Qara nöqtələrdən bu üsullarla qurtulun

Qara nöqtələr dərinin parlaq və təmiz görünməsinin qarşısını alır. Onlardan qurtulmaq isə o qədər də çətin deyil.

Milli.Az axşam.az-a istinadən qara nöqtələrdən xilas olmağınız üçün bir neçə maska təqdim edir:

Burun üçün maska

1 xörək qaşığı qatıq

1 sürtgəcdən keçirilmiş limon qabığı

1 xörək qaşığı qarğıdalı unu

Hazırlanma qaydası:

Bütün sayılanları qarışdırın. Burnunuza çəkin və bir neçə dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə iki dəfə təkrar edə bilərsiniz.

Qara nöqtələr üçün maska 1

1 xörək qaşığı şəkər tozu

1 yumurta ağı

Hazırlanma qaydası:

Ərzaqları qarışdırın, qara nöqtə olan hissələrə çəkin.

Maska 2

1 çay qaşığı yaşıl mərci

1 çay qaşığı gil

1 çay qaşığı krem

Lazım olan qədər su

Hazırlanma qaydası:

Mərcini üyüdün və üzərinə digər lazım olanları əlavə edin. Üzünüzə çəkib 15 dəqiqə gözləyin. Həftədə iki dəfə təkrar edin.

Maska 3

1 çay qaşığı gil

1 çay qaşığı badam yağı

1 çay qaşığı limon suyu

1 çay qaşığı bal

Hazırlanma qaydası:

Bütün sayılanları qarışdırın. Üzünzə çəkib 40-45 dəqiqə gözləyin. Ardınca ilıq su ilə masaj hərəkətləri edərək təmizləyin.

Milli.Az

https://news.milli.az/health/703515.html
Qara nöqtələrdən bu üsullarla qurtulun Qara nöqtələr dərinin parlaq və təmiz görünməsinin qarşısını alır. Onlardan qurtulmaq isə o qədər də çətin deyil. Milli.Az axşam.az-a istinadən qara nöqtələrdən xilas olmağınız üçün bir neçə maska təqdim edir: Burun üçün maska 1 xörək qaşığı qatıq 1 sürtgəcdən keçirilmiş limon qabığı 1 xörək qaşığı qarğıdalı unu Hazırlanma qaydası: Bütün sayılanları qarışdırın. Burnunuza çəkin və bir neçə dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə iki dəfə təkrar edə bilərsiniz. Qara nöqtələr üçün maska 1 1 xörək qaşığı şəkər tozu 1 yumurta ağı Hazırlanma qaydası: Ərzaqları qarışdırın, qara nöqtə olan hissələrə çəkin. Maska 2 1 çay qaşığı yaşıl mərci 1 çay qaşığı gil 1 çay qaşığı krem Lazım olan qədər su Hazırlanma qaydası: Mərcini üyüdün və üzərinə digər lazım olanları əlavə edin. Üzünüzə çəkib 15 dəqiqə gözləyin. Həftədə iki dəfə təkrar edin. Maska 3 1 çay qaşığı gil 1 çay qaşığı badam yağı 1 çay qaşığı limon suyu 1 çay qaşığı bal Hazırlanma qaydası: Bütün sayılanları qarışdırın. Üzünzə çəkib 40-45 dəqiqə gözləyin. Ardınca ilıq su ilə masaj hərəkətləri edərək təmizləyin. Milli.Az https://news.milli.az/health/703515.html
0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru