İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır.

Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

Milli.Az saglamolun.az-a istinadən sizə 3 belə məhsulu təqdim edir:

1. Toyuq bulyonu

Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.

2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt)

Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir.

3. Yağlı balıq

Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir.

Milli.Az
İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır. Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər. Milli.Az saglamolun.az-a istinadən sizə 3 belə məhsulu təqdim edir: 1. Toyuq bulyonu Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir. Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir. 2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt) Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir. 3. Yağlı balıq Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir. Milli.Az
İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul
Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
NEWS.MILLI.AZ
0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru