Sağlamlığınızı izləyən ağıllı gecə paltarları

İndiki dövrdə az qala hər şeyin başına, 'ağıllı' sözünü gətirməyə başladıq. Cib telefonlarından ev alətlərinə qədər, az qala hər şeyin ağıllısı istehsal olunmaqla yanaşı, paltarlar da bundan payını almağa başladı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxşı bir gecə yuxusu almağı xəyal edirsinizsə, bunun sirri gecə geyimləri tərəfindən sizə təqdim edilən məlumatlarda gizli ola bilər. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri, yuxu əsnasında sağlamlıq məlumatlarınızı analiz edə bilir.

Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri ürək döyüntüsü sürəti, nəfəs alıb vermə və yuxu nizamı kimi məlumatları, üzərində olan sensorlar vasitəsilə yazaraq sizlərə təqdim edə bilir.

Araşdırma qrupunun meneceri Trişa L.Endryu bu barədə belə deyib: "Ağıllı gecə geyimləri çox sayda texniki çətinliyin öhdəsindən gəldi, müxtəlif sensorları və güc qaynaqlarını gecə geyimlərinə yerləşdirməyimiz lazım idi və biz bunu bacardıq".

Milli Sağlamlıq İnstitutuna görə yaxşı keyfiyyətli yuxu almaq insanları stress, infeksiya, ürək və böyrək xəstəliyi, yüksək təzyiq və diabet kimi bir çox xəstəliyə qarşı qoruya bilər. Araşdırmalara görə keyfiyyətli yuxunun zehni itiliyi artırdığı və qərar vermə bacarıqlarını inkişaf etdirdiyi də ifadə edilir.
Sağlamlığınızı izləyən ağıllı gecə paltarları İndiki dövrdə az qala hər şeyin başına, 'ağıllı' sözünü gətirməyə başladıq. Cib telefonlarından ev alətlərinə qədər, az qala hər şeyin ağıllısı istehsal olunmaqla yanaşı, paltarlar da bundan payını almağa başladı. Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxşı bir gecə yuxusu almağı xəyal edirsinizsə, bunun sirri gecə geyimləri tərəfindən sizə təqdim edilən məlumatlarda gizli ola bilər. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri, yuxu əsnasında sağlamlıq məlumatlarınızı analiz edə bilir. Araşdırmaçıların yaratdığı ağıllı gecə geyimləri ürək döyüntüsü sürəti, nəfəs alıb vermə və yuxu nizamı kimi məlumatları, üzərində olan sensorlar vasitəsilə yazaraq sizlərə təqdim edə bilir. Araşdırma qrupunun meneceri Trişa L.Endryu bu barədə belə deyib: "Ağıllı gecə geyimləri çox sayda texniki çətinliyin öhdəsindən gəldi, müxtəlif sensorları və güc qaynaqlarını gecə geyimlərinə yerləşdirməyimiz lazım idi və biz bunu bacardıq". Milli Sağlamlıq İnstitutuna görə yaxşı keyfiyyətli yuxu almaq insanları stress, infeksiya, ürək və böyrək xəstəliyi, yüksək təzyiq və diabet kimi bir çox xəstəliyə qarşı qoruya bilər. Araşdırmalara görə keyfiyyətli yuxunun zehni itiliyi artırdığı və qərar vermə bacarıqlarını inkişaf etdirdiyi də ifadə edilir.
0 0 Şərh 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru