Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə yaradıla bilər

Mark Zuckerberg Facebook-da keyfiyyətli və etibarlı mənbələrdən olan xəbər materiallarının yığılacağı xüsusi bölmənin yaradılmasını planlaşdırır. Bu ideyanı o, Axel Springer adlı nəşriyyatın CEO-su Mathias Döpfner ilə söhbətində səsləndirib. Bu barədə Vc.ru saytı Recode saytına istinadən xəbər verib. Zuckerberg-in ideyasına əsasən Facebook-da ola biləcək bu cür bölmə xəbərləri yalnız sosial şəbəkədən əldə edən istifadəçilər üçün çox yaxşı yarayacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, materialların yüksək keyfiyyətini təmin etmək üçün Facebook şirkəti nəşriyyatlar ilə birbaşa əməkdaşlıq müqavilələri bağlaya bilər. Qeyd etmək lazımdır ki, hələ 2017-ci ildə Facebook sosial şəbəkədə bu cür bölməni test edirdi. Həmin bölməyə sosial şəbəkənin ana səhifəsində olan bütün xəbər materialları daxil olurdu. Lakin sözügedən bölmənin testi 2018-ci ilin yaz fəslində dayandırıldı. Recode saytının fikrincə yeni layihə isə bir qədər fərqli olacaq və daha çox Facebook-u xəbər lenti kimi oxuyan insanlar üçün yararlı olacaq.

Facebook-un xəbər servisi barəsində detallar hələki məlum deyil. Facebook hələ qərar verməyib ki, nəşriyyatlara konkret ödənişlər etsin və ya öz reklam gəlirlərindən minimal ödəniş təyin etsin. Bundan əlavə olaraq şirkət hələki xəbər bölməsinin necə formalaşacağını da dəqiq bilmir: İstifadəçilərin seçdikləri mənbələr əsasında və ya redaktorlardan ibarət komandanın çalışması vasitəsilə Facebook-un birbaşa iştirakı əsasında. Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə bu ilin sonunda istifadəyə verilə bilər.

http://maswap.ru/
Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə yaradıla bilər Mark Zuckerberg Facebook-da keyfiyyətli və etibarlı mənbələrdən olan xəbər materiallarının yığılacağı xüsusi bölmənin yaradılmasını planlaşdırır. Bu ideyanı o, Axel Springer adlı nəşriyyatın CEO-su Mathias Döpfner ilə söhbətində səsləndirib. Bu barədə Vc.ru saytı Recode saytına istinadən xəbər verib. Zuckerberg-in ideyasına əsasən Facebook-da ola biləcək bu cür bölmə xəbərləri yalnız sosial şəbəkədən əldə edən istifadəçilər üçün çox yaxşı yarayacaq. Milli.Az technote.az-a istinadən bildirir ki, materialların yüksək keyfiyyətini təmin etmək üçün Facebook şirkəti nəşriyyatlar ilə birbaşa əməkdaşlıq müqavilələri bağlaya bilər. Qeyd etmək lazımdır ki, hələ 2017-ci ildə Facebook sosial şəbəkədə bu cür bölməni test edirdi. Həmin bölməyə sosial şəbəkənin ana səhifəsində olan bütün xəbər materialları daxil olurdu. Lakin sözügedən bölmənin testi 2018-ci ilin yaz fəslində dayandırıldı. Recode saytının fikrincə yeni layihə isə bir qədər fərqli olacaq və daha çox Facebook-u xəbər lenti kimi oxuyan insanlar üçün yararlı olacaq. Facebook-un xəbər servisi barəsində detallar hələki məlum deyil. Facebook hələ qərar verməyib ki, nəşriyyatlara konkret ödənişlər etsin və ya öz reklam gəlirlərindən minimal ödəniş təyin etsin. Bundan əlavə olaraq şirkət hələki xəbər bölməsinin necə formalaşacağını da dəqiq bilmir: İstifadəçilərin seçdikləri mənbələr əsasında və ya redaktorlardan ibarət komandanın çalışması vasitəsilə Facebook-un birbaşa iştirakı əsasında. Facebook daxilində xəbər materialları üçün ayrıca bölmə bu ilin sonunda istifadəyə verilə bilər. http://maswap.ru/
0 0 Comments 0 Shares

ILK-10
ZorTop.Ru
AzTop.Net
dinotop.ru