Yaponiyaya 2018-ci ildə 30 milyondan çox əcnəbi turist gəlib

Yaponiyaya 2018-ci ildə gələn əcnəbi turistlərin sayı ilk dəfə 30 milyonu ötüb. Əsasən digər Asiya ölkələrindən gələn turistlər say artımına səbəb olublar.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də turizm naziri Keiçi İşii məlumat verib. O, bəyan edib ki, ötən il Yaponiyaya 31,19 milyon əcnəbi turist gəlib. Bu, 2017-ci ilin göstəricisindən 8,7 faiz çoxdur.

Çox da baha olmayan yeni aviadaşıyıcılar və sadələşdirilən viza rejimi Çin, Tailand və Asiyanın digər ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olub.

Cari il ərzində təbii fəlakətlərə, o cümlədən tufan və zəlzələlərə baxmayaraq, Yaponiyaya gələnlərin sayı artmaqda davam edib. Bu göstəricinin daha da artacağı gözlənilir. Belə ki, qarşıdakı illərdə keçiriləcək reqbi üzrə dünya çempionatı, Olimpiya və Paralimpiya oyunları Yaponiyanı dünyanın diqqət mərkəzində saxlayacaq.
Yaponiyaya 2018-ci ildə 30 milyondan çox əcnəbi turist gəlib Yaponiyaya 2018-ci ildə gələn əcnəbi turistlərin sayı ilk dəfə 30 milyonu ötüb. Əsasən digər Asiya ölkələrindən gələn turistlər say artımına səbəb olublar. AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də turizm naziri Keiçi İşii məlumat verib. O, bəyan edib ki, ötən il Yaponiyaya 31,19 milyon əcnəbi turist gəlib. Bu, 2017-ci ilin göstəricisindən 8,7 faiz çoxdur. Çox da baha olmayan yeni aviadaşıyıcılar və sadələşdirilən viza rejimi Çin, Tailand və Asiyanın digər ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olub. Cari il ərzində təbii fəlakətlərə, o cümlədən tufan və zəlzələlərə baxmayaraq, Yaponiyaya gələnlərin sayı artmaqda davam edib. Bu göstəricinin daha da artacağı gözlənilir. Belə ki, qarşıdakı illərdə keçiriləcək reqbi üzrə dünya çempionatı, Olimpiya və Paralimpiya oyunları Yaponiyanı dünyanın diqqət mərkəzində saxlayacaq.
0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru