• 2 1 Şərh 0 Shares
  • Ərik çəyirdəyi hansı xəstəlikdən qoruyur?

    Uzun illərdir ki, dünyada xərçəngə qarşı çarə tapılması istiqamətində tədbirlər görülür, bu yöndə araşdırmalar aparılır.

    Belə araşdırmalardan biri də Türkiyədə acı ərik çəyirdəyində mövcud olan amiqdalin adlı maddənin (B17 vitamini) xərçəng hüceyrələrinə təsiri barədə aparılıb.

    Milli.Az e-tibb.az-a istinadən bildirir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, acı ərik çəyirdəyi xərçəng hüceyrələrinin yaranmasının qarşısını ala bilir.

    Əslində ərik çəyirdəyində B17 vitaminin olduğu və onun xərçəngin yaranmasını əngəllədiyi məlum idi. Amma türkiyəli alimlər bildiriblər ki, bu yöndə indiyə kimi elmi araşdırma aparılmayıb. Amiqdalinə bir çox bitkidə, meyvədə, meyvə tumlarında rast gəlinir, amma ərik çəyirdəyi onunla daha zəngindir.

    Türkiyəli alimlər hesab edir ki, acı ərik çəyirdəyində olan amiqdalindən dərman deyil, qida əlavəsi kimi istifadə olunmalıdır. Bununla bağlı hazırlanan qida əlavəsinin artıq satışa çıxarılması ilə bağlı addımlar atılacaq.

    Onlar hesab edir ki, həmin qida əlavəsindən xəstələr deyil, sağlam insanlar da istifadə etməlidir.
    Ərik çəyirdəyi hansı xəstəlikdən qoruyur? Uzun illərdir ki, dünyada xərçəngə qarşı çarə tapılması istiqamətində tədbirlər görülür, bu yöndə araşdırmalar aparılır. Belə araşdırmalardan biri də Türkiyədə acı ərik çəyirdəyində mövcud olan amiqdalin adlı maddənin (B17 vitamini) xərçəng hüceyrələrinə təsiri barədə aparılıb. Milli.Az e-tibb.az-a istinadən bildirir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, acı ərik çəyirdəyi xərçəng hüceyrələrinin yaranmasının qarşısını ala bilir. Əslində ərik çəyirdəyində B17 vitaminin olduğu və onun xərçəngin yaranmasını əngəllədiyi məlum idi. Amma türkiyəli alimlər bildiriblər ki, bu yöndə indiyə kimi elmi araşdırma aparılmayıb. Amiqdalinə bir çox bitkidə, meyvədə, meyvə tumlarında rast gəlinir, amma ərik çəyirdəyi onunla daha zəngindir. Türkiyəli alimlər hesab edir ki, acı ərik çəyirdəyində olan amiqdalindən dərman deyil, qida əlavəsi kimi istifadə olunmalıdır. Bununla bağlı hazırlanan qida əlavəsinin artıq satışa çıxarılması ilə bağlı addımlar atılacaq. Onlar hesab edir ki, həmin qida əlavəsindən xəstələr deyil, sağlam insanlar da istifadə etməlidir.
    1 0 Şərh 0 Shares
  • 0 0 Şərh 0 Shares
  • Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri
    Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri
    1 0 Şərh 0 Shares
  • Ürəyin sağlamlığı üçün AĞ TUTun dəmləməsi - RESEPT

    Ağ tut çox faydalı müalicəvi məhsuldur. Ağ tutun dəmləməsi, şirəsi xalq təbabətində bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ağ tut bəlğəmgətirici, iltihab və mikrobəleyhinə təsirə malikdir, qanın tərkibini yaxşılaşdırır, ürəyin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir, sinir sistemi üçün faydalıdır.

    Sizə ürəyi möhkəmləndirən və ürəyin fəaliyyətini yaxşılaşdıran ağ tutun dəmləməsinin reseptini təqdim edirik. Belə dəmləməni hər gün uzun müddət ərzində içmək olar.

    2 x.q. ağ tutun üzərinə 1 stəkan qaynar su tökün və termosda 2 saat ərzində dəmləyin. Dəmləməni gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul edin.
    Ürəyin sağlamlığı üçün AĞ TUTun dəmləməsi - RESEPT Ağ tut çox faydalı müalicəvi məhsuldur. Ağ tutun dəmləməsi, şirəsi xalq təbabətində bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ağ tut bəlğəmgətirici, iltihab və mikrobəleyhinə təsirə malikdir, qanın tərkibini yaxşılaşdırır, ürəyin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir, sinir sistemi üçün faydalıdır. Sizə ürəyi möhkəmləndirən və ürəyin fəaliyyətini yaxşılaşdıran ağ tutun dəmləməsinin reseptini təqdim edirik. Belə dəmləməni hər gün uzun müddət ərzində içmək olar. 2 x.q. ağ tutun üzərinə 1 stəkan qaynar su tökün və termosda 2 saat ərzində dəmləyin. Dəmləməni gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul edin.
    0 0 Şərh 0 Shares
  • Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - alimlərin araşdırması

    Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar.

    Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır.

    Alimlər 30 gün ərzində 14 "oruc tutan" sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər.

    Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri medicalxpress.com-da dərc olunub.

    Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır.

    Milli.Az
    Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - alimlərin araşdırması Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır. Alimlər 30 gün ərzində 14 "oruc tutan" sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri medicalxpress.com-da dərc olunub. Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır. Milli.Az
    0 0 Şərh 0 Shares
  • Mobil telefonun yaradıcısı

    Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl ixtiranın müəllifi amerikalı alim Martin Kuperdir.
    Qısa avtobioqrafiyası

    Milli.Az chip.az-a istinadən bildirir ki, M.Kuper 1928-ci il, 26 dekabr tarixində Çikaqoda (ABŞ) Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib. Martin ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən "Western Electric" şirkətində işə düzəlir. Lakin 1954-cü ildən "Motorola" şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur.
    Kuper "Motorola" şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi. 1970-ci illərin əvvəllərində Kuper avtomobil telefoniyası üçün məsuliyyətli bölmənin rəhbəri postunu tutdu.

    Mobil rabitənin yaradılmasına stimul verən ideya

    Qeyd edək ki, radiotelefon ideyası "AT&T Bell Labs" şirkətində hələ 1946-cı ildə meydana çıxmışdı. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün hibridi idi - maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı.
    1960-cı illərin başlanğıcına qədər şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdi. Onlar hesab edirdilər ki, prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin "AT&T" təcrübəsi onları dayandırırdı. Belə ki, şirkət 1947-ci ildə "yol xidməti" sistemini yaratdı - o, radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı.
    Lakin təxminən on il "AT&T Bell Labs" və "Motorola" paralel olaraq mobil rabitənin yaradılması üzrə tədqiqat aparırdılar. Nəticədə, "Motorola" Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi.

    Martin Kuperin misilsiz ixtirası

    Kuper bildirirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin XX əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmadı.
    1973-cü il, 3 aprel tarixində "Motorola"nın rəqibi "Bell Laboratories" şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. "Tap, mən hardan zəng edirəm?" - dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Coel Enqel eşitdi. - "Mən sənə əsl mobil telefondan zəng edirəm".
    Bu mobil telefondan edilmiş birinci zəng idi və o, faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu.
    Mobil telefonun birinci modelinin hazırlanmasına şirkət 90 milyon dollar sərf etdi. Sonralar "Bell Laboratories" sistem hazırlamaları bölməsinin başçısı olmuş Riçard Frenkel "Dyna-Tac (Dynamic Adaptive Total Area Coverage)" haqqında deyib:
    "Bu, əsl triumf idi. O vaxta qədər biz maşınlarda 14 kiloqramlıq telefonlardan istifadə edirdik. Onların hamısını 1 kq yerləşdirmək qabiliyyəti böyük sıçrayış idi".
    Martin Kuperin "DynaTAC" modelinin ölçüləri 22,5x12,5x3,75 sm, çəkisi 1 kiloqram təşkil edirdi. Sözügedən qurğuda ümumilikdə 2 min detal var idi. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edirdi. M.Kuperin fikrincə, bu, belə də olmalı idi, çünki əl bu cür ağırlığa 20 dəqiqədən çox dözmürdü.
    İlk simsiz zəng həyata keçirən Martin Kuperin xatırlamalarına görə, şirkətin ilk mobil telefonu bazara yalnız 10 il sonra çıxdı. Lisenziyanın alınması və şəbəkənin yaradılması vaxt tələb edirdi. O qeyd edir ki, bizdə bir əsas stansiya və bir mobil telefon var idi, ona görə eşidilmə əla idi. İndi operatorlar bir tezlik kanalına danışıqların böyük miqdarını daxil etməyə çalışırlar. Təbii, bu keyfiyyətə təsir edir.
    Nəhayət, 1983-cü il, 6 mart tarixində dünyada ilk mobil telefon buraxıldı. Həmin gün "Motorola" şirkəti "DynaTAC 8000X" aparatını təqdim etdi. İlk olaraq ABŞ-ın Rabitə üzrə Federal Komissiyası tərəfindən telefonun kommersiya məqsədilə istifadəsi təsdiq edildi.
    Telefonun satış qiyməti 3995 dollar təşkil edirdi. "Motorola" nümayəndələrinin sözlərinə görə, yüksək qiymətə baxmayaraq, yeni ixtira istifadəçiləri o qədər ruhlandırdı ki, "DynaTAC 8000X"-ı əldə etmək üçün növbəyə minlərlə amerikalı yazılmışdı.
    "Motorola"dan getdikdən sonra Martin öz telefon şirkətinin əsasını qoydu və tezliklə zəngin bir insan oldu, partnyorlarla birlikdə 1986-cı ildə 23 000 000 dollar məbləğinə şirkəti satdı.

    Mobil rabitənin inkişafı

    İlk illərdə şirkət texniki səbəblərə görə mobil telefona sahib olmaq arzusunda olanların əksəriyyətini bu qurğu ilə təmin edə bilmirdi. Lakin sonrakı illərdə texniki problemlər aradan qaldırıldıqdan sonra telefon istifadəçilərinin sayı sürətlə artdı. Dünyada artıq 1990-cı ildə 11 milyon mobil telefon abunəçisi var idi. Mobil texnologiyaların yayılması bu xidməti daha ucuz, keyfiyyətli və əlçatan etdi. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 1995-ci ildə artıq mobil telefon istifadəçilərinin sayı 90.7 milyon nəfərə çatdı, sonrakı 6 il ərzində istifadəçilərin sayı 10 dəfə artdı. 2003-cü ildə isə artıq 1.29 milyard abunəçi qeydə alınmışdı.
    Hazırda dünyada mobil telefon abunəçilərinin sayı əhalinin sayını keçmək üzrədir.
    BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı gələn il mobil telefon abunəçilərinin sayının 7 milyardı keçəcəyini açıqlayıb. Hazırda isə bu rəqəm 6 milyard 800 milyondur.
    Abunəçi sayına görə rekord qıran bölgə Müstəqil Dövlətlər Birliyidir. Mobil telefondan ən az istifadə edən əhalinin böyük hissəsi Afrika qitəsidir.
    Əhalisinin 300 milyonu gündə bir dollardan az pulla yaşayan Hindistanda isə xalqın yarısından çoxunun mobil telefonu var. Bu ölkədə mobil telefon istifadəçilərinin sayı 900 milyon civarındadır.

    M.Kuper müasir telefonları bəyənmir

    Məlumat üçün bildirək ki, Martin Kuper müasir mobil telefonları tənqid edir. O qeyd edir ki, çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı qurğular daha çox aktual olacaq. Kuper həmçinin "Apple iPhone" smartfonunun interfeysinin narahat olduğunu bəyan edib.
    Mobil telefonun yaradıcısı Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edir. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl ixtiranın müəllifi amerikalı alim Martin Kuperdir. Qısa avtobioqrafiyası Milli.Az chip.az-a istinadən bildirir ki, M.Kuper 1928-ci il, 26 dekabr tarixində Çikaqoda (ABŞ) Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib. Martin ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən "Western Electric" şirkətində işə düzəlir. Lakin 1954-cü ildən "Motorola" şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olur. Kuper "Motorola" şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi. 1970-ci illərin əvvəllərində Kuper avtomobil telefoniyası üçün məsuliyyətli bölmənin rəhbəri postunu tutdu. Mobil rabitənin yaradılmasına stimul verən ideya Qeyd edək ki, radiotelefon ideyası "AT&T Bell Labs" şirkətində hələ 1946-cı ildə meydana çıxmışdı. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu, telefonun və radioötürücünün hibridi idi - maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı. 1960-cı illərin başlanğıcına qədər şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdi. Onlar hesab edirdilər ki, prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin "AT&T" təcrübəsi onları dayandırırdı. Belə ki, şirkət 1947-ci ildə "yol xidməti" sistemini yaratdı - o, radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı. Lakin təxminən on il "AT&T Bell Labs" və "Motorola" paralel olaraq mobil rabitənin yaradılması üzrə tədqiqat aparırdılar. Nəticədə, "Motorola" Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi. Martin Kuperin misilsiz ixtirası Kuper bildirirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin XX əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmadı. 1973-cü il, 3 aprel tarixində "Motorola"nın rəqibi "Bell Laboratories" şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. "Tap, mən hardan zəng edirəm?" - dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Coel Enqel eşitdi. - "Mən sənə əsl mobil telefondan zəng edirəm". Bu mobil telefondan edilmiş birinci zəng idi və o, faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu. Mobil telefonun birinci modelinin hazırlanmasına şirkət 90 milyon dollar sərf etdi. Sonralar "Bell Laboratories" sistem hazırlamaları bölməsinin başçısı olmuş Riçard Frenkel "Dyna-Tac (Dynamic Adaptive Total Area Coverage)" haqqında deyib: "Bu, əsl triumf idi. O vaxta qədər biz maşınlarda 14 kiloqramlıq telefonlardan istifadə edirdik. Onların hamısını 1 kq yerləşdirmək qabiliyyəti böyük sıçrayış idi". Martin Kuperin "DynaTAC" modelinin ölçüləri 22,5x12,5x3,75 sm, çəkisi 1 kiloqram təşkil edirdi. Sözügedən qurğuda ümumilikdə 2 min detal var idi. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edirdi. M.Kuperin fikrincə, bu, belə də olmalı idi, çünki əl bu cür ağırlığa 20 dəqiqədən çox dözmürdü. İlk simsiz zəng həyata keçirən Martin Kuperin xatırlamalarına görə, şirkətin ilk mobil telefonu bazara yalnız 10 il sonra çıxdı. Lisenziyanın alınması və şəbəkənin yaradılması vaxt tələb edirdi. O qeyd edir ki, bizdə bir əsas stansiya və bir mobil telefon var idi, ona görə eşidilmə əla idi. İndi operatorlar bir tezlik kanalına danışıqların böyük miqdarını daxil etməyə çalışırlar. Təbii, bu keyfiyyətə təsir edir. Nəhayət, 1983-cü il, 6 mart tarixində dünyada ilk mobil telefon buraxıldı. Həmin gün "Motorola" şirkəti "DynaTAC 8000X" aparatını təqdim etdi. İlk olaraq ABŞ-ın Rabitə üzrə Federal Komissiyası tərəfindən telefonun kommersiya məqsədilə istifadəsi təsdiq edildi. Telefonun satış qiyməti 3995 dollar təşkil edirdi. "Motorola" nümayəndələrinin sözlərinə görə, yüksək qiymətə baxmayaraq, yeni ixtira istifadəçiləri o qədər ruhlandırdı ki, "DynaTAC 8000X"-ı əldə etmək üçün növbəyə minlərlə amerikalı yazılmışdı. "Motorola"dan getdikdən sonra Martin öz telefon şirkətinin əsasını qoydu və tezliklə zəngin bir insan oldu, partnyorlarla birlikdə 1986-cı ildə 23 000 000 dollar məbləğinə şirkəti satdı. Mobil rabitənin inkişafı İlk illərdə şirkət texniki səbəblərə görə mobil telefona sahib olmaq arzusunda olanların əksəriyyətini bu qurğu ilə təmin edə bilmirdi. Lakin sonrakı illərdə texniki problemlər aradan qaldırıldıqdan sonra telefon istifadəçilərinin sayı sürətlə artdı. Dünyada artıq 1990-cı ildə 11 milyon mobil telefon abunəçisi var idi. Mobil texnologiyaların yayılması bu xidməti daha ucuz, keyfiyyətli və əlçatan etdi. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 1995-ci ildə artıq mobil telefon istifadəçilərinin sayı 90.7 milyon nəfərə çatdı, sonrakı 6 il ərzində istifadəçilərin sayı 10 dəfə artdı. 2003-cü ildə isə artıq 1.29 milyard abunəçi qeydə alınmışdı. Hazırda dünyada mobil telefon abunəçilərinin sayı əhalinin sayını keçmək üzrədir. BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı gələn il mobil telefon abunəçilərinin sayının 7 milyardı keçəcəyini açıqlayıb. Hazırda isə bu rəqəm 6 milyard 800 milyondur. Abunəçi sayına görə rekord qıran bölgə Müstəqil Dövlətlər Birliyidir. Mobil telefondan ən az istifadə edən əhalinin böyük hissəsi Afrika qitəsidir. Əhalisinin 300 milyonu gündə bir dollardan az pulla yaşayan Hindistanda isə xalqın yarısından çoxunun mobil telefonu var. Bu ölkədə mobil telefon istifadəçilərinin sayı 900 milyon civarındadır. M.Kuper müasir telefonları bəyənmir Məlumat üçün bildirək ki, Martin Kuper müasir mobil telefonları tənqid edir. O qeyd edir ki, çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı qurğular daha çox aktual olacaq. Kuper həmçinin "Apple iPhone" smartfonunun interfeysinin narahat olduğunu bəyan edib.
    Mobil telefonun yaradıcısı
    Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
    NEWS.MILLI.AZ
    0 0 Şərh 0 Shares
  • Sevda Yahyayeva Dəli Kimi
    Sevda Yahyayeva Dəli Kimi
    0 0 Şərh 0 Shares