Texnologiyalara ən çox töhfəni hansı universitetlər verir?

Sayt Admini
Admin
Joined: 2018-09-20 13:04:43
2018-10-16 07:38:17

Stenford Universiteti "Reuters" agentliyinin tərtib etdiyi elm və texnologiyalara daha çox töhfə verən ali məktəblərin dünya reytinqində ardıcıl dördüncü dəfə birinci yeri tutub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu (MIT), üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.

 

Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə Almaniya və Yaponiya (hərəyə 9) yer alıb.

Milli.Az

https://news.milli.az/interest/694460.html


ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru