Rusiyanın mədəniyyət naziri birinci Pyotrun 350 illiyi ilə bağlı ölkə teatrlarında tamaşalar hazırlamağı təklif edib

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ölkə teatrlarının repertuarında 2022-ci ildə anadan olmasının 350 illiyi qeyd olunacaq birinci Pyotr haqqında səhnə əsərlərinə yer verməyi təklif edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, nazir bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko ilə ölkənin uşaq teatrlarının rəhbərlərinin görüşü zamanı bildirib.

“Teatr və məktəb arasında səmərəli müasir sistemin bərpası mühüm məsələlərdən biri kimi qalmaqdadır. Teatr qeyri-formal təhsilin mühüm təsisatıdır, böyüməkdə olan nəslin teatr və musiqi sənəti nümunələri ilə tərbiyəsinə şərait yaradır, rus və dünya klassikası ilə tanış edir. Səhnədən şagirdlərə tarixi hadisələr barədə danışmaq isə çox gözəl ideyadır. Yeri gəlmişkən, 2022-ci ildə birinci Pyotrun 350 illiyini qeyd edəcəyik. Mən dünən bütün federal teatrlara təklif etmişəm, indi sizə - uşaq teatrlarına təklif edirəm ki, bu yubileyi öz repertuarlarında daha yaxşı tərənnüm etmələri barədə düşünsünlər”, - deyə V.Medinski söyləyib.
Rusiyanın mədəniyyət naziri birinci Pyotrun 350 illiyi ilə bağlı ölkə teatrlarında tamaşalar hazırlamağı təklif edib Rusiyanın mədəniyyət naziri Vladimir Medinski ölkə teatrlarının repertuarında 2022-ci ildə anadan olmasının 350 illiyi qeyd olunacaq birinci Pyotr haqqında səhnə əsərlərinə yer verməyi təklif edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, nazir bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko ilə ölkənin uşaq teatrlarının rəhbərlərinin görüşü zamanı bildirib. “Teatr və məktəb arasında səmərəli müasir sistemin bərpası mühüm məsələlərdən biri kimi qalmaqdadır. Teatr qeyri-formal təhsilin mühüm təsisatıdır, böyüməkdə olan nəslin teatr və musiqi sənəti nümunələri ilə tərbiyəsinə şərait yaradır, rus və dünya klassikası ilə tanış edir. Səhnədən şagirdlərə tarixi hadisələr barədə danışmaq isə çox gözəl ideyadır. Yeri gəlmişkən, 2022-ci ildə birinci Pyotrun 350 illiyini qeyd edəcəyik. Mən dünən bütün federal teatrlara təklif etmişəm, indi sizə - uşaq teatrlarına təklif edirəm ki, bu yubileyi öz repertuarlarında daha yaxşı tərənnüm etmələri barədə düşünsünlər”, - deyə V.Medinski söyləyib.
0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru