Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. 2019-cu ildə “Birlikdə daha yaxşı internet naminə” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 5-nə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 140-dan çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Bu gün “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil olunur. İnternetdə təhlükəsizliyin təmin edilməsi barədə məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Azərbaycanda da müxtəlif maarifləndirici tədbirlər keçirilir.

“International Safer Internet Day”in məlumatına əsasən, bütün dünyadan 2 mindən çox təşkilat onlayn mütəşəkkil fırıldaqçılığa, əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumlara qarşı mübarizəyə qoşulmaq üçün Britaniyada Beynəlxalq Təhlükəsiz İnternet Günündə toplaşıb.

“Gündən-günə rəqəmsallaşan dünyada gənclər hər gün müxtəlif informasiya əldə edir. Onların 65 faizi isə internet olmayanda özlərini dünyadan təcrid olunmuş hiss etdiklərini deyir. Sorğuda iştirak edən gənclərin 65 faizi bildirib ki, internet onlara gündəlik həyatlarında köməklik göstərən və cəmiyyətə birbaşa çıxışı təmin edən əvəzsiz vasitədir. Dünya üzrə 60 faiz insan internet vasitəsilə qlobal miqyasda baş verən hadisələri və xəbərləri izləyir. Gənc insanlar internet vasitəsilə bilmədiklərini öyrənir, suallarına cavab tapır. 67 faiz gənc hesab edir ki, onlar internetdən daha tez öyrənir. Hazırda inkişaf etmiş texnologiyalar hesabına 48 faiz gənc insan onlayn olduqda səslərinin və hərəkətlərinin məna daşıdığını, məsuliyyəti daha yaxşı hiss etdiklərini bildirib. İnternetdə aldığı dəstək nəticəsində 42 faiz gənc insan yeni işlərə başlayıb. Buna baxmayaraq, bir çox gənc internetdə bəzi çətinliklərin hələ də mövcud olduğunu deyir. Bu daha çox informasiya paylaşımında qarşı tərəfin rəyinin alınmasında müşahidə olunur. Gənclərin internetdə “yaxşı” və “pis” anlayışları var: əksəriyyət hesab edir ki, hər kəs bir birinə hörmətlə yanaşmalıdır. Ancaq praktikada 48 faiz gənc boynuna alır ki, onların həmyaşıdları ismarıc yollamazdan öncə başqalarını heç düşünmür. Belə ki, 36 faiz gənc həftə də bir dəfə də olsa skrinşot olunmuş yazışmaların, şərhlərin fotolarını paylaşır. 51 faiz, yəni sorğuda iştirak etmiş gənclərin yarısı hesab edir ki, onlara aid informasiya, foto və ya video bölüşməzdən öncə dostları icazə almalıdır”, - deyə məlumatda bildirilir.
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. 2019-cu ildə “Birlikdə daha yaxşı internet naminə” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü fevralın 5-nə təsadüf edir. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 140-dan çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Bu gün “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil olunur. İnternetdə təhlükəsizliyin təmin edilməsi barədə məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Azərbaycanda da müxtəlif maarifləndirici tədbirlər keçirilir. “International Safer Internet Day”in məlumatına əsasən, bütün dünyadan 2 mindən çox təşkilat onlayn mütəşəkkil fırıldaqçılığa, əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumlara qarşı mübarizəyə qoşulmaq üçün Britaniyada Beynəlxalq Təhlükəsiz İnternet Günündə toplaşıb. “Gündən-günə rəqəmsallaşan dünyada gənclər hər gün müxtəlif informasiya əldə edir. Onların 65 faizi isə internet olmayanda özlərini dünyadan təcrid olunmuş hiss etdiklərini deyir. Sorğuda iştirak edən gənclərin 65 faizi bildirib ki, internet onlara gündəlik həyatlarında köməklik göstərən və cəmiyyətə birbaşa çıxışı təmin edən əvəzsiz vasitədir. Dünya üzrə 60 faiz insan internet vasitəsilə qlobal miqyasda baş verən hadisələri və xəbərləri izləyir. Gənc insanlar internet vasitəsilə bilmədiklərini öyrənir, suallarına cavab tapır. 67 faiz gənc hesab edir ki, onlar internetdən daha tez öyrənir. Hazırda inkişaf etmiş texnologiyalar hesabına 48 faiz gənc insan onlayn olduqda səslərinin və hərəkətlərinin məna daşıdığını, məsuliyyəti daha yaxşı hiss etdiklərini bildirib. İnternetdə aldığı dəstək nəticəsində 42 faiz gənc insan yeni işlərə başlayıb. Buna baxmayaraq, bir çox gənc internetdə bəzi çətinliklərin hələ də mövcud olduğunu deyir. Bu daha çox informasiya paylaşımında qarşı tərəfin rəyinin alınmasında müşahidə olunur. Gənclərin internetdə “yaxşı” və “pis” anlayışları var: əksəriyyət hesab edir ki, hər kəs bir birinə hörmətlə yanaşmalıdır. Ancaq praktikada 48 faiz gənc boynuna alır ki, onların həmyaşıdları ismarıc yollamazdan öncə başqalarını heç düşünmür. Belə ki, 36 faiz gənc həftə də bir dəfə də olsa skrinşot olunmuş yazışmaların, şərhlərin fotolarını paylaşır. 51 faiz, yəni sorğuda iştirak etmiş gənclərin yarısı hesab edir ki, onlara aid informasiya, foto və ya video bölüşməzdən öncə dostları icazə almalıdır”, - deyə məlumatda bildirilir.
0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru