilməsi, təbliğat və maarifləndirmə işi aşağı səviyyədə olduğu üçün valideynlər əksər hallarda uşaqların yaşına uyğun emosional inkişafını düzgün qiymətləndirə bilmirlər. Onlar düşünürlər ki, uşaq sakitdirsə, özü təkcə oynayırsa və xüsusi bir aqressiya halı yoxdursa, deməli, hər şey qaydasındadır. Əslində isə həmin uşaq zorakılığa məruz qalmış ola bilər. Belə uşaqlarda çəkingənlik, qorxaqlıq, özünəqapalılıq, kəkələmə, dırnaqlarını yemə kimi emosional hərəkətlər yaranır. Valideynlər daim uşaqlarını müşahidə etməlidirlər. Əgər uşaqda bu hallardan hansısa biri varsa, mütləq psixoloqa müraciət etməlidirlər. Düzdür, bu məsələyə fərdi yanaşmaq lazımdır. Sakitlik hər uşaqda müxtəlif səbəblərdən ola bilər. Ancaq istənilən halda, valideynlər övladlarının tərbiyəsi və ya psixoloji vəziyyəti baxımından, həmişə mütəxəssisin köməyinə ehtiyac duyurlar". https://news.milli.az/health/748854.html http://maswap.ru/
    1 0 Comments 0 Shares
  • http://maswap.ru/ror.xml
    http://maswap.ru/ror.xml
    0 0 Comments 0 Shares
  • http://maswap.ru/sitemap.html
    http://maswap.ru/sitemap.html
    0 0 Comments 0 Shares
  • http://maswap.ru/sitemap.txt
    http://maswap.ru/sitemap.txt
    0 0 Comments 0 Shares
  • http://maswap.ru/sitemap.xml
    http://maswap.ru/sitemap.xml
    0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru