“WhatsApp” messencerində audiomesajlar funksiyası dəyişəcək

"WhatsApp" messencerinin növbəti yeniləməsində audiomesajlar funksiyasında ciddi dəyişikliklər gözlənilir. Məsələn, istifadəçilər bir neçə audiomesajı bir mesaj kimi dinləmək imkanına malik olacaq.

Milli.Az "ICTnews"a istinadla xəbər verir ki, bunun üçün ən birinci audiomesajın üzərinə sıxmaq kifayətdir, bundan sonra digər audiomesajlar da avtomatik səsləndiriləcək. İndi artıq bəzi telefonlarda işləyən bu funksiya tezliklə bütün istifadəçilərə əlçatan olacaq.

"WhatsApp" - mobil və digər platformalar üçün mətn mesajları ilə ani mübadilə, səsli və görüntülü ünsiyyət üçün populyar pulsuz sistemdir. 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp"ı satın alıb və indi onun sahibidir.

Milli.Az
“WhatsApp” messencerində audiomesajlar funksiyası dəyişəcək "WhatsApp" messencerinin növbəti yeniləməsində audiomesajlar funksiyasında ciddi dəyişikliklər gözlənilir. Məsələn, istifadəçilər bir neçə audiomesajı bir mesaj kimi dinləmək imkanına malik olacaq. Milli.Az "ICTnews"a istinadla xəbər verir ki, bunun üçün ən birinci audiomesajın üzərinə sıxmaq kifayətdir, bundan sonra digər audiomesajlar da avtomatik səsləndiriləcək. İndi artıq bəzi telefonlarda işləyən bu funksiya tezliklə bütün istifadəçilərə əlçatan olacaq. "WhatsApp" - mobil və digər platformalar üçün mətn mesajları ilə ani mübadilə, səsli və görüntülü ünsiyyət üçün populyar pulsuz sistemdir. 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp"ı satın alıb və indi onun sahibidir. Milli.Az
“WhatsApp” messencerində audiomesajlar funksiyası dəyişəcək
Azərbaycanın ən son xəbərləri Milli.Az portalında. Bu günün ən vacib dünya xəbərləri və aktual hadisələri.
NEWS.MILLI.AZ
0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru