İtini 21 min manatlıq geyimlə gəzintiyə çıxardı - Hacıyeva yenə gündəmdə

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva yenidən ingilis mediasının diqqət mərkəzinə çevrilib.


Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, iti ilə gəzintiyə çıxan Zamirə bahalı geyimləri ilə fotokameralara tuş gəlib. Zamirə itini Knightsbridge-də dəyəri 11,5 milyon olan evinin yaxınlığında gəzdirib.

Qadının "Gucci Ace" idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1361 manat), "Gucci"dən olan şalvarı isə 530 funt sterlinqdir (1154 manat).

Z.Hacıyevanın taxdığı "Miu Miu" eynəyinin dəyəri isə 290 funt sterlinqdir (təxminən 631 manat).

Zamirənin 6500 funt sterlinq (təxminən 14 152 manat) dəyəri olan çantası isə "Hermes" brendindəndir. İngilis mediası onun qara gödəkçəsinin dəyərinin isə 800 funt sterlinq (təxminən 1742 manat) olduğunu yazıb.

Sayt Hacıyevanın itinin isə çox bahalı olduğunu vurğulayıb. Əgər itin də qiymətini hesablasaq Zamirə Hacıyeva gəzinti üçün təxminən 10 min funt sterlinq (21 771 manat) pul xərcləyib. Çünki onun itinin dəyəri 1000 funt sterlinqdir (2177 manat). Onun yeməyinə isə hər 6 aydan bir 1500 funt sterlinq (3266 manat) xərclənir" deyə, yazıda qeyd olunub.

Qeyd edək ki, Zamirə bir müddət əvvəl dünya mediasında son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləməsi ilə gündəmə gəlmişdi.
İtini 21 min manatlıq geyimlə gəzintiyə çıxardı - Hacıyeva yenə gündəmdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva yenidən ingilis mediasının diqqət mərkəzinə çevrilib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, iti ilə gəzintiyə çıxan Zamirə bahalı geyimləri ilə fotokameralara tuş gəlib. Zamirə itini Knightsbridge-də dəyəri 11,5 milyon olan evinin yaxınlığında gəzdirib. Qadının "Gucci Ace" idman ayaqqabısının dəyəri 625 funt sterlinq (təxminən 1361 manat), "Gucci"dən olan şalvarı isə 530 funt sterlinqdir (1154 manat). Z.Hacıyevanın taxdığı "Miu Miu" eynəyinin dəyəri isə 290 funt sterlinqdir (təxminən 631 manat). Zamirənin 6500 funt sterlinq (təxminən 14 152 manat) dəyəri olan çantası isə "Hermes" brendindəndir. İngilis mediası onun qara gödəkçəsinin dəyərinin isə 800 funt sterlinq (təxminən 1742 manat) olduğunu yazıb. Sayt Hacıyevanın itinin isə çox bahalı olduğunu vurğulayıb. Əgər itin də qiymətini hesablasaq Zamirə Hacıyeva gəzinti üçün təxminən 10 min funt sterlinq (21 771 manat) pul xərcləyib. Çünki onun itinin dəyəri 1000 funt sterlinqdir (2177 manat). Onun yeməyinə isə hər 6 aydan bir 1500 funt sterlinq (3266 manat) xərclənir" deyə, yazıda qeyd olunub. Qeyd edək ki, Zamirə bir müddət əvvəl dünya mediasında son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərcləməsi ilə gündəmə gəlmişdi.
0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru