Dünyanın ən iri teleskopu yadplanetlilərin axtarışına başladı

Sayt Admini
Admin
Qoşulub: 2018-09-20 13:04:43
2018-10-08 07:40:46

Tikilişi tamamlanmış "MeerKAT" radio rəsədxanası "Breakthrough Listen" layihəsinə qoşularaq yadplanetliləri müşahidə etməyə başlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Breakthrough Listen"-in "MeerKAT"-la əməkdaşlıq etməsi, onun imkanlarını genişlləndirəcək. "İndi bizim layihəmiz həqiqətən qlobal səviyyəyə qalxıb",- deyə "Breakthrough Listen"-in əsas yaradıcılarından biri olan milyonçu Yuriy bildirmişdir.

2015-ci ildə milyonçu Yuriy və dünyasını dəyişmiş kosmoloq Stiven Xokinq "Breakthrough Listen"-nı işə salmışdırlar. Bu münasibətlə milyonçu layihəyə dəstək olaraq 100 milyon dollar pul ayırmışdır. Son üç il ərzində "Breakthrough Listen"-nin alim və mühəndisləri tərəfindən yad planetlərdə yaşayış əlamətlərini aşkar etmək üçün hazırlanmış cihazları Amerika "GBT" teleskopuna daxil edərək işə salıblar. Bir il əvvəl, layihə iştirakçıları bildirmişdir ki, yadplanetlilərin siqnallarının ilk axtarış cəhdləri nəticəsində 700 min ulduz nəzərdən keçirilib. Astronomlar müəyyən qədər şübhəli sayılan siqnallar əldə edə bilmişdirlər.

https://news.milli.az/interest/691466.html

Milli.Az


ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru